Teqvim-2017. pdf


Tarixdə bu gün Qarakənd faciəsi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə162/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   158   159   160   161   162   163   164   165   ...   200

337

Tarixdə bu gün

Qarakənd faciəsi 

1991 

NOY

ABR

Qarakənd faciəsi - 1991-ci il 20 noyabrda 

Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlı-

ğında, Ağdam rayonunun Mərzili kəndi ərazisində 

hərbi vertolyotun erməni quldurları tərəfindən vu-

rulduğu gündür. 

1991-ci il noyabr ayının 20-də Xocavənd ra-

yonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 

hər

bi helikopterinin erm



əni silahlıları  tərəfindən 

atəşə tutulması  nəticəsində heyət və  sərnişinlər 

– Azərbaycanın görkəmli dövlət və hökumət 

nümayəndələri, Rusiya və Qazaxıstandan olan 

müşahidəçilər – dövlət katibi Tofiq Kazım oğlu 

İsmayılov, Baş prokuror İsmət  İsmayıl oğlu Qa-

yıbov, dövlət müşaviri Məhəmməd Nəbi oğlu 

Əsədov, Baş nazirin müavini Zülfi Saleh oğlu Ha-

cıyev, deputatlar Vaqif Cəfər oğlu Cəfərov və Vəli 

Hüseyn oğlu Məmmədov, Prezidentin İcra Apara-

tının şöbə müdiri Osman Hüseyn oğlu Mirzəyev, 

nazir müavini Qurban Hüseyn oğlu Namazəliyev, 

DQMV prokuroru İqor Aleksandroviç Plavski, 

DQMB Daxili İşlər İdarəsinin rəisi Vladimir Vla-

dimiroviç Kovalyov, Dağlıq Qarabağ üzrə milli 

təhlükəsizlik  şöbəsinin rəisi Sergey Semyonoviç 

İvanov, fövqəladə vəziyyət rayonunun komendan-

tı Nikolay Vladimiroviç Jinkin, Qazaxıstan daxili 

işlər nazirinin müavini Sanlal Dasumoviç Serikov, 

milis general-mayoru Mixail Dmitriyeviç Luka-

şov, polkovnik-leytenant Oleq Nikoloyeviç Ko-

çerev, dövlət katibinin köməkçisi Rafiq Məmməd 

oğlu Məmmədov, telejurnalist Alı Mustafa oğlu 

Mustafayev, AzTV-nin işıqçısı Arif İsmayıl oğlu 

Hüseynzadə, videooperator Fəxrəddin  İbrahim 

oğlu  Şahbazov, vertolyot heyətinin komandiri 

Vyaçeslav Vladimiroviç Kotov, heyət üzvləri Gen-

nadi Vladimiroviç Domov, Dmitri Borisoviç Yaro-

venko həlak olmuşlar.

Əvvəlcə  rəsmi olaraq helikopterin dumana 

düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə 

də, bir neçə gündən sonra onun vurulması faktı 

təsdiqlənmişdir.

Üstündən uzun zaman keçməsinə baxmaya-

raq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara 

bu günə qədər aydınlıq gətirilməmişdir. Məsələn, 

nə üçün bu qədər dövlət rəsmisi eyni zamanda 

bir helikopterdə toplanmışdır? Nə üçün döyüş 

zonasında mühafizə üçün onu hərbi helikopter 

müşayiət etməmişdir? Uçuşun dəqiq marşrutu-

nu ermənilər haradan bilmişdir? Yeri gəlmişkən, 

həmin məlumata yalnız Qarabağda sovet silahlı 

qüvvələrinin komandanlığı malik olmuşdur. He-

likopterin vurulduğu raketin mənbəyi də  məlum 

deyil. Qarabağda o zaman ən çox istifadə edilən 

silah təyyarəvuran zenit raketləri və eyninövlü 

“Alazan” raketləri idi. İstilik raketlərindən istifadə 

edilmirdi. Aviaqəzalarda bütövlüyünü saxlayan və 

zədəsiz qalan qara qutudakı lentin “yanması” da 

qaranlıq məsələ olaraq qalmışdır.

Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi 

Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açıl-

mış, istintaqın aparılması Respublika Prokurorlu-

ğuna verilmişdir. Hazırda isə cinayət işi üzrə istin-

taq dayandırılmış və buna səbəb terror aktının baş 

verdiyi  ərazinin Ermənistan silahlı qüvvələrinin 

işğalı altında olmasıdır.

Ə d ə b i y y a t

Alıoğlu, S. 20 noyabr faciəsindən 23 il ötür. Jurnalist Salman Alıoğlu: “Vertolyot Qarakənd üzərində olarkən ruslarla bizimkilər arasın-

da atışma baş verib” /S.Alıoğlu; müsahibəni apardı Ceyhun Abbasov //525-ci qəzet.- 2014.- 20 noyabr- S.4.

Verdizadə, S. Qarakənd səmasında donan kadr: Azərbaycanın Milli Qəhrəmanı, şəhid operator Fəxrəddin Şahbazovun xatirəsinə 

/S.Verdizadə //Zaman.- 2015.- 25 iyul.- S.6.

20



338

Tarixdə bu gün

Ümumdünya Uşaq Hüquqları  Günü 

1954

NOY

ABR

Gələcəyin qurucuları olan uşaqları 

haqsızlıqlardan qorumaq bəşəriyyəti 

daim narahat edən məsələlərdəndir. 20 

Noyabr Ümumdünya Uşaq Hüquqları 

Gününün bayram kimi qeyd olunması 

da bu zərurətdən doğmuşdur. Ümum-

dünya Uşaq Hüquqları Gününün qeyd 

olunması haqqında qərar Beynəlxalq 

Demokratik Federasiyasının 1949-cu 

ilin noyabrında keçirilmiş xüsusi ses-

siyasında qəbul olunmuşdur.Uşaqların 

Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 

1950-ci ilin 1 iyununda qeyd olunmuş-

dur. BMT bu təşəbbüsü bəyənmiş  və 

uşaqların hüquqlarını, həyat və sağ-

lamlıqlarının öz fəaliyyətinin prioritet 

istiqamətlərindən biri kimi elan etmiş-

dir. BMT-nin “Uşaq hüquqları haqqın-

da Konvensiya” adlı  sənədi uşaqların 

hansı dövlətdə yaşamasından asılı ol-

mayaraq, onların hüquqlarını tam əhatə 

edir. 20 Noyabr  Ümumdünya Uşaq 

Hüquqqları Günü 1954-cü ildə BMT-

nin Baş Assambleyası tərəfindən 1956-

cı ildən bütün dövlətlərə  uşaqların  

şərəfinə keçirilməsi tövsiyə olunan bay-

ramdır. BMT  Baş Məclisinin 20 noyabr 

1959-cu il tarixli qətnaməsi ilə “Uşaq 

Hüquqları Bəyannaməsi” elan edilmiş-

dir. Konvensiyanın mühüm prinsipi 

irqi ayrı-seçkiliyə yol verməməkdir. 

Uşaqlar irqindən, dərisinin rəngindən, 

cinsindən, mənşəyindən, 

əmlak 

vəziyyətindən asılı olmayaraq öz hü-



quqlarından istifadə etməlidirlər.

1978-ci ildə Polşa hökuməti 

tərəfindən BMT-nin İnsan Hüquqları 

Komissiyasına uşaq hüquqları haq-

qında konvensiya təqdim olunmuşdur. 

Nəhayət 1989-cu il noyabrın 20-də 

Uşaq Hüquqları Konvensiyası BMT-

nin Baş  Məclisinə  təqdim edilmiş  və 

qəbul olunmuşdur. Bayram BMT-nin 

dünya uşaqlarının  əmin-amanlığının 

təmin olunmasına, yaxşılaşdırılmasına, 

möhkəmləndirilməsinə yönəlib. Bay-

ram olaraq dünyanın əksər ölkələrində 

olduğu kimi Azərbaycanda da hər il 

qeyd olunur.

Azərbaycan Respublikası 1992-ci 

il tarixdə  Uşaq Hüquqları haqqında 

BMT-nin Konvensiyasına, 2002-ci ildə 

isə konvensiyanın iki əlavə protokolu-

na  qoşulub. 1999-cu ildə ölkəmizdə 

BMT-nin “Uşaq Hüquqları Haqqında” 

müddəaları özündə  əks etdirən “Uşaq 

Hüquqları Haqqında” Qanun qəbul 

edilib.


Ə d ə b i y y a t

Abdullayeva, N. Xarici Dillər Təmayüllü Gimnaziyada Ümumdünya Uşaq Hüquqları Günü ilə bağlı konfrans keçirilmişdir /Nigar Abdul-

layeva  //Palitra.-2013.- 21 noyabr.- S.5.

Əliyeva, İ. Ölkəmizdə uşaq hüquqları yüksək səviyyədə qorunur: 20 Noyabr Ümumdünya Uşaq Hüquqları Günüdür /İradə Əliyeva          

//Azərbaycan.- 2014.- 20 noyabr.- S.8.

Kərimova, S. Uşaqların müdafiəsi daim diqqət mərkəzindədir /Samirə Kərimova //Azərbaycan müəllimi.- 2010.- 4 iyun.-S.2.

İ n t e r n e t d ə

http://www.anl.az/down/meqale/azerbaycan/2014/noyabr/403939.htm

http://www.anl.az/down/meqale/respublika/2013/noyabr/336685.htm

20


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə