Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə177/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   173   174   175   176   177   178   179   180   ...   200

367

367

28

Ədəbiyyatşünas

Mədəniyyət.Maarif.Təhsil 

80

illiyi

Əliyar Səfərli

1937 

DEKABR

Əliyar Qurbanəli oğlu Səfərli 

1937-ci il dekabr ayının 28-də Naxçı-

van Muxtar Respublikasının Ordubad 

rayonunun Anabad kəndində anadan 

olmuşdur. 

İbtidai təhsilini 1943-1947-ci 

illərdə Anabad kənd məktəbində al-

mış, 1947-1951-ci illərdə Gənzə kənd 

yediillik məkətbində  və Ordubad 

şəhər Pedaqoji məktəbində  təhsilini 

uğurla davam etdirmişdir. Bu uğurun 

davamı olaraq 1955-1960-cı illərdə 

Azərbaycan Dövlət Universitetinin 

şərqşünaslıq fakültəsini bitirdikdən 

sonra, 1960-cı ildə Azərbaycan Elmlər 

Akademiyası Nizami adına Ədəbiyyat 

və Dil İnstitutunun Qədim və orta əsrlər 

Azərbaycan ədəbiyyatı şöbəsində baş 

laborant vəzifəsinə təyin edilmişdir. 

1966-cı ildə “Məsihi və onun 

“Vərqa və Gülşa” poeması” mövzu-

sunda namizədlik, 1983-cü ildə isə 

“XVII-XVIII  əsrlər Azərbaycan epik 

ədəbiyyatı” mövzusunda doktorluq 

 

dissertasiyalarını müdafiə etmişdir. 



1989-cu ildə Azərbaycan EA-nın 

müxbir üzvü seçilmişdir. 

1992-1994-cü illərdə Azərbaycan 

Respublikası  Təhsil Nazirliyində 

Ədəbiyyatşünaslıq bölməsinin sədri 

vəzifəsində çalışdıqdan sonra, 1994-

1998-ci illərdə ümummilli lider Heydər 

Əliyevin fərmanı ilə Azərbaycan Res-

publikasının  İran  İslam Respublika-

sında fövqəladə  və  səlahiyyətli səfiri  

olmuşdur. 

1997-ci ildə  İqtisadi  Əməkdaşlıq 

Təşklatının (EKO) Daimi 

Nümayəndələr  Şurasının yanında 

Azərbaycan Respublikasının daimi 

nümayəndəsi təyin olunmuşdur. 

1998-ci ildə Bakı Dövlət Universi-

tetinin Azərbaycan  Ədəbiyyatı tarixi 

kafedrasının professoru elmi rütbəsini 

almışdır. 

2000-2004-cü illərdə AMEA-nın 

M.Füzuli adına Əlyazmalar İnstitutu-

na baş elmi işçi, 2001-2002-ci illərdə 

BDU-nun M.Cəlal adına Azərbaycan 

ədəbiyyatı tarixi kafedrasının ka-

fedra müdiri, Nizami ad. Ədəbiyyat 

İnstitutunda Orta əsrlər Azərbaycan 

ədəbiyyatı şöbəsində baş elmi işçi və 

s. vəzifələrdə çalışmışdır. 

Ə.Səfərlinin yaradıcılığı 50-dən 

artıq elmi kitab və 500-dən artıq 

elmi məqalədə  əks olunmuşdur. O, 

“Xətayi.  Əsərləri” (2005), “Məsihi. 

Divanı” (1998), “M.Füzuli. Qoy məni 

dərdimlə” (1960), “Şah İsmayıl Xətayi. 

Keçmə namərd körpüsündən” (1988), 

“M.Füzuli. Hədiqətüs süəda” (1993), 

“Məhəmməd  Şəhriyar” (1987, 2006) 

və s. kimi elmi tədqiqat  əsərlərinin 

müəllifidir.

Ədəbiyyatşünas, mətnşünas, ma-

arif xadimi, Azərbaycan Yazıçılar 

Birliyinin üzvü  Ə.Səfərli 2007-ci 

ildə AMEA Rəyasət Heyətinin Fəxri 

Fərmanı ilə təltif edilmişdir.

Ə d ə b i y y a t

Dastani-Əhməd Hərami     

/Tərtib ed.Ə.Səfərli.- Bakı: 

Şərq-Qərb, 2004.- 119 s.

Əmani. Əsərləri  /Əmani; 

tərt. ed. və ön sözün 

müəl. Ə. Səfərli ; red. X. 

Yusifov.- Bakı: Şərq-Qərb.- 

2005.-726 s.

M.Füzuli. Hədiqətüs-

suəda /Ə.Səfərli.- Bakı: 

Şərq-Qərb.- 2005.-223 s.

Məhəmməd Şəhriyar          

/tərt., ön söz və lüğətin 

müəl. Ə.Səfərli.- Bakı: 

Şərq-Qərb, 2006.- 214 s.

Əlyar Səfərli: biblioqrafi-

ya /Tərt. ed. İ.Səfərov; red. 

A.Əliyeva-Kəngərli.- Bakı: 

Elm, 2008.-124 s.

28



368

Coğrafiya.Geologiya

90 

illiyi

Xudu Məmmədov

1927-1988

 

DEKABR

Xudu Surxay oğlu Məmmədov 

1927-ci il dekabr ayının 14-də Ağdam 

rayonunun Mərzili kəndində dünyaya 

gəlmişdir. Kəndlərində dördüncü sinfi 

bitirdikdən sonra Novruzlu kəndində 

yeddiillik məktəbə getmişdir. 

Ağdamda orta məktəbi bitirdikdən 

sonra Azərbaycan Dövlət Universite-

tinin geologiya-coğrafiya fakültəsinin 

geologiya şöbəsinə daxil olmuş, 1951-

ci ildə təhsilini fərqlənmə diplomu ilə 

başa vurduqdan sonra müəllimi Heydər 

Əfəndiyevin təkidi ilə Azərbaycan 

Elmlər Akademiyasının Kimya İnsti-

tutuna təyinat almışdır. 

SSRİ EA-nın Kristalloqrafiya  İns-

titutunun aspiranturasına daxil olmuş, 

1955-ci ildə kristalloqrafiya və kris-

tallofizika ixtisası üzrə “Ksonolit və 

vollastonit minerallarının kristal quru-

luşu” mövzusunda namizədlik disser-

tasiyasını müdafiə etmiş, 1970-ci ildə 

isə geologiya-mineralogiya üzrə elmlər 

doktoru elmi dərəcəsini almışdır. 

1973-cü ildə professor elmi rütbəsini 

almış, 1976-cı ildə Azərbaycan SSR 

Elmlər Akademiyasının müxbir üzvü 

seçilmişdir. 

1957-ci ildən Azərbaycan Elmlər 

Akademiyası Qeyri-üzvi və Fiziki 

Kimya  İnstitutunun Struktur kimya 

laboratoriyasının müdiri vəzifəsində 

çalışmışdır. 

Bir neçə illik tədqiqatların yeku-

nu olaraq, 1960-cı ildə “Kalsium-

silikatları və hidrosilikatların kristallo-

kimyası” monoqrafiyasını yazmışdır. 

Əsas elmi işləri kristallokimyəvi 

sahəsində olmuşdur. Silikat 

birləşmələrindən bir çoxunun qu-

ruluşunu müəyyənləşdirmiş, həmin 

birləşmələr sinfi ilə boratlar, karbo-

natlar, yarımkeçiricilər və s. arasında 

kristallokimyəvi qohumluq olmasını 

aşkara çıxarmış, 50-dən artıq üzvi li-

qandlı kompleks birləşmənin mole-

kul və kristal quruluşunu öyrənmiş, 

tədqiqatlarında elektronoqrafiya, 

rentgen-spektral analiz və hidrotermal 

sintez üsullarından geniş istifadə et-

mişdir.


Xudu Məmmədovun Azərbaycan te-

leviziyasında uzun müddət aparıcısı ol-

duğu “Elm və həyat” verilişi neçə-neçə 

gəncin elmə marağının formalaşma-

sında böyük rol oynamışdır. Bu veriliş 

elm adamlarının, ziyalıların mənəvi-

intellektual ehtiyaclarını ödəmək baxı-

mından bu gün də TV kanalları üçün 

bir örnək, ən gözəl nümunədir.

Milli Azadlıq Qərargahı təşkilatının 

qurucularından biri olmuş (1969), Bö-

yük Britaniya Kral Akademiyasının 

fəxri üzvü (1957) seçilmişdir. “Şərəf 

nişanı” ordeni ilə təltif edilmişdir. 

Xudu Məmmədov 1988-ci il okt-

yabr ayının 15-də Bakıda vəfat etmiş-

dir.

Bakı  şəhərindəki küçələrdən biri 



Xudu Məmmədovun adını daşıyır. 

Haqqında “Dünya vətəndaşı. Xudu 

Məmmədov” adlı  qısametrajlı  sənədli 

televiziya filmi çəkilmişdir.



Ə d ə b i y y a t

Elim köməyim olsun: Ki-

tab Xudu Məmmədovun 

nəşr edilmiş əsərlərindən 

və arxivində olan 

əlyazmalardan tərtib olu-

nub /Xudu Məmmədov.- 

Bakı, 2002.- 121 s.

Qurdum ki, izim qala... 

/X.Məmmədov; red. 

C.Məmmədli.- Bakı, 

2007.- 358 s. 

Ölümdən sonra yaşayan 

insan – Xudu Məmmədov 

//Təzadlar.-2013.- 17,24, 

26 yanvar.

Məmmədov Xudu             

//Azərbaycan Sovet En-

siklopediyası: 10 cilddə.- 

Bakı, 1982.-C.6.- S.503.

İ n t e r n e t d ə

https://az.wikipedia.

org/wiki/

C9%99mm%C9%99dov

http://www.tezadlar.

az/sagm/4668-xudu-

mmmdov-haqqnda-yeni-

toplu.html

14

Alim


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə