Teqvim-2017. pdf


Kimya.Biologiya.Tibb 110



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə189/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   185   186   187   188   189   190   191   192   ...   200

393

Kimya.Biologiya.Tibb

110

 illiyi

Aliyə Rüstəmbəyova    

1907-1942         

2017

Aliyə  Fətulla qızı Rüstəmbəyova 

1907-ci ildə  Şuşada anadan olmuş-

dur. Hələ kiçik yaşlarında ikən ailələri 

Bakıya köçmüşdür. Atası  Fətulla 

Rüstəmbəyov neft sənayesində çalış-

mış, savadlı mühəndis-texnoloq kimi 

Azərbaycanda  neft sənayesinin yenidən 

qurulmasının təşkilatçılarından biri ol-

muşdur. Aliyə Bakıdakı 3 saylı orta 

məktəbi bitirmiş, Azərbaycan Tibb İns-

titutuna daxil olmuşdur. Təhsilini 1-ci 

Leninqrad (indiki Sankt-Peterburq) 

Tibb  İnstitutunda davam etdirmiş  və 

bu ali məktəbi fərqlənmə diplomu 

ilə bitirmişdir. Özbəkistana işləməyə 

göndərilmiş, 1938-ci ildə  təcrübəli 

həkim-terapevt kimi Moskvaya ça-

ğırılmış, Həkimləri Təkmilləşdirmə 

İnstitutunda çalışmış, elmi tədqiqatlar 

aparmışdır.

A.Rüstəmbəyovanın müharibə 

həyatı 1939-cu ildən başlamışdır. Sovet 

İttifaqı ilə Finlandiya arasında  gedən 

müharibədə həkim kimi cəbhəyə, Ka-

reliya bərzəxində gedən döyüşlərə 

göndərilmişdir. 1940-cı ilin martında 

Aliyə Rüstəmbəyova Moskvaya qa-

yıtmışdır. 1941-ci il iyun ayının 22-də 

isə faşist Almaniyası ilə Sovet İttifaqı 

arasında dəhşətli müharibə başlayanda 

Aliyə yenidən cəbhəyə getmiş, Voloko-

lamsk şəhərində yerləşən Qırmızı Ordu 

hissələrindən birinin tibb-sanitar batal-

yonuna hərbi həkim təyin olunmuşdur. 

O,  əvvəlcə Moskva ətrafında, sonra 

Smolensk-Bryansk cəbhə xəttində tibb-

sanitar batalyonunda çalışmış, yüzlərlə 

yaralı əsgəri ölümdən xilas etmişdir. 

1941-ci ilin dekabrında ağır 

döyüşlərin birində yaralanmış  və  əsir 

düşmüşdür. Almanlar onun həkim oldu-

ğunu bilib, ondan həkim kimi istifadə 

etmək istəmiş, o isə əsirlikdən qaçmaq 

və partizanlara qoşulmaq üçün vaxt və 

imkan qazanmaq məqsədilə almanların 

təklifi ilə razılaşmışdır. Cəsur və qorx-

maz partizan həkim 1942-ci ilin fevra-

lında bir qrup əsir döyüşçü ilə əsirlikdən 

qaçmış, Smolensk meşələrində “De-

duşka” adlı partizan dəstəsində çalış-

mışdır. 1942-ci ilin yayında almanlar 

öz hərbi hissələrini birləşdirərək par-

tizan dəstələri üzərinə yeni qüvvələr 

göndərmiş, düşmənə ciddi müqavimət 

göstərən partizanlar çox ciddi itki 

vermişlər. 1942-ci il iyunun axırlarında 

həmin qanlı döyüşlərin birində Aliyə 

Rüstəmbəyova qəhrəmancasına həlak 

olmuşdur.

Ulu öndər Heydər  Əliyev vaxtilə 

Aliyə Rüstəmbəyova haqqında yüksək 

fikirlər söyləmişdir. 1972-ci ildə “Okt-

yabr” jurnalının 6-cı sayında ümummilli 

lider Heydər Əliyevin A.Rüstəmbəyova 

haqqında dediyi bu sözlər qeyd olunub: 

“Mən Smolensk vilayətində partizan 

dəstələrindən birində döyüşən  şərəfli 

azərbaycanlı  qızı, hərbi həkim Aliyə 

Rüstəmbəyovanın igidliyini yüksək 

dərəcədə səciyyəvi hesab edirəm”.

Azərbaycanın vətənpərvər qızının 

qəhrəmanlığı  ədəbiyyat və incəsənət 

nümayəndələrinin də nəzər-diqqətindən 

kənarda qalmamışdır.  Şairə Mirvarid 

Dilbazi 1972-ci ildə “Partizan Aliyə” 

poemasını yazmış, heykəltəraş Aslan 

Rüstəmov 1962-ci ildə onun büst-

portretini hazırlamışdır.

Ə d ə b i y y a t

Aliyə Rüstəmbəyova         

//Azərbaycanlılar Beloru-

siya uğrunda döyüşlərdə   

/tərt. ed. N. Qılınclı; [red.: 

U.Bədəlova, T.Nəbiyeva].-

Bakı, 2010.- S.170-172.

Rüstəmbəyovların iki gənc 

istedadı?: Partizan həkim 

Aliyə //Azadlıq.- 2013.- 8 

sentyabr.- S.14.

Tahirqızı, Ü. Həkim, 

partizan və döyüşçü…: 

“Deduşka”nın şuşalı 

qəhrəman qızı /Ü.Tahirqızı 

//Xalq cəbhəsi.- 2013.- 7 

dekabr.- S.14.

Hərbi həkim



394

Kitabxanaşünaslıq.Biblioqrafiyaşünaslıq

85 

illiyi

Gədəbəy Rayon Mərkəzi Kitabxanası

1932

2017

Gədəbəy rayonunda ilk dəfə kitab-

xana (qiraətxana) çox az nüsxə kitabla 

1932-ci ildə yaradılmışdır. Gədəbəy 

Rayon Mərkəzləşdirilmiş Kitabxana 

Sistemi 1978-ci ildə təşkil olunmuşdur. 

1981-ci ildə rayon mərkəzi kitabxana-

sı  əsasında mərkəzləşdirilmiş sistemdə 

birləşdirilmişdir. 

1985-ci ilə  qədər rayonda cəmi 69 

kitabxana fəaliyyət göstərmişdir. Hazır-

da Gədəbəy Rayon Mərkəzləşdirilmiş 

Kitabxana Sistemi üzrə 75 kitabxana 

fəaliyyət göstərir. Onlardan 1 mərkəzi, 

1 uşaq, və 73 kənd kitabxana filial-

larından ibarət olan şəbəkəni özündə 

birləşdirir. 

Rayon MKS-nin ümumi ki-

tab fondu 2014-ci ildə 341.167 nüsxə 

təşkil etmişdir. O cümlədən Azərbaycan 

dilində kiril qrafikası ilə 180.658, la-

tın qrafikası ilə 144.461 və rus dilində 

16.048 nüsxədir. Mərkəzi kitabxananın 

kitab fondu 10.640, uşaq şöbəsinin kitab 

fondu 9.747 və kənd kitabxanalarının fi-

liallarının fondu isə 320.780 nüsxədən 

ibarətdir. Gədəbəy rayon mərkəzi ki-

tabxanası  hər bir oxucuya fərdi yanaş-

ma yolu ilə maksimum oxucu cəlbinə 

nail olmuşdur. Belə ki, 2014-ci ildə 

Mərkəzi kitabxanadan 30.850 nəfər 

oxucu istifadə etmişdir ki, onlara da 

431.500 nüsxə kitab verilmişdir. MKS-

in işçilərinin sayı 232 nəfərdir. 



Ə d ə b i y y a t

Gədəbəy Rayon 

Mərkəzləşdirilmiş 

Kitabxana Sistemi                                        

//Azərbaycan Kitab-

xana Ensiklopediya-

sı  /AR MdTN; Azərb.

Milli Kitabxanası; lay. 

rəh. Ə.Qarayev; baş 

red.K.Tahirov; elmi red.A. 

Xələfov və b..-Bakı, 2015.- 

S.245.

www.gadabey.cls.az

Quba Rayon Mərkəzi Kitabxanası

1932 

Quba Rayon Mərkəzi Kitabxanası 

1932-ci ildə yaradılmışdır. Bu dövrədək 

müxtəlif formalarda qiraətxanalar, ki-

tabxanalar da faəliyyət göstərmişdir. 

Quba Rayon Mərkəzləşdirilmiş Ki-

tabxana sistemi 1978-ci ildə  təşkil 

edilmişdir. MKS-ə 1 Mərkəzi Kitab-

xana, 1 şəhər, 89 qəsəbə  və  kənd ki-

tabxana  filialı daxildir. 2002-ci ildə 

Quba Rayon Mərkəzi Kitabxanasında 

kənd rayonları arasında ilk dəfə olaraq 

Resurs-İnformasiya Mərkəzi - Kom-

püter zalı açılmışdır. MKS 2003-cü 

ildə  fəaliyyət dairəsinə görə II qrupa 

keçirilmişdir. 

MKS “Mədəniyyət haqqında”, “Ki-

tabxana işi haqqında” Qanunları, Res-

publika Prezidentinin kitabxana işi ilə 

bağlı bütün qərar və  sərəncəmlarını, 

digər direktik sənədləri rəhbər tutaraq 

fəaliyyət göstərir. 

2014-cü ildə MKS-in ümumi ki-

tab fondu 614 min nüsxə, oxucu-

ların sayı 30 min nəfər olmuşdur. 

Mərkəzləşdirilmiş kitabxanada Wi-

Fi zonası yaradılmış  və oxucuların 

istifadəsinə verilmişdir. MKS-də 145 

işçi çalışır. 

Ə d ə b i y y a t

Quba Rayon 

Mərkəzləşdirilmiş 

Kitabxana Sistemi                                   

//Azərbaycan Kitabxana 

Ensiklopediyası /AR MdTN; 

Azərb.Milli Kitabxanası; 

lay. rəh. Ə.Qarayev; baş 

red.K.Tahirov; elmi red.A. 

Xələfov və b..- Bakı, 2015.- 

S.390. 

www.guba.cls.az

85 

illiyi



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə