Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə171/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   167   168   169   170   171   172   173   174   ...   200

356

Bəstəkar

90

illiyi

Nəriman Məmmədov 

1927-2015 

DEKABR

Nəriman Həbib oğlu Məmmədov 

1927-ci il dekabr ayının 28-də Naxçı-

van  şəhərində anadan olmuşdur. Nax-

çıvanda uşaq musiqi tar məktəbini bi-

tirmiş, A.Zeynallı adına Bakı Musiqi 

Məktəbində  təhsilini davam etdirmiş 

və burada Ə.Bakıxanov, Z.Adıgözəlov, 

S.Şuşinski, A.Gəray və s. kimi 

görkəmli musiqişünaslardan dərs al-

mışdır. N.Çumakovun (nəzəriyyə), 

G.Şarayevin (pianino) ixtisası üzrə 

siniflərini, ikinci dəfə isə C.Hacıyevin 

bəstəkarlıq sinfini bitirmişdir. 

A.Zeynallı adına Bakı Musiqi Tex-

nikumunda, 1960-cı ildən isə Üzeyir 

Hacıbəyli adına Bakı Musiqi Akademi-

yasında müəllim kimi çalışmışdır. Bakı 

Musiqi Akademiyasının Xalq musiqi-

sinin tarixi və nəzəriyyəsi kafedrasının 

professoru kimi fəaliyyət göstərmişdir.

Yeddi  əsas muğamı instrumen-

tal halda nota köçürmüş, Bakıda və 

Moskvada nəşr edilmişdir. AMEA-

nın  İncəsənət və memarlıq  İnstitu-

tunun hazırladığı 10 cildlik “Muğam 

antologiyası”nda onun nota köçürdüyü 

“Rast”, “Şur”, “Cahargah”, “Rübab”, 

“Şahnaz” və s. müğamları da nəşr 

olunmuşdur. Nəriman Məmmədov öm-

rünü Bakı Musiqi Akademiyasının və 

Azərbaycan Milli Konservatoriyasının 

professoru olaraq, pedaqoji fəaliyyətə, 

gənc bəstəkar və müsiqişünas kadrların 

yetişdirilməsinə həsr etmişdir. 

O, dəyərli yaradıcılığı ilə  zəngin 

irsə sahib olmuşdir. Onun bəstəkarlıq 

fəaliyyəti 2 muzikl, 2 balet, 3 musi-

qili komediya, 7 simfoniya, 7 instru-

mental konsert, 3 oratoriya, 3 kontata, 

simfonik poema, kamera əsərləri, xalq 

çalğı alətləri orkestri üçün pyeslər, vo-

kal simfonik, xor, orqan üçün əsərlər

yüzlərlə mahnı və romans, nota köçür-

düyü Azərbaycan muğamları, 25-dən 

artıq dram tamaşasına musiqi və digər 

musiqi əsərləri ilə zəngindir. 

Onun  əsərləri Azərbaycan Dövlət 

Simfonik Orkestri, Azərbaycan 

Dövlət Xalq Çalğı Alətləri Orkest-

ri, Azərbaycan Dövlət Televiziya və 

Radiosunun orkestrləri, ansambllar 

tərəfindən səsləndirilmiş, Azərbaycan 

Dövlət Musiqili Komediya Teatrın-

da tamaşaya qoyulmuş, görkəmli 

sənətkarların repertuarlarında ifa olun-

muşdur. Görkəmli bəstəkar, muğam 

tədqiqatçı  və pedaqoqun “Humay” 

baleti 1981-ci ildə Azərbaycan Dövlət 

Akademik Opera və Balet Teatrında 

uğurla səhnəyə qoyulmuş, musiqili-

səhnə  əsərlərindən Tofiq Bakıxanovla 

birgə yazdığı 3 musiqili komediyası 

– “Altı  qızın biri Pəri”, “Qız görüşə 

tələsir” və “Məmmədəli kurorta gedir” 

musiqili-komediyaları tamaşaçıların 

rəğbətini qazanmışdır. 

Proqram xarakterli simfoniyaları – 

Hüseyn Cavidə  həsr olunmuş IV sim-

foniyası, Xocalı faciəsinə həsr olunmuş 

VII simfoniyası  və “Fərhad və  Şirin” 

poeması mütəxəsisslər tərəfindən xüsu-

si qiymətləndirlmişdir. Bəstəkarın “Xu-

mar baxışlar”, “Kaş səni görməyəydim”, 

“Üzmə  məni”, “Sənin eşqin” və s. li-

rik mahnıları öz səmimiliyi ilə xalqın 

qəlbinə yol tapıb. Professor Əhməd 

İsazadə ilə birlikdə iki hissədən ibarət 

“Xalq mahnı və oyun havaları” adlı ki-

tabı  da çap olunmuşdur. 

Azərbaycan Respublikası Preziden-

tinin fərdi təqaüdçüsü olmuş, “Əməkdar 

incəsənət xadimi”, “Xalq artisti” fəxri 

adlarına layiq görülmüşdür.

Nəriman Məmmədov 2015-ci il ap-

rel ayının 6-da vəfat etmiş, II Fəxri Xi-

yabanda dəfn edilmişdir.

Ə d ə b i y y a t

Sadıqoğlu, A. 

Bəstəkarın əbədiyaşar 

əsərləri /A.Sadıqoğlu    

//Xalq qəzeti.- 2016.- 17 

aprel.- S.7.

Görkəmli bəstəkar 

Nəriman Məmmədov 

dünyasını dəyişib 

//525-ci qəzet.- 2015.- 8 

aprel.- S.7.

Nəriman Həbib oğlu 

Məmmədov: [nekroloq] 

//Azərbaycan.- 2015.- 7 

aprel.- S.6.

İ n t e r n e t d ə

https://az.wikipedia.

org/wiki/Nəriman_

Məmmədov

az.trend.az › Siyasət

28

Musiqi.Opera.Balet 



357

Estrada müğənnisi

Musiqi.Opera.Balet 

Rauf Babayev

1937  

DEKABR

Rauf   Yusuf oğlu Babayev 

1937-ci il dekabr ayının 30-da 

Ermənistanın Leninakan şəhərində 

(Gümrü) anadan olmuşdur. 

1956-cı ildə Bakı Musiqi Texni-

kumunu, 1962-cü ildə Ü.Hacıbəyov 

adına Azərbaycan Dövlət Konser-

vatoriyasını bitirmişdir. 

1961-ci ildən “Qaya” vokal ins-

trumental qrupunun üzvü olmuş-

dur. 1995-ci ildə “Bəri bax” vokal 

qrupu yaratmış  və  bədii rəhbəri 

olmuşdur (1995-2001). Yeni üs-

lubda və yeni səpkidə yaranmış 

ansambl Azərbaycan, rus, Qərbi 

Avropa bəstəkarlarının  əsərlərini 

və müxtəlif ölkələrin xalq mahnı-

larını məharətlə ifa etməklə tez bir 

zamanda  şöhrət tapmışdır. 2001-ci 

ildən “Qaya” Dövlət Ansamblının 

bədii rəhbəridir.

R.Babayev 40 ilə yaxın bir 

müddət  ərzində klassik estrada, 

caz ifaçılığı  məktəbinin yüksək 

ənənələrini təbliğ etmişdir. Bu 

müddət 

ərzində Azərbaycan 



mədəniyyətini Əlcəzairdə, Kubada, 

Almaniyada, Rusiyada, Ukraynada, 

Belorusiyada, Rumıniyada, Cənubi 

Afrikada, Amerikada və bir çox xa-

rici dövlətlərdə ləyaqətlə təmsil et-

mişdir.


2002-ci ildə “Bəri bax” ansamblı 

Vitebsk  şəhərində keçirilən “Slav-

yan bazarı” Beynəlxalq musiqi fes-

tivalının bir neçə mükafatını qazan-

mışdır.

Rauf Babayev 1978-ci ildə  



Azərbaycan Respublikasının 

“Əməkdar artist”, 2006-cı ildə  

“Xalq artisti” fəxri adlarına layiq 

görülmüşdür. 

Prezident təqaüdçüsüdür.

Ə d ə b i y y a t

Ey həyat, sən nə qəribəsən /R.Babayev //Üç nöqtə qəzet.-2011.- 19 noyabr.- S. 15.

Əfsanəvi “Qaya” /R.Babayev //Mədəniyyət.- 2008.- 20 noyabr.- S.7.

“O vaxtın Bakısı tamam başqa aləm idi...”: Rauf Babayev: “Gəncliyi ötən əsrin 60-cı illərinə düşən insanlar xoşbəxtdirlər...” 

//Ekspres.-2013.- 20-22 aprel.- S. 20.

Babayev Rauf Yusif oğlu //Azərbaycan Milli Ensiklopediyası.- Bakı, 2010.- S.586.

İ n t e r n e t d ə

http://www.adam.az/

80 

illiyi

30



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə