Teqvim-2017. pdf


Bəstəkar Musiqi.Opera.Balet  85



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə170/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   166   167   168   169   170   171   172   173   ...   200

354

Bəstəkar

Musiqi.Opera.Balet 

85

illiyi

Oqtay Kazımi

1932-2010 

DEKABR

Oqtay Məmməd oğlu Kazımov (Ka-

zımi) 1932-ci il dekabr ayının 27-də As-

tara şəhərində anadan olmuşdur. 

Orta məktəbi Astarada bitirmişdir. 

Asəf Zeynallı adına Orta İxtisas Musi-

qi Məktəbinin xor-dirijorluq fakültəsinə 

daxil olmuş və Hacı Xanməmmədovun 

sinfində təhsil almışdır. 

Musiqi məktəbində oxuyarkən, 

“Bəxtəvər uşaqlar” adlı ilk mahnısını 

bəstələmişdir. 1957-ci ildə Ü.Hacıbəyov 

adına Konservatoriyanın bəstəkarlıq 

fakültəsinə daxil olmuş və Cövdət Ha-

cıyevin sinfində təhsil almışdır. 

1966-1967-ci illərdə Sumqayıt musi-

qi texnikumunda müəllim, sonra isə dərs 

hissə müdiri kimi əmək fəaliyyətinə baş-

lamışdır. Sumqayıtda çalışdığı illərdə 

O.Kazımi “Eksperiment” estrada or-

kestrini yaratmışdır. Sonralar bəstəkar 

Azərbaycan Dövlət Filarmoniyasında 

musiqi redaktoru vəzifəsində çalışmış 

və Asəf Zeynallı adına Orta İxtisas 

Musiqi Məktəbində xalq çalğı alətləri 

fakültəsində dərs demişdir. 

O.Kazıminin mahnıları uzun illər 

“Dan ulduzu” ansamblının repertuarın-

da xüsusi yer almışdır. Onun xalq çalğı 

alətləri üçün konsertləri, Azərbaycan 

xalqının ümummilli lideri Heydər 

Əliyevə  həsr etdiyi “Millətin oyaq 

gecəsi” adlı vokal simfonik poeması, 

“Qarabag rapsodiyası”, Təntənəli uver-

türaları, 60-a qədər teatr tamaşalarına 

bəstələdiyi musiqiləri (Akademik Dram 

Teatrında səhnəyə qoyulmuş “Büllür 

sarayda”, “Qılınc və  Qələm”, “Fitnə”, 

“Ümid”, “Ədirnə  Fəthi” və s.), Rus 

Dram Teatrında səhnələşdirilmiş “Şeyx 

Sənan”, 

Kamera Teatrında 

səhnəyə 

qoyulmuş  “İtlər”, 

Azərbaycan Dövlət 

Musiqili Teatrında 

səhnələşdirilmiş 

(“Qızıl Toy”, “Danabaş  kəndinin 

əhvalatları”, “Dəli dünya”) operettaları, 

müxtəlf səpkili mahnıları Azərbaycan 

incəsənətində özünəməxsus yer tutmuş,  

tarixilik baxımından əhəmiyyətliliyi ilə 

fərqlənmişdir.

O, Azərbaycanda ilk rok opera-

nın müəllifidir. Qeyd etmək lazımdır 

ki, görkəmli bəstəkarın  əsərlərinin bir 

hissəsi hələ də geniş auditoriya kütləsinə 

təqdim edilməmişdir.

Bəstəkar O.Kazıminin yara-

dıcılığı dövlət tərəfindən yüksək 

qiymətləndirilmiş, o, 1992-ci ildə 

Azərbaycanın “Əməkdar incəsənət xa-

dimi”, 2006-cı ildə isə “Xalq artisti”  

fəxri adlarına layiq görülmüşdür. Prezi-

dent təqaüdçüsü idi. 

Oqtay Kazımi 2010-cu il avqust ayı-

nın 9-da Bakı şəhərində vəfat etmişdir.

27

Ə d ə b i y y a t

Hava tam qaralmayıb /O.Kazımov //525-ci qəzet.-2011.- 3 sentyabr.- S.27.

Yusifova, T. Oktay Kazıminin musiqi dünyası /T.Yusifova //Müasir mədəniyyətşünaslıq: elmi, metodiki, publisistik jurnal.- 2010.- № 4.(6) 

S.95-97.

The golden wedding: Musical in two parts /O.Kazimov; libretto R.Heydarov; transl. T.N.Mahmudova.- Bakı: Ixlas, 2010.- 41 p.

İ n t e r n e t d ə

http://www.oqtaykazimi.az/



355

Bəstəkar-pianoçu

Musiqi.Opera.Balet 

70

illiyi

Fərhad Bədəlbəyli   

1947 

DEKABR

Fərhad Şəmsi oğlu Bədəlbəyli 1947-

ci il dekabr ayının 27-də Bakı şəhərində  

anadan olmuşdur.

Beş yaşından başlayaraq onillik Orta 

İxtisas Musiqi Məktəbinin bünövrəsini 

qoyan və uzun illər həmin təhsil 

müəssisəsinin direktoru vəzifəsində 

çalışan Kövkəb Səfərəliyeva onunla 

məşğul olmağa başlamışdır. 

1965-1969-cu illərdə Ü.Hacıbəyov 

adına Azərbaycan Dövlət Konserva-

toriyasında professor M.R.Brennerin 

sinfində, 1969-1971-ci illərdə isə 

P.İ.Çaykovski adına Moskva Dövlət 

Konservatoriyasının aspiranturasında 

dosent B.Davidoviçin sinfində oxu-

muşdur. Fərhad Bədəlbəyli B.Smetana 

adına (Çexslovakiya, 1967, III müka-

fat və Smetana əsərinin ən yaxşı ifaçısı 

mükafatı) və Viana da Mota adına (Por-

tuqaliya, 1968, I mükafat) beynəlxalq 

müsabiqələrdə  uğurla çıxış etmiş  və 

virtuoz pianoçu kimi ad qazanmışdır..

1971-ci ildən Azərbaycan Dövlət 

Konservatoriyasında dərs deməyə baş-

lamışdır. 

Xalq artisləri Fidan və Xuraman Qa-

sımovalarla, Rauf Atakişiyevlə, Rasim 

Abdullayevlə, SSRİ Xalq artisti Bella 

Rudenko ilə, məşhur skripkaçı Dmitri 

Sitkovestki və b. görkəmli sənətkarlarla 

tərəf müqabili olmuşdur. Bəstələdiyi 

“Pərvərdigara” (1994), “Şuşa” (2001) 

romanslarının, “Anamız Azərbaycan” 

(1998) himninin ilk ifaçıları Fidan və 

Xuraman Qasımovalar olmuşlar.

Fortepiano üçün “Prelüd” (1965), 

səs, kamera orkestri və fortepiano üçün 

“Poema” (1967), “Azadlıq məşəli” 

sənədli  filminə  bəstələnmiş musi-

qi (1968), üç fleyta üçün “Skertso” 

(1969), simli kvartet üçün “Miniatürlər” 

(1973), səs və fortepiano üçün “Musi-

qili məktub” romansı (2007), xor və or-

kestr üçün “Türkiyə-Azərbaycan” mar-

şı (2006) və s. əsərlərin müəllifidir.

1983-cü ildə professor elmi rütbəsini 

almışdır. 

Bu gün F.Bədəlbəyli fəal konsert 

yaradıcılığı ilə məşğuldur. Pianoçunun 

qastrol səfərləri – Bolqarıstan, Almani-

ya, Yunanıstan, Danimarka, İsrail, İta-

liya, Kuba, Norveç, Portuqaliya, Tunis, 

Türkiyə, Finlandiya, Fransa, Çexoslo-

vakiya,  İsveçrə, Yuqoslaviya, Yaponi-

ya və b. əhatə edir.F.Əmirovun “Sevil” 

operası(1998),  Ə.Bədəlbəylinin “Qız 

qalası” baleti (1998), Ü.Hacıbəylinin 

Vyanada “Arşın mal alan” operetta-

sının (2006) səhnəyə qoyulması onun 

rejissorluq fəaliyyətinə misaldır.

1986-1989-cu illərdə Azərbaycan 

Musiqi Cəmiyyətinin idarə heyəti 

sədrinin I müavini, 1987-1996-cı illərdə 

Bakı  İncəsənət Mərkəzinin rəhbəri 

olmuşdur. 1989-cu ildən Azərbaycan 

Musiqi Xadimləri Cəmiyyətinin 

sədridir. 1995-ci ildə Azərbaycan 

Mədəniyyətinin Dostları Fondunun 

üzvü seçilmişdir.

1972-ci ildı Azərbaycan SSR-in 

“Əməkdar artist”, 1978-ci ildə “Xalq 

artisti”, 1990-cı ildə isə SSRİ-nin “Xalq 

artisti” fəxri adlarına layiq görülmüş-

dür. 1986-cı ildə Azərbaycan  SSRİ 

Dövlət mükafatı laureatı olmuşdur. 

Hal-hazırda Üzeyir Hacıbəyli adına 

Bakı Musiqi Akademiyasının rektoru-

dur. 


Ə d ə b i y y a t

Fortepianoda çalmaq üçün 

vəsait: dərslik : XI sinif 

/F.Bədəlbəyli, O.Rəcəbov 

(tərt.), N.Quliyeva (tərt.); 

elmi məsl. F.Əlizadə; 

elmi red.: O.Abasquliyev, 

G.Abdullazadə.- Bakı: [Çı-

raq], 2013.- 288, [1] s. 

Məqalələr, material-

lar /F.Bədəlbəyli; tərt.: 

T.Seyidov, A.Hüseynova 

.- Bakı: Qapp-Poliqraf, 

1997.- 182 s. 

Bədəlbəyli Fərhad              

//Azərbaycan Milli Ensik-

lopediyası.- Bakı, 2011.- 

C.3.- S.540.

Hüseynova, K.Q. 

Azərbaycan musiqi 

mədəniyyətinin inkişafında 

Fərhad Bədəlbəyli yara-

dıcılığının yeri və rolu: 

sənətşünaslıq  namizədlik 

alimlik dərəcəsi almaq 

üçün təqdim edilmiş dis-

sertasiya /K.Hüseynova.- 

Bakı, 2008.- 213 s.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/F%C9%99rhad_B%

C9%99d%C9%99lb%C9

%99yli

27


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə