Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə164/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   160   161   162   163   164   165   166   167   ...   200

341

7

Tarixdə bu gün

Beynəlxalq İnformasiya Təhlükəsizliyi 

Günü 

1988

 

NOY

ABR

Qlobal informasiya cəmiyyətində informasi-

ya təhlükəsizliyi bütün bəşəriyyəti narahat edən 

problemə çevrilmişdir. 1988-ci il noyabrın 30-da 

Stenford Universitetinin tələbəsi Robert Morris 

tərəfindən yaradılmış “Morris soxulcanı” adlanan 

ilk kompyuter virusu Amerikanın elmi-tədqiqat 

institutlarının, hərbi idarələrinin, hətta Penta-

qon da daxil olmaqla, ARPANET-in minlərlə 

qovşağının fəaliyyətini iflic vəziyyətinə saldı. 

Onun məqsədi isə  sırf tədqiqat xarakteri daşı-

yırdı. Morris yaratdığı proqramın davamlığını 

təcrübədən keçirmək istəyirdi.  İlk kompyuter vi-

rusunun vurduğu ziyan isə  təxminən 100 milyon 

dollar dəyərində qiymətləndirilirdi. Bu hadisə 

bəşəriyyətin kompyuter təhlükəsizliyi haqqında 

təsəvvürlərini dəyişdi və mütəxəssislər informasi-

ya təhlükəsizliyinin təmini məsələlərinə kompleks 

yanaşmanın zəruriliyi haqqında ciddi düşünməyə 

başladılar. 

Həmin ildə Kompyuter Avadanlığı üzrə Ame-

rika Assosiasiyası 30 noyabrı Beynəlxalq  İnfor-

masiya Təhlükəsizliyi Günü (Computer Security 

Day) elan etdi. Bu səbəbdən müvafiq beynəlxalq 

qurumlar informasiya təhlükəsizliyinin təmin 

olunması istiqamətində intellektual potensialını 

səfərbər edərək qarşıda duran vəzifələri birgə həll 

etməyə çalışırlar. 

Beynəlxalq təcrübədə qlobal informasiya 

təhlükəsizliyinin təmin olunması  məqsədilə bir 

sıra proqramlar, layihələr, mexanizmlər işlənib. 

Onların sırasında 2002-ci ildə BMT tərəfindən 

qəbul etmiş Qlobal İnformasiya Təhlükəsizliyi 

Mədəniyyəti haqqında Qətnaməni, 2008-ci ildə 

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən 

qəbul olunmuş Qlobal İnformasiya Təhlükəsizliyi 

proqramını göstərmək olar. Bununla yanaşı, 2010-

cu ildə NATO-nun Lissabon sammitində  qəbul 

olunan Bəyannamənin 40-cı maddəsinə  əsasən, 

2012-ci ildə Tam Operativ Hazırlıq (Full Operati-

onal Capability, FOC) mərkəzləşdirilmiş qurumu 

yaradılıb. Bu qurum NATO-nun bütün infrastruk-

turunun informasiya təhlükəsizliyini həyata ke-

çirir. O təhlükəsizliyin  əsas tərkib hissələrindən 

biridir və bu sahədə normativ-hüquqi bazanın for-

malaşması informasiya cəmiyyəti quruculuğunda 

prioritet məsələlərdən hesab olunur. 

Ölkəmizdə  də informasiya təhlükəsizliyinin 

təmin edilməsinin qanunvericilik bazasının for-

malaşdırılması və inkişaf etdirilməsi istiqamətində 

bir sıra mühüm konseptual sənədlər, normativ-

hüquqi aktlar qəbul edilmişdir. Bunlara misal ola-

raq 2007-ci ildə  qəbul olunan “Azərbaycan Res-

publikasının Milli Təhlükəsizlik Konsepsiyası”nı, 

eləcə  də, “İnformasiya, informasiyalaşdırma və 

informasiyanın mühafizəsi haqqında”, “Dövlət 

sirri haqqında”, “Elektron sənəd və elektron imza 

haqqında”, “Elektron ticarət haqqında”, “İnforma-

siya  əldə etmək haqqında”, “Telekommunikasiya 

haqqında” qanunları və s. göstərmək olar. 

Azərbaycan Respublikası Prezidentinin im-

zaladığı  “İnformasiya təhlükəsizliyi sahəsində 

fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” 

26 sentyabr 2012-ci il tarixli Fərmanı informasi-

ya resurslarının mühafizəsi, vətəndaşların infor-

masiyalara sərbəst çıxışının təmini məsələləri ilə 

bağlı  əhəmiyyətli işlərin görüldüyü və müvafiq 

sahədə ölkə başçısının apardığı siyasətin dünya 

ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. 

   


Ə d ə b i y y a t

Əliquliyev, R. İnformasiya təhlükəsizliyi insidentləri 

/R.M.Əliquliyev.- Bakı, 2012.- 218 s.

Васильков, A.B. Безопасность и управление доступом в 

информационных системах: учебное пособие для студентов 

образовательных учреждений среднего профессионального 

образования /Александр Васильевич Васильков.- Москва: 

Форум, 2010.- 367 с.

www.ikt.az

30


342

DEKABR

 

 



 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç.

C.A. 



C. 

Ş. 


B. 

B.E.


Ç.A.

Ç.

C.A.



C. 

Ş.

B. 

2 







10 


11 

12 


13 

14 


15 

16 

17 

18 


19 

20 


21 

22 

23 

24 


25 

26 


27 

28 

29

30 



31

QİÇS-ə Qarşı Mübarizə Günü (01.12.1988)

• 

 Bеynəlxalq Əlillər Günü (03.12.1992)

• 

Xankəndinin işğalı günü (28.12.1991)

• 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü 

• 

(31.12.1991)

Şuşada, evinin yerində Vaqifin heykəli 

Şuşada Poeziya Evinin açılışında ulu öndər Heydər  Əliyev tədbir iş-

tirakçılarına müraciətlə demişdir: “Əlamətdar haldır ki, Şuşada Vaqifin 

məqbərəsinin təntənəli surətdə açıldığı gün Poeziya Evi də açılmışdır. Gərək 

çalışasınız ki, bu ev şəhərin əsl poeziya mərkəzinə çevrilsin...”

Çevrildi də, amma heç kəsin ağlına gəlməzdi ki, on ildən sonra bu dilbər 

guşələrdə bayquşlar ulayacaq. Faşist ermənilər şuşalıları öz dədə-baba ocaq-

larından didərgin salacaqlar. “Çatladı Vaqifin goru Şuşada” naləsini çəkən 

şair Şahmar Əkbərzadə yazırdı:

                              Baxır həsrət-həsrət əsir məzarlar,

                              Orda Vaqif qalıb, Xan qızı qalıb.

                              Hayla dəliləri Koroğlu kimi,

                              Pənah xan nərənə tamarzı qalıb.

Yağı tapdağına çevrilən  Şuşanın sinəmizə  çəkdiyi dərdin  şırımları çox 

dərin və böyükdür. Bakıda Vurğunun ruhu narahat, Şuşada Vaqifin məzarı 

yandı, Üzeyirin, Bülbülün, Xan qızının heykəlləri güllələndi. Dolama yolları 

bizsiz qalan, sinəsində yağılar gəzən Şuşa əliyaylıqlı Natəvan olub övladları-

nı çağırır. Şuşa qızı çağırır. Şuşa bizi çağırır... 

23 noyabr-  

21 dekabr

Oxatan bürcünün 

Nişanı oddur. 

Yupiterin 

himayəsindədir. 

Günəşin Oxatan 

bürcündən keçdiyi 

dövrdə doğulanlar 

təmkinli, fəal 

olurlar. 



300 il

1717-1797

Molla Pənah Vaqif


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə