Teqvim-2017. pdf


Siyasət.Hüquq.Hərbi iş 105



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə187/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   183   184   185   186   187   188   189   190   ...   200

389

Siyasət.Hüquq.Hərbi iş

105 

illiyi

2017

Bağır Mirqasım oğlu Seyidzadə 

1912-ci ildə  qədim Azərbaycan  şəhəri 

İrəvanda anadan olmuşdur. Kiçik yaşla-

rından zəhmətə qatlaşan bu yeniyetmə 

14 yaşında Bakıda toxuculuq fabrikində 

əmək fəaliyyətinə başlamışdır. Lakin ali 

təhsil almaq istəyən gənc 1926-cı ildə 

Bakıda axşam işçi fakültəsində (rab-

fak) oxumuş, gündüzlər isə fabrikdə 

işləmişdir. Dörd ildən sonra işçi 

fakültəsini müvəffəqiyyətlə bitirmiş  və 

bir neçə ay “Kəndli” qəzetində korrek-

tor kimi çalışmışdır.

1930-cu ildə keçmiş Azərbaycan 

Sənaye  İnstitutuna (indiki Azərbaycan 

Dövlət Neft və Sənaye Universiteti) da-

xil olmuş, neft texnologiyası fakültəsində 

neft emalı sahəsində mühəndis-texnoloq 

ixtisası üzrə  təhsil almışdır.  İnstitutda 

oxuyarkən 1932-ci ildən “Gənc işçi” 

qəzetində  tərcüməçi, məsul katib, re-

daktor və  şöbə müdiri vəzifələrində 

işləmişdir.

1940-cı ildə Azərbaycan Gənclər İtti-

faqı Komitəsinin üzvü, sonra təbliğat və 

təşviqat üzrə MK katibi və büro üzvü se-

çilmiş, 1943-1944-cü illərdə Azərbaycan 

Komsomolu Mərkəzi Komitəsinin ikin-

ci katibi olmuşdur. 

Uzun illər respublikada rəhbər 

vəzifələrdə çalışmışdır. Moskvada ali 

diplomatiya kurslarını bitirdikdən sonra 

İranda (Cənubi Azərbaycanda), Maku-

da SSRİ-nin vitse-konsulu, sovet hərbi 

hissəsində komissar işləmiş, Təbriz 

şəhərində baş konsul vəzifəsini icra 

etmişdir. Cənubi Azərbaycanda milli 

hökumətin qurulmasında böyük xidməti 

olmuş, sonralar İran milli hökumətinin 

ali mükafatı “21 Azər” ordeni ilə  təltif 

edilmişdir.

Təbrizdə konsulluq bağlandıqdan 

sonra B.Seyidzadə 1948-ci ilin dekabr 

ayında Bakıya qayıtmış, 1949-cu ilin 

fevralında Azərbaycan Kinematoqrafiya 

naziri vəzifəsinə təyin olunmuşdur.

Onun nazir olduğu dövrdə “Bakı” 

kinostudiyasında Bakı neftçilərinin 

fəaliyyətindən bəhs edən “Bakının işıq-

ları” bədii, müxtəlif mövzularda istehsal 

olunmuş “Böyük yol”, “Hədiyyə xal-

çası”, “Quba bağlarında”, “Tərtərçay 

vadisində”, “Mingəçevir”, “Sovet Naxçı-

vanı”, “Yeni həyat qurucuları”, “Əməyə 

eşq olsun!”, “Gədəbəyin sərvəti”, “Ab-

şeronun ocaqları”, “Səhər nəğməsi”, 

“Sovet Azərbaycanı”, “Azərbaycanın 

müalicə ocaqları”, “Elmlə dostluq 

şəraitində”, “Arazın sahillərində”, 

“Gözlərinizi qoruyun”, “Xəzər neftçiləri 

haqqında dastan” və s. sənədli və elmi-

kütləvi filmlər çəkilmışdir.

1960-cı ildə “Xəzər neftçiləri haq-

qında dastan” və “Dənizi fəth edənlər” 

sənədli-bədii  filmlərinə görə yaradıcı 

qrupun bir neçə üzvü Lenin mükafatına 

layiq görülmüşdür.

1958-ci ildə  Mədəniyyət naziri-

nin müavini vəzifəsində  işləmişdir. 

O, “Görkəmli adamların həyatı” 

silsiləsindən bir sıra əsərləri Azərbaycan 

dilinə tərcümə etmişdir.

“Əməkdar mədəniyyət işçisi” fəxri 

adına layiq görülmüş, “Qırmızı  Əmək 

Bayrağı” və “Şərəf nişanı” ordenləri, bir 

sıra medallarla təltif edilmişdir.

Ensiklopedik biliyə malik olan 

görkəmli ictimai xadim Bağır Seyidzadə 

1968-ci ildə Bakıda vəfat etmiş və Fəxri 

Xiyabanda dəfn edilmişdir.

Ə d ə b i y y a t

Bağır Seyidzadə 100: mi-

niatür kitabı /Azərbaycan 

Respublikası “Kitab” 

Cəmiyyəti.- Bakı: İndiqo, 

2012.- 175 s.

Abdin, T. Oralarda 

kimlər var: Bağır 

Seyidzadə /T.Abdin 

//525-ci qəzet.- 2013.- 2 

mart.- S.23.

Azəri, L. Mədəniyyət 

tariximizdə iz qoyanlar 

Məşhur Seyidzadələr 

nəslinin iki görkəmli 

nümayəndəsinin yubileyi 

qeyd olundu /L.Azəri      

//Mədəniyyət.- 2012.- 7 

noyabr.- S. 13.

Kazımzadə, A. 

Seyidzadələr nəslinin iki 

qanadı /A.Kazımzadə     

//Azərbaycan.- 2014.- 6 

noyabr.- S. 6.

Nuriyeva, T. O, məşhur 

Seyidovlar nəslindən idi: 

Tanınmış ictimai xadim 

Bağır Seyidzadənin 

anadan olmasının 100 ili 

tamam olur /T.Nuriyeva  

//Xalq qəzeti.- 2012.- 9 

avqust.- S. 6.

Dövlət xadimi

Bağır Seyidzadə 

1912-1968



390

Mədəniyyət.Maarif.Təhsil

175

illiyi

Ağa Musa Nağıyev   

1842/49-1919

2017

Ağa Musa Hacı oğlu Nağıyev 1842/49-

cu ildə Bakının Biləcəri kəndində sa-

man satmaqla məşğul olan Hacı Nağının 

ailəsində dünyaya göz açmışdır.  11 yaşın-

dan ailəsinə kömək etmək məqsədilə çalış-

mağa başlamış, hambalçılıq etmişdir. Var- 

dövlət sahibi olana qədər ağır bir həyat 

yolu keçmişdir. O, üç-beş qəpiyə ona-buna 

daşıdığı  şələlərin  pulunu  yığıb  Balaxanı-

da neft təbəqələri dayazda yerləşən, quyu 

qazdırmaq nisbətən asan olan yerdə bala-

ca sahə almış, nəhayət, tale üzünə gülmüş, 

neft quyusunun fontan vurması nəticəsində 

milyonçu olmuşdur.  

1887-ci ildə “Musa Nağıyev” adlı nefta-

yırma firmasını təsis etmişdir. 1891-ci ildə 

Ağa Musa Nağıyev Bakı Neft Sənayeçiləri 

Qurultayı şurasının, Bakı Ağ Neft Zavod-

ları  İttifaqının və  Sərəncam Komitəsinin 

üzvü olmuşdur. 1893-cü ildə  Ağa Musa 

Nağıyev I gildiya taciri vəsiqəsini almış-

dır. Ağa Musa Nağıyev 1898-1899-cu 

illərdə daha bir neftayırma zavodu quraş-

dırmışdır. 1904-1908- ci illərdə Ağa Mu-

sanın neft buruqlarından  əldə etdiyi qara 

qızılın miqdarı 12,3 mln. puda, 1908-ci 

ilin sonunda isə 13 mln. puda çatmış və o, 

bu sahədə rekord vurmuşdur. 1909-cu ildə 

“Zaqafqaziya balıq sənayesi cəmiyyətinin” 

təsisçisi olmuşdur.

Neft milyonçusu kapitalına və tikdir-

diyi binalarının sayına görə Bakı mil-

yonçuları arasında seçilmişdir. Məhz bu 

keyfiyyətlərinə görə Rusiya çarı II Nikolay 

onu “Neft kralı” adlandırmış, III dərəcəli 

“Müqəddəs Stanislav” ordeni, 1910-cu 

ildə isə “Zolotaya şeynaya Andreyevskoy 

lentoy” medalı (Andreyev lenti ilə boğaz-

dan asılan qızıl medal) ilə təltif etmişdir. 

Ağa Musa Nağıyev tikdirdiyi arxitek-

tur binaları ilə Azərbaycanı dünyaya tanıt-

dırmışdır. Binalarının üzərindəki  firması-

na məxsus emblema “MN” və ya “AM”, 

“Venzel” (daş kitabə) təsvir olunmuşdur. 

Aga Musa Nağıyevin vərəm xəstəliyi 

səbəbindən dünyadan erkən köçən oğlu 

Ağa İsmayılın xatirəsinə tikdirdiyi məşhur 

“İsmailiyyə”nin  əsası 1907-ci ildə qoyul-

muşdur. 1913-1920-ci illərdə Müsəlman 

Xeyriyyə  Cəmiyyətinin qərargahı kimi 

istifadə olunan bina, hal-hazırda AMEA-

nın Rəyasət Heyətinin binası kimi istifadə 

edilir. Bakının memarlıq incilərindən sa-

yılan binanın memarı İosif Ploşko olmuş-

dur.


Çoxlu sayda mədəni məişət obyektləri 

tikdirmiş, yüzlərlə yoxsul ailəni himayəyə 

götürmüş, hər il 25 müsəlman qızının ib-

tidai sinifdə oxuması üçün iri məbləğdə 

ianə ayırmışdır. 35 yoxsul ailə başçısının 

vəsiyyətinə əməl edib dəfnlərini Kərbəlada 

keçirmiş,  şəxsi vəsaiti hesabına çoxlu 

sayda soydaşlarımızın təhsil almalarında 

vasitəçi olmuşdur. Bakıya və eləcə də Qara 

şəhərə həyat rəmzi sayılan Şollar suyunun 

çəkilməsində böyük məbləğ sərf etmişdir. 

Ağa Musa Nağıyev 1919-cu il 

mart ayının 4-də Bakıda vəfat etmiş-

dir. Vəsiyyətinə  əsasən Kərbəlada dəfn 

edilməli olan M.Nağıyev imkansızlıq uc-

batından “Çəmbərəkənd” qəbiristanlığında 

dəfn olunmuşdur. Milyonçunun nəşi yal-

nız 1998-ci ilin 23 iyulunda nəvəsi Dilarə 

xanımın və xeyriyyəçi Axund Hacı Əvəzin 

təşəbbüsü ilə Biləcəri qəbiristanlığında 

əbədi məzara qovuşmuşdur. Qəbrin üstü 

oğlunun xatirəsinə tikdirdiyi İsmailiyyə 

binasının maketi əsasında tərtib edilmiş-

dir.


Xeyriyyəçi

Ə d ə b i y y a t

Nağıyeva, D. Xalq üçün 

ömrünü şam kimi əridən...: 

(Ağa Musa Nağıyev haq-

qında xatirələr və faktlar) 

/Dilarə Nağıyeva.- Bakı: 

2007.- 248 s.

Nağıyeva, D. Zamanın 

sorağında: milyonçu Ağa 

Musa Nağıyevin fəaliyyəti 

və xeyriyyəçiliyi haqda             

/Dilarə Nağıyeva; elmi 

red. A.Həşimov; red. 

K.Muxtarqızı.- Bakı: Elm, 

2011.- 229, [3] s.

Tahirqızı, Ü. Milyonlar 

içində keçmiş ömür: Ağa 

Musa Nağıyev Bakıda 

xeyli binalar tikdirib                

/Ülviyyə Tahirqızı //Xalq 

cəbhəsi.- 2013.- 13 sent-

yabr.- S.13.

İ n t e r n e t d ə

http://anl.az/el/n/nd_xu-

oshke.pdf

http://web.anl.az/el/n/

nd_xuoshke.pdf

http://anl.az/el/Kitab/Azf-

268536.pdf

http://www.anl.az/down/

meqale/xalqcebhesi/2013/

sentyabr/325725.htm


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə