34
Tarixdə bu gün
Yeni il
Y
ANV
AR
Dünya xalqlarının böyük əksəriyyəti
yeni ilin başlanğıcını dekabrın 31-dən
yanvarın 1-nə keçən gecə qeyd edirlər.
Yeni il Yer kürəsinin bütün guşələrində
dini etiqadlarından asılı olmayaraq
müxtəlif xalqlar tərəfindən geniş qeyd
olunan ən məşhur bayramlardandır.
Yeni ili bayram etməklə insanlar belə
hesab edirlər ki, bütün uğursuzluq və
kədərli anlar köhnə ildə qalır, yeni il
yeni arzular və ümidlər gətirir.
Yeni il bayramı Azərbaycanda da ge-
niş qeyd edilir. Bu bayramın öz tarixçəsi
var. Bəzi fərziyyələrə görə Yeni ili ilk
dəfə qədim çinlilər qeyd ediblər. Digər
mənbələrdə bu, qədim germanlar və
romalıların adı ilə bağlanır. Başqa bir
mənbə isə ənənənin Mesopotamiyada
yarandığını sübut etməyə cəhd etmiş,
bayramın yaranmasının azı 25 əsrlik ta-
rixi olduğunu iddia etmişdir.
Yeni ilin yanvarın 1-dən hesab olun-
ması xristianlığın tarixi ilə bağlıdır.
Rəvayətə görə, İsa peyğəmbər dekabrın
24-də anadan olduğu üçün xristianlar
bu günü İsa Məsihin doğulması şərəfinə
Milad bayramı kimi qeyd edirlər. Mi-
lad bayramının ilkin mənbəyi hər il qış
günəş duruşu zamanı (21-25 dekabr)
“xilaskar allahın doğulması” ilə əlaqədar
keçirilən qədim bütpərəst mərasimi ol-
muşdur. Milad bayramını ilk dəfə Roma
xristian icmaları keçirmişdir. Bu bayram
431-ci ildə qanuniləşdirilmişdir. Bizim
istifadə etdiyimiz təqvim də məhz mi-
ladi təqvim adlanır. Bu təqvimə əsasən
yeni il yanvarın 1-dən başlanır.
Yeni ilin rəmzlərindən biri Şaxta ba-
badır. Şaxta babanı müxtəlif ölkələrdə
müxtəlif cür adlandırırlar. Bütün hal-
larda Şaxta baba uşaqların sevimli-
sidir. Yeni il gecəsində onlar evlərə
heç vaxt əliboş gəlmir, torbalarındakı
hədiyyələrlə uşaqları sevindirirlər.
Dekabrın 31-i gecəsi insanlar bayram
süfrəsi ətrafında toplaşırlar. İlin başa çat-
dığını göstərən saat zənginin təntənəli
sədaları altında sağlıqlar söyləyir, sonra
isə şampan şərabı ilə dolu qədəhləri toq-
quşdurur, yeni ildə bir-birinə xoş günlər
və sağlamlıq arzulayırlar.
Yeni il bayramını al-əlvan, bərli-
bəzəkli yolkasız təsəvvür etmək qeyri-
mümkündür. Əlbəttə, bu yolka təbii
küknar ağacından olsa və yarpaqları
ətir saçsa daha gözəl olardı. Amma
təbiəti qorumaq naminə süni yolka-
larla da keçinmək olar. Çoxları yolka
bəzəmək ənənəsini də xristian diniylə
əlaqələndirir. Əslində isə, həyat rəmzi
olan yolkanın bəzənməsi tarixi xristian-
lıqdan əvvəl başlamış və hansısa bir dinlə
bağlı deyil. Yeni il yolkası haqqında ilk
yazılı məlumat XVI əsrə təsadüf edir.
Həmin mənbələrə görə, o vaxt alman
şəhəri olan Strasburqda Yeni il gecəsi
həm kasıb, həm də adlı-sanlı zadəgan
ailələrində şam ağacları rəngli kağızlar,
meyvələr və şirniyyatla bəzədilirmiş.
Vaxt keçdikcə bu adət bütün Avropaya
yayılır. Amerikaya isə yolkanı bura-
da məskunlaşan almanlar gətirmişlər.
1851-ci ildə burada ilk dəfə təntənəli
şəkildə yolka fənərlərinin yandırılması
mərasimi keçirilmişdir. O vaxtdan hər il
Yeni il bayramında Ağ evin qarşısında
bu mərasim keçirilmiş, beləcə yolka bü-
tün dünyada məşhurlaşmışdır.
Ə d ə b i y y a t
Anar. İstəklərin, amalla-
rın ortaqlaşdığı bayram
/Anar //Xalq qəzeti.-
2016.- 6 yanvar.- S.3.
Əlibalaqızı, S. Dünyada
Yeni il: Fərqli ənənə və
mərasimlər /S.Əlibalaqızı
//Mədəniyyət.- 2014.- 30
dekabr.- S.15.
İkramqızı, F. Yeni ili necə
qarşılamalı? /F.İkramqızı
//İki sahil.- 2013.- 29
dekabr.- S.13.
Mustafayev, O. Dün-
ya xalqlarının yeni il
ənənələri /O.Mustafayev
//Azərbaycan müəllimi.-
2012.- 28 dekabr.- S.12.
İ n t e r n e t d ə
http://www.anl.az/down/
meqale/xalqqazeti/2016/
yanvar/471081.htm
http://www.anl.az/down/
meqale/medeniyyet/2014/
dekabr/411677.htm
1
35
Tarixdə bu gün
25
illiyi
Milli Olimpiya Komitəsi
1992
Y
ANV
AR
Azərbaycanda Milli Olimpiya Komitəsi
1992-ci il yanvar ayının 14-də keçiril-
miş Ümumrespublika konfransında təsis
edilmişdir. Milli Olimpiya Komitəsinin
yaradılması və onun Beynəlxalq Olim-
piya Komitəsi tərəfindən tanınması ilə
ölkəmizin Olimpiya Hərəkatında yeni bir
dövr başlayır. Milli Olimpiya Komitəsinin
tarixi, müstəqilliyimizin tarixi ilə üst-üstə
düşür. 1992-ci ildən fəaliyyət göstərən
Milli Olimpiya Komitəsinə 1997-ci ildə
cənab İlham Əliyev sədr seçiləndən son-
ra Azərbaycanda olimpiya hərəkatının
dirçəliş dövrü başlamışdır. Bu illər ərzində
Milli Olimpiya Komitəsinin təşkilati və
quruculuq işləri bir an belə səngiməyib.
Hazırda ölkəmizin demək olar ki, bütün
bölgələrində olimpiya idman komplekləri
vardır. Bi
r sıra ixtisaslaşmış idman qur-
ğuları tikilib istifadəyə verilmiş, mövcud
idman obyektləri yenidən qurulmuşdur.
Artıq Azərbaycan Beynəlxalq Olimpiya
Hərəkatına müstəqil bir dövlət kimi qo-
şularaq öz idman potensialını tam nüma-
yiş etdirmək imkanı əldə etdi. İdmanın
müxtəlif növlərinin inkişafı üçün konk-
ret addımlar atılmış, federasiyaların
rəhbərliyi gücləndirilmişdir. Nazirlik,
Milli Olimpiya Komitəsi, federasiyalar,
idman cəmiyyətləri, klublar bir ailə kimi
fəaliyyətə başlamış və beləliklə, idman
uğurlarımızı şərtləndirmişdir.
Azərbaycan Beynəlxalq və Avropa
Olimpiya komitələrinin fəal üzvüdür. Bi-
zim uğurlarımız beynəlxalq idman qu-
rumları tərəfindən qiymətləndirilir. İdma-
nın inkişafına verilən beynəlxalq dəstək
və qiymət çox yüksək səviyyədədir.
Beynəlxalq Olimpiya federasiyalarının
dəstəyi ilə ölkəmizdə çoxsaylı idman ya-
rışları - Avropa və dünya çempionatları,
Olimpiya, qeyri-olimpiya idman növləri
üzrə çempionatlar keçirilmişdir.
Milli Olimpiya Komitəsi Azərbaycanda
Olimpiya Hərəkatının daha da
genişlənməsi, onun maddi-texniki bazası-
nın möhkəmləndirilməsi, idmançılarımızın
hazırlıq səviyyəsinin yüksəldilməsi üçün
onların beynəlxalq yarışlarda iştirakının
təmin olunması yolunda səmərəli fəaliyyət
göstərir. Milli Olimpiya Komitəsi bu mü-
hüm vəzifələrin həyata keçirilməsi üçün
ölkənin müxtəlif dövlət və ictimai qurum-
ları ilə, habelə dünyanın ayrı-ayrı olimpi-
ya və idman təşkilatları ilə sıx əməkdaşlıq
əlaqələri yarada bilmişdir. Milli Olimpiya
Komitəsi idmanın maddi-texniki bazasının
genişləndirilməsi və müasirləşdirilməsi
istiqamətində böyük uğurlar əldə etmişdir.
İdmançılarımızın Olimpiya Oyunlarında-
kı nailiyyətləri, mötəbər idman yarışları-
nın keçirilməsində toplanmış təcrübə və
beynəlxalq əlaqələrin yüksək səviyyədə
qurulması Milli Olimpiya Komitəsini qitə
olimpiya qurumlarının ön sıralarına çıxar-
maqla nüfuzlu təşkilata çevirmişdir. Res-
publikamızın paytaxtı Bakı şəhəri 2020-ci
il Olimpiya Oyunlarının keçirilməsi üçün
namizədliyini irəli sürmüş və iddiaçı şəhər
kimi qeydə alınmışdır.
2015-ci ildə Avropanın idman tarixində
ilk dəfə baş tutan I Avropa Oyunlarına ev
sahibliyi edən Azərbaycan, qitənin idman
tarixinə yeni bir səhifə yazmağı bacardı.
Azərbaycan ölkələrin medal cədvəlində
fəxrlə II yerdə qərarlaşdı.
Bakı dünyada çox nüfuzlu “Formula-1”
yarışlarına ev sahibliyi etdi. Dünya Şah-
mat Olimpiadası, İslam Həmrəylik Oyun-
ları da ölkəmizdə keçiriləcək.
Ə d ə b i y y a t
Azərbaycan Respubli-
kasının Milli Olimpiya
Komitəsi 20 il: [1992-
2012] /[Ç.Hüseynzadə,
C.Rəhmanov; tərc.
L.Hüseynova; dizay-
ner A.Əliyev; foto.
D.Nəcəfov [və b.]].-
Bakı: [İMAK], 2012.-
455 s.
Əlizadə, Ş. Azərbaycan
bu gün dünyada
idman dövləti kimi
tanınır: Dövlətimizin
başçısı İlham Əliyev
bildirib ki, ölkəmizin
idman nailiyyətləri
artıq dünyada yüksək
qiymətləndirilir
/Ş.Əlizadə
//Respublika.-2015.- 7
yanvar.- S.1.
İ n t e r n e t d ə
http://www.anl.az/down/
meqale/respublika/2015/
yanvar/412435.pdf
14