Teqvim-2017. pdf


Tarixdə bu gün Ümumxalq hüzn günü



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə17/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   13   14   15   16   17   18   19   20   ...   200

36

Tarixdə bu gün

Ümumxalq hüzn günü

1990 

Y

ANV

AR

20 Yanvar faciəsi Azərbaycan xal-

qının hüzn və şərəf günüdür. Xalqımız 

bu faciədə həyatdan getmiş övladlarına 

matəm saxlamaqla bərabər, eyni za-

manda onların şəhidlik zirvəsinə baxa-

raq başını dik tutmalıdır. Çünki Vətən 

və torpaq şəhidləri ilə ucalır. 26 il öncə 

Azərbaycan xalqının taleyində də nəhs 

və qorxunc günlər yaşanırdı. Xalqımız 

qırmızı imperiyanın “Qızıl ordusu”nun, 

sovet hərb maşınının hücumuna məruz 

qalmış, təcavüzə  uğramış, günah-

sız insanlar gülləbaran edilmiş, milli 

heysiyyətimız tankların tırtılları altına 

atılmışdı.

20 Yanvar faciəsi Azərbaycan xalqı-

nı qorxutmaq, onun milli oyanışını, tor-

paq (Qarabağ) uğrunda mübarizliyini 

məhv edib sındırmaq məqsədi daşıyan 

mənfur planın tərkib hissəsi idi. Unut-

mamalıyıq ki, 20 Yanvar Azərbaycan 

xalqının tarixində, sadəcə, ağı və acı ilə 

xatırlanacaq gün deyil, həm də xalqı-

mızın şan və şərəf günüdür. 1990-cı ilin 

20 yanvarı Azərbaycanın istiqlaliyyət 

yolunun ilk şəhidlik zirvəsi idi. Ötən 

illər  ərzində “Qanlı Yanvar”ın tarixi, 

mənəvi, siyasi və s. aspektləri təhlil 

edilmiş, hadisəyə Azərbaycan dövləti 

tərəfindən hüquqi qiymət verilmişdir.

...Həmin gün Azərbaycanın o 

vaxtkı  rəhbərliyinin istəyi və SSRİ 

rəhbərliyinin  əmri ilə Azərbaycanda 

kommunist rejimini saxlamaq və milli 

azadlıq hərəkatını boğmaq məqsədilə 

Bakıya böyük bir ordu (rəsmi rəqəm 

35 mini göstərir) yeridilmişdir. SSRİ 

Müdafiə Nazirliyi, Daxili İşlər Nazirli-

yi və Dövlət Təhlükəsizlik Komitəsinin 

hazırlayıb həyata keçirdiyi “Udar” adlı 

əməliyyatda  əsas rolu xüsusi təyinatlı 

“ALFA” və SSRİ DTK-nın “A” təxribat 

qrupları oynayırdı. Sovet qoşunlarının 

təcavüzü nəticəsində Bakıda faciə za-

manı 137 insan öldürülmüş, 744 nəfər 

ağır xəsarət almış, 841 nəfər isə qa-

nunsuz olaraq həbs edilmişdir. Sovet 

ordusunun  əməliyyatları  nəticəsində 

200 mənzil, ev, şəxsi və dövlət əmlakı 

dağıdılmışdır. Öldürülənlər arasında 

beş millətin nümayəndələri, qadın-

lar və  uşaqlar var idi. Qara Yanvarın 

indiyədək özündə saxladığı sirlər çox-

dur. 100 cildlik istintaq materialının 69 

cildi Bakıdan Moskvaya, keçmiş SSRİ 

Prokurorluğuna aparılmış  və bir daha 

geri qaytarılmamışdır. 

XX əsrdə totalitarizmin törətdiyi ən 

qanlı terror aktları sırasında 20 Yanvar 

cinayəti də var. Bu, bəşəriyyət və insan-

lıq əleyhinə törədilmiş dəhşətli əməl idi. 

Dinc əhaliyə qarşı həyata keçirilən cəza 

tədbirləri zamanı 1949-cu ilin Cenevrə 

Konvensiyasının, Beynəlxalq Hərbi 

Tribunalın Əsasnaməsinin, Beynəlxalq 

İnsan haqları  Bəyannaməsinin, insan 

haqlarına dair digər beynəlxalq aktla-

rın çoxsaylı müddəaları pozulmuşdu. 

Bu məqamlar 20 Yanvar hadisələri ilə 

bağlı aparılmış  ən səthi tədqiqatlarda 

da təsdiqlənir. 

O gün Moskvada matəm saxlayan 

Heydər Əliyevin etiraz səsi bütün dün-

yaya yayılmışdı. O gün heç kəs ba-

şını  aşağı  əymədi, “Azadlıq!” sədası 

göylərə qalxdı. Biz o azadlığı qanımız 

bahasına əldə etdik... İndi nəyin baha-

sına olursa-olsun biz hamımız azadlığı-

mızı qorumalıyıq. Budur bizim şəhidlər 

qarşısında müqəddəs borcumuz!

Ə d ə b i y y a t

Qasımova, M. Ağla, 

qərənfil, ağla...: Bakı. 

Fəlakətin gerçək 

məqamları /M.A.Qasımova, 

O.B.Qasımov; red. 

Ə.Ə.Qasımov.-Bakı: [s.n.], 

2014.-244 s.

Aslanlı, H. Erməniləri 

yaxşı tanıyaq: xatirələr və 

düşüncələr /H.P.Aslanlı, 

F.Əmirli; red. B.Nəcəfov.-

Bakı: Günəş-N, 2015.- 259, 

[1] s.

20 yanvar. Tariximizin qan-

lı və şanlı səhifəsi /layih. 

rəh. Ə.Həsənov, A.Aslanov; 

tərt., red. Ə.Mehdiyev, 

V.Əliyev, D.İsmayılov, 

E.Qədirli; tərc.: 

N.İsmayılov, N.Xıdırov, 

Ş.Əliyev [və b.].- Bakı: 

AzərTAc, 2014.- 353 s.

Süleymanzadə, M. Qara 

yanvar dialoqu: 1990-cı 

il 20 Yanvar faciəsinin 25 

illiyinə həsr edilmiş kitab 

Azərbaycan Mətbuat Şurası 

Ahıl Jurnalistlər Məclisinin 

tövsiyəsi ilə nəşr olunur 

/M.B.Süleymanzadə, 

Ş.Yaqubov; red. 

Y.Kərimov.- Bakı: Elm və 

təhsil, 2015.-191 s.

İ n t e r n e t d ə

www.20 january.az

20



37

Tarixdə bu gün

115 

illiyi

Şamaxı zəlzələsi 

1902

Y

ANV

AR

Azərbaycan  ərazisində 9 ballıq seys-

mik zonaya daxil olan Şamaxıda tarix 

boyu dəfələrlə güclü zəlzələlər baş ver-

mişdir. Lakin sonuncu dəfə 1902-ci il 

Şamaxı  zəlzələsi -   Azərbaycan tarixi-

nin ən güclü, ən dəhşətli zəlzələsi hesab 

olunur. 1902-ci il yanvar ayının 31-də 

gündüz saat 12 radələrində baş vermiş 

zəlzələ nəticəsində şəhər tamamilə dağıl-

mışdır. Təsadüfi deyil ki, o zamanın bir 

sıra mətbuat nümunələri bu təbii fəlakəti 

“Qiyamət günü” ilə müqayisə edərək 

onun dəhşətləri barədə  məlumatlar dərc 

ediblər.

Sonrakı günlərdə  fəlakətin miqya-

sı aydınlaşdı. Zəlzələ  təkcə  Şamaxı-

nı yox, ətraf 125 kəndi də  əhatə edirdi. 

Məlumatlara görə, 1902-ci ildəki zəlzələ 

zamanı şəhərin 2 min nəfərdən artıq sa-

kini həlak olmuş, minlərlə insan yara-

lanmış, 20 min  nəfərədək  əhali evsiz-

eşiksiz qalmış, 4 min yaşayış evi, 8 qədim 

məscid, iki kəlisa, 10-dan artıq mədrəsə, 

40 qədim Şərq hamamı, onlarla ticarət ob-

yekti, bazar-dükan dağılaraq yerlə yeksan 

olmuşdur.  Şəhərdə  zəlzələsonrası böyük 

panika yaşanmış,  əhali qorxu içərisində 

qaçmağa başlamışdır.

Şəhərdəki 5 min  evdən 4 mini tamamilə 

dağılmış, Şamaxı uyezdində yerləşən 126 

kənddə 3 mindən çox ev, 40 məscid və 

çoxlu təsərrüfat tikililəri uçmuşdur.

Daha  əvvəl - 1806, 1859 və 1872-

ci illərdə  də  şəhər zəlzələdən dağılmış, 

hər dəfə yenidən tikilmişdi. 1859-cu il 

zəlzələsindən sonra Şamaxı quberniya 

paytaxtı statusunu itirmiş, paytaxtı Bakı 

olmaqla Bakı quberniyası yaradılmışdır.

Zəlzələdən sonra hökumət rəsmiləri 

əhaliyə yardım etmək üçün əraziyə 

gəlmişdilər. Bütün bu faktlar ötən  əsrin 

əvvəllərində Sankt-Peterburq şəhərində 

çap olunan “Niva” adlı  dərginin 97-ci 

sayında rəsmən öz təsdiqini tapmış-

dır. Hazırda həmin dərginin zəlzələ ilə 

bağlı  səhifələri  Şamaxı Diyarşünaslıq 

Muzeyində saxlanmaqdadır.

Zəlzələdən 5 gün sonra - fevralın 5-də 

“Kaspi” qəzeti  yazırdı: “Şəhərin aşağı və 

orta hissəsi, yəni, tatarlar yaşayan hissələr 

torpaqla bir olub. Bütün tikililər minlərlə 

adamı udmuş xarabalıqlara dönüb. Hər 

şey - məktəblər, məscidlər, o cümlədən 

əvvəlki zəlzələlərə tab gətirməyi bacarmış 

Cümə  məscidi, hamamlar, birmərtəbəli 

və ikimərtəbəli evlər, varlıların və yox-

sulların evləri - hamısı zəlzələyə qurban 

gedib. 12 hamamın xarabaları altında 

çoxlu qadın qalıb. Yanvarın 31-i cümə 

axşamı günüydü və  həmin gün hamam-

larda qadınların yuyunmaq növbəsi idi... 

Rus-tatar məktəbi uçub. Şamaxının yuxa-

rı hissəsi - erməni məhəlləsi də dağılıb və 

cəmisi 30-40 ev salamat qalıb. Pravoslav 

kilsəsi, kazarmalar, xəzinədarlıq binası 

dağılıb, türmə  və  qəza idarəsinin binası 

zədələnib. Bu hissədə küçələr enli oldu-

ğundan ölənlər azdır. 30 erməninin və 

200 müsəlmanın cəsədləri çıxarılıb. He-

sablamalara görə, uçqunların altında hələ 

2 min adam qalmaqdadır.”

Birinci hadisə yerinə Qafqaz dağlıq 

idarəsinin tapşırığı üzrə mədən mühəndisi 

Şahqulu Mirzə gəldi. Onun apardığı araş-

dırmaların nəticələrinə əsasən ilk yazılar 

1902-ci ildə  nəşr olundu, 1903-cü ildə 

zəlzələ haqqında yazılan kitab işıq üzü 

gördü.

Baş verən böyük dağıntıların və qur-



banların iki səbəbi təyin edildi. Birin-

ci səbəb  Şamaxının çox hissəsinin zəif 

qruntlar üzərində, yəni yumşaq, su ilə 

təmin edilmiş torpaqlarda yerləşməsi, 

ikinci səbəb şəhərdəki tikinti işlərinin pis 

aparılması idi. 



31

Ə d ə b i y y a t

Kifayət. 1902-ci il. Şa-

maxı zəlzələsi xatirələrdə 

/Kifayət //Azad 

Azərbaycan.- 2013.- 20 

avqust, № 118.- С.7.

Zəlzələ //Şamaxı ensik-

lopediyası /ideya müəl. 

və naşir E.Süleymanov; 

baş red. F.Babayev.-Bakı, 

2015.- S.325-329.

İ n t e r n e t d ə

http://www.bizimyol.info/

news/6642.html

portal.azertag.az/

node/3146


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə