Teqvim-2017. pdf


Musiqi.Opera.Balet Emin Sabitoğlu



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə153/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   149   150   151   152   153   154   155   156   ...   200

319

Musiqi.Opera.Balet

Emin Sabitoğlu 

1937-2000

NOY

ABR

Emin Sabit oğlu Mahmudov (Emin 

Sabitoğlu) 1937-ci il noyabr ayının 2-də 

Bakı  şəhərində, görkəmli yazıçı Sabit 

Rəhmanın ailəsində anadan olmuşdur. 7 

yaşında Bülbül adına Orta İxtisas Musi-

qi Məktəbinin fortepiano sinfinə  qəbul 

edilmişdir. 

1954-cü ildə Ü.Hacıbəyli adına 

Azərbaycan  Dövlət Konservatoriyası-

nın bəstəkarlıq fakültəsində, Qara Qara-

yevin sinfində təhsil almış, iki il sonra elə 

Q.Qarayevin tövsiyəsi ilə R.Çaykovski 

adına Moskva Dövlət Konservatoriya-

sına, professor Y.Şaporinin sinfinə daxil 

olmuş, 1961-ci ildə oranı bitirmişdur. 

1961-ci ildə “Azərbaycanfilm” 

kinostudiyasında musiqi redaktoru 

vəzifəsində çalışmış, sonrakı illərdə 

Dövlət Filarmoniyasında bədii rəhbər, 

Ü.Hacıbəyov adına Dövlət Konservato-

riyasında (indiki Bakı Musiqi Akademi-

yası) müəllim işləmişdir.  

Bir simfoniya, üç simfonik poema, 

üç kantata, simli kvartet, skripka və 

fortepiano üçün poemanın və onlarca 

əsərin müəllifidir. 

600-dən artıq mahnı, 9 musiqi-

li komediya, 40-a yaxın  filmə musiqi 

bəstələmişdir. “Dərələr”, “Bakı, sabahın 

xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İn-

saf da yaxşı şeydir”, “Gilavar”, “Çay”, 

“Kəpənək” və s. mahnıları çox böyük 

populyarlıq qazanmışdır.

Emin Sabitoğlu iki operetta yazmış-

dır. Onlardan “Hicran” operettasının 

ssenarisi atası Sabit Rəhman tərəfindən 

yazılmışdır. Digər operettası - “Nəğməli 

Könül” də kifayət qədər populyarlıq qa-

zanmışdır. Bu operetta Azərbaycanla 

yanaşı Özbəkistanda da səhnəyə qoyul-

muşdur. On iki pyes, o cümlədən Anarın 

“Şəhərin yay günləri”  əsərinə yazılan 

musiqinin müəllifi də E.Sabitoğludur. 

30 ildən çox Ü.Hacıbəyli adına Bakı 

Musiqi Akademiyasında dərs demiş, 

1978-ci ildə dosent, 1994-cü ildə pro-

fessor elmi rütbəsini almışdır. Emin 

muəllim 1994-cü ildən beş il Türkiyədə, 

İstanbul Texniki Universitetinin 

nəzdindəki Konservatoriyada çalışmış-

dır. 


E.Sabitoğlunun fəaliyyəti dövlətimiz 

tərəfindən yüksək qiymətləndirilmiş, 

1978-ci ildə Azərbaycanın “Əməkdar 

incəsənət xadimi”, 2000-ci ildə “Xalq 

artisti” fəxri adlarına layiq görülmüşdür. 

1987-ci ildə Respublika Dövlət Mükafa-

tı laureatı olmuş, 1997-ci ildə “Şöhrət” 

ordeni ilə təltif edilmişdir. 

Görkəmli bəstəkar Emin Sabitoğlu 

2000-ci il noyabr ayının 18-də Bakıda 

vəfat etmişdir.

19 dekabr 2007-ci ildə, 70 illiyi 

münasibətilə vaxtilə yaşadığı evin diva-

rına  xatirə lövhəsi vurulmuşdur.



20

2

Ə d ə b i y y a t

Əfəndiyeva, İ. Emin Sabitoğlu /İ.Əfəndiyeva.- Bakı: Şərq-Qərb, 2014.- 24 s.

Abbaslı, T. Qəlblər bəstəkarı /T.Abbaslı //Mədəniyyət.- 2015.- 18 noyabr.- S. 13.

Şəfa, Ş. “Ölsəm, bağışla” /Ş.Şəfa //Ədalət.- 2015.- 19 noyabr.- S. 8.

https://az.wikipedia.org/wiki/Emin_Sabitoğlu

haqqinda.az/.../4546-Emin+Sabitoğlu.html

80 

illiyi

Bəstəkar


320

Musiqi.Opera.Balet

Tofiq Quliyev

1917-2000 

NOY

ABR

Tofiq 


Ələkbər oğlu Quliyev 

1917-ci il noyabr ayının 7-də Bakı 

şəhərində anadan olmuşdur. 12 yaşında 

Azərbaycan Dövlət Konservatoriyası 

nəzdində musiqi məktəbinin fortepi-

ano sinfinə daxil olmuşdur. 1934-cü 

ildə  təhsilini davam etdirmək üçün 

 

Azərbaycan Dövlət Konservatoriyası-



na  İ.S.Aysberqin fortepiano sinfinə da-

xil olmuş, fortepiano dərsləri ilə yanaşı,  

S.Q.Ştrasserin sinfində dirijorluq dərsi 

də almışdır. Oxumaqla bərabər 1935-

ci ildə M.Əzizbəyov adına Azərbaycan 

Dövlət Dram Teatrında dirijorluğa baş-

lamışdır.  1931-ci ildə Asəf Zeynallının 

məsləhəti ilə M.Ə.Sabirin sözlərinə 

“Məktəbli” mahnısını bəstələmişdir. 

Tofiq Quliyev  xalq mahnılarını top-

lamağa hələ 1930-cu illərdə başlamış-

dır. 1936-cı ildə  bəstəkar Z.Bağırovla 

birgə “Rast”, “Segah”, “Zabul”, 

“Dügəh” muğamlarını nota salmışdır.

Üzeyir Hacıbəylinin təşəbbüsü ilə 

təhsilini davam etdirmək üçün 1936-cı 

ildə P.Çaykovski adına Moskva Dövlət 

Konservatoriyasına göndərilmiş, 1939-

cu ildə Bakıya qayıtmış və 1941-ci ildə 

“Qırmızı Ordu” ansamblını yaratmışdır. 

402-ci diviziyanın tərkibində çalışan 

ansambl üçün müxtəlif vətənpərvərlik 

ruhunda mahnılar bəstələmişdir.  

XX  əsrin 40-cı illərindən həm də 

kino sahəsində işləməyə başlamış, 70-

dən çox filmə musiqi bəstələmişdir. 

“Səbuhi”, “Ögey ana”, “Telefonçu 

qız”, “Görüş”, “Qızmar günəş altında”, 

“Bəxtiyar”, “Onu bağışlamaq olarmı?”, 

“Qayınana”, “Dərviş Parisi partladır” 

və s. filmlərə musiqi bəstələmişdir. 

1948-ci ildə Moskva Dövlət Kon-

servatoriyasında təhsilini davam et-

dirmiş,  aspiranturaya daxil olmuş  və 

A.Qaukun rəhbərliyi altında elmi iş 

müdafiə etmişdir. 1951-ci ildə uzun 

illər topladığı materiallar əsasında 

“Azərbaycan xalq rəqsləri” və 1955-ci 

ildə “15 Azərbaycan xalq rəqsləri” top-

lularını hazırlamışdır.30-dan çox tama-

şaya musiqi bəstələmişdir.

1954-cü ildə Azərbaycan Dövlət 

Konservatoriyasında pedaqoji 

fəaliyyətə başlamışdır. 1958-ci ildə Fi-

larmoniyanın bədii rəhbəri, daha son-

ra direktoru işləmişdir. 1960-1970-ci 

illərdə bir çox beynəlxalq konfrans, 

festival, incəsənət günlərində  iştirak 

etmişdir. 1969-cu ildən 1979-cu ilə 

qədər Azərbaycan Bəstəkarlar  İttifa-

qına rəhbərlik etmiş, 1990-cı ildən 

ömrünün sonuna kimi Azərbaycan 

Bəstəkarlar  İttifaqının idarə heyətinin 

sədri vəzifəsində çalışmışdır.

Azərbaycan SSR Ali Sovetinin (6-cı 

çağırış) deputatı, Xəzər Universitetinin 

fəxri doktoru, Dövlət mükafatı laurea-

tıdır.


Bəstəkar 1958-ci ildə Azərbaycan 

SSR-in “Əməkdar incəsənət xadimi”, 

1964-cü ildə “Xalq artisti” fəxri adla-

rına layiq görülmüşdür.  İki “Qırmızı 

Əmək Bayrağı”, “Şərəf nişanı”, “İstiq-

lal” (1997)  ordenləri ilə təltif edilmiş-

dir. 

Tofiq Quliyev 2000-ci il oktyabr 



ayının 5-də Bakı şəhərində vəfat etmiş,  

Fəxri Xiyabanda dəfn edilmişdir.

Hal-hazırda Bakı  şəhərinin Səbail 

rayonu 12 saylı musiqi məktəbi və 

şəhərin küçələrindən biri bəstəkarın 

adını daşıyır. 



30

7

Ə d ə b i y y a t

Abdullayeva, Z.K. Ecazkar 

sənətkar. Tofiq Quliyev 

/Z.K.Abdullayeva.- Bakı: 

Çinar-Çap, 2007.- 202 s.

Mehdiyeva, N. Tofiq Quli-

yev /N.Mehdiyeva.- Bakı: 

Şur, 1992.- 26 s.

Abbaslı, T. Füsunkar, 

ecazkar...: Tofiq Quliyev 

ad-soyadlı, əbədi dün-

yalı təkrarsız nəğməkar! 

/T.Abbaslı //Mədəniyyət.- 

2014.- 7 may.- S. 13.

Paşayeva, M. Azərbaycan 

kino musiqisi və Tofiq 

Quliyev /M.Paşayeva            

//Qobustan: sənət top-

lusu.- 2013.-  № 1.- S. 

32-34.

Бакиханова, З. Тофик  

Кулиев  /З.Бакиханова.- 

Баку: Ишыг, 1979.- 96 с.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/Tofiq_Quliyev

tofiqquliyev.musigi-dunya.

az/az/biography.html

100 

illiyi

Bəstəkar


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə