Teqvim-2017. pdf


Tarixdə bu gün Yeni Azərbaycan Partiyası



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə163/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   159   160   161   162   163   164   165   166   ...   200

339

Tarixdə bu gün

Yeni Azərbaycan Partiyası  

1992

NOY

ABR

1991-ci ilin oktyabr ayının 18-də 

Azərbaycan SSR Ali Soveti tərəfindən 

Müstəqillik haqqında Konstitusiya Ak-

tının qəbul edilməsi ilə Azərbaycanın 

dövlət müstəqilliyi bərpa edildi. Yeni 

Azərbaycan Partiyası Azərbaycan ta-

rixinin son dərəcə  ağır və keşməkeşli 

günlərində, ölkənin ciddi sınaqlara 

məruz qaldığı bir dövrdə Azərbaycan 

ziyalılarının təşəbbüsü və  fəal iştira-

kı ilə yaranmışdır. Sovet rejiminin və 

Kommunist Partiyasının süqutundan 

sonra müstəqillik  əldə etmiş respub-

likalardan biri kimi Azərbaycanda 

da müxtəlif siyasi partiyalar və digər 

qurumlar təşəkkül tapmağa başlamış-

dı. Lakin yaradılan partiyalar ölkəni 

düşdüyü ağır iqtisadi, siyasi, mənəvi 

böhrandan nəinki qurtara bilmədi, 

əksinə, hakimiyyətdə olan və bir-birini 

əvəz edən siyasi qüvvələr respublika-

dakı  vəziyyəti daha da ağırlaşdıraraq 

təhlükəli böhran vəziyyətinə çatdırdı-

lar. Ölkəni bürümüş  dərin siyasi, iq-

tisadi, sosial böhran xalqın qabaqcıl 

hissəsi olan ziyalıları, tanınmış insan-

ları son dərəcə narahat edirdi. Bu za-

man Azərbaycanın taleyini düşünən in-

sanlar ölkəni böhrandan çıxara biləcək 

yeni bir partiya yaratmaq təşəbbüsü 

ilə  çıxış etdilər və bu məqsədlə xal-

qın sınanmış lideri və müdrik oğlu 

Heydər  Əliyevin  şəxsiyyəti  ətrafında 

birləşdilər. Məhz belə bir vaxtda 91 

nəfər Azərbaycan ziyalısının imzası ilə 

Naxçıvana, Heydər  Əliyevə müraciət 

göndərildi. Bu müraciətdə Heydər 

Əliyevdən yeni yaradılacaq siyasi par-

tiyaya rəhbərlik etmək xahiş olunur-

du. Heydər  Əliyev xalqın müraciətini 

qəbul etsə də, onun Bakıya gəlməsinə 

o zamankı hakimiyyətin maneələr ya-

ratması ucbatından partiyanı yaratmaq 

istəyən insanların bir hissəsi – 550 

nəfərdən ibarət təşəbbüs qrupu Naxçı-

vana gedərək partiyanın təsis konfran-

sını orada keçirməyə nail oldular. 1992-

ci il noyabrın 21-də Heydər  Əliyevin 

sədrliyi ilə Azərbaycanın bütün regi-

onlarından seçilmiş nümayəndələrin 

təmsil olunduğu konfrans keçirildi. 

Təsis konfransı Yeni Azərbaycan Par-

tiyasının yaradılması haqqında qərar, 

partiyanın Proqram və Nizamnaməsini 

qəbul etdi. Konfransda Heydər Əliyev 

yekdilliklə partiyanın sədri seçil-

di. Beləliklə, müstəqil Azərbaycan 

tarixində öz üzərinə böyük tarixi mis-

siya götürən və xalqımızın həyatında 

mühüm hadisəyə çevrilən Yeni 

Azərbaycan Partiyası yarandı. 

Yeni Azərbaycan Partiyasının 

Proqramında irəli sürülmüş  əsas 

vəzifələr dövlət müstəqilliyinin 

möhkəmləndirilməsi, demokratik, 

hüquqi, dünyəvi dövlətin qurulması, 

vətəndaşların dinc və firavan həyatının 

təmin edilməsidir. Yeni Azərbaycan 

Partiyası 1992-ci il dekabr ayının 18-də 

Ədliyyə Nazirliyində qeydiyyata alın-

mış və Azərbaycanın bütün rayonların-

da, qısa müddətdə rayon təşkilatları və 

özəkləri yaradılmışdır.



21

25 

illiyi

Ə d ə b i y y a t

Heydər Əliyev və 

Azərbaycanın müasirləşmə 

strategiyası: [konfrans 

materialları] /Yeni 

Azərbaycan Partiyası-

nın İcra Katibliyi.-Bakı: 

Azərnəşr, 2011.-950, [2] s.

Həsənov, Ə. Yeni 

Azərbaycan Partiyası: 

(yaranması, formalaş-

ması və əsas fəaliyyət 

istiqamətləri) /Ə.Həsənov, 

Ə.Mirzəzadə.- Bakı: 

Azərbaycan, 2002.- 200 s.

Əliyev, Q. YAP ümum-

xalq partiyasıdır: Yeni 

Azərbaycan Partiyası 

tarixi zərurətdən  ya-

ranıb /Q.Əliyev //Azad 

Azərbaycan.- 2014.- 21 

noyabr.- S. 2.

Ulu öndər Heydər Əliyev 

Yeni Azərbaycan Partiya-

sının qurucusudur //Yeni 

Azərbaycan.- 2014.- 7 

may.- S. 6-7.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/.../

Yeni_Azərbaycan_P...

www.yap.org.az/www.pre-

sident.az/articles/6667

 


340

Tarixdə bu gün

Qadın Zorakılığına Qarşı 

Beynəlxalq Mübarizə Günü 

1999

NOY

ABR

Birləşmiş Millətlər Təşkilatı (BMT) 

Baş Assambleyasının 1999-cu il 17 de-

kabr tarixli qərarına əsasən, hər il noyabr 

ayının 25-i bütün dünyada Qadın Zo-

rakılığına Qarşı Beynəlxalq Mübarizə 

Günü elan edilmişdir. Bu, 1961-ci ildə 

Dominikan Respublikasında baş verən 

hadisədən qaynaqlanır. Həmin vaxt Do-

minikan prezidenti Rafael Truxilonun 

əmri ilə siyasi fəallardan olan 3 tibb ba-

cısı vəhşicəsinə öldürülmüşdür. Qadın-

ların zorakılığa qarşı mübarizə simvol-

ları ağ lentdir.

2000-ci il 31 oktyabr tarixində isə 

təşkilatın Təhlükəsizlik  Şurası qadın, 

sülh və  təhlükəsizlik məsələləri ilə 

bağlı qətnamə qəbul etmiş, qadın zora-

kılığına qarşı beynəlxalq mübarizənin 

gücləndirilməsi Minilliyin Deklarasi-

yasında əksini tapmışdır. BMT-nin he-

sabatlarında göstərilir ki, dünyada hər 

üç qadından biri həyatında, heç olmasa 

bir dəfə zorakılığa və ya kobud rəftara 

məruz qalır. Avropa Şurası dövlətlərində 

aparılmış tədqiqatların nəticələrinə görə, 

qadınların 45 faizi belə sərt davranışlarla 

üzləşmiş, 20-25 faizi həyatlarında az da 

olsa fiziki zorakılığın qurbanı olmuşlar. 

Avropa Şurasının 2006-cı ildə keçirilən 

Madrid konfransında isə “Məişət zo-

rakılığı daxil olmaqla, qadınlara qarşı 

zorakılıqla mübarizə” kampaniyasına 

başlanılmışdır. Azərbaycan Respub-

likası da bu kampaniyaya ilk qoşulan 

ölkələrdən olmuş, Milli Məclis bununla 

bağlı 2006-cı il dekabrın 21-də xüsusi 

bəyanatla çıxış etmişdir. 

1995-ci ilin  noyabrın 12-də  qəbul 

edilmiş Azərbaycan Respublikasının ilk 

Konstitusiyasında qadınların kişilərlə 

bərabər hüquqlu elan edilmişdir. 

Respublikamız 1995-ci ildə BMT-

nin “Qadınlara münasibətdə  hər cür 

ayrı-seçkiliyin ləğv olunması haqqın-

da” Konvensiyasını  qəbul etmiş  və 

həmçinin Azərbaycan qadınları IV 

Ümumdünya qadınlar konfransında iş-

tirak etmişlər.

1998-ci il  yanvarın 14-də respubli-

kada gender siyasətinin səmərəli şəkildə 

həyata keçirilməsi məqsədilə Qadın 

Problemləri üzrə Dövlət Komitəsi 

yaradılmışdır. Azərbaycan Respubli-

kası Prezidentinin 2006-cı il 6 fevral 

tarixli Sərəncamı ilə komitənin adı 

dəyişdirilmiş, “Ailə, Qadın və  Uşaq 

Problemləri üzrə Dövlət Komitəsi” kimi 

yenidən formalaşdırılmışdır. Təşkilat 

Cənubi Qafqazda gender sahəsində 

fəaliyyət göstərən yeganə dövlət struk-

turudur. 

2000-ci ildə Azərbaycan Respubli-

kasının Qadın Problemləri üzrə Milli 

Fəaliyyət Planı    təsdiq edilmiş (2000-

2005-ci illər), 2000-ci il martın 3-də 

“Azərbaycan Respublikasında dövlət 

qadın siyasətinin həyata keçirilməsi 

haqqında” Fərman imzalanmış, 2006-

cı ildə “Gender (kişi və qadınların) 

bərabərliyinin təminatları haqqında” 

Azərbaycan Respublikasının Qanunu 

qəbul olunmuşdur. 2010-cu ildə “Məişət 

zorakılığının qarşısının alınması haq-

qında” Azərbaycan Respublikasının 

Qanunu qəbul edilmişdir.

“Heydər Əliyev Fondu”, “Ailə, Qa-

dın və  Uşaq Problemləri üzrə Dövlət 

Komitəsi” BMT ilə birlikdə “XXI əsrdə 

qadınlara qarşı zorakılıq  əleyhinə”, 

“Yeni idarəetmədə qadın liderliyi”, 

“Erkən nikahlara yox” şüarı altında 

“Erkən nikahlar: 50 suala 50 cavab”, 

“Qadınlara qarşı zorakılığa yox deyək” 

layihələrini uğurla həyata keçirmişdir. 

Azərbaycan xalqının adət-

ənənələrində qadına çox böyük hörmət 

və qayğı ilə yanaşılır. 



Ə d ə b i y y a t

Qadın hüquqları üzrə 

bələdçi.- Bakı: Hüquq 

ədəbiyyatı, 2012.- 199 s. 

Qaracayev, C.Y. “Məişət 

zorakılığının qarşısının 

alınması haqqında” 

Azərbaycan Respublikası 

Qanununun kommenta-

riyası /C.Y.Qaracayev.- 

Bakı, 2011.- 131 s.

Əliyeva, İ. Ölkəmizdə 

qadın hüquqlarının 

müdafiəsinə etibarlı 

təminat mexanizmləri 

mövcuddur: 25 Dekabr 

Qadın Zorakılığına Qarşı 

Beynəlxalq Mübarizə 

Günüdür /İradə Əliyeva 

//Azərbaycan.-2014.- 25 

noyabr.- S.4.

25

7


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə