Teqvim-2017. pdf


Tarixdə bu gün Bakı Metropoliteni işə başlamışdır



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə159/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   155   156   157   158   159   160   161   162   ...   200

331

Tarixdə bu gün

Bakı Metropoliteni işə başlamışdır

1967 

NOY

ABR

Yaxın  Şərqdə ilk, SSRİ  sıraların-

da isə 5-ci olan yeraltı  sərvətimiz 

Bakı metropoliteni ilk dəfə 1967-ci 

il noyabrın 6-da fəalliyətə başlamış-

dır. Həmin gün “Bakı Soveti” (indiki 

“İçərişəhər”) stansiyasından ilk qatar 

uzunluğu cəmi 9.56 km olan xətt üzrə 

işə salınmışdır. Bu xətt üzərində o vaxt 

“Bakı Soveti”ndən başqa daha 4 stan-

siya - “26 Bakı komissarı” (“Sahil”), 

“28 Aprel” (“28 May”), “Gənclik” və 

“Nəriman Nərimanov” stansiyaları da 

yerləşirdi.

Bakı Metropoliteninin fəaliyyətdə 

olan 23 stansiyasından 14-ü, ümu-

mi uzunluğu 31,5 km olan metro 

xətlərinin 22,3  kilometri məhz Heydər 

Əliyevin Azərbaycana rəhbərlik etdi-

yi illərdə istifadəyə verilmişdir.

1970-ci il aprelin 17-də “Ulduz”, 

1972-ci il noyabrın 6-da “Məşədi 

Əzizbəyov” (“Koroğlu”), “Avrora” 

(“Qara Qarayev”), “Neftçilər”, 1976-

cı ildə “Nizami”, 1979-cu ildə “Bak-

mil”, 1985-ci ildə “Elmlər Akade-

miyası”, “İnşaatçılar”, “20 Yanvar”, 

“Memar Əcəmi”, 1989-cu ildə “Xalq-

lar dostluğu” və “Əhmədli”, 1993-cü 

ildə “Cəfər Cabbarlı” stansiyaları 

istismara verilmişdir. 2002-ci ildə 

“Həzi Aslanov” stansiyasının yeraltı 

nəqliyyat konveyerinə qoşulması ilə 

Bakı metropoliteni xətlərinin uzunlu-

ğu 31,5 km-ə çatdı.

2006-2009-cu illərdə böyük ti-

kinti erası və metropoliten xətlərinin 

inkişaf etdirilməsi başlandı  və bir-

birinin ardınca “Nəsimi”, “Azadlıq 

prospekti”, “Dərnəgül” stansiyaları, 

“28 May” stansiyasının ikinci çıxışı 

sərnişinlərin istifadəsinə verildi. 2008-

ci ildə “İçərişəhər” stansiyasının tam 

yenidən qurulması ilə metropolitendə 

daha bir istiqamətdə yeniləşmə döv-

rü başlandı. Bunun ardınca, 2011-ci 

ildə “Məşədi  Əzizbəyov” stansiyası 

yenidən qurularaq “Koroğlu” adı ilə 

sərnişinlərin istifadəsinə verildi.

Yeni əsrin ilk onilliyində metropo-

litenin vaqon parkı daha da genişləndi. 

Azərbaycan Respublikasının Prezi-

denti cənab  İlham  Əliyevin tapşırığı 

ilə daha 116 yeni vaqon alındı. Bu da 

öz növbəsində, metropolitendə qa-

tarların hərəkət intervalını azaltma-

ğa, sərnişinlərə xidmət səviyyəsini 

yüksəltməyə imkan verdi. 

2011-ci il martın 18-də 

Azərbaycan Respublikası Preziden-

tinin sərəncamları ilə metropoliten 

xətlərinin konseptual inkişaf sxemi 

təsdiq olunmaqla, perspektiv planın 

2011-2015-ci illər üçün Dövlət Proq-

ramı təsdiq edildi. Müvafiq proqrama 

əsasən 2030-cu ilə qədər metropolite-

nin 3 yeni xətt də əlavə olunmaqla 53 

stansiyasının inşa olunması  nəzərdə 

tutulmuşdur.

Hərəkətin təşkilini və 

təhlükəsizliyini təmin etmək 

məqsədilə stansiyalarda və qatarlarda 

3 funksiyalı  videomüşahidə sistemi 

yaradılmış, SOS qurğuları quraşdırıl-

mışdır.

Cənab  İlham  Əliyev hər za-



man metropolitençilərin  əməyini 

orden və medallarla, xüsusi dip-

lomlarla və yüksək  mükafatlarla 

qiymətləndirmişdir.

Prezidentin 29 oktyabr 2006-cı il 

tarixli Sərəncamı ilə hər il 6 noyabr - 

Metro İşçilərinin Peşə Bayramı Günü 

kimi qeyd edilir.



Ə d ə b i y y a t

Bakı metropoliteni 35 

il: sənədli puplisisti-

ka /tərt.: Ə.Babazadə, 

Ə.Fərəcov, Y.Yusifzadə; red. 

T.Əhmədov.- Bakı: Turan 

Nəşrlər Evi : [Maqnat 

MMM], 2002.- 238, [2] s., 

[16] v.

XXI əsrin Bakı metropolite-

ni: [Bakı metropoliteni - 45]

 

/ideya müəl. Tağı Əhmədov.- 

Bakı: [Metro qəzetinin 

redaksiyası], 2012.- 604 s. 

Heydər Əliyev: “Bakı met-

ropoliteni Azərbaycan xal-

qının milli sərvətidir”: Bakı 

metropoliteni işçilərinin 

peşə bayramı qarşıs

ında 

//Azərbaycan.- 2014.- 24 

oktyabr.- S.6.

Bakı Metropoliteni tarixinin 

ən yüksəlişli dövrünə qədəm 

qoyub //Respublika.- 2014.- 

31 oktyabr.- S.2.

6

50 

illiyi


332

Tarixdə bu gün

Azərbaycan Bayrağı Günü

2009 

NOY

ABR

Azərbaycan Respublikasının 

Dövlət bayrağı Dövlət gerbi və 

Dövlət himni kimi Azərbaycan Res-

publikasının müstəqilliyini təcəssüm 

etdirən rəsmi dövlət rəmzidir. 

1991-ci il oktaybrın 18-də mü-

vafiq Konstitusiya aktı ilə dövlət 

müstəqilliyini bərpa edən Azərbaycan 

Respublikası özünü Azərbaycan Xalq 

Cümhuriyyətinin varisi elan edərkən 

onun dövlət rəmzlərini, o cümlədən 

Dövlət bayrağını qəbul etmişdir. 

İlk dəfə Azərbaycan Respubli-

kasının Dövlət bayrağı 1918-ci il 

noyabrın 9-da Azərbaycan Xalq 

Cümhuriyyətinin iclasında qəbul 

edilmiş və 1920-ci ilin aprel ayınadək 

dövlət statusuna malik olmuşdur. 

Həmin bayraq 1990-cı il noyabrın 

17-də Naxçıvan Muxtar Respubli-

kası Ali Məclisinin sədri, xalqımızın 

ümummilli lideri Heydər  Əliyevin 

təşəbbüsü və  rəhbərliyi ilə keçirilən 

sessiyada Naxçıvan Muxtar Respub-

likasının dövlət bayrağı olaraq təsdiq 

edilmişdir. 1991-ci il fevralın 5-də 

Azərbaycan Respublikasının Ali So-

veti “Azərbaycan Dövlət bayrağı 

haqqında” Qanun qəbul edərək onu 

Dövlət bayrağı elan etmişdir. 

Azərbaycan Respublikasının 

Dövlət bayrağı bərabər enli üç üfüqi 

zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, 

orta zolaq qırmızı, aşağı zolaq yaşıl 

rəngdədir. Mavi rəng - Azərbaycan 

xalqının türk mənşəli olmasını, qır-

mızı  rəng - müasir cəmiyyət qur-

maq, demokratiyanı inkişaf etdirmək 

istəyini, yaşıl rəng-islam sivilaziya-

sına mənsubluğu ifadə edir. Qırmızı 

zolağın ortasında bayrağın hər iki 

üzündə  ağ  rəngli aypara ilə  səkkiz 

guşəli ulduz təsvir edilmişdir. Bay-

rağın eninin uzunluğuna nisbəti 1:2-

dir.


Ümummilli lider Heydər Əliyevin 

rəhbərlik etdiyi dövrdə Azərbaycanın 

dövlət rəmzləri ilə bağlı qanunverici-

lik bazası formalaşdı, “Azərbaycan 

Respublikasının dövlət atributlarının 

təbliği işinin gücləndirilməsi haq-

qında” 1998-ci il 13 mart tarixində 

Sərəncam imzalandı. Bu siyasətin 

davamı olaraq cənab Prezident İl-

ham  Əliyev tərəfindən 2004-cü ildə 

Azərbaycan Respublikası Dövlət 

bayrağının istifadəsi qaydaları haq-

qında Qanunun təsdiq edilməsi, 

2006-cı ildə Azərbaycan Respubli-

kasının Prezidenti yanında Heraldika 

Şurasının yaradılması, 2008-ci ildə 

Azərbaycan Respublikası Preziden-

tinin  ştandartı (bayrağı) haqqında 

fərmanın imzalanmasını xüsusilə 

qeyd etmək lazımdır. 

Azərbaycan Respublikasının Pre-

zidenti cənab İlham Əliyevin 17 no-

yabr  2009-cu il tarixli Azərbaycan 

Respublikasının Dövlət bayrağı 

gününün təsis edilməsi haqqında 

sərəncamına  əsasən hər il noyabr 

ayının 9-u Azərbaycan Respubli-

kasının Dövlət Bayrağı Günü kimi 

qeyd edilməyə başlanmışdır. Bunun-

la yanaşı 17 noyabr 2007-ci il tarixli 

Sərəncama  əsasən Dövlət Bayrağı 

Meydanı yaradılmışdır.   



Ə d ə b i y y a t

Dövlət Bayrağı Meydanı.- 

Bakı: [s.n.], 2010.- 75 s.

Əhmədov, S. Azərbaycan 

Respublikasının Dövlət 

Bayrağı /Səbuhi Əhmədov, 

Vüqar Məmmədov.- Bakı, 

2010.- 153 s. 

9 Noyabr Azərbaycan Res-

publikasının Dövlət Bay-

rağı Günüdür: Üçrəngli 

bayrağımız dövlətimizin 

müstəqilliyinin, xalqımızın 

milli mənsubiyyətinin, 

tarixinin və mənəvi 

dünyasının rəmzidir //Yeni 

Azərbaycan.- 2014.- 8 

noyabr S. 2.

Ələkbərov, Y. Möhtəşəm 

bayrağımız: 9 noyabr 

Dövlət Bayrağı Günü-

dür /Yusif Ələkbərov                 

//Respublika.- 2013.- 9 

noyabr.- S.5.

www.azerbaycanli.org

9


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə