Teqvim-2017. pdf


Tarixdə bu gün Xankəndinin işğalı günü



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə180/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   176   177   178   179   180   181   182   183   ...   200

373

Tarixdə bu gün

Xankəndinin işğalı günü

1991  

DEKABR

Ərazisi:  1048 km² 

Əhalisi: 57 000 nəfər 

Yuxarı Qarabağın mərkəzi olan Xankəndi şəhəri 

28 dekabr 1991-ci il tarixində Ermənistan silahlı 

qüvvələri tərəfindən işğal olunmuş, separatçı rejim 

yaradılmışdır. 

1991-ci il dekabr ayının 28-da Xankəndinin  

itirilməsi, qarşıda Xocalı soyqırımı,  Şuşa, La-

çın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, 

Zəngilanın işğalına yol açdı.

Yuxarı Qarabağın mərkəzi, Qarqar çayının 

sahilində, Qarabağ silsiləsinin  Şərq  ətəyində, 

Bakıdan 329 km aralıda yerləşən Xankəndi, 

Azərbaycanın inkişaf etmiş  sənaye mərkəzi idi. 

Şəhərdə yüngül və yeyinti sənayesi müəssisələri 

var idi. Elektrotexnika, avtomobil təmiri və asfalt-

beton zavodları, mebel fabriki, tikinti materialları, 

sənaye, istehsalat və tədris istehsalat kombinatları 

belə müəssisələrdən idi. 

Tarixi sənədlərə görə Xankəndi  şəhəri XVIII 

əsrin axırlarında, o dövrdə müstəqil Azərbaycan 

dövlətlərindən biri olan Qarabağ xanlığının xan-

larının istirahəti üçün yaşayış  məskəni kimi sa-

lınmışdı. Elə şəhərin adı da buradan yaranmışdır. 

1813-cü ilədək bircə nəfər erməninin də yaşama-

dığı Xankəndində sonralar çar Rusiyası tərəfindən 

etnik təmizləmə siyasəti aparılmış və bura İrandan 

köçürülən ermənilər yerləşdirilmişdir. 

SSRİ dövründə Xankəndində azərbaycanlılara 

qarşı etnik təmizləmə siyasəti daha da güclənmiş, 

şəhərdə erməni ailələrinin sayı süni surətdə ar-

tırılmışdır. 1923-cü ildə Rusiya İmperiyası-

nın siyasətilə Azərbaycanın tərkibində  mərkəzi 

şəhəri Xankəndi olan Dağlıq Qarabağ Muxtar 

Vilayəti yaradılmışdı. Bundan sonra vilayətin 

erməniləşdirilməsi siyasəti aktivləşmiş, 6 oktyabr 

1923-cü ildə ermənilərin müraciəti nəzərə alına-

raq Xankəndinin adı  dəyişdirilərək Azərbaycan 

xalqına qarşı genosid törətmiş cinayətkar Stepan 

Şaumyanın  şərəfinə Stepanakert adlandırılmışdır. 

Muxtar Vilayətdə rəhbər vəzifələrə ermənilər irəli 

çəkilmiş, beləliklə də, Xankəndi erməni işğalı al-

tına düşmüş, keçmiş SSRİ dövründə Xankəndində 

yaşayan azərbaycanlılar tədricən buradan didərgin 

salınmışlar. 

1988-ci il hadisələri başlayanda Xankəndində 

erməni  əhalisi azərbaycanlılara nisbətdə xeyli 

çoxluq təşkil edirdi. Həmin vaxt azərbaycanlıların 

sayı 17 minə yaxın idisə, ermənilər artıq 40 min 

nəfərədək artmışdılar. 

1988-1989-cu ildə Xankəndi artıq erməni se-

paratizminin mərkəzinə çevrilmişdi. Moskva-

nın himayəsilə güclənən erməni separatizmi so-

nuncu azərbaycanlıları 28 dekabr 1991-ci ildə 

Xankəndindən qovmağa nail olmuş, şəhərin işğalı  

və etnik təmizləmə tam başa çatdırılmışdı.

Ə d ə b i y y a t

Qaraca ,B.Xankəndinin işğalı Kərkicahandan başladı  /B.Qaraca 

//Azərbaycan .-2014.- 28 dekabr.- S.7.

Qaraca.Xankəndidən, Kərkicahandan başlayan işğallar   

//Azərbaycan .-2015.- 26 dekabr.- S. 7.

İ n t e r n e t d ə 

http://www.anl.az/down/meqale/azerbaycan/2015/dekabr/470301.

htm

http://www.anl.az/down/meqale/azerbaycan/2014/dekabr/411572.

htm

28



374

DEKABR

1

Tarixdə bu gün

Dünya Azərbaycanlılarının 

Həmrəylik Günü 

1991 

DEKABR

31 Dekabr Dünya Azərbaycanlılarının 

Həmrəylik Günüdür. Tarixən dünyada gedən 

müxtəlif ictimai-siyasi proseslər nəticəsində 

Azərbaycan parçalanmış, azərbaycanlıların bir 

qismi öz yurd-yuvalarından didərgin salınmış, 

deportasiyalara məruz qalmış, bir-birindən ayrı 

düşmüşdürlər. Hazırda azərbaycanlılar müxtəlif 

məqsədlərlə dünyanın fərqli ölkələrində yaşayır-

lar.  


Dünya Azərbaycanlılarının Həmrəylik Gü-

nünün  əsası 1989-cu ilin noyabrında  Şimali və 

Cənubi Azərbaycan arasında humanitar, mədəni, 

iqtisadi  əlaqələri bərpa etmək məqsədilə  əsassız 

çəkilmiş  sərhədlərə qarşı xalqın etiraz etməsi 

əsasında qoyulmuşdur. “Sərhəd hərəkatı” adı ilə 

başlanan bu siyasi aksiya 1989-cu il dekabrın axır-

larında - SSRİ-nin son günlərində, Azərbaycan 

millətinin, Arazın hər iki sahilində sərhəd yürüşü

Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) 

dağılması kimi hadisələrlə tarixdə iz qoydu. İki 

totalitar rejimin ciddi təzyiqlərinə baxmayaraq, 

o taylı-bu taylı millətin həftələrlə Araz qırağında 

gecə-gündüz birləşmək  şüarı, azərbaycanlıların 

bir millət olduğunu dünya çapında bir daha can-

landırdı. 1990-cı il noyabrın 3-5-də Türkiyədə 

keçirilən Birinci Millətlərarası Azərbaycan Türk 

dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respub-

likasında başlamış  hərəkatın davamı kimi milli 

birlik və həmrəylik yolunda atılan mühüm addım 

oldu. 1991-ci il 16 dekabrda  Naxçıvan Muxtar 

Respublikası Ali Məclisinin sədri, ümummil-

li lideri Heydər  Əliyev - “Biz azərbaycançılığın 

dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz  

ətrafında daha sıx birləşməli, onun tərəqqisi üçün  

əlimizdən gələni əsirgəməməliyik” ideologiyasını 

rəhbər tutaraq dünya azərbaycanlılarının birliyi-

ni yaratmağın əhəmiyyətini nəzərə alaraq dekab-

rın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik 

Günü elan etdi və onun sərəncamına müvafiq ola-

raq 2001-ci il noyabrın 10-da Bakı şəhərində Dün-

ya azərbaycanlılarının birinci qurultayı keçirildi. 

Qurultay göstərdi ki, qüdrətli Azərbaycana gedən 

yol bütün azərbaycanlıların milli birliyindən keçir. 

Qurultay dünyanın müxtəlif qütblərinə səpələnmiş 

soydaşlarımızın bir araya gətirilməsi vəzifəsinin 

həyata keçirilməsi istiqamətində atılmış ilk ciddi 

və qəti bir addım idi. Qurultay Azərbaycanın Avro-

atlantika məkanına inteqrasiyasına kömək edəcək 

diasporumuzun inkişafında həlledici  əhəmiyyətə 

malik qərarlar qəbul etdi. Türk dünyasının böyük 

lideri Heydər  Əliyev minillik tariximizdə dünya 

azərbaycanlılarını ilk dəfə bir araya gətirən böyük 

dövlət xadimi idi. 

Hazırda dünyanın 70-dən çox ölkəsində 

azərbaycanlılar tərəfindən qeyd olunur. Əlli mil-

yona yaxın olan azərbaycanlılar YUNESKO-nun 

məlumatına görə, 30 milyon Cənubi Azərbaycanda, 

3 milyon Türkiyədə, 2 milyondan artıq Rusiyada

1,5 milyon ABŞ-da, 500 min Ukraynada, 300 min 

Almaniyada, 180 min Fransada, 175 min Kana-

dada, 350 min Hindistan və Pakistanda, 700 min 

İraqda, 430 min Əfqanıstanda yaşayır (2011). 

Ə d ə b i y y a t

Azərbaycan diasporuna dövlət qayğısı: Müasir mərhələ /buraxılı-

şa məs., ön söz. N. İbrahimov; tərt. N. Qurbanov, R. Hüseynov, E. 

Miraləm; Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət 

Komitəsi; [fotolar. AzərTac]; Azərbaycan Respublikasının Dias-

porla İş üzrə Dövlət Komitəsi.-Bakı: Çaşıoğlu, 2006.-171 s.

31



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə