Teqvim-2017. pdf


Texnika.Mühəndis işi 100



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə158/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   154   155   156   157   158   159   160   161   ...   200

329

Texnika.Mühəndis işi

100 

illiyi

Kərim Kərimov 

1917-2003

NOY

ABR

Kərim Abbasəli oğlu Kərimov 1917-

ci il noyabr ayının 14-də Bakıda, neft 

mühəndisi ailəsində anadan olmuş-

dur. 1936-cı ildə Azərbaycan Sənaye 

İnstitutuna daxil olan Kərim Kərimov 

Azərbaycan radiosuna işə  qəbul edil-

miş, bir müddət işlədikdən sonra isə 

Mərdəkan radioqovşağının müdiri təyin 

olunmuşdur. 1941-ci ildə Azərbaycanda 

Sənaye  İnstitutunu elektrik mexanika-

sı üzrə mühəndis diplomu ilə bitirmiş

istedadı  nəzərə alınaraq 1942-ci ildə 

Dzerjinski adına Artilleriya Akade-

miyasına göndərilmişdir. Biliyi yox-

landıqdan sonra institutun V kursuna 

qəbul olunmuş və 1943-cü ildə bu təhsil 

müəssisəsini topçu-mühəndis ixtisası 

üzrə bitirmişdir.

Gənc mütəxəssis “Katyuşa” adı ilə 

tanınan “BM-13” atəş qurğusu üçün 

mərmilərin zavodlarda istehsalına 

nəzarət etmək tapşırığı almışdı. Elə o 

vaxtlardan  həyatını raket texnikası ilə 

bağlamış, 1945-ci ildən SSRİ Müdafiə 

Nazirliyi sistemində raket texnologiya-

ları yaradan konstruktor büroları və za-

vodlarında çalışan Kərim Kərimov bir 

neçə elmi ixtiranın müəllifi olmuşdur.  

“Don” radioölçmə sisteminin elmi-

texniki göstəriciləri sonradan kosmik 

sənayedə  tətbiq olunmağa başlanmış, 

bu nailiyyətinə görə  Kərim Kərimov 

1950-ci ildə ilk dəfə SSRİ Dövlət mü-

kafatına layiq görülmüşdür. Baykonur 

kosmodromunun əsası qoyulan gündən 

o, Kosmik Gəmilər üzrə Dövlət Ko-

missiyasının tərkibinə daxil edilmişdir. 

Nəticədə ilk kosmonavt Yuri Qaqarinin 

tarixi uçuşu uğurla başa çatdıqdan son-

ra Kərim Kərimov SSRİ-nin ən yüksək 

ordeni – “Lenin” ordeni ilə təltif olun-

muşdur. 1945-ci ildə böyük mühəndis 

vəzifəsində çalışmağa başlayan Kərim 

Kərimov 1965-ci ildə Kosmik Vasitələr 

İdarəsinin rəisi vəzifəsinə  təyin edil-

mişdir. 1966-cı ildə K.Kərimova 

yenidən yüksək etimad göstərilmiş, o, 

Kosmik Gəmilər üzrə Dövlət Komis-

siyasının sədri təyin olunmuş, 25 il 

ərzində bu vəzifədə çalışmışdır. 1991-

ci ildə istefaya çıxan Kərim Kərimov 

ömrünün sonunadək kosmik sahə ilə 

əlaqəsini kəsməmiş, Uçuşları İdarəetmə 

Mərkəzinin məsləhətçisi olmuşdur. 

İstehsalat-təşkilat və elmi fəaliyyətinə 

görə general-leytenant Kərim Kərimov 

“Sovet  İttifaqı  Qəhrəmanı” fəxri adı-

na, iki dəfə “Lenin” ordeninə, “Qırmı-

zı  Əmək Bayrağı”, “Qırmızı Ulduz” 

ordenlərinə layiq görülmüş  və çox-

lu medalla təltif olunmuşdur. Kərim 

Kərimov iki dəfə Dövlət mükafatı al-

mışdır. O, həmçinin Azərbaycan Res-

publikasının “Şöhrət” ordeni ilə  təltif 

edilmiş, Azərbaycan Milli Elmlər Aka-

demiyasının fəxri üzvü seçilmişdir. 

Kərim Kərimov 2003-cü il mart ayı-

nın 29-da Moskvada vəfat etmişdir.

Ə d ə b i y y a t

General-leytenant Kərim 

Abbasəli oğlu Kərimov     

//Azərbaycan generalla-

rı: Kataloq /Azərbaycan 

Milli Elmlər Akademiyası; 

Azərbaycan tarixi Muze-

yi.- Bakı, 2005. - S.143-

150.

Kərim Kərimov-

Azərbaycan diasporunun 

tanınmış siması //Olaylar.- 

2013.- 27-29 aprel.- S.15. 

Musaqızı, L. Kosmosun 

atası: 25 il SSRİ Kosmik 

Gəmilər üzrə Dövlət 

Komissiyasının sədri 

işləyən azərbaycanlı 

general-leytenant Kərim 

Kərimovun maraqlı həyat 

yolu olub /L.Musaqızı       

//Kaspi.- 2015.- 24 iyul.- 

S.21.

Mustafa, Ə. Kərim 

Kərimov - SSRİ-ni 

kosmos dövləti edən dahi 

azərbaycanlı /Ə.Mustafa 

//Zaman.-2013.- 24, 25 

aprel; 1, 2, 8 may.- S.12.

14

Hərbi xadim



330

Texnika.Mühəndis işi

80 

illiyi

Qərib Calalov

 

1937

NOY

ABR

Qərib  İsaq oğlu Calalov 1937-ci 

il noyabr ayının 28-də  Şəki rayonu-

nun Baş Göynük kəndində, ziyalı 

ailəsində anadan olmuşdur. 1955-ci 

ildə  Azərbaycan Dövlət Universiteti-

nin (indiki BDU) mexanika-riyaziyyat 

fakültəsinə qəbul olunmuş, universiteti 

bitirdikdən sonra Azərbaycan EA Neft-

Kimya Prosesləri  İnstitutunda kiçik 

elmi işçi vəzifəsinə işə qəbul edilmiş-

dir.


1964-cü ildə institutun qiyabi aspi-

ranturasına daxil olmuş və 1967-ci ildə   

“Quyuların debitləri müxtəlifliyinin 

və layın qeyri-bircinsliyinin sulaşma 

prosesinə  təsiri məsələləri” mövzu-

sunda namizədlik dissertasiyası, 1991-

ci ildə isə doktorluq dissertasiyasını 

müdafiə etmişdir. 1992-ci ildə profes-

sor elmi rütbəsini almışdır. 

Q.Calalov 100-dən çox çap olunmuş 

elmi məqalənin, o cümlədən “Çatlı kol-

lektorların hidroqazodinamikası” və 

“Fluyüdlərin qərarlaşmamış süzülməsi 

şəraitində deformasiya olunan layların  

süzülmə-tutum parametrlərinin identi-

fikasiyasının metodikası” adlı monoq-

rafiyaların müəllifidir.

2001-ci ildə neft və qaz yataqları-

nın işlənməsi ixtisası üzrə AMEA-nın 

müxbir üzvü seçilmişdir. 2003-cü ildən 

indiyə qədər AMEA Geologiya və Ge-

ofizika institutunda Layın hidroqazdi-

namikası şöbəsinin rəhbəri işləyir.

Q.İ.Calalovun bilavasitə  iştirakı 

ilə ilk dəfə olaraq ABŞ-ın “Yunokal” 

kompaniyası ilə müştərək, çoxtəbəqəli 

neft yataqlarında süzülmə prosesinin 

kompleks tədqiqinə uyğun hidrodi-

namik məsələlər üçün alınmış  həllər 

əsasında göstərilən prosesi EHM-də 

modelləşdirməyə, sistemi xarakterizə 

edən parametrlərin qiymətlərini he-

sablamağa imkan verən proqram pa-

keti yaradılmışdır. O, uzun müddət 

“AMEA-nın Xəbərləri (Yer elmləri)” 

jurnalının məsul katibi, Azərbaycan 

EA-nın Yer Elmləri bölməsinin Redak-

siya Nəşriyyat Şurasının və Azərbaycan 

Respublikası Prezidenti yanında Ali 

Attestasiya Komissiyasının Yer elmləri 

bölməsinin elmi katibi vəzifələrində 

fəaliyyət göstərmişdir.

180-dən çox elmi məqalənin (bun-

lardan 30-u xaricdə çap olunmuş-

dur), 2 monoqrafiyanın müəllifidir. 

İndiyədək onun rəhbərliyi ilə 8 nəfər 

elmlər namizədi alimlik dərəcəsinə 

yiyələnmişdir. Amerika Beynəlxalq 

Mühəndis Neftçilər Cəmiyyətinin üz-

vüdür. 


1985-ci ildə “Əmək veteranı” meda-

lı ilə təltif edilmiş, 1996-cı ildə Ame-

rikanın Bioqrafiya  İnstitutu tərəfindən 

“İlin adamı” və “Nailiyyətin qızıl diki” 

titullarına layiq görülmüş, 

Azərbaycan 

Respublikasının “Şöhrət” ordeni ilə 

təltif olunmuşdur.



Ə d ə b i y y a t

Моделирование процесса 

обработки призабойной 

зоны газоконденсатных 

скважин газами 

различного состава       

/М.Т.Абаов, З.Я.Аббасов, 

Х.А.Фейзуллаев //Изв. 

НАН Азерб. Сер. «Науки 

о Земле»,  2012.- №2.

Deformasiya olunan 

kollektorlu məsaməli 

mühitdə qazlı mayenin 

süzülməsi zamanı nisbi 

faza keçiriciliklərinin 

identifikasiyası                       

/Q.Calalov, A.Ə.Əliyev    

//AMEA-nın Xəbərləri: 

Yer elmləri ser.- 2012.-   

№ 2. 

Qərib 

Calalov 

//Şəki. Alim 

və ziyalılar.- Bakı, 2002.-

S.80.

Aydəmir, Ş. Ömrünün pa-

yız fəslini yaşayan alim: 

“Şöhrət” ordenli Qərib 

Cəlalov ABŞ-ın məşhur 

YUNOKAL Kompaniyası 

ilə müştərək proqram 

paketini necə hazırladı? 

/Ş.Aydəmir //Həftə içi.- 

2012.- 28 noyabr.- S.6.

28

Alim


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə