Teqvim-2017. pdf


Tarixdə bu gün Beynəlxalq Tolerantlıq Günü



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə161/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   157   158   159   160   161   162   163   164   ...   200

335

Tarixdə bu gün

Beynəlxalq Tolerantlıq Günü  

1995 

NOY

ABR

16 noyabr Beynəlxalq Tolerantlıq 

Günüdür. Tolerantlıq insan hüquqları 

və vicdanı ilə bağlıdır, insan azadlıq-

ları və hüqüqlarının təsdiqi, plüralizm 

və demokratiya əsasında formalaşır. 

1995-ci il noyabrın 16-da keçirilmiş 

UNESKO Baş Konfransının 28-ci ses-

siyasında Tolerantlıq prinsiplərinə dair 

Bəyannamə qəbul olunmuşdu. 

“Tolerans” sözü latınca “tolerantia” 

sözündəndir. Mənası dözüm, qatlan-

ma, səbr, həzm etmə, xoş davranma 

deməkdir.  Dilindən, dinindən və irqi 

mənsubiyyətindən asılı olmayaraq bü-

tün Azərbaycan vətəndaşlarının vic-

dan azadlığı hüququ Konstitusiyamız-

da və “Dini etiqad azadlığı haqqında” 

Qanunda parlaq ifadəsini tapmışdır. 

Konstitusiyamızın 48-ci maddəsinə 

görə, “hər bir vətəndaş vicdan azad-

lığını, dinə münasibətini müstəqil 

müəyyənləşdirmək, dini əqidəsini 

sərbəst ifadə etmək və yaymaq, 

həmçinin dini ayin və  mərasimlərini 

sərbəst yerinə yetirmək hüququna ma-

likdir.” Qanunda təsbitini tapmış bu 

müddəalar ölkəmizdə tolerantlığın in-

kişafına müsbət təsir göstərirmişdir. 

Ümummilli lider Heydər  Əliyevin 

təşəbbüsü və göstərişi ilə milli az-

lıqların  ədəbiyyat, mədəniyyət, dil, 

tarix, adət-ənənələrinin qorunub sax-

lanmasına, inkişaf etdirilməsinə hü-

quqi zəmin yaradıldı. 1995-ci ildə 

bilavasitə Heydər  Əliyevin təşəbbüsü 

ilə hazırlanan Azərbaycan Respublika-

sının Konstitusiyasının 25-ci maddəsi 

ilə  mənşəyindən, irqindən, dinindən 

və dilindən asılı olmayaraq hər kəsin 

hüquq və azadlıqlarına hörmət təmin 

olundu. Azərbaycan  ərazisində ya-

şayan bütün milli azlıqların mədəni 

kimliyinə təminat verildi. “Mədəniyyət 

haqqında” Qanunun 11-ci maddəsi ilə 

dövlət Azərbaycan ərazisində yaşayan 

bütün milli azlıqların mədəni kimliyinə 

önəm verdiyini bir daha sübut etdi. 

Eləcə  də “Təhsil haqqında” Qanunda 

hər kəsin öz dilində təhsil almaq hüqu-

qu və ayri-seçkiliyə yol verilməməsi 

məsələsi öz əksini tapdı.

Azərbaycan 

əsrlər boyu 

mədəniyyətlərin qovuşduğu məkanda 

yerləşməklə dinlər və sivilizasiya-

lararası anlaşmada aparıcı rol oyna-

yıb. Bu gün dünya üçün multikul-

tural dəyərlər nə  qədər yeni olsa da, 

Azərbaycan bu dəyərlər sisteminə - 

yəni, eyni bir ölkədə yaşayan müxtəlif 

xalqların hüquqlarını tanıyan hu-

manist dünyagörüşü və ona uyğun 

siyasəti ilə min illərdir bəşəriyyətə 

nümunə göstərir. Azərbaycanın dünya 

ölkələrinə təqdim etdiyi multikultural 

model xalqların dostluq və mehriban 

şəraitdə birgə yaşamasını  təmin edən 

modeldir. Azərbaycan Respublika-

sının Prezidenti cənab  İlham  Əliyev 

multikulturalizmi dövlət siyasəti elan 

edərək Azərbaycanda multikultura-

lizm  ənənələrinin qorunub saxlanma-

sı, daha da inkişaf etdirilməsi və geniş 

təbliğ olunması məqsədilə 2016-cı ili 

“Multikulturalizm ili” elan etmişdir.



Ə d ə b i y y a t

Əliyeva, L. Tolerantlıq bizim 

həyat tərzimizdir...: [Böyük 

Britaniya parlamentində 

keçirilən “Avropa multikul-

turalizminin perspektivləri: 

Dinlərarası dialoq və dini 

tolerantlığın Azərbaycan 

modeli” adlı konfrans 

haqqında] /Leyla Əliyeva           

//Azərbaycan qadını.-2013.- 

qış.- S.62-63.

Əliyeva, Y. Azərbaycanın 

tolerantlıq təcrübəsi 

nümunədir: 16 noyabr 

Beynəlxalq Tolerantlıq 

Günüdür /Yeganə Əliyeva          

//İki sahil.-2015.- 14 no-

yabr.- S.11.

Sevinc. Bu gün Ümumdün-

ya Tolerantlıq Günüdür: 

Ekspertlər Azərbaycanda 

özünəməxsus tolerantlıq 

nümunəsinin olduğunu 

bildirirlər /Sevinc //Həftə 

içi.-2013.- 16-18 noyabr.- 

S.6.

16


336

Tarixdə bu gün

Milli Dirçəliş Günü  

1992

NOY

ABR

1992-ci ildən 17 noyabr Milli 

Dirçəliş Günü kimi qeyd olunur. 

Bu bayram 1988-ci ilin noyabr-

dekabr aylarında Bakıda baş-

layan milli azadlıq hərəkatı ilə 

bağlıdır. 1988-ci il noyabrın 

17-də Ermənistanın torpaq iddi-

aları, SSRİ  rəhbərliyinin Dağ-

lıq Qarabağ bölücülərinə dola-

yı  dəstək verməsi, Azərbaycan 

hakimiyyətinin  ərazi bütövlüyü-

nün müdafiəsində  qətiyyətsizliyi 

əleyhinə Bakıda tələbə  hərəkatı 

fəallarının başladığı etiraz ak-

siyaları ümummilli mitinqlərlə 

nəticələndi.

Milyonlarla insan indiki Azad-

lıq meydanına yığışaraq, Mosk-

vanın anti-Azərbaycan siyasətinə 

qarşı çıxdı. Dekabrın əvvəllərində 

mitinqlər SSRİ-nin daxili qoşunla-

rı tərəfindən dağıdılsa da, Moskva 

Azərbaycan xalqının milli azadlıq 

hərəkatının qarşısını ala bilmədi.

Moskvanın, xüsusən də, 

SSRİ-nin rəhbəri M.Qorbaçovun 

buna biganə münasibətini 

görən ermənilər planlı  şəkildə, 

Ermənistan hökumətinin tapşırığı 

və göstərişi ilə Ermənistanda yaşa-

yan 200 mindən çox azərbaycanlını 

öz ata-baba yurdlarından kütləvi 

surətdə qovdular.

1988-ci il fevralın əvvəllərində 

Azərbaycanın Dağlıq Qarabağ 

bölgəsində iğtişaş törətdilər. Onlar 

Azərbaycanın tarixi torpağı olan 

Dağlıq Qarabağı Azərbaycandan 

qoparıb, Ermənistana 

birləşdirilməsi haqqında məsələ 

qaldırdılar.

1988-ci il noyabrın 17-də Bakının 

əsas meydanı sayılan Azadlıq mey-

danında sovet dövlətinin xalqımı-

za qarşı apardığı anti-Azərbaycan 

siyasətinə etiraz əlaməti olaraq, 

Azərbaycan ictimaiyyətinin sonu 

bilinməyən mitinqi başlandı. O 

vaxt bütün xalq bir yumruq kimi 

düyünlənmişdi. Bu, əsl xalq 

hərəkatı, milli azadlıq hərəkatı 

idi. Dekabrın  əvvəllərində sovet 

qoşunları  tərəfindən ümumxalq 

mitinqi dağıdıldı. Azərbaycanda 

bu hadisələr milli azadlıq 

hərəkatı kimi qiymətləndirilir və 

Vətənimizin istiqlaliyyət qazan-

masında əsas amil sayılır.

Azərbaycan xalqı uzun illər 

arzusunda olduğu müstəqilliyinə 

qovuşdu. Öz haqqı, azadlığı  və 

torpaqlarına sahib çıxmaq istəyən 

xalqımız bu müqəddəs ideallar 

naminə birlik və  bərabərliyini bir 

daha bütün dünyaya nümayiş  et-

dirdi.

Ə d ə b i y y a t 

Hacalıyev, E.Müstəqillik 

uğrunda mübarizənin 

yüksəliş mərhələsi: 17 no-

yabr Milli Dirçəliş Günüdür 

/E.Hacalıyev //Azərbaycan.-

2015.- 17 noyabr.- S.5.

Müstəqilliyin simvolların-

dan biri - 17 noyabr Milli 

Dirçəliş Günü //Bakı xəbər.-

2015.- 17 noyabr.- S.15.

Seyidzadə, T. Şərəfli tarixin 

başlanğıcı - Milli Dirçəliş 

Günü  1988-ci ilin 17 

noyabrında Azərbaycan 

xalqı milli birliyin, əzmini 

sübut etmək üçün meydan-

lara axışdı   /T.Seyidzadə                             

//Azad Azərbaycan.-2013.- 

17 noyabr.- S.2.

İ n t e r n e t d ə

http://anl.az/down/me-

qale/azerbaycan/2015/

noyabr/463801.htm

http://anl.az/down/me-

qale/baki_xeber/2015/

noyabr/463539.jpg

17



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə