Teqvim-2017. pdf


Musiqi.Opera.Balet Məşədi Məmməd Fərzəliyev



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə184/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   180   181   182   183   184   185   186   187   ...   200

383

Musiqi.Opera.Balet

Məşədi Məmməd Fərzəliyev

1872-1962

2017

Məşədi Məmməd Fərzəliyev 

1872-ci ildə  qədim  Şuşa  şəhərində 

anadan olmuşdur. İlk musiqi təhsilini 

Şuşada, Xarrat Qulunun məktəbində 

almışdır. Toy məclislərində  və xalq 

şənliklərində çıxış etmiş, ilk dəfə Şu-

şada Xandəmirovun teatrında verilən 

“Şərq konserti”ndə böyük uğur qa-

zanmışdır. O, nadir hallarda təsadüf 

edilən güclü nəfəsə, geniş diapazonlu 

gur səsə malik olmuşdur. 

Erkən yaşlarından doğma şəhərini 

tərk etmiş, bir müddət Gəncədə, son-

ralar Zaqafqaziyada, Orta Asiyada, 

Türkiyədə, hətta Avropanın bir çox 

ölkələrində yaşamış, xanəndəlik et-

miş,  şan-şöhrət qazanmışdır. Oxu-

duğu “Bayatı-Kürd”, “Rast”, “Şur”, 

“Çahargah”, “Zabul-Segah”, “Kürd 

Şahnaz” muğam-dəsgahları, “Heyra-

tı”, “Mənsuriyyə”, “Səmayi-Şəms”, 

“Qarabağ  şikəstəsi”, “Arazbarı”, 

“Kərəmi”, “Əfşarı” zərbi-muğamları 

dinləyicilər tərəfindən böyük rəğbətlə 

qarşılanmışdır. Xüsusilə, xanəndəlik 

sənəti tarixində  “Şüştər” muğamı-

nın mahir ifaçısı kimi tanınmışdır. 

O, qədim Azərbaycan mahnıları  və 

təsniflərini: “Qarabağda bir dənəsən”, 

“Alma”, “Nəbi”, “Vətən  şərqisi”, 

“Mən bir türkəm”, “Axşam oldu” 

mahnılarını böyük məharətlə ifa et-

mişdir.


M.M.Fərzəliyev Azərbaycan 

xanən-dəsi kimi milli musiqimizi 

xaricdə geniş surətdə  təbliğ etmiş, 

1912-1915-ci illərdə “Sport-Rekord” 

(Varşava) və “Ekstrafon” (Kiyev) 

səhmdar cəmiyyətlərinin dəvəti ilə 

tarzən Qurban Pirimovun müşayiəti 

ilə 40-a qədər muğam, təsnif və mah-

nı oxuyub vala yazdırmışdır.

M.M.Fərzəliyev həmçinin geniş 

konsert fəaliyyəti ilə də məşğul olmuş, 

teatr tamaşalarında çıxış etmişdir. 

1913-cü ilin yazında Zubalov adına 

xalq evi tərəfindən Tiflisə dəvət edil-

miş,                                      Ü.Hacıbəylinin 

“Leyli və  Məcnun” operasında Zeyd 

rolunu oynamışdır.

1923-cü ildə Gəncədə açılan şəhər 

musiqi məktəbində muğamatdan 

dərs demək üçün dəvət almış, gənc 

xanəndələrin yetişməsinə böyük 

töhfələr vermişdir. 

M.M.Fərzəliyev 1926-cı ildən mu-

ğam üçlüyünün müşayiəti ilə Polşa, 

Almaniya, Fransa, Belçika, İngiltərə, 

Avstriya, Rumıniya, Türkiyə,  İran 

və Rusiyanın bir çox şəhərlərində 

dəfələrlə konsertlər vermişdir. 

Keçmiş Sovet hökumətinin, onun 

repressiyalarının ağır təzyiqlərinin 

əlindən qaçan Məşədi Məmməd 

Fərzəliyev 1929-cu ildə Türkiyənin 

İstanbul  şəhərinə qastrol səfərinə 

çıxmış, bir daha Azərbaycana qayıt-

mamışdır. Uzun illər İstanbulda yaşa-

yan xanəndə 1962-ci ildə, 90 yaşında 

vəfat etmişdir.

Ə d ə b i y y a t

Fərəcov, S. İstanbulda başa 

çatan ömür /S.Fərəcov            

//Mədəniyyət.-2012.- 11 aprel.- 

S. 14.

Fərzəliyev Məşədi Məmməd    

//Muğam ensiklopediya-

sı.- [Yersiz]: Heydər Əliyev 

Fondu, 2008.- S.75-76.

Xəlilzadə, F. Avazı gözəl, səsi 

zil: Unudulmazlar /F.Xəlilzadə                          

//Azərbaycan.- 2012.- 28 

yanvar.- S.7.

Muğamla dünyanı dola-

şan ustad xanəndə: Şuşalı 

Məşədi Məmməd Fərzəliyev                

//Azadlıq.-2013.- 3 mart.- 

S.14.

145 

illiyi

Xanəndə



384

Teatr.Kino

135

illiyi

Mirmahmud Kazımovski

1882-1940

2017

Mirmahmud Mirələkbər oğlu Ka-

zımovski 1882-ci ildə Bakıda anadan 

olmuşdur. Hələ uşaq yaşlarından teat-

ra maraq göstərmiş, məktəb illərində 

dram dərnəklərinə gedərək bir sıra 

tamaşalarda epizodik rollar yaratmış-

dır. Səhnə  fəaliyyətinə 1898-ci ildə 

M.F.Axundovun “Lənkəran xanının 

vəziri” tamaşasında oynadığı nökər 

rolu ilə başlamışdır. 1906-cı ildə o, 

Bakı müsəlman dram cəmiyyətinin 

təşkilatçılarından biri, həm də üzvü 

olmuşdur. Azərbaycanda aktrisa olma-

yanda bir sıra qadın rollarında da çıxış 

etmişdir.

N.Nərimanovun yaxından köməyi 

və iştirakı ilə 1921-ci ilin noyabr ayında 

Bakıda açılmış Tənqid və Təbliğ Teat-

rında mədəni tərəqqi naminə mübarizə 

yolunu seçən sənətkarlar arasında Mir-

mahmud Kazımovski də var idi.

Unudulmaz aktyor Qoqolun 

“Müfəttiş” (Filippoviç),  N.Vəzirovun 

“Pəhləvani zəmanə” (Cahangir bəy), 

“Müsibəti-Fəxrəddin” (Əhməd), 

Ş.Saminin “Gavə” (zabit və  kəndli), 

eləcə  də bir sıra Qərbi Avropa dra-

maturqlarının  əsərlərində  uğurla çıxış 

etmiş, maraqlı obrazlar yaratmışdır. 

Mütəxəssislərin  fikrincə, Mirmahmud 

Kazımovskinin yaratdığı obrazlar ara-

sında V.Şekspirin “Otello” faciəsindəki 

rolu xüsusi yer tutur.

M.Kazımovski səhnə üçün 

müxtəlif həcmli  əsərlər də yazmış-

dır.        Əsərlərinin əksəriyyəti: “Vur-

havur”, “Daşım-daşım”, “Vəfasız 

məşuqə”, “Molla Cəbi”, “Səməd bəy”, 

“Həmişəri mənzili”, “Qadın və zülm”, 

“Əyalət divanı” və s. dəfələrlə tama-

şaya qoyularaq rəğbətlə qarşılanmış-

dır. Hətta bəzi  əsərləri Orta Asiyanın 

bir çox şəhərlərində  də tamaşaya qo-

yulmuş, tamaşaçı  məhəbbətinə  səbəb 

olmuşdur. Mirmahmud Kazımovski 

opera teatrı üçün dörd operetta, dram 

teatrı üçün “Kəndxuda”, “Nadanlar”, 

“Uşaqlar mənimdir” pyeslərini də 

qələmə almışdır. 

Onun həm də çox gözəl səsi var idi. 

Ü.Hacıbəylinin “Leyli və  Məcnun” 

operasında M.Kazımovski Leylinin 

anası rolunu ifa etmiş, eləcə də altıncı, 

yeddinci ərəb rollarında çıxış etmişdir. 

Çoxcəhətli yaradıcılığa ma-

lik olan Mirmahmud Kazımovski 

Azərbaycanda idmana aid yazılmış 

ilk dərsliyin müəllifidir. Ömrünün 

42  ilini Azərbaycan səhnəsinə bağla-

yan M.Kazımovski Azərbaycan kino 

sənətinin inkişafında da fədakarlıqla 

çalışmış, “Neft və milyonlar 

səltənətində”, “Bismillah”, “Bakılı-

lar”, “Kəndlilər”, “Sovqat” adlı filmləri 

çəkmişdir. Görkəmli pedaqoq, drama-

turq və rejissor Azərbaycan SSR-in 

“Əməkdar artist” fəxri adına layiq gö-

rülmüşdür.

Mirmahmud Kazımovski 1940-cı 

il dekabr ayının 1-də 58 yaşında vəfat 

etmişdir.



Ə d ə b i y y a t

Cümşüdov, H. Mirmahmud 

Kazımovski /H.Cümşüdov; 

[red. S.Mustafayev]; 

Azərbaycan Teatr 

Cəmiyyəti.- Bakı: 

Azərnəşr, 1972.-73, [3] s.

Xəlilzadə, F. Ehtiramla 

anılanlar /F. Xəlilzadə      

//Azərbaycan.- 2012.- 4 

dekabr.- S.7.

Mirmahmud Kazımovski 

//Səhnədən keçən yollar         

/tərt. ed. R. Quliyev 

(tərc. ed.); A.Paşayev, 

M.Teymur.- Bakı, 1983.- 

S.111-112.

Кязимовский М.                

//Театральная 

энциклопедия /глав. ред. 

П.А.Марков - Москва, 

1964.- Том 3.- С.686. 

Aktyor, rejissor


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə