Teqvim-2017. pdf


Dövlət xadimi Siyasət.Hüquq.Hərbi iş 150



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə173/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   169   170   171   172   173   174   175   176   ...   200

359

Dövlət xadimi

Siyasət.Hüquq.Hərbi iş

150

illiyi

Səməd ağa Ağamalıoğlu

1867-1930 

DEKABR

Səməd ağa Həsən oğlu Ağamalıoğ-

lu 1867-ci il dekabr ayının 27-də Qa-

zax qəzasının (Ağstafa rayonu) Qıraq 

Kəsəmən kəndində anadan olmuşdur. 

1887-ci ildə Vladiqafqaz hərbi pro-

gimnaziyasını bitirmişdir. 

1905-1907-ci illər inqilabında işti-

rak etmişdir. 

1917-ci ilin aprelindən RSDFP-

nin birləşmiş Komitəsi  İcraiyyə 

Komitəsinin və Yelizavetpol Sovetinin 

üzvü olmuşdur. 

1918-ci ilin fevralında Tiflisə 

köçmüş, yerli menşevik “Hümmət” 

təşkilatının, sonra isə Zaqafqaziya Sey-

minin Müsəlman fraksiyasının üzvü ol-

muşdur. 


1918-ci ilin sonunda Bakıya gəlmiş, 

Azərbaycan Xalq Cümhuriyyəti 

Parlamentində sosialistlər fraksiyası-

nın lideri və aqrar komissiyasının sədri 

olmuşdur. 

1920-ci il aprel işğalından sonra an-

tisovet Gəncə üsyanının  (1920, may) 

yatırılmasında fəal iştrak etmişdir. 

1920-ci ildən Sovet İKP üzvü olmuş-

dur.


1921-ci ildə yaradılmış Ümumit-

tifaq Yeni Türk Əlifbası Komitəsinin 

sədri olan Ağamalıoğlu, Azərbaycanda 

və Sovet Şərqinin digər respublikala-

rında yeni latın əlifbasına keçilməsinə 

rəhbərlik etmişdir. O, həmçinin geniş 

publisistik fəaliyyət ilə  də  məşğul ol-

muşdir. 


Azərbaycan SSR-də Xalq Torpaq 

Komissarı (1920-22), 1921-ci ildə 

Azərbaycan SSR MİK sədrinin mü-

avini, SSRİ  MİK-in sədri (1922-29), 

habelə ZSFSR MİK-in sədrlərindən 

biri və SSRİ MİK-in Rəyasət Heyətinin 

üzvü olmuşdur. 1927-ci ildə yaradıl-

mış Ümumittifaq Yeni Türk Əlifbası 

Komitəsinin sədri, Azərbaycan və 

SSRİ-in digər türk respublikaların-

da yeni latın  əlifbasına keçilməsinə 

rəhbərlik etmişdir. “Gələcək” və “Po-

bujdeniye” qəzetlərinin redaktoru ol-

muşdur. 


Səməd ağa Ağamalıoğlu 1930-cu il 

oktyabr ayının 6-da Moskvada vəfat 

etmiş, əvvəlcə orada, sonra isə nəşi Ba-

kıya gətirilərək Fəxri Xiyabanda dəfn 

edilmişdir.

Ə d ə b i y y a t

Ağamalıoğlu Səməd ağa //Azərbaycan Milli Ensiklopediyası.-Bakı, 2010.- S.162-163.

Dünyaminqızı, Q. Özününküləri aşağılayan bolşevik /Q.Dünyaminqızı //Kaspi.- 2016.- 14 iyun.- S.15. 

Xəlilov, B. Səməd Ağamalıoğlu: Yeni əlifba islahatçısı /B. Xəlilov //Ədəbiyyat qəzeti .-2016.- 5 mart.- S.28.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/wiki/Səməd_ağa_Ağamalıoğlu

adam.az/index.php?option=com_sobi2...sobi2Id...

http://www.anl.az/down/meqale/edebiyyat/2016/mart/480984.jpg

27



360

Akademik

Tarix

90

illiyi

Cəmil Quliyev

1927-2010

DEKABR

Cəmil Bahadur oğlu  Quliyev 

1927-ci il dekabr ayının 16-da Şuşa 

şəhərində anadan olmuşdur. Ağ-

dam  şəhəri 1 nömrəli məktəbdə orta 

(1934-1944), M.V.Lomonosov adına 

Moskva Dövlət Universitetinin tarix 

fakültəsində (1946-1949) ali təhsil al-

mışdır. 1949-1952-ci illərdə isə həmin 

ali təhsil ocağının aspiranturasında 

oxumuş, 1952-ci ildə namizədlik, 

1971-ci ildə adlı doktorluq dissertasi-

yası müdafiə etmişdir. 

1972-ci ildə Azərbaycan EA-nın 

müxbir üzvü, 1980-ci ildə isə  həqiqi 

üzvü seçilmidir.

Bakı Dövlət Universitetində Tarix 

kafedrasının müəllimi (1952-1953), 

Az. KP MK yanında Partiya Tari-

xi  İnstitunun baş elmi işçisi (1953-

1958), 1958-ci ildən isə bu institut-

da elmi hissə üzrə direktor müavini, 

Azərbaycan Sovet İKP Tarixi kafedra-

sının dosenti (1953-1959), Partiya Ta-

rixi İnstitutunda elmi işlər üzrə direk-

tor müavini (1958-1972)vəzifələrində 

şalışmışdır. 

1972-1978-ci illərdə Azərbaycan 

SSR EA-nın Tarix İnstitutunun di-

rektoru, 1972-1978-ci illərdə Az. 

M.Ə.Rəsulzadə adına Bakı Dövlət 

Universitetinin rektoru , Azərbaycan 

SSR EA-nın vitse-prezidenti (1981-

1990), Azərbaycan Milli Elmlər Aka-

demiyası Tarix İnstitutunun baş elmi 

işçisi (1990-1997), 1997-ci ildən öm-

rünün sonunadək AMEA-nın Rəyasət 

Heyətinin üzvü, AMEA-nın  İctimai 

Elmlər Bölməsinin akademik-katibi 

(1997-2001), 2007-ci ildən etibarən 

isə Milli Elmlər Akademiyasının mü-

şaviri olmuşdur.

400-ə yaxın məqalənin müəllifidir. 

Onun rəhbərliyi və yaxından iştirakı 

ilə bir sıra fundamental əsərlər işıq üzü 

görmüşdür. 1975-ci ildən Azərbaycan 

Sovet Ensiklopediyasının baş redak-

toru olmuşdur. Ömrünün on üç ilini 

Azərbaycan Ensiklopediyasının ya-

radılmasına həsr etmişdir.  İkicildlik 

“Uşaq Ensiklopediyası”nın və “Nax-

çıvan Ensiklopediyası”nın redaktoru 

olmuşdur. 

Cəmil Quliyevin ölkəmizdə ictimai 

elmlər sahəsində araşdırmaların daha 

geniş miqyasda öyrənilməsi, onların 

dövrün tələblərinə uyğun aparılması 

və Azərbaycan tarixinin yeni mənbələr 

əsasında tədqiq edilməsində xidmətləri 

əvəzolunmazdır.  İyirmi ilə yaxın bir 

müddətdə doktorluq dissertasiyaları-

nın müdafiəsi üzrə Elmi Şuranın sədri 

olmuşdur. Alim bir sıra beynəlxalq 

konfrans və simpoziumlarda çıxışları 

ilə Azərbaycan tarix elmini layiqincə 

təmsil etmişdir. 

Cəmil Quliyev ölkəmizdə tarix el-

minin inkişafına töhfələr verən alim 

kimi “Qırmızı Əmək Bayrağı” ordeni 

(1982), Azərbaycan SSR-in “Əməkdar 

elm xadimi” (1982) fəxri adına layiq 

görülmüşdür. “Əmək veteranı” (1986) 

medalı, “Şöhrət” (1997) və  “İstiqlal” 

ordenləri ilə təltif olunmuşdur. 

Akademik Cəmil Quliyev 2010-cu 

il dekabr ayının 27-də, ömrünün 84-cü 

ilində vəfat etmişdir.

Ə d ə b i y y a t

Daxili suverenliyimizi 

mənsub olduğumuz millətin 

suverenliyi kimi dərk 

etməliyik /C.Quliyev //Elm.- 

1997.- dekabr.

Xalqa elm lazımdır 

/C.Quliyev //Müqəddəs elm 

məbədi.- Bakı, 1996.- S.51-

53.

Cəmil Bahadur oğlu Quliyev: 

Biblioqrafiya /Azərbaycan 

Milli Elmlər Akademiyası, 

Mərkəzi Elmi Kitabxa-

na; tərt.: Ç.N.Əhmədova, 

A.H.Orucova.- Bakı: Elm, 

1999.- 90 s.

Elmi prinsiplərə sadiq ta-

rixçi //Azərbaycan.- 1999.- 

11 mart.

İ n t e r n e t d ə

http://www.xalqqazeti.com/

az/news/education/8281

16



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə