Teqvim-2017. pdf


Milli Qəhrəmanlar Mehman Sayadov



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə155/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   151   152   153   154   155   156   157   158   ...   200

323

Milli Qəhrəmanlar

Mehman Sayadov 

1972-1992

NOY

ABR

Mehman Qəzənfər oğlu Sayadov 

1972-ci il noyabr ayının 21-də  Qərbi 

Azərbaycanın Vardenis rayonunun 

Günəşli kəndində anadan olmuşdur. 

Yeddinci sinfə  qədər doğma kəndində 

oxumuş, erməni millətçilərinin 1988-

ci ildə azərbaycanlıları deportasi-

ya etdikləri zaman ailəsi ilə birlikdə 

Samux rayonunun Sərkar kəndində 

məskunlaşmışdır. 8-ci sinfi  bu kənddə 

bitirmiş, təhsilini yarımçıq qoyaraq 

bir müddət təsərrüfat işləri ilə  məşğul 

olmuşdur. 18 yaşında Sovet ordusu 

sıralarına çağırılan M.Sayadov 6 ay 

Sverdlovskidə xidmət etdikdən son-

ra vətənə qayıtmışdır. 1992-ci ildə 

“Azərbaycan bayrağı” könüllü batal-

yonuna üzv yazılaraq cəbhəyə yol-

lanmışdır.  Şuşa  şəhərinin bir sıra 

kəndlərinin müdafiəsində  qəhrəmanlıq 

nümayiş etdirmişdir. 1992-ci il ma-

yın 9-da Kosalarda, sonra isə  Nəbilər 

kəndində döyüşən Mehman yoldaşla-

rının köməyilə düşmənin 70-ə yaxın 

canlı qüvvəsini və bir neçə hərbi texni-

kasını məhv etmişdir. Düşmən yenidən 

qüvvə toplayaraq Nəbilər kəndinə hü-

cuma keçəndə M.Sayadov  döyüşərək 

qəhrəmancasına həlak olmuşdur. Can-

sız bədəni döyüş meydanında qal-

mış və onun ətrafında onlarla düşmən 

meyiti səpələnmişdi. Bu, onun əsl 

qəhrəmanlığından xəbər verirdi. 

Azərbaycan Respublikası Preziden-

tinin 7 iyun 1992-ci il tarixli 833 saylı 

Fərmanı ilə Sayadov Mehman Qəzənfər 

oğlu ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adına layiq gö-

rülmüşdür. 

Bütün cəhdlərə baxmayaraq qəhrə-

manın cəsədini döyüş meydanından çı-

xarmaq mümkün olmamışdır.

21

Ə d ə b i y y a t

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Sayadov Mehman Qəzənfər oğlu-sıravi-Azərbaycan Respublikasının süverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 

təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 iyun 

1992-ci il  //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 13.- S. 25.- (Ölümündən sonra).

Əsgərov, V. Sayadov Mehman Qəzənfər oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- 

S.254.

Sayadov Mehman Qəzənfər oğlu  //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /M.F.Axundov adına Milli Kitabxana; tərt. 

H.Həmidova.- Bakı, 2008.- S.183.

Seyidzadə, M. Sayadov Mehman Qəzənfər oğlu  //Seyidzadə M. Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.197.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/wiki/Mehman_Sayadov 

45 

illiyi

Milli Qəhrəman



324

Siyasət.Hüquq.Hərbi iş

100

illiyi

İndira Qandi   

1917-1984 

NOY

ABR

İndira Priyadarşini Qandi 1917-

ci il noyabr ayının 19-da Hindistanın 

quzeyindəki Uttar-Pradeş  əyalətinin 

Allahabad  şəhərində, Hindistanın ilk 

Baş Naziri və ölkənin müstəqilliyi 

yolunda mübarizə aparan qəhrəman 

Cəvahirləl Nehrunun ailəsində dünya-

ya gəlmişdir. Hindistanın müstəqilliyi 

tarixində dördüncü Baş Nazirdir. İlk 

ali təhsilini İsveçrə, İngiltərə və Hin-

distanda almışdır.  İngiltərədə  təhsil 

alarkən HMK üzvlərindən olan Firuz 

Qandi ilə tanış olmuş  və onunla ailə 

qurmuşdur. Bir az yaşa dolandan son-

ra gənclər arasında “Vanara Sena” 

hərəkatını  təşkil etmiş  və ona lider-

lik edərək Hindistanın müstəqillik 

mübarizəsində önəmli rol oynamağa 

başlamışdır. İndira Qandi Hindistanla 

Pakistanın ayrıldığı 1947-ci ildə, Hin-

distana mühacirət edənlərə köməklik 

göstərmişdir. 

1959-cu ildə Milli Konqresin sədri 

seçilmişdir. 1964-cü ildən L.B.Şastri 

hökumətində  Məlumat və Radio 

Verilişləri naziri olmuşdur. 1966-cı 

ildən, L.B.Şastrinin vəfatından sonra 

HMK partiyasından parlament frak-

siyasının lideri seçilmiş və Baş Nazir 

olmuşdur. 1971-ci ildə Hindistanla 

Pakistan arasında müharibə başlan-

mışdır. Bu müharibədə  İndira Qandi 

Kəşmir problemini dinc danışıqlar 

yolu ilə həll etmək barədə anlaşma im-

zalamışdır.  Əkinçiliyə xüsusi diqqət 

ayıran İndira Qandi əkinçilikdə həyata 

keçirilən “Yaşıl inqilab”, südçülükdə 

də  tətbiq edilən “Ağ inqilab”la birgə 

daha da böyük müvəffəqiyyət qa-

zanmışdır.Hindistanı nüvə ölkəsinə 

çevirməsi bu qadının  beynəlxalq 

aləmdə də nüfuzunu xeyli artırmışdır. 

1975-ci ildə Allahabad Ali Məhkəməsi 

axırıncı seçkilərdə qanunsuzluqlara 

yol verdiyini bildirərək İndira Qandi-

nin millət vəkilliyi hüququnu əlindən 

almış, 1977-ci ildə ölkədə keçirilən 

seçkilərdə məğlub olmuşdur. 1979-cu 

ildə keçirilən təkrar seçkilərdə  İndira 

Qandi yenidən Baş Nazir seçilmişdir. 

İndira Qandi Bakıya səfər etmiş, öz 

arzusuyla Atəşgahı ziyarət etmişdir. 

İndira Qandi 1984-cü ilin 31 okt-

yabr günü Yeni Dehlidəki Səfdərcunq 

küçəsində yerləşən Baş Nazir 

iqamətgahında, öz mühafizəçiləri 

tərəfindən 33 güllə yarası ilə qətlə yeti-

rilmişdir. Qandinin cənazəsi yerli adət-

ənənəyə görə noyabrın 3-də Mahatma 

Qandinin xatirəsinə ucaldılan Raj Qal 

abidəsi önündə yandırılmışdır. 

Hind xalqı bu gün də onun xatirəsini 

ehtiramla yad edir, hər il oktyabrın 

31-i onun şərəfinə “Milli birlik günü” 

kimi qeyd edilir.



Ə d ə b i y y a t

Hacıyev, Y. İndira Qan-

di: “Görkəmli adamlar” 

seriyasından tarixi-sənədli 

roman /Yusif Hacıyev; Red; 

Z.Hüseynova.- Bakı: Şuşa, 

2001.- 248 s.

Nehru, C. Ümumdün-

ya tarixinə bir nəzər                    

/Cəvahirləl Nehru; tərc.ed. 

T.Paşazadə.-Bakı: Şərq-Qərb, 

2006.- 344 s.

Paşayeva, Q. İndira Priya-

darşini Qandi //Paşayeva Q. 

Tarixə adını yazan qadınlar: 

3 cilddə.-Bakı, 2011.- Cild 2.- 

S.111-132.

Mehparə. Atəşgah və İndira 

Qandi: Suraxanıdakı bu tarixi 

abidə Hindistanın Baş Naziri-

nin təşəbbüsü ilə bərpa edilib 

/Mehparə //Mədəniyyət.-

2008.- 1 mart.- S.7.

19

Siyasi xadim


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə