Teqvim-2017. pdf


Tarixçi-etnoqraf  Tarix 80



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə174/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   170   171   172   173   174   175   176   177   ...   200

361

Tarixçi-etnoqraf 

Tarix

80

 illiyi

Arif  Abbasov

1937 

DEKABR

Arif Akim oğlu Abbasov 1937-

ci il dekabr ayının 21-də Naxçıvan 

şəhərində anadan olmuşdur. 

Azərbaycan Dövlət Univer-

sitetini bitirmiş (1961), 1974-cü 

ildə “Azərbaycanın dağ-mədən 

sənayesi fəhlələrinin müasir 

məişət və  mədəniyyəti” mövzu-

sunda namizədlik, 1995-ci ildə 

“Azərbaycanın yeni şəhərlərinin 

həyat tərzi (etnososioloji tədqiqatlar 

üzrə)” mövzusunda doktorluq dis-

sertasiyası müdafiə etmişdir. 

Moskvada keçmiş SSRİ Elmlər 

Akademiyasının Etnoqrafi-

ya  İnstitutunda təcrübə keçmiş-

dir. Azərbaycan EA-da müxtəlif 

vəzifələrdə - Tarix İnstitutunun 

direktor müavini və etnososioloji 

tədqiqatlar şöbəsinin müdiri (1978-

93), Arxeologiya və Etnoqrafiya 

İnstitutunun direktoru (1993-2005) 

işləmişdir. 

2001-ci ildə AMEA-nın müxbir 

üzvü seçilmişdir.

Etnomədəni, etnososioloji 

prosesləri tədqiq etmişdir. 50-dən 

artıq elmi məqalənin, o cümlədən 

2 monoqrafiyanın müəllifidir. 10 

nəfər elmlər namizədinə  rəhbərlik 

etmişdir.

Alim monoqrafiyalarında və 

məqalələrində etnik xüsusiyyətlərin 

göstərilməsi ilə kifayətlənməmiş, 

həm də onların müəyyən sosial-

iqtisadi  şəraitdə perspektivlərini 

araşdıraraq müasir ictimai elmdə 

mühüm  əhəmiyyət kəsb edən 

nəticələr əldə etmişdir. 

Tarixçi-etnoqrafın elmi kadrların 

hazırlanmasında, ayrı-ayrı ölkələrdə 

keçirilən beynəlxalq konfranslarda 

iştrak etmiş və ölkəmizin təmsilində 

böyük xidmətləri olmuşdur.

Ə d ə b i y y a t

Abbasov Arif Akim oğlu //Azərbaycan Milli Ensiklopediyası.-Bakı, 2010.- S.17.

Образ жизни в новых городах Азербайджана.- Баку, 1987.

Современный быт и культура горнопромышленных рабочих Азербайджана.- Баку, 1980.

İ n t e r n e t d ə

 https://az.wikipedia.org/wiki/Arif_Abbasov_(etnoqraf)

http://azertag.az

21



362

Fəlsəfə.İqtisadiyyat

110

 illiyi

Həsən Əliyev

1907-1993 

DEKABR

Həsən  Əlirza oğlu  Əliyev 1907-

ci il dekabr ayının 15-də  Zəngəzur 

qəzasının (Sisyan) Comərdli kəndində 

anadan olmuşdur. 1917-1924-cü illərdə 

Naxşıvan  şəhərində muzdur işləmiş, 

həmçinin 1924-1930-cu illərdə Naxçı-

van şəhərində kənd axşam məktəbində 

təhsil almışdır. 1924-cü ildə  həmin 

şəhərdə  Kənd Təsərrüfatı Texniku-

muna daxil olmuşdur. 1930-1932-ci 

illərdə Azərbaycan Kənd Təsərrüfatı 

İnstitutunda təhsilini davam etdirmiş-

dir. 1932-1934-cü illərdə Azərbaycan 

Elmi-Tədqiqat Pambıqçılıq  İnstitutu-

nun aspirantı olmuşdur.

1927-ci ildə Naxçıvan MSSR Tor-

paq Komissarlığı  zərərvericilərlə 

mübarizə  şöbəsinin baş  fəhləsi, 

“Pambıqbirliyi”nin aqrotexniki, 

Gəncə  şəhərində Qarayeri sovxoz 

və partiya məktəblərində müəllim,  

Azərbaycan Elmi-Tədqiqat Pambıqçı-

lıq İnstitutunun ilk partiya təşkilatının 

katibi (1932-1934), Azərbaycan 

KTPİ  Şirvan Zona-Təcrübə Stan-

siyasının direktoru (Ucar rayonu), 

SSR EA Azərbaycan  filialı partiya 

təşkilatının katibi (1937-1941), Ümu-

mittifaq Coğrafiya Cəmiyyətinin üzvü 

(1939) və s. kimi əmək sahələrində 

fəaliyyət göstərmişdir. Böyük Vətən 

müharibəsinin iştirakçısı olmuşdur. 

1944-1949-cu illərdə Azərbaycan SSR 

Elmlər Akademiyası Torpaqşünaslıq 

və Aqrokimya İnstitutunun elmi işlər 

üzrə direktor müavini, eyni zaman-

da Azərbaycan Dövlət Pedaqoji İns-

titutunda baş müəllim (1945-1949), 

Azərbaycan SSR Elmlər Akademi-

yası Botanika İnstitutunun direktoru 

(1949-1952), Azərbaycan SSR Kənd 

Təsərrüfatı nazirinin birinci müavini 

və Azərbaycan Kommunist Partiyası 

Mərkəzi Komitəsinin katibi (1952), 

Azərbaycan SSR EA-nın akademik-

katibi (1952-1957), Azərbaycan SSR 

EA Torpaqşünaslıq və Aqrokimya 

İnstitunda laboratoriya müdiri (1957-

1967), Azərbaycan SSR EA Coğrafi-

ya  İnstitunun direktoru (1968-1993), 

Azərbaycan SSR Ali Sovetinin (10-

11-ci çağırış) deputatı, Az.SSR EA-

nın həqiqi üzvü (1952) və s. kimi bir 

çox yüksək mövqelərdə çalışmışdır.

Alim 1945-ci ildə “Qırmızı ul-

duz” ordeni və  “Əmək igidliyinə 

görə”, 1946-cı ildə “Böyük Vətən 

müharibəsində  əmək rəşadətinə görə 

1941-1945-ci illər” medalları ilə, 

1950-ci ildə “Şərəf nişanı” ordeni ilə

1982-ci ildə “50 il Sov. İKP-də” fəxri 

döş nişanı və bir çox başqa orden və 

medallarla təltif edilmişdir.

H.Əliyev coğrafiya elmləri üzrə bir 

sıra problem şuralarının sədri və üzvü 

olmuşdur. Azərbaycan Respublikası 

Təbiəti Mühafizə Komitəsinin yaradı-

cısı və cəmiyyətinin sədri, Azərbaycan 

Coğrafiya Cəmiyyətinin prezidenti 

(1975-1990), “Azərbaycan təbiəti” 

məcmuəsinin baş redaktoru (1975-ci 

ildən) olmuşdur. 

Görkəmli xadim Yunanıstan (1958), 

Polşa (1960), ABŞ (1964, 1977), Ru-

mıniya (1966), İsveçrə (1966), Avs-

traliya (1968), Kanada (1978), Ya-

poniya (1980), Almaniya (1981) və 

s. ölkələrdə keçirilmış beynəlxalq 

konqreslərdə məruzələr etmişdir.

Həsən Əliyev 1993-cü il fevral ayı-

nın 2-də Bakıda vəfat etmiş, Fəxri Xi-

yabanda dəfn edilmişdir.

Ə d ə b i y y a t

Həyəcan təbili /H.Əliyev.- 

Bakı: Azərnəşr, 1976.-   

135 s.

Həkəriçay hövzəsinin 

dağ-meşə torpaqları 

və onlardan səmərəli 

istifadə edilməsi: Laçın 

rayonu ərazisi daxilində 

/H.Əliyev, Ş.Mirzəyev; red. 

X.Həsənov; AzSSR Coğ-

rafiya İn-tu.- Bakı: Elm, 

1979.- 124 s.

Meşələrin torpaq 

proseslərinə təsiri: Pirqulu 

stasionarı nümunələsində 

/H.Əliyev, X.Həsənova.- 

Bakı: Elm, 1973.- 112 s.

Həsən Əlirza oğlu 

Əliyev: biblioqrafiya                        

/tərt. ed.: E.T.Məmmədova, 

Ç.N.Əhmədova; elmi 

red. Q.Məmmədov; red. 

Z.V.Mustafayeva.- Bakı: 

İsmayıl, 2002.- 128 s. 

Azərbaycanın elm və 

mədəniyyət xadimləri.

İ n t e r n e t d ə

http://www.baki-xeber.

com/ 

15

Akademik



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə