Teqvim-2017. pdf


Aktrisa Teatr.Kino 105



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə186/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   182   183   184   185   186   187   188   189   ...   200

387

Aktrisa

Teatr.Kino

105 

illiyi

Münəvvər Kələntərli

1912-1963

2017

Münəvvər Səməd qızı  Kələntərli 

1912-ci ildə  Lənkəranda anadan ol-

muşdur. Təhsilini Lənkəranda almış, 

17 yaşında ikən Bakıya gəlmişdir. 

Məlahətli və həzin səsi olan Münəvvər 

xanım qardaşı ilə konsertlərdə xalq 

mahnılarını, xüsusilə  də  Lənkəranda 

dəbdə olan el nəğmələrini (“Aman 

nənə”, “Kişmiri  şal”, “Lolo”) gözəl 

ifa etmişdir. Ustad tarzən Qurban Piri-

movun, kamançaçı Qılman Salahovun 

və qarmonçalan Teymur Dəmirovun 

müşayiəti ilə  həzin səsi ilə muğam 

da oxumuşdur. Bundan xəbər tutan 

bəstəkar Müslüm Maqomayev 1933-

cü ildə Münəvvər Kələntərlini opera-

ya dəvət etmiş, 1933-cü ildən etibarən 

o, səhnə  fəaliyyətinə başlamışdır. 

Ü.Hacıbəylinin “Leyli və  Məcnun” 

operasında Leyli və Leylinin anası, 

“Əsli və Kərəm”də Əsli, “O olmasın, 

bu olsun”da Sənəm obrazlarını yarat-

mışdır.


Musiqili Komediya Teatrının 

səhnəsində F.Əmirovun “Gözün 

aydın”, S.Ələsgərovun “Ulduz”, 

T.Quliyevin “Qızıl axtaranlar”, 

S.Rüstəmovun “Durna”, A.Rzayevin 

“Aya səyahət” və başqa tamaşalarda 

müvəffəqiyyətlə çıxış etmişdir. Geniş 

yaradıcılıq imkanlarına malik təbiətən 

ciddi insan olan aktrisa yaratdığı hər 

bir obraza öz möhürünü vurmuşdur.

Münəvvər Kələntərlinin kinos-

tudiyada oynadığı rollar həmişə bir 

dubla çəkilmişdir. 1945-ci ildə ekran-

lara çıxan və dünyanın 136 ölkəsində 

nümayiş etdirilən “Arşın mal alan” 

filmində canlandırdığı Cahan xala ob-

razına görə 1946-cı ildə SSRİ Dövlət 

mükafatına layiq görülmüşdür.

Sonralar “Azərbaycanfilm” ki-

nostudiyasının istehsal etdiyi bir sıra 

filmlərdə müxtəlif xarakterik obraz-

lar yaratmışdır. “Bəxtiyar” musiqi-

li  filmində Gülzar xala, “Əmək və 

qızılgül”də Daqmaranın anası Sonu, 

“Qızmar günəş altında”da Gülbahar 

nənə, “Görüş”də Münəvvər, “O ol-

masın, bu olsun”da Yengə, “Kazbek 

qutusu”nda Məlikovun hikkəli ar-

vadı, “Kölgələr sürünür”də  Məsmə, 

“Yeni il gecəsi”ndə ev sahibəsi rol-

larında oynamış, unudulmaz obrazlar 

yaratmışdır.

Münəvvər Kələntərli 1953-cü ildə 

“Vətən” kinoteatrına direktor müa-

vini təyin olunmuşdur. Bundan son-

ra teatrdan çıxmış, ancaq filmlərə 

çəkilmişdir.

Teatr və kino tariximizdə çoxcəhətli 

fəaliyyəti ilə seçilən, yaratdığı obraz-

ların daxili dünyasını özünəməxsus 

çalarlarla təqdim etməyi bacaran 

sevilən sənətkarımız 1959-cu ildə 

“Əməkdar artist” fəxri adına layiq 

görülmüşdür.

Unudulmaz aktrisa Münəvvər 

Kələntərli 5 fevral 1963-cü ildə, 51 

yaşında vəfat etmişdir.

Ə d ə b i y y a t

Abbaslı, T. Münəvvər 

Kələntərli. Görkəmli sənət 

“Xala”sı, gözəl həyat xanımı... 

/T.Abbaslı //Mədəniyyət.- 

2016.- 5 fevral.- S.13.

Fərəcov, S. Yaddaşlarda izi, 

könüllərdə yeri var /S.Fərəcov 

//Mədəniyyət.-2014.- 5 fevral.- 

S. 15.

Xəlilzadə, F. Kinolentlərin 

yaddaşı, yaxud köhnə 

tanışlar: Münəvvər 

Kələntərli - 100 /F.Xəlilzadə                                     

//Azərbaycan.- 2012.- 7 fev-

ral.- S.7.

Qiyas, X. Münəvvər Kələntərli 

Milli kinonun unudulmaz 

xalası /X.Qiyas //Ekspress.-

2014.- 7-9 iyun.- S.14.



388

Siyasət.Hüquq.Hərbi iş

140 

illiyi

2017

Behbud ağa (Behbud xan) Azad 

ağa oğlu Cavanşir 1877-ci ildə Tərtər 

nahiyəsinin (indiki Tərtər rayonu) Azad 

Qaraqoyunlu kəndində anadan olmuş-

dur. O, Qarabağ xanlığının əsasını qo-

yan Pənahəli xanın nəticəsidir. Behbud 

ağa 1890-cı ildə alman dili təmayüllü 

Tiflis realnı məktəbinə daxil olmuş və 

1898-ci ildə oranı müvəffəqiyyətlə 

bitirmişdir. 1902-ci ildə Almaniyada 

Frayberq Dağ-Mədən Akademiyasına 

qəbul olan Behbud ağa neft sahəsi üzrə 

mükəmməl təhsil almış  və mühəndis 

ixtisasına yiyələnmişdir. O, bu ölkədə 

Akademiyanı  fərqlənmə diplomu ilə 

bitirən ilk azərbaycanlı idi. Behbud 

ağa alman, ingilis, fransız, rus, gürcü 

və erməni dillərini mükəmməl bilirdi.

Qərbi Avropadakı  həyatı onun bir 

siyasi və ictimai xadim kimi forma-

laşmasına təsir etmişdir. 1906-cı ildə 

Əhməd bəy Ağayevin “Difai” partiya-

sına daxil olmuş, “Nicat” Cəmiyyətinin 

və “Rusiya texniki cəmiyyəti”nin Bakı 

şöbəsinin üzvü seçilmişdir. 

1916-cı ildə Azərbaycana qa-

yıdan Behbud ağa Cavanşir Bakı 

neft müəssisələrində baş mühəndis 

vəzifəsində çalışmışdır. Doğma xalqı-

nın maariflənməsi uğrunda mübarizə 

aparan Behbud ağa Bakı Müsəlman 

xeyriyyə  cəmiyyətinin rəhbərliyinə 

seçilmişdir. 

Behbud ağa Fətəli xan Xoyskinin 

1918-ci il iyun ayının 17-də Gəncədə 

yaratdığı 2-ci hökumət kabinetində 

Azərbaycan Xalq Cümhuriyyətinin 

Daxili işlər naziri vəzifəsini tuturdu. 

O, nazir işlədiyi dövrdə, Gəncə quber-

niyasının 9 qəzasında polis orqanları 

təsis edilmiş, Bakıda İçərişəhərdə 1200 

müdavimin təhsil alması üçün nəzərdə 

tutulmuş polis məktəbi açılmışdır. 

1918-ci il oktyabrın 6-da Azərbaycan 

hökumətinin tərkibində kabinədaxili 

dəyişikliklərdən sonra Daxili İşlər na-

ziri olmaqla bərabər, həm də Ticarət 

və Sənaye naziri vəzifəsini yerinə ye-

tirmişdir. 

1919-cu ilin oktyabrında 

parlamentdə  fəaliyyət göstərən Beh-

bud ağa Cavanşirin də daxil olduğu 

bitərəflər fraksiyasında parçalanma 

baş vermiş, həmin vaxt Fətəli xan 

Xoyski hökuməti ilə birgə Behbud xan 

da tutduğu vəzifədən istefa vermişdir.

Azərbaycanda Sovet hakimiyyəti 

qurulduqdan sonra Azərbaycan Xalq 

Komissarları Sovetinin sədri Nəriman 

Nərimanov Behbud ağanı  işlə  təmin 

etmiş, qısa zamanda Zaqafqaziya xari-

ci ticarət müvəkkili təyin etmişdir. Rus 

hökumətinin  əsarətindən qurtarmaq 

üçün ölkəni tərk etmək qərarına gələn 

Behbud ağa xanımı Tamara Cavanşir, 

qardaşları Surxay xan və Cəmşid xan-

la birgə 1921-ci ildə neft-mədən ava-

danlığı almaq adı ilə Almaniyaya yola 

düşmüşdür.  İstanbula gələn Behbud 

ağa  Əhməd bəy Ağayevin qonağı ol-

muşdur.


Görkəmli dövlət xadimi, 

maarifpərvər ziyalı Behbud ağa Ca-

vanşir 1921-ci il iyul ayının 18-də İs-

tanbulun “Pera-Palas” otelinin önündə 

“Daşnaksütun” partiyasının üzvü və 

Ermənistan ordusunun keçmiş  əsgəri 

Misak Torlakyan tərəfindən qətlə 

yetirilmişdir. Qatil həbs edilsə  də 

cəzasız qalmış, ermənilər tərəfindən 

Türkiyədən uzaqlaşdırılmışdır.



Ə d ə b i y y a t

Behbud xan Cavanşi-

rin məhkəmə prosesi                   

/Müqəddimənin müəllifi 

və türk nəşrləri əsasında 

işləyib hazırlayan 

V.Quliyev; elmi məsləhətçi. 

E.Mahmudov; red. 

A.Rüstəmli.- Bakı: Ozan, 

2008.- 352 s.

Çingizoğlu, Ə. Beh-

bud ağa Azad ağa oğlu                     

//Çingizoğlu Ə. Cavanşir 

eli: Sarıcalılar.- Bakı, 

2015.- S. 111-112.

Əliyeva, İ. Cavanşir nəslinin 

nazir oğlu: Erməni terroru-

nun qurbanları /İ.Əliyeva                                      

//Azərbaycan.- 2015.- 9 

avqust.- S.5.

Qəribov, M. Behbud xan 

Cavanşir: Azərbaycan Xalq 

Cümhuriyyətinin görkəmli 

ictimai-siyasi xadimi erməni 

terrorunun qurbanı olub 

/M.Qəribov //Respublika.- 

2015.- 11 yanvar.- S.7.

Quliyeva, S. İstiqlal 

yolunun şanlı mücahidləri 

- Cümhuriyyət dövrünün 

dövlət və hökumət xadimləri 

/S.Quliyeva //525-ci qəzet.- 

2015.- 21 may.- S.6.

Dövlət xadimi

Behbud ağa Cavanşir

1877-1921


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə