Teqvim-2017. pdf


Nasir Milli ədəbiyyat   110



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə167/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   163   164   165   166   167   168   169   170   ...   200

348

Nasir

Milli ədəbiyyat  

110

illiyi

Eynulla Ağayev 

1907-1978 

DEKABR

Eynulla Xankişi oğlu Ağayev 

1907-ci il dekabr ayının 31-də Bakı-

nın Ramana kəndində, neftçi ailəsində 

doğulmuşdur.  İbtidai təhsilini kənd 

məktəbində almışdır. 

1926-cı ildə Sabir adına 23 say-

lı ikinci dərəcəli məktəbdə  təhsilini 

davam etdirmişdir. Suraxanı neft 

mədənlərində fəhləlik etmişdir. 

Hərbi xidmət illərində Nuxa (in-

diki  Şəki) və Dağlıq Qarabağda 

cinayətkarlara qarşı mübarizədə iştirak 

etmişdir. 

Hələ orta məktəbdə oxuduğu vaxt-

dan ədəbiyyata güclü meyl göstərmiş

ilk  şeirlərini, məqalə  və qeydlərini 

“Gənc işçi”, “Kommunist”, “Yeni yol” 

qəzeti redaksiyalarına göndərmişdir. 

“Balıqçı Kamil” adlı ilk hekayəsi 1928-

ci ildə Tiflisdə buraxılan “Qızıl şəfəq” 

jurnalının 12-ci sayında çap olunmuş-

dur. Bundan sonra o, ədəbi dərnəklərdə 

müntəzəm iştirak etmiş, 1931-ci ilin 

noyabrında “Kommunist” qəzetinin 

Partiya şöbəsinə ədəbi işçi qəbul olun-

muşdur. Eyni zamanda Pedaqoji İnsti-

tutda təhsilini qiyabi davam etdirmiş, 

1935-ci ildə institutu bitirdikdən son-

ra “Yeni yol” qəzetinin  Ədəbiyyat və 

incəsənət  şöbəsində müdir, sonra isə 

məsul katib işləmişdir. 

II Dünya müharibəsinin ilk 

günlərindən səfərbərliyə alınmışdır. 

Kerç döyüşlərində  ağır yaralanmış, 

müalicədən sonra yenidən ön cəbhəyə 

qayıtmışdır. 416-cı Taqanroq divi-

ziyasının tərkibində  ağır döyüş yolu 

keçmiş, Mozdok, Kuban, Krım, Qərbi 

Ukrayna, Polşa, Çexoslovakiya, Ma-

carıstan uğrunda döyüşlərdə iştirak et-

miş, ağır yaralanmış, Krakovda hərbi 

xəstəxanada müalicədən sonra, 1946-

cı ilin martında ordudan tərxis olun-

muşdur. 

1946-cı ilin mayından “Azərbaycan 

pioneri” qəzetinin məsul redaktoru ol-

muş, bütün yaradıcılığını  gənc nəslin 

yetişdiriliməsinə həsr etmişdir. 

“Qırmızı ulduz”, “Şərəf nişanı”, 

“Hərbi xidmətə görə”, “Qafqazın 

müdafiəsinə görə”, “1941-1945-ci illər 

İkinci Dünya müharibəsinin qələbəsi 

uğrunda” ordenlərlə  və müxtəlif me-

dallarla təltif olunmuşdur. 

Eynulla Ağayev 1978-ci il noyabr 

ayının 5-də Bakıda vəfat etmişdir.

Bakı şəhər orta məktəblərindən biri 

onun adını daşıyır.

Ə d ə b i y y a t

Dağlarda şimşək çaxır (povest) /E.Ağayev.- Bakı: Gənclik, 1967.- 202 s.

Yağış mahnısı /E.Ağayev.- Bakı: Gənclik, 1968.- 174 s.

Eynulla Ağayev //Əhmədov T. Azərbaycan Yazıçıları (XX-XXI yüzilliklərdə).- Bakı, 2011.- S.212.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/wiki/Eynulla_A%C4%9Fayev

31



349

Alman yazıçısı

Dünya ədəbiyyatı

100

illiyi

Teodor Haynrix Böll        

1917-1985

DEKABR

Haynrix Teodor Böll 1917-ci il de-

kabr ayının 21-də Reyn çayı sahilində 

yerləşən Köln şəhərində dünyaya 

gəlmişdir. 

1928-ci ildən 1937-ci ilə  qədər bu 

şəhərdəki Kayzer Vilhelm gimnaziya-

sında oxumuş, 1937-ci ildən bir müddət 

Kölndəki kitab mağazasında işləmiş, 

atasının emalatxanasında ona kömək 

etmiş, 1939-cu ildə Köln Universite-

tinin germanistika və qədim filologiya 

fakültəsində təhsil almağa başlamışdır. 

Lakin   İkinci Dünyа müharibəsi onun 

bütün planlarını pozmuşdur. O dövrdə 

hərbi xidmətə çağırılan Böll əvvəlcə 

Polşa, sonra da Fransa cəbhələrində vu-

ruşmuş, yaralandığı üçün bir il  Almani-

ya hospitallarında müalicə olunduqdan 

sonra 1943-cü ildə Rusiya cəbhəsinə 

göndərilmişdir. Krımda, Odessada, 

Rumıniyada döyüşmüş, yaralanmış 

hospitalda müalicə olunduqdan sonra 

saxta sənəd düzəldib bir daha cəbhəyə 

qayıtmamışdır.

1945-1947-ci illər arasında 10 

müxtəlif jurnalda 60-a yaxın hekayəsi 

çap olunmuşdur. Böll bədii yaradıcılı-

ğa romanla başlamışdır.  İlk irihəcmli 

“Qatar vaxtında gəldi”  əsəri 1949-cu 

ildə çap olunsa da, bir yazıçı kimi ilk 

uğurunu 1951-ci ildə “47-lər dərnəyi” 

adlı əsəri mükafata layiq görüldükdən 

sonra qazanmışdır. 

1960-1970-ci illərdə Böll bir çox 

dünya şöhrətli romanların müəllifi kimi 

tanınsa da, hekayə janrı onun üçün “ən 

çox sevdiyi, ən cazibədar nəsr forması” 

kimi qalmış və bu janrda “Xəbər”, “Yol-

çu yolun düşsə Spara...”, “Körpüdə”, 

“Mənim qəmli sifətim”, “Çörəyin 

dadı” və bu kimi gözəl nümunələr ya-

ratmışdır. 

Böllün  əsərləri 50-ci illərin orta-

larından başlayaraq müxtəlif dillərə 

tərcümə olunmağa başlamışdır. “Saat 

onun yarısında bilyard oyunu” (1959), 

“Bir təlxəyin düşüncələri” (1963), “Xa-

nımla kollektiv portret” (1971) roman-

ları ona dünya şöhrəti qazandırmışdır.

Böllün  roman və povestlərində 

sadə almanların müharibədən  əvvəl 

və sonrakı illərdə ağır həyatı, faşizmə, 

militarizmə, burjua cəmiyyətinə, dini 

riyakarlığa nifrət əks olunmuşdur.

1972-ci ildə  ədəbiyyat üzrə Nobel 

mükafatı laureatı olmuşdur.

Haynrix Teodor Böll 1985-ci ildə  

vəfat etmiş, Köln yaxınlığında dəfn 

edilmişdir.



Ə d ə b i y y a t

Seçilmiş əsərləri  /H.Böll; tərc. ed. və ön söz müəll. V.Hacıyev; rus dilindən tərc. ed. Ə.Əylisli; alman dil. tərc. ed.: V.Hacıyev; 

C.Qurbanlı; A.Nəbi; red. A.Dadaşov; bədii tərtibat vı dizaynın müəl. T.Qorçu.- Bakı: Şərq-Qərb, 2009.-  599 s.

Hekayələr /H.Böll; alman dilindən tərc. ed. V.Hacıyev.- Bakı: Qanun, 2014.- 171 s.

Heynrix Böll və Paşa Araz: Niyə məhz Heynrix Böll? //Paritet.- 2011.- 26-27 aprel.- S.14.

21


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə