Teqvim-2017. pdf


Türk şаiri  Dünya ədəbiyyatı 150



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə168/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   164   165   166   167   168   169   170   171   ...   200

350

Türk şаiri 

Dünya ədəbiyyatı

150

illiyi

Tofiq Fikrət      

1867-1915

DEKABR

Tofiq Fikrət (Mehmet Tevfik Bi-

ren) 1867-ci il dekabr ayının 24-də 

İstanbulun Kadırqa səmtində dünyaya 

gəlmişdir. 

Orta təhsilini Mahmudiyyə 

Rüştiyəsində, sonra da Qalatasaray 

Sultaniyəsində almışdır. 1888-ci ildə 

Galatasarayı bitirdikdən sonra  Xa-

rici  İşlər Nazirliyinin İnformasiya 

dairəsində katib olaraq işə  qəbul edil-

mişdir. Daha sonra müxətlif yerlərdə 

məmur kimi çalışmış,  əlavə olaraq 

Ticarət Məktəbi Alisində  xətt ve fran-

sız dili müəllimi işləmişdir. 1891-ci 

ildə Mirsad dərgisinin təşkil etdi-

yi  şeir yarışmasında birinci olduğu 

üçün  ədəbiyyat sahəsində diqqəti 

cəlb etmişdi. 1892-ci ildə Qalatasaray 

Sultaniyəsinə türk dili müəllimi kimi 

işə  qəbul edilmiş, 1894-cü ildən Hü-

seyn Kazım Kadri (1870-1934) və Əli 

Əkrəm Bolayırla (1867-1937) birlikdə 

“Məlumat” dərgisi (1894-1895) çıxar-

mağa başlamışlar. Rəcaizadə  Əkrəm 

onu “Sərvəti-Fünun” dərgisinin sahi-

bi  Əhməd  İhsan ilə tanış edərək elmi 

jurnalı  ədəbiyyat jurnalına çevirməyə 

razı saldıqdan sonra onlar jurnalın 

256-cı nömrəsindən sonra ədəbiyyat 

jurnalı kimi dərc etməyə başladılar 

(1895), lakin 1900-cü ildə  Əhməd  İh-

sanla dərginin idarə edilməsində  fikir 

ayrılıqlarına görə dərgidən ayrılmışdır. 

1895-ci ildə dövlət büdcəsi ilə əlaqədar 

olaraq əmək haqlarını yüzdə on azaldıl-

masına etiraz olaraq Qalatasaraydakı 

vəzifəsindən istefa etmişdir. 1896-cı 

ildən “Sərvəti-Fünun” dərgisində re-

daktor işləmiş, daha sonra Ameri-

ka müəssisəsi olan Robert Kollecinə 

Osmanlı-Türk dili müəllimi kimi dəvət 

almış və vəfat edənə qədər burada çalış-

mışdır. Sultan Əbdülhəmidin idarəçiliyi 

dönəmində T.Fikrətin bir dostunun 

evində II Əbdülhəmiddən bəhs edən şe-

irini oxuduqdan sonra gözaltına alınmış 

və evində aparılan axtarış  nəticəsində 

həmin  şeir  əldə edilmədiyi üçün azad 

edilmişdir. Lakin bundan sonra bir 

bəhanə ilə yenidən həbs edilmişdir. 

1901-1905-ci illərdə Rumeli hisarın-

da Robert Kollecinin yamacında öz 

Aşiyan adlı evini tikdirmişdir. Bu gün 

həmin ev Tevfik Fikrətin ev-muzeyi 

kimi fəaliyyət göstərir. Bu dönəmdə o, 

hər kəsdən kənara çəkilərək savaş ruh-

lu əsərlər yaratmışdır. İlk nəşr olunmuş 

“Rübabı  şikəstə” (Qırıq saz), “Sis”, 

“Sabah Olursa”, “Bir Lahza-i Taahhur” 

və digər kitabları,  əsərləri oxucular 

tərəfindən sevilərək oxunmuş və oxun-

maqdadır. 

Azərbaycan mətbuatında ilk dəfə 

1906-cı ildə “Füyuzat” jurnalının ikin-

ci nömrəsinin iyirmi səkkiz – otuzuncu 

səhifələrində Tofik Fikrətdən bəhs edən 

“Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” 

adlı yazı  və onun “Köyün məzarlığı”, 

“Ramazan sədəqəsi”, “Şəhidlikdə” adlı 

şeirləri dərc edilmişdir.

Tofiq Fikrət 1915-ci ildə vəfat etmiş-

dir. 1945-ci ildə evi muzey kimi təsis 

edildikdən sonra, 1961-ci ildə  məzarı 

oraya köçürülmüşdür.

Ə d ə b i y y a t

Seçilmiş əsərləri 

/T.Fikrət.- Bakı: Şərq-

Qərb, 2006.- 176 s. 

Dünya ədəbiyyatı.

Seyidzadə, Ə. Tofiq 

Fikrət və həyatına dair 

kitabiyyat.- [S.l.]: [s.n.], 

1923.- 112 s. 

Qəribli, İ. Məhəmməd 

Hadi Azərbaycanda Tofiq 

Fikrət irsinin ilk araş-

dırıcısı kimi: Axtarışlar 

/İ.Qəribli //Əədbiyyat 

qəzeti.- 2010.- 30 aprel.-

S.6.

Tofiq Fikrət //Cəlil 

Məmmədquluzadə 

Ensiklopediyası.- Bakı, 

2008.- S.283.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/Tofiq_Fikrət

www.azadliq.org/

a/25249413.html

24



351

Akademik

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

90

illiyi

Ömər Eldarov       

1927

DEKABR

Ömər Həsən oğlu Eldarov 1927-ci 

il dekabr ayının 21-də Dağıstan Mux-

tar Respublikasının Dərbənd şəhərində 

anadan olmuşdur. 

1942-1945-ci illərdə Azərbaycan 

Rəssamlıq Məktəbinin heykəltəraşlıq 

bölməsində təhsil aldıqdan sonra, 1951-

ci ildə Sankt-Peterburqda İ.Y.Repin 

adına Boyakarlıq, Heykəltəraşlıq və 

Memarlıq  İnstitutunun heykəltəraşlıq 

fakültəsini bitirmişdir. 

1958-1968-ci illərdə  Rəssamlar 

İttifaqının Katibliyinə üzv seçilmiş, 

1970-ci ildən SSRİ Rəssamlıq Akade-

miyasının heykəltəraşlıq üzrə Bakıda-

kı yaradıcılıq emalatxanasının rəhbəri 

təyin edilmişdir. 

1969-1973-cü illərdə Bakı So-

vetinin deputatı seçilmiş  və burada 

mədəni-maarif işi üzrə komissiyanın 

rəhbəri vəzifəsində çalışmışdır. 

1995-ci ildə müstəqil Azərbaycan  

Respublikasının Milli Məclisinin de-

putatı olmuşdur.

Bakıda bəstəkar Üze-

yir Hacıbəylinin (1955, Bakı), 

şairə X.Natəvanın (1960), şair 

M.Füzulinin (1962), Zərdabda ma-

arifçi H.Zərdabinin (1973), Sevas-

topolda “77-ci Azərbaycanın di-

viziyasına” (1975), rəssam Səttar 

Bəhlulzadənin (1974 , Bakı), “Sapun 

dağı” (1978), Düşənbədə İbn Sinanın 

(1980), bəstəkar və caz musiqiçisi Va-

qif Mustafazadənin (1984 il, Bakı), 

bəstəkar Fikrət  Əmirovun (1988, 

Bakı), akademik Həsən  Əliyevin 

(1987, Naxçıvanda, 1988, Bakı) “Ele-

giya” abidəsinin (1989), dirijor Niya-

zinin (1989, Bakı), yazıçı Süleyman 

Rəhimovun (1991, Bakı), yazıçı-

dramaturq Hüseyn Cavidin (1993), 

Azərbaycanın görkəmli oftalmoloq-

alimi Zərifə xanım Əliyevanın (1995, 

Bakı), ümummilli lider Heydər 

Əliyevin (Naxçıvan, 1987), şərqşünas-

tarixçi, akademik Ziya Bünyadovun 

(2000, Bakı), Qarsdakı heykəllərin 

(2001) müəllifidir.  

Akademik Ömər Eldarov 1959-

cu ildə keçmiş SSRİ-nin “Şərəf ni-

şanı”, 1962-ci ildə Azərbaycanın 

“Əməkdar incəsənət xadimi”, 1982-ci 

ildə Azərbaycan SSR Dövlət mükafatı 

laureatı olmuş, elə  həmin ildə “Xalq 

rəssamı” adına layiq görülmüşdür. 

1986-cı ildə “Qırmızı  Əmək Bayra-

ğı” ordeni, 1997-ci ildə isə müstəqil 

Azərbaycanın  ən ali mükafatı - “İs-

tiqlal” ordenləri, 2002-ci ildə Rusi-

ya Federasiyasının “Dostoynomu” 

medalı (2002) ilə  təltif olunmuşdur. 

“Birlik ulduzları - 2014” mükafatının 

laureatı olmuş, 18 aprel 2014-cü ildə 

Azərbaycan mədəniyyətinin və mo-

numental heykəltəraşlıq sənətinin in-

kişafındakı xidmətlərinə görə Üzeyir 

Hacıbəyli adına mükafata layiq görül-

müşdür.


Ömər Eldarov Azərbaycan Milli 

Elmlər Akademiyasının həqiqi üzvü, 

Azərbaycan Rəssamlıq Akademiyası-

nın rektorudur.



Ə d ə b i y y a t

Ömər Eldarov [İzomaterial]: 

heykəltaraşlıq /lay. rəhb. 

Ç.Fərzəliyev; mətnin müəl. 

G.Qacar; ing. dilinə tərc.: 

S.Geoghegan, Ə.Məlikova; 

fotolar Ə.Ağasiyev; baş 

dizayner İ.Eldarova.- Bakı: 

Şərq-Qərb, 2013.- 96 s. 

“Əsl yaradıcılıq standart-

lıqdan uzaq olmalıdır” 

/Ö.Eldarov; müsahibəni 

apardı S.Soltanlı                   

//Mədəniyyət.-2016.- 13 

aprel.- S. 10.

Ulu öndər mədəniyyət 

xadimlərinin də əsl hamisi 

idi /Ö.Eldarov //Xalq qəzeti.-

2015.- 12 dekabr.- S.7. 

Eldarov Ömər Həsən oğlu     

//Azərbaycan Sovet Ensiklo-

pediyası.- Bakı, 1979.- C.3.- 

S.598.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/xalqqazeti/2015/

dekabr/467888.htm

https://az.wikipedia.

org/i/%C3%96m%C9%99r_

Eldarov

http://azerbaijans.com/

content_965_az.html

https://777word.word-

press.com/2010/11/05/

om%C9%99r-

eldarov/#more-36

21


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə