Teqvim-2017. pdf


Tarix.Din Əhməd İsgəndərov



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə157/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   153   154   155   156   157   158   159   160   ...   200

327

Tarix.Din

Əhməd İsgəndərov

1927 

NOY

ABR

20

20

10

11

Ə d ə b i y y a t

Мировой революционный процесс на современном этапе /А.Искендеров.- М.: Знание, 1966.- 47 с.

Национально-освободительное движение  /А.Искендеров.- М.: Международное  отношения, 1970.- 392 с.

Освободившиеся страны к 2000 году /А.Искендеров.- М.: Международное  отношения, 1986.- 67 с.

Феодальный город  Японии ХV1 столетия  /А.Искендеров.- М.: Изд.вост.лит., 1961.- 116 с.

İ n t e r n e t d ə

adam.az/index.php?option=com...53

arxiv.az/az/azertag.az/3163012

https://az.wikipedia.org/wiki/Əhməd_İsgəndərov

90 

illiyi

Tarixçi-şərqşünas

Əhməd  Əhməd oğlu  İsgəndərov 1927-

ci il noyabr ayının 11-də Bakının Mərdəkan 

qəsəbəsində anadan olmuşdur. Bakının 

8 saylı orta məktəbində  təhsil almışdır. 

1943-cü ildə Bakı Memarlıq Texnikumuna 

daxil olaraq bir il orada oxumuş, 1944-cü 

ildə yenicə yaranmış  Hərbi-dəniz hazırlıq 

məktəbinə daxil olsa da təhsilini yarımşıq 

qoymuş, 1945-ci ildə Moskva  Xarici Dillər 

Hərbi  İnstitutuna daxil olmuşdur. Xari-

ci Dillər Hərbi  İnstitutunda 5 il oxumuş, 

1950-ci ildə baş leytenant rütbəsi almış-

dır.  İki il həmin institutda işlədikdən son-

ra, 1953-cü ildə SSRİ Elmlər Akademiyası 

Şərqşünaslıq  İnstitutunun aspiranturasına 

daxil olmuşdur. 1955-ci ildə isə Moskva 

Dövlət Universitetinin fəlsəfə fakültəsini 

bitirmişdir. 1958-ci ildə Yaponiya tarixi 

üzrə namizədlik dissertasiyası müdafiə et-

mişdir. 1957-1963-cü illərdə  keçmiş SSRİ 

EA Asiya Xalqları İnstitutunun elmi işçisi, 

1960-1969-cu illərdə “Dünyanın və sosializ-

min problemı” jurnalının əməkdaşı, 1969-

1970-ci illərdə Beynəlxalq Fəhlə Hərəkatı 

İnstitutunun direktor müavini olmuşdur. 

1970-ci ildən SSRİ  EA  Ümumi Tarix İnsti-

tutunun  direktor müavini işləmişdir. 1969-

cu ildə tarix elmləri doktoru, 1970-ci ildə 

professor elmi rütbəsini almışdır. 1979-cu 

ildə SSRİ EA müxbir üzvü, Asiya və Af-

rika ölkələri Sovet Həmrəylik Komitəsi 

Rəyasət Heyətinin üzvü olmuşdur. Yaponi-

yanın feodalizm dövrünə, beynəlxalq  milli 

azadlıq hərəkatına həsr olunmuş  təqribən 

80-dək elmi əsərin müəllifidir. “Üçüncü 

dünya: problemlər və perspektivlər” (rus 

dilində) kollektiv monoqrafiyanın  əsas 

müəlliflərindəndir.  Əsərləri bir sıra xarici 

dillərə tərcümə edilmişdir. 

Bir çox  keçmiş SSRİ medalları ilə 

təltif olunmuşdur. 1987-ci ildən “Tarix 

məsələləri” jurnalının baş redaktorudur. 

2002-ci ildə  “İmperiyanın qürubu” kitabı 

çapdan çıxmışdır. 1978-ci ildə RSFSR-in 

“Əməkdar elm xadimi” fəxri adına layiq 

görülmüş, 1987-ci ildə “Şərəf nişanı” orde-

ni ilə təltif olunmuşdur.




328

Kimya.Biologiya.Tibb

Əhliman Əmiraslanov  

1947 

NOY

ABR

20

17

Ə d ə b i y y a t

Onkologiya: dərslik 

/Ə.T.Əmiraslanov, 

A.Y.Qazıyev; rəyçi: 

C.Əliyev, B.Ağayev.-

Bakı: Təhsil, 2010.- 910 

s.

Heydər Əliyev və 

Azərbaycan tibb elmi, 

tibb təhsili siste-

mi /Ə.Əmiraslanov              

//Respublika.- 2014.- 7 

may.- S.6.

Süleymanoğlu, M. 

Azərbaycan Tibb 

Universitetinin rektor-

ları: [portret bədii-

publisistik oçerklər] 

/M.Süleymanoğlu; elmi 

red. R. Ə. Çobanov; 

məsləhətçi. A. Ə. Na-

mazova .-Bakı: Elm və 

təhsil, 2010.- 301 s.

70 

illiyi

Akademik

Əhliman Tapdıq oğlu  Əmiraslanov 

1947-ci il noyabr ayının 17-də  Qərbi 

Azərbaycanın Göyçə mahalının 

Basarkeçər rayonunun Zod kəndində, 

ziyalı ailəsində anadan olmuşdur. 1965-

ci ildə məktəbi  qızıl medalla bitirərək 

N.Nərimanov adına Azərbaycan Dövlət 

Tibb  İnstitutunun müalicə-profilaktika 

fakültəsinə daxil olmuşdur. 1974-1977-

ci illərdə SSRİ Tibb Elmləri Akademi-

yasının Ümumittifaq Onkoloji Elmi 

Mərkəzinin aspirantı olmuş, 1977-ci 

ildə “Bədxassəli  şişlərlə  əlaqədar aşa-

ğı  ətrafların amputasiyasından sonra 

xəstələrin reabilitasiyası” mövzusunda 

namizədlik dissertasiyası, 1984-cü ildə 

“Osteogen sarkomalı  xəstələrin komp-

leks müalicə üsulları” mövzusunda 

doktorluq dissertasiyası müdafiə et-

mişdir. 1985-ci ildə  Ə.T.Əmiraslanov 

“Sümük sarkomaları” adlı orijinal mo-

noqrafiyasına görə SSRİ Tibb Elmləri 

Akademiyasının N.N.Petrov adına 

mükafatına və diplomuna layiq görül-

müşdür. 1987-ci ildə ÜOEM-in Ümumi 

onkologiya  şöbəsində aparıcı elmi işçi 

vəzifəsinə  təsdiq edilmiş, 1989-cu ildə 

həmin  şöbədə professor elmi rütbəsini 

almışdır. 

1992-ci ildən 2015-ci ilədək 

Azərbaycan Tibb Universitetinin rektoru 

vəzifəsində çalışmışdır. 1993-cü il mar-

tın 23-də müsabiqə yolu ilə Azərbaycan 

Tibb Universitetinin Onkologiya kafed-

rasının müdiri vəzifəsinə seçilmişdir. 

2007-ci ildən həm də universitetin On-

koloji klinikasının direktorudur. 

Ə.T.Əmiraslanov 1998-ci ildə Polşa 

Tibb Elmləri Akademiyasının, həmçinin 

2001-ci ildə indiki Rusiya Elmlər Aka-

demiyasının xarici üzvü və 2001-ci ildə 

Azərbaycan Milli Elmlər Akademiyası-

nın həqiqi üzvü, AMEA-nın Biologiya 

və Tibb Elmləri Bölməsinin akademik-

katibinin müavini seçilmişdir. 2006-cı 

ildən UNESCO-nun “Bioetika, elmi 

biliklərin və texnologiyaların etikası” 

Komitəsinin Rəyasət Heyətinin üzvü, 

UNESCO-nun ekspertidir.

2007-ci ildə Azərbaycan Mil-

li Elmlər Akademiyasının Biologiya 

Elmləri Bölməsinin akademik-katibi 

seçilmişdir. 2010-cu ildə ölkə Prezi-

dentinin Sərəncamına  əsasən Elmin 

İnkişafı Fondunun Himayədarları  Şu-

rasının, Azərbaycan Respublikasının 

Elm, texnika, memarlıq, mədəniyyət 

və  ədəbiyyat üzrə Dövlət Mükafatları 

Komissiyasının, həmçinin “Azərbaycan 

Respublikasının Milli Atlası”nın tərtibi 

üzrə redaksiya heyətinin üzvü təyin 

olunmuşdur. 

1990-cı ildə Azərbaycan SSR Ali 

Sovetinin deputatı  və 2010-cu ildə 

Azərbaycan Respublikasının Milli 

Məclisinin deputatı seçilmişdir.  

2011-ci ildə Avropa Tibbi-

Onkologiya Cəmiyyətinin həqiqi üzvü, 

UNESCO-nun eksperti, Türkdilli 

Ölkələrin Parlament Assambleyası-

nın Parlamentlərarası Komissiyasının 

(TÜRKPA) sədridir. Akademik 450-dən 

çox elmi əsərin, 19 monoqrafiyanın, 29 

dərsliyin  müəllifidir. Elmi işlərindən 

200-dən çoxu xarici mətbuatda çap 

olunmuşdur (2015-ci ilə qədər). 

1991-ci ildə Azərbaycan Respublika-

sının “Əməkdar elm xadimi” fəxri adına 

layiq görülmüş, 2000-ci ildə  “Şöhrət” 

ordeni ilə təltif edilmişdir.



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə