Teqvim-2017. pdf


Fizika.Riyaziyyat Akif Hacıyev



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə178/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   174   175   176   177   178   179   180   181   ...   200

369

Fizika.Riyaziyyat

Akif Hacıyev

1937-2015 

DEKABR

Akif Cəfər oğlu Hacıyev 1937-ci il 

dekabr ayının 8-də Bakı şəhərində ana-

dan olmuşdur. 

1955-1960-cı illərdə Azərbaycan 

Dövlət Universitetində (indiki - Bakı 

Dövlət Universiteti) təhsil almışdır. 

Əmək fəaliyyətinə Azərbaycan 

Elmlər Akademiyasının Riyaziyyat və 

Mexanika  İnstitutunun Funksiyalar 

nəzəriyyəsi  şöbəsində kiçik elmi işçi 

kimi başlamışdır. 

1961-1967-ci illərdə  elmi katib, 

1967-1978-ci illərdə baş elmi işçi, 1978-

1992-ci illərdə Həqiqi dəyişənli funksi-

yalar nəzəriyyəsi şöbəsinin müdiri kimi 

vəzifələrdə çalışmışdır.

A.Hacıyev 1964-cü ildə  fizika-

riyaziyyat elmləri üzrə “Bəzi operatorlar 

ailələrinin yaxınlaşma xüsusiyyətləri” 

mövzusunda namizədlik, 1982-ci ildə 

“Çoxölçülü bürünmə tipli operatorlar 

nəzəriyyəsi üzrə  tədqiqatlar” mövzu-

sunda doktorluq dissertasiyası müdafiə 

etmişdir. 1985-ci ildən riyazi analiz ix-

tisası üzrə professor, 1989-cu ildə AEA-

nın müxbir üzvü, 2001-ci ildən isə 

AMEA-nın həqiqi üzvü seçilmişdir.

1992-1999-cu illərdə Türkiyə 

Dövlətinin dəvəti ilə Ankara Univer-

sitetinin professoru kimi fəaliyyət 

göstərmişdir. Həmin illərdə Ankara 

Universitetinin “matematik” bölümündə 

“Xətti müsbət operatorlar və yaxın-

laşmalar nəzəriyyəsi”, “Harmonik 

funksiyalar”, “Delta nüvəli inteqral 

operatorlar”, “Fürye çevirmələri” və 

s. kimi kurslar üzrə mühazirələr oxu-

muş  və  həmin müddətdə çoxlu sayda 

magistr, fəlsəfə doktorları hazırlamış-

dır. 1995-ci ildə türkiyəli alim, profes-

sor H.Hacısalihoğlu ilə birlikdə “Xətti 

müsbət operatorlar ardıcıllığının yığıl-

ması” adlı kitab çap etdirmişdir. 

1999-cu ildə yenidən ölkəmizə qayı-

daraq Azərbaycan EA-nın Riyaziyyat və 

Mexanika İnstitunda şöbə müdiri, 2001-

ci ildən AMEA Fizika-Riyaziyyat və 

Texnika Elmləri bölməsinin akademik-

katibi seçilmişdir. 2004-2013-cü ilə 

qədər AMEA Riyaziyyat və Mexanika 

İnstitutunun direktoru işləmiş, 2013-cü 

ildən AMEA-nın vitse-prezidenti ol-

muşdur.


Dörd monoqrafiyanın, 210-dan artıq 

elmi əsərin müəllifidir. Alim ölkəmizdə 

və bir sıra xarici ölkələrin mühüm nü-

fuzlu orqanlarında çap olunmuşdur. 

Məsələn, A.Hacıyevin sinqulyar inteqral 

operatorlar nəzəriyyəsi sahəsində aldığı 

mühüm nəticələr görkəmli riyaziyyatçı-

lar S.Q.Mixlin və S.Prössdorfun 1986-

cı ildə ABŞ-da çap etdirdikləri “Sinqul-

yar inteqral operatorlar” kitabına daxil 

edilmişdir.

27 nəfər riyaziyyat üzrə fəlsəfə dok-

toru və  fizika-riyaziyyat üzrə elmlər 

doktorları hazırlamışdır. Müxtəlif Res-

publika və Beynəlxalq simpozium, 

konfrans və forumlarda çıxış etmişdir. 

Azərbaycan elminin inkişafında-

kı xidmətlərinə görə  “Şöhrət” ordeni, 

“Əməkdə fərqlənməyə görə” və “Əmək 

veteranı” medalı, Azərbaycan Respubli-

kasının “Şöhrət” ordeni ilə təltif edilmiş

“Əməkdar elm xadimi” fəxri adına layiq 

görülmüşdür. Azərbaycan Milli Elmlər 

Akademiyası  Rəyasət Heyətinin Fəxri 

Fərmanı ilə mükafatlandırılmışdır.

Akif Hacıyev 2015-ci il fevral ayının 

3-də Bakı şəhərində vəfat etmişdir.

Ə d ə b i y y a t

Akademik Akif Hacıyev 

vəfat etdi: Nekroloq 

//Ekspress.-2015.- 5 

fevral.- S.15.

Akif Cəfər oğlu Hacıyev 

// Azərbaycan.-2015.-5 

fevral.-S.4. 

Mərdanov M. 

Şərəfli alim ömrü 

/M.Mərdanov, V.Quliyev                      

//Respublika.- 2015.- 

14 mart.

Бабаев, М.-Б. 

Математики 

Азербайджана ХХ век 

/М.-Б.Бабаев, Э.Таги-

заде, К.Мусаев; науч. 

ред. А.Д.Гаджиев.- 

[Баку]: [“ОKA 

Ofset”], [2007].- 175, 

[1] с.

Акиф Джафар оглу 

Гаджиев  //Бакинский 

рабочий.-2 015.- 5 

февраля.- С.3. 

http://www.anl.

az/down/meqale/

bakrabochiy/2015/

fevral/418910.htm

8

80

illiyi

Akademik



370

Ə d ə b i y y a t

Piriyev, C. Bəşəriyyətin bəlası-QİÇS /C.Piriyev //İki sahil.- 2014.- 13 mart.- S.1

Ramid. 3600 vətəndaşımızı “sümürən” bəla… : Azərbaycanda QİÇS fəlakəti və bu xəstəliyin qurbanlarının durumu müzakirəyə çıxarıldı      

/Ramid //Bizim yol.-2013.- 14 noyabr.- S.13.

İ n t e r n e t d ə

http://www.anspress.com/

http://www.aztv.az/ 

Tarixdə bu gün

Ümumdünya QİÇS-lə Mübarizə Günü 

1996

DEKABR

1 Dekabr Ümumdünya QİÇS-lə 

Mübarizə Günüdür. XX əsrdə bəşəriyyətin 

qarşılaşdığı  ən böyük problemlərdən biri 

QİÇS - Qazanılmış  İmmun Çatışmazlı-

ğı Sindromudur. Xəstəliyin beynəlxalq 

işarəsi AİDS-dir (ing: Acquired Immune 

Deficiency Syndrome).

QİÇS - İnsanın  İmmunçatışmazlıq Vi-

rusu (İİV) tərəfindən törədilən infeksion 

xəstəlikdir. Belə ki, İİV digər viruslar-

dan fərqli olaraq, məhz immun kompitent 

hüceyrələrə hücum edir. Digər hallar-

da orqanizmə daxil olan virusu müdafiə 

hüceyrələri qabaqlayıb immun sistemi işə 

salırsa,  İİV onun “yaddaşını pozur”, bu-

nunla da normal immun hüceyrələrin sayı 

getdikcə azalır, immun çatışmazlıq yara-

nır. Nəticədə insanların immun-müdafiə 

sistemi kəskin zəifləyir və onlar bir çox 

xəstəliklərə asanlıqla tutulur. İnkubasi-

ya dövrü (gizli dövr) 3-6 həftədir. Son-

ra xəstəliyin kəskin mərhələsi başlanır. 

Əsas  əlamətləri: titrətmə, angina, limfa 

düyünlərinin böyüməsi, dəridə  səpgilər 

və s. Sonra əlamətlər keçib gedir, xəstə 

virusgəzdirici kimi sağlam adamlardan 

seçilmir. Növbəti mərhələdə boyun, qol-

tuqaltı, dirsək və s. limfa düyünlərinin 

böyüməsi, uzunmüddətli subfebril (37) qız-

dırma  əlamətləri, bəzi xəstələrdə titrətmə 

ola bilər. Sonrakı mərhələdə isə xəstəliyə 

aid olmayan əlamətlər özünü büruzə verir: 

qızdırma, çox arıqlama, ümumi zəiflik, iş 

qabiliyyətinin və yuxunun pozulması  və 

s. QİÇS ikincili infeksiyalar və bədxassəli 

şişlərlə müşayiət olunur və ölümə  səbəb 

olur.  Narkomaniya, qeyri-sağlam həyat 

tərzi, antisanitariya, natəmizlik - bütün 

bunlar QİÇS-in yaranmasında və yayılma-

sında mühüm rol oynayır. 

QİÇS xəstəliyinə yoluxma əsasən 3 

yolla baş verə bilir. Cinsi yolla, virus olan 

qan qalıqları ilə  təmasda olan tibbi və 

digər alətlərdən istifadə ilə, transplasentar 

yolla (xəstəliyin xəstə anadan bətndaxili 

dövrdə cift vasitəsilə dölə keçməsi). Xəstə 

anadan uşağa bu xəstəlik laktasiya (süd 

vermə) yolu ilə də keçə bilər. Əslində virus 

insan orqanizmindəki digər maye forma-

larında aşkar olunsa da, yoluxdurabilmə 

qabiliyyəti daha çox qan, sperma və ana 

südündə  aşkar olunub. İİÇV bilavasitə 

qaraciyər, ürək, sümük və başqa orqanla-

rın hüceyrələrini zədələyir.Orqanizmdə 

“gizli” qala bilir və daşıyıcı olur, yoluxdu-

ra bilir. 1996-cı ildə Milli Məclisdə “İnsan 

immun çatışmazlığı virusunun törətdiyi 

xəstəliyin (QİÇS) yayılmasının qarşısının 

alınması haqqında” qanun qəbul edilib. 

Lakin sonrakı dövrlərdə bu xəstəliyin qur-

banlarının sayı get-gedə artdığı üçün həmin 

qanuna yenidən nəzər salınıb, Cinayət 

Məcəlləsində müəyyən dəyişikliklər edi-

lib. İndi bu sindromu bilərəkdən yayanları 

3 ildən 7 ilədək həbs cəzası gözləyir.



1


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə