Teqvim-2017. pdf


Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq 9



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə169/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   165   166   167   168   169   170   171   172   ...   200

352

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

9

90

 illiyi

Rasim Babayev

1927-2007   

DEKABR

Rasim Hənifə oğlu Babayev 1927-ci 

il dekabr ayının 31-də Bakıda anadan 

olmuşdur. 

Orta məktəbi bitirdikdən sonra 1945-

1949-cu illərdə  Əzim  Əzimzadə adına 

Azərbaycan Rəssamlıq Məktəbində, 

1949-1955-ci illərdə Surikov adına 

Moskva Rəssamlıq  İnstitutunda təhsil 

almışdır. Azərbaycan rəngkarlığının və 

qrafikasının inkişafında xidmətləri ol-

muşdur. 


Müxtəlif  janr və mövzularda, 

xüsusən boyakarlıq və  dəzgah qrafika-

sı sahəsində yaratdığı  rəsm  əsərləri ilə 

tanınmışdır. Onun yaratdığı tablolar 

özünün monumental kompozisiyası, 

lakonik xətti və  rəng zənginliyi ilə se-

çilir. Rəssam həmçinin kitab təbliği və 

illüstrasiyası sahəsində uğurla fəaliyyət 

göstərmişdir. S.S.Axundovun “Qor-

xulu nağıllar” (1958), M.Füzulinin 

“Meyvələrin bəhsi” (1960), A.Şaiqin 

“Tıq-tıq xanım” (1961), “Cırtdan” (1963) 

və s. belə əsərlərindəndir. “Əjdaha ili”, 

“Yuxu”, “Sindibadın gəmiləri” seriyala-

rı, “Qaçqınlar” silsiləsindən olan əsərləri 

isə R.Babayevin 1980-1990-cı illərə 

dair yarardıcılığını çevrələyir. Onun 

həmçinin “Sumqayıt”, “Daşkəsən” və  

“Abşeron” linoqravüra silsilələrinin, 

“Yer” və “Göy”, “Dağlar”, “Mənim 

bağım”, “Neftdaşıyan” boyakarlıq 

əsərlərinin, “Ağaclar”, “Qobustan”, “Xı-

nalıq kəndi” linoqravüraları, həmçinin 

“Qız”, “Rəssam S.Bəhlulzadə” və s. 

portretlərinin müəllifi olmuşdur.

1980-ci illərin sonu 1990-cı illərin 

əvvəllərində Azərbaycan xalqının 

üzləşdiyi faciələri  əks etdirən tabloları 

dərin emosional təsir qüvvəsi ilə seçilir. 

Bakıda 20 Yanvar faciəsini (1990) əks 

etdirən “Qanlı general” tablosunu yarat-

mışdır. R.Babayev “Müharibə olmasın”, 

“Berlin-63”, “Ölüm düşərgəsi”, “Qar-

daş xatirəsi” və s. əsərlərində müharibə 

əleyhinə olan hisslərini tərənnüm etmiş-

dir.


Rasim Babayevin çəkdiyi tablolar 

İngiltərə, Kanada, Türkiyə, Finlandiya 

və dünyanın bir sıra ölkələrində nümayış 

etdirilmişdir. Onun yaradıcılığı  nəinki 

ölkəmizdə, ölkəmizin hüdudlarında da 

maraqla qarşılanmışdır.  Əsərlərindən 

bəziləri Rusiyanın Tretyakov qalere-

yasında, Müasir Sənət Muzeyi və Şərq 

Xalqları İncəsənəti Muzeyində, ABŞ-ın 

Zummerli Muzeyində, Fransanın “Qa-

leri de Frans” qalereyasında saxlanılır.

Rəssam 1964-cü ildə Azərbaycan 

SSR-in “Əməkdar rəssam”, 1988-ci ildə 

isə “Xalq rəssamı” fəxri adlarına layiq 

görülmüşdür. 1991-ci ildə Azərbaycan 

Respublikası Dövlət mükafatı laureatı, 

Azərbaycan Respublikası Prezidentinin 

fərdi təqaüdçüsü olmuşdur.

Rasim Babayev 2007-ci il aprel ayı-

nın 22-də Bakı  şəhərində  vəfat etmiş-

dir. 

Vəfatından sonra da onun yaradıcılı-



ğı qürürla sərgilənməkdədir. 2014-cü il 

oktyabrın 29-da Heydər Əliyev Fondu-

nun vitse-prezidenti Leyla Əliyevanın 

iştirakı ilə Sankt-Peterburqda Rus Mu-

zeyinin Mərmər Sarayında, həmin ilin 

aprel ayının 15-də Kazan Ermitajında 

“Həqiqət axtarışında” adlı  əsərlərinin 

sərgiləri açılmışdır. 



Ə d ə b i y y a t

Babayev Rasim                

//Azərbaycan Milli 

Ensiklopediyası.- Bakı, 

2010.- S.586.

Rasim Hənifə oğlu Baba-

yev //Xalq qəzeti.- 2007.-

25 aprel.- S.7.

İ n t e r n e t d ə

http://az-kaz.com/

index.php/528-kazanda-

ressam-rasim-babayevin-

heqiqet-axtarishinda-

adli-sergisi-achilib.html

31

Rəssam


353

Bəstəkar

Musiqi.Opera.Balet

105

illiyi

Ağabacı Rzayeva 

1912-1975 

DEKABR

Ağabacı  İsmayıl qızı Rzayeva 

1912-ci il dekabr ayının 15-də Bakı 

şəhərində, ziyalı ailəsində anadan 

olmuşdur. 

Orta məktəbi bitirdikdən sonra 

1927-ci ildə Pedaqoji Texnikuma 

daxil olmuş, eyni zananda Əbilov 

adına kluba yazılaraq tar çalmağı 

öyrənmişdir. Texnikumu bitirdikdən 

sonra Bakının Saray kəndində 

müəllim işləmiş, bir müddətdən 

sonra Musiqi Texnikumuna daxil 

olmuşdur. Musiqi Texnikumunda 

Üzeyir Hacıbəylidən dərs almış, 

1935-ci ildə dahi bəstəkarın  təşkil 

etdiyi Azərbaycanda ilk dəfə notla 

çalan Xalq Çalğı Alətləri Orkestrinə   

qəbul edilmişdir. Bununla da  Ağa-

bacı Rzayeva tam professional 

bir musiqiçi kimi ömrünü sevdiyi 

sənətə həsr etmişdir. 

1941-ci ildə Azərbaycan Dövlət 

Konservatoriyasının bəstəkarlıq 

şöbəsinə daxil olmuş, Azərbaycanın 

ilk musiqişünaslarından olan Xur-

şud xanım Ağayevadan, Qara 

Qarayevdən, Cövdət Hacıyevdən, 

Əfrasiyab Bədəlbəylidən dərs al-

mışdır. 


1942-ci ildə Azərbaycan 

Bəstəkarlar İttifaqına üzv seçilmiş-

dir. 

Ağabacı Rzayeva bir sıra instru-



mental  əsərlər - xalq çalğı alətləri 

üçün “Şənlik süitası”, “Rəqs”, “Yal-

lı”, “Cəngi”; simli kvartet üçün va-

riasiyalar; tar, kamança və qaboy 

üçün pyeslər yazmışdır.

Azərbaycanın ilk qadın bəstəkarı 

olan A.Rzayevanın 1965-ci 

ildə  bəstəkar  İsmayıl Quliyevlə 

birlikdə, Həzi Məmmədovun 

librettosu 

əsasında bəstələdiyi  

“Höcət eləmə” musiqili komediya-

sı      Ş.Qurbanov adına Azərbaycan 

Dövlət Musiqili Komediya Teat-

rında müvəffəqiyyətlə tamaşaya 

qoyulmuşdur. Uşaqlar üçün yaz-

dığı “Kukla”, “Qaranquş”, “Pio-

ner qalstuku”, “Vətənimiz”, “Ağ 

göyərçinim” əsərləri bu günə gədər 

öz əhəmiyyətini itirməmişdir. 

Ağabacı Rzayeva yaradıcılıqla 

yanaşı, ictimai işlərlə də məşğul ol-

muş, üç dəfə - 1950, 1953, 1955-ci 

illərdə  Bakı Sovetinə, 1963-cü ildə 

Azərbaycanın Ali Sovetinə deputat 

seçilmişdir.

A.Rzayeva “Azərbaycanda musi-

qi sənətinin inkişafında xidmətlərinə 

görə”, “Əməkdə fərqlənməyə görə”, 

“Qafqazın müdafiəsinə görə” me-

dalları, 1959-cu ildə “Qırmızı Əmək 

Bayrağı”ordeni, Azərbaycan Ali 

Sovetinin Fəxri Fərmanları ilə təltif 

edilmiş, 1960-cı ildə  “Əməkdar 

incəsənət xadimi” fəxri adına layiq 

görülmüşdür. 1972-ci ildə  “Şərəf 

nişanı” ordeni ilə təltif olunmuşdur.

Ağabacı Rzayeva 1975-ci il iyul 

ayının 5 Bakıda vəfat etmiş, II Fəxri 

Xiyabanda dəfn edilmişdir.

          

Ə d ə b i y y a t

Mahnılar: fortepia-

no ilə oxumaq üçün                     

/A.Rzayeva; söz. S.Əsəd, 

M.Əkbər, M.Dilbazi, 

M.Rahim.-Bakı: Azərnəşr

1970.- 16 s.

Vətən oğlu unudulmaz 

[Notlar]: Romans və 

tenor və ya soprano üçün                 

/A.Rzayeva; söz. S.Rüstəm.- 

Bakı, 1975.- 4 s.

Babayeva, H. Ağabacı 

Rzayeva: monoqrafiya 

/H.Babayeva; Az. Resp. 

Mədəniyyət və Turizm 

Nazirliyi.- Bakı: Aspoliqraf, 

2013.- 103 s.

Əhmədova, M. Ağabacı Rza-

yevanın mahnı yaradıcılığı 

milli ənənələr kontekstində 

/M.Əhmədova //Musiqi dün-

yası.- 2015.- 4/65.-S.41-44.

Xəlilzadə, F. Sənət 

xəzinəmizin bəzəyi: 

A.Rzayeva - 100 /F.Xəlilzadə                                       

//Azərbaycan.- 2012.- 13 

dekabr.- S.7.

15



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə