Teqvim-2017. pdf


Aktrisa Teatr.Kino 130



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə185/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   181   182   183   184   185   186   187   188   ...   200

385

Aktrisa

Teatr.Kino

130 

illiyi

Gövhər Qazıyeva

1887-1960

2017

Gövhər  Əhməd qızı Qazıyeva 

(Göyərçin xanım) 1887-ci ildə Tif-

lis  şəhərində, ziyalı ailəsində anadan 

olmuşdur.  İlk olaraq rus məktəbində 

təhsil almış, orta təhsilini başa vurduq-

dan sonra Tiflisdə Nəcib Qızlar İnsti-

tutuna daxil olmuş, rus və Azərbaycan 

dillərində mükəmməl təhsil almışdır.

Bu dövrdə Tiflisdə Azərbaycan 

teatr truppası, Mirzə  Əli Abba-

sovun rəhbərlik etdiyi “Dram 

cəmiyyəti” yaradılmış, sonra Həbib 

bəy Köçərlinskinin rəhbərlik  etdiyi 

“Səadət” teatr truppası fəaliyyətə baş-

lamışdır.

1906-cı ildən səhnə  fəaliyyətinə 

başlayan Gövhər Qazıyeva hər iki 

truppanın tamaşalarında uğurla çıxış 

etmişdir. Onun Tiflis zadəgan teatrın-

da iştirak etdiyi ilk tamaşa 1910-cu il 

oktyabrın 9-da səhnələşdirilmiş Nəcəf 

bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” 

faciəsi olmuşdur. Həmin il oktyabrın 

30-da “Səadət” dram truppasının ta-

maşaya hazırladığı  Şəmsəddin Sami-

nin “Gaveyi-ahəngdar” pyesində isə 

Gövhər xanım Xubçöhr rolunda çıxış 

etmişdir.

1911-ci ildə Tiflisdə aktrisanın be-

nefisi keçirilmişdir. Bu gecədə ilk dəfə 

Zülfüqar Hacıbəyovun “On bir yaşlı 

arvad” pyesi göstərilmiş, Gövhər xa-

nım da əsas rolu canlandırmışdır.

Bir-birinin ardınca oynadığı uğurlu 

rollar onu Tiflisin mədəni həyatında 

çox tez tanıtmış və Bakı qəzetlərində 

haqqında məqalələr dərc edilmişdir. 

Bakıda da bir çox tamaşalarda çıxış 

edən Gövhər xanım Azərbaycan teat-

rının ilk qadın Leylilərindəndir.

Aktrisanın repertuarı geniş  və 

əhatəli olmuşdur. O, H.Heynenin 

“Əlmənsur”, N.Kamalın “Qara 

bəla”, Azərbaycan dramaturqların-

dan N.Nərimanovun “Nadir şah”, 

Ə.Haqverdiyevin “Pəri cadu”, 

 

Z.Hacıbəyovun “Evliykən subay” 



əsərlərində rol almış, Ü.Hacıbəylinin 

“O olmasın, bu olsun” tamaşasında 

Gülnaz obrazını özünəməxsus şəkildə 

canlandırmışdır.

Gövhər Qazıyeva Azərbaycan teatr 

səhnəsinin bir çox görkəmli aktyorları 

- Hüseyn Ərəblinski, Mirzağa Əliyev, 

Hüseynqulu Sarabski, Mir Seyfəddin 

Kirmanşahlı  və başqaları ilə birgə 

tərəf müqabili olmuşdur.

1913-cü ildə Polşaya getmiş, 

Varşavada “Müqəddəs Sofiya” tibb 

məktəbinə daxil olmuş, 1915-ci ildə 

təhsilini başa vuraraq Bakıya qayıt-

mış, tibb ixtisası üzrə çalışmışdır.

Bir müddət keçdikdən sonra İra-

na köçmüş  və uzun illərdən sonra, 

1937-ci ildə bir neçə günlüyə Bakıya 

gəlmiş, keçmiş  səhnə yoldaşları ilə 

birgə Cəfər Cabbarlının “Almaz” pye-

sinin tamaşasına baxmışdır.

Azərbaycan teatrının ilk qaranqu-

şu kimi tanınan “Göyərçin” təxəllüslü 

Gövhər Qazıyeva 1960-cı ildə Cənubi 

Azərbaycanda vəfat etmişdir.

Ə d ə b i y y a t

Fərəcov, S. Sənət 

tariximizdə iz qoyan-

lar: Gövhər Qazıyeva 

/S.Fərəcov //Mədəniyyət.-

2015.- 30 oktyabr.- S.15.

Sarıyeva, İ. Bir 

səmanın üç ulduzu - 

Ulduz Əliyeva, Səkinə 

Axundzadə və Göyərçin 

xanım... /İ.Sarıyeva.-

2015.- 4 sentyabr.- S.15.



386

Aktrisa

Teatr.Kino

125 

illiyi

Əzizə Məmmədova

1892-1961

2017

Əzizə xanım  Əbdülbağı  qızı 

Məmmədova 1892-ci ildə Tiflisdə 

anadan olmuşdur. Atası  Əbdülbağı 

Zülalov dövrünün tanınmış xanəndəsi 

idi. Atasından ilk musiqi təhsili alan 

Əzizə uşaq yaşlarından yaxşı qarmon 

çalmağı öyrənmişdir. Erkən yaşların-

da ailə quran Əzizə xanım bir müddət 

Tiflisdə, Aşqabadda yaşamış, 1919-cu 

ildə Bakıya köçmüşdür.

Musiqiyə, incəsənətə maraq 

göstərən  Əzizə xanım  əvvəl  Əbilov 

adına, bir müddət sonra isə qadın-

lardan ibarət  Əli Bayramov adına 

klubların fəal üzvlərindən olmuşdur. 

1921-ci ilin payızında Bakı Türk Azad 

Tənqid və  Təbliğ Teatrı  təşkil olu-

nanda onun yaradıcılarından Mirzağa 

Əliyev və Hacıağa Abbasov müəyyən 

səhnə  təcrübəsi toplayan Əzizə 

Məmmədovanı teatra  dəvət etmişlər. 

1923-cü ildə Akademik Milli Dram 

Teatrına dəvət alan sənətkar üç ilə 

qədər hər iki sənət ocağında çalışmış-

dır. 1925-ci ilin axırlarında isə yalnız 

Akademik Teatrda və 1930-cu illərdə 

qısa müddətdə yenə Bakı Türk İşçi 

Teatrında (əvvəlki Bakı Türk Azad 

Tənqid və  Təbliğ Teatrı) çalışmış-

dır. Tükəzban (“Vaqif”, S.Vurğun), 

Sonanın anası, Pəri xanım (“Hacı 

Qara” və “Lənkəran xanının vəziri”, 

M.F.Axundzadə), C.Cabbarlının 

dramlarında Gülsüm (“1905-ci ildə”), 

Fatmanisə  və Xanımnaz (“Almaz”), 

Şərəbanı (“Yaşar”), Gülgəz (“Oqtay 

Eloğlu”), Güllü (“Qardaşlar”, Rəsul 

Rza), Sədaqət xala (“Yadigar”, İslam 

Səfərli), Lətifə (“İldırım”, Cabbar 

Məcnunbəyov), Terentyevna (“Dub-

rovski”, Aleksandr Puşkin), Tokarçuk 

(“İntervensiya”, Lev Slavin), Zalxa 

(“Toy”, Sabit Rəhman) aktrisanın bu 

teatrdakı rollarındandır.

Ə.Məmmədova eyni zamanda 

“Azərbaycanfilm”də istehsal olu-

nan “Almaz”, “İsmət”, “Hacı Qara”, 

“Görüş”, “Yeni horizont”, “Səhər” 

filmlərində müxtəlif epizodik rolla-

ra çəkilmiş, 50-60-cı illərində “Ögey 

ana”, “Qara daşlar”, “Kazbek qutu-

su”, “Bir məhəlləli iki oğlan”, “Səhər” 

və başqa  filmlərində aktyor sənətinin 

klassik  ənənələrindən bəhrələnərək 

yeni tipli qadın rolları ifa etmişdir. 

“İsmət”  filmində  İsmətin həyat yol-

daşı  Səmədin anası rolu ilə aktrisa 

çox maraqlı bir obraz yaratmış, o 

dövr kinomuza yeni qadın qəhrəmanı 

gətirmişdir.

Azərbaycan teatr və kino sənətinin 

inkişafında öz yeri və rolu olan aktrisa 

Əzizə xanım Məmmədova göstərdiyi 

xidmətlərə görə 1 fevral 1936-cı 

ildə Azərbaycan Respublikasının 

“Əməkdar artist” fəxri adına layiq gö-

rülmüşdür. “Qırmızı  Əmək Bayrağı”, 

“Şərəf nişanı” ordenləri və müxtəlif 

medallarla təltif olunmuşdur.

Əzizə  Məmmədova 1961-ci il av-

qust ayının 14-də Bakıda vəfat etmiş-

dir. 

Ə d ə b i y y a t

Xəlilzadə, F. Bir nəslin 

hekayəti /F.Xəlilzadə           

//Azərbaycan.- 2012.- 14 

avqust.- S.7.

Kazımzadə, A. Onlar 

birinci olmuşlar /Aydın 

Kazımzadə //Mədəniyyət.- 

2012.- 7 mart.- S. 10.

Rəhimli, İ. Əzizə 

Məmmədova (1892-

14.8.1961) //Rəhimli İ. 

Azərbaycan teatr tarixi: 

dərslik /elmi red. Timuçin 

Əfəndiyev.- Bakı, 2005.- 

S.117.



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə