Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə172/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   168   169   170   171   172   173   174   175   ...   200

358

1

Milli Qəhrəmanlar

60

 illiyi

Əliyar Əliyev  

1957-1992   

DEKABR

Əliyar Yusif oğlu  Əliyev 1957-ci ildə 

dekabr ayının 14-də Qubadlı rayonunun 

Qazyan kəndində anadan olmuşdur. 1975-

1979-cu illərdə Azərbaycan Bədən Tərbiyəsi 

İnstitutunda təhsil almışdır. Bir müddət Qu-

badlının Dondarlı  kəndin orta məktəbində 

müəllim işləmiş, 1980-ci ildə hərbi xidmətə 

getmişdir. 1982-ci ildə ordudan tərxis olduq-

dan sonra Saransk Dövlət Universitetində 

müəllim işləmişdir. 1983-cü ildə atasının 

vəfatı ilə əlaqədar olaraq öz doğma yurduna 

qayıtmış və rayon orta məktəbində müəllim 

işləmişdir. “Məhsul” kənd Könüllü İdman 

Cəmiyyətində məşqçi, 1985-ci ildə Könüllü 

Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin ra-

yon Şurasının sədri seçilmişdir. Klassik güləş 

üzrə respublika, ümumittifaq və beynəlxalq 

yarışlarda dəfələrlə qalib gəlmiş, bir çox ya-

rışların hakimi, baş hakimi olmuşdur. Səkkiz 

yetirməsi respublika və SSRİ çempionu, 1 

nəfər isə olimpiya yığma komandasına üzv 

seçilmişdir.

Qarabağ müharibəsinə ilk könüllü yazı-

lanlardan olmuşdur. 1990-cı ilin aprel ayında 

Başarat kəndinə hücum gözləndiyini bilən 

tabor komandiri düşmənin ya gecə yarıdan 

keçmiş, ya da səhər açılmamış başlayacağını 

əvvəlcədən müəyyən edə bilmişdi. Dan yeri 

sökülməmiş Topağac yüksəkliyi toplardan 

şiddətli atəşə tutulmuş, lakin Ə.Əliyevin 

başçılıq etdiyi dəstə düşmənə  əks-zərbə 

endirərək xeyli canlı qüvvəsinin və  hərbi 

texnikasının itirməsinə  səbəb olmuşdur. 

Nəticədə düşmən geri çəkilmişdir. 1992-ci 

il sentyabrın 30-da Ə.Əliyevin komandan-

lıq etdiyi tabor Laçın rayonunu azad etmək 

üçün güclü hücum əməliyyatına başlamış və 

qısa müddətdə 30-dan artıq mövqeyi dağıt-

mağı bacarmışdı. Xocalı soyqırımından son-

ra  Əliyarın batalyonu Gorusa etdiyi hücüm 

nəticəsində 336-ı erməni ölüsünün olduğunu 

Moskvanın “Xəbərlər” proqramı rəsmi açıq-

lama vermiş, Ermənistan 3 günlük matəm 

elan etmişdi. Bundan sonra düşmənin ümum-

milli hərəkatının lideri Paruyr Ayrikyan 

şəhər meri vəzifəsindən qovulmuşdu. Çünki 

o, Gorusa Qarabağa dəhliz açmaq niyyəti ilə 

gəlmişdi. Teatr meydanında keçirilən matəm 

mitinqində Əliyarın, topçular Qocanın, Qey-

sin, Nurunun başına pul təyin etmişdilər. Go-

rusun Şurnuxa kəndində keçirilən əməliyyat 

zamanı Ermənistanın silah anbarı partladıl-

mış, 26 nəfər muzdlu və erməni  əsir alın-

mışdı. 1992-ci ildə aprelin 16-da 50 nəfərlik 

diversiya qrupu “qara bəbir” ləqəbli Suriya 

ermənisi Karlenin başçılığı ilə  Əliquluşağı 

istiqamətində hücumu əvvəlcədən müəyyən 

edilmiş  və  Əliyarın batalyonu 11 nəfər 

həmin zirehli muzdurları və “Niva”lı Karle-

ni öldürərək 20 nəfərdən çox Xocalı əsirləri 

ilə dəyişməyə nail olmuşdu. 1992-ci il iyu-

nun 24-də 16 radələrində ermənilərin rayon 

mərkəzini bombardman etməsi haqda infor-

masiya əldə etmişdirlər. “Aparıcı” vertalyo-

tu birini sərrast atəşlərlə  Bərgüşad çayının 

sahilinə salınmış (düşdükdən sonra isə yan-

mışdı), ikincisini Teymur Miskanlı kəndinin 

içində yerə  dəyib tüstülənməyə başlayanda 

tez söndürmüşlər. Üçüncüsü isə yerə enməyə 

məcbur edilsə  də fürsət tapıb qaçmış, lakin 

sərhəddi keçməyə az qalmış alovlanıb yerə 

çırpılmışdı. Bu Qarabağ savaşında Əliyarın 

rəhbərliyi ilə  həyata keçirilmiş  uğurlu 

əməliyyatlardan bir neçəsidir.

1992-ci il 30 sentyabrdan sonra onun 

dəstəsi Laçın istiqamətində hücuma baş-

lamış, 20-dən artıq kəndi geri qaytara 

bilmişdirlər. Oktyabrın 3-ü onun taboru “Şu-

rumbaşı yüksəkliyi”ni də geridə buraxaraq 

“Tikanlı  zəmi” uğrunda savaşırdı. Təəssüf 

ki, həmin tarixdə düşmən gülləsi ondan yan 

keçməmiş, Vətən daha bir qəhrəmanını şəhid 

vermişdir. 

Qubadlı rayonunun  Qazyan kəndində 

dəfn edilmişdir.  

Azərbaycan Respublikasının Preziden-

tinin 1992-ci il 10 noyabr tarixli 301 saylı 

Fərmanı ilə Əliyar Əliyev ölümündən sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına 

layiq görülmüşdür.

Ə d ə b i y y a t 

Əliyar Yusif oğlu 

Əliyevə “Azərbaycanın 

Milli Qəhrəmanı” adı 

verilməsi haqqında: 

[Batalyon komandiri, 

mayor – Azərbaycan 

Respublikasının 

suverenliyinin və ərazi 

bütövlüyünün qorun-

masında, dinc əhalinin 

təhlükəsizliyinin təmin 

edilməsində göstərdiyi 

şəxsi igidlik və şücaətə 

görə]: Azərbaycan 

Respublikası Prezidenti-

nin Fərmanı, 10 noyabr 

1992-ci il //Azərbaycan 

Respublikası Ali 

Sovetinin Məlumatı.- 

1992.- № 21.- S. 30.- 

(Ölümündən sonra).

Nəriman oğlu, H. Dağ-

lar oğlu: Azərbaycanın 

Milli Qəhrəmanı, batal-

yon komandiri Əliyar 

Əliyev /H.Nərimanoğlu; 

Red. M.Əmirova.- Bakı: 

İşıq, 1994.- 56 s. 

Əsgərov, V. Əliyev 

Əliyar Yusif oğlu 

//Əsgərov V. 

Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 

2010.- S.80-81.

Şəhid idmançılar 

/D.Q.Quliyev; red. 

Q. Aslan.- Bakı: İşıq, 

1995.-H.1.-88 s.

14

Milli Qəhrəman



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə