Teqvim-2017. pdf


Riyaziyyat.Fizika.Astronomiya



Yüklə 5,26 Mb.

səhifə19/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   200

41

Riyaziyyat.Fizika.Astronomiya

Akademik, riyaziyyatçı alim İbrahimov  İbrahim  İbiş  oğlunun (28.02.1912-

06.11.1994) аnаdаn оlmаsının 105 illiyi

Kimya.Biologiya.Tibb

Tibb elmləri doktoru, nevropotoloq Əfəndiyeva Fəridə  Məmməd qızının 

(06.02.1922) anadan olmasının 95 illiyi

Virusoloq, baytarlıq elmləri doktoru Əliyeva  Nəcibə  Abbas qızının 

(22.02.1927) аnаdаn оlmаsının 90 illiyi

Akademik Sadıxov Kamil İsmayıl oğlunun (27.02.1927) anadan olmasının 90 

illiyi

AMEA-nın müxbir üzvü Qasımov Xəlil Məmmədəli oğlunun (28.02.1942) 



anadan olmasının 75 illiyi

Texnika.Mühəndis işi

AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Əliyev Rafiq Əziz oğlunun 

(10.02.1942) anadan olmasının 75 illiyi

İdman

Əməkdar bədən tərbiyəsi və idman xadimi Babanlı Tofiq Xanlar oğlunun 

(14.02.1937) аnаdаn оlmаsının 80 illiyi

Kitabxanaşünaslıq.Biblioqrafiya

Kitabxanaşünas, pedaqoq, pedaqogika üzrə  fəlsəfə doktoru Məmmədov 

Mehmanəli Əkbər oğlunun (18.02.1957) anadan olmasının 60 illiyi

Tarixdə bu gün

Gənclər Günü (02.1997)

Siyəzən rayonu yaradılmışdır (02.02.1992)

Ümumdünya Xərçəng Günü (04.02)

Beynəlxalq İnternet Təhlükəsizliyi Günü (09.02.2004)

Şuşa rayonunun Quşçular və Malıbəyli kəndlərinin işğalının 25-ci 

ildönümü (11.02.1992-ci il)

Azərbaycan Respublikası Mərkəzi Bankı yaradılmışdır (11.02.1992)

Azərbaycan Hərbi Hava Qüvvələri Günü (14.02.1992)

Azərbaycan  Respublikası İqtisadi Əməkdaşlıq Təşkilatına 

(ECO - Economic 

Cooperation Organization) üzvlüyə qəbul olunmuşdur (16.02.1992)



Xocavənd rayonunun Qaradağlı kəndinin işğalının 25-ci ildönümü 

(17.02.1992)

Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü (19.02.1986)

Bеynəlxalq Ana Dili Günü (21.02.1999)

Xоcalı sоyqırımının 25-ci ildönümü (26.02.1992)

Ümumdünya Televiziya Günü (28.02.1997)

70

71

67



66

68

64



65

69

72-73




42

1988-ci ilin fevral  ayından Ermənistanın Azərbaycan 

Respublikası  ərazisinə qarşı  təcavüzünə, Azərbaycan 

torpaqlarının erməni silahlı qüvvələri tərəfindən iş-

ğalına başlanmışdır.  Еrmənistan Rеspublikası “Hərbi 

münaqişələr zamanı  mədəni sərvətlərin qоrunması 

haqqında” Haaqa Kоnvеnsiyasının və “Mədəni 

sərvətlərin qеyri-qanuni dövriyyəsi haqqında” Pa-

ris Kоnvеnsiyasının müddəalarını  kоbudcasına 

pоzaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla 

məşğuldur.

Ermənistan Respublikasının hərbi təcavüzü nəti-

cəsində

 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ 



ərazisi və onun ətrafındakı 7 inzibati rayon işğal edil-

mişdir.


Beləliklə, Azərbaycan  ərazilərinin 20 faizi iş-

ğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 

mindən artıq adam yaralanmış  və  şikəst olmuşdur. 

Bir milyondan artıq insan 10 ildən çoxdur ki, qaçqın 

və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın 

azərbaycanlılara qarşı etnik təmizləmə  və soyqırım 

siyasətinin qurbanı olmuş, elementar insan haqlarından 

məhrum edilmişdir.

İşğal nəticəsində 900-dən artıq yaşayış  məntəqəsi 

talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye

kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv 

edilmiş, ümumi yaşayış sahəsi 9 mln m



²

-dən artıq olan 

150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni 

obyekt, 695 tibb ocağı məhv edilmişdir.

İşğal edilmiş  ərazilərdə  kənd təsərrüfatı sahəsi, su 

təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və 

kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Da-

ğıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dol-

larından artıq ziyan dəymişdir. Hərbi təcavüz zamanı 

ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 

464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə

6 dövlət teatrı  və konsert studiyası dağıdılmışdır. Ta-

lan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya 

və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər 

Tarix Diyarşünaslıq Muzeyi yerlə yeksan olunduqdan 

sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və 

gümüş zinət  əşyaları, ötən  əsrlərdə toxunmuş xalça-

lar Ermənistana daşınmışdır.  Şuşadakı Tarix Muzeyi-

nin, Ağdamdakı Çörək Muzeyinin, Zəngilandakı Daş 

Abidələr Muzeyinin də

 

aqibəti belə olmuşdur. Oğur-



lanmış  və  məhv edilmiş bu tarixi-mədəni sərvətlərin 

dəyərini müəyyənləşdirmək, pulla qiymətləndirmək 

mümkün deyildir. Birləşmiş Millətlər Təşkilatının 

Təhlükəsizlik  Şurasının 1993-cü ildə  qəbul edilmiş 

822, 853, 874, 884 saylı  qətnamələrində Azərbaycan 

Respublikasının ərazi bütövlüyünün tanınmasına və iş-

ğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad 

edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respub-

likası bu gün də işğalçılıq siyasətini davam etdirir.

QAN YADDAŞIMIZ!

Vətən torpaqları  

bizi gözləyir!

1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:

Dağlıq Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 

4,4 000 

km² 

Xankəndinin işğal tarixi - 28 dekabr 1991-ci il (ərazisi - 1043 km², əhalisi-57000) 

Xocalının işğal tarixi - 26 fevral 1992-ci il (ərazisi - 936 km², əhalisi-25332)

Şuşanın işğal tarixi - 8 may 1992-ci il (ərazisi - 289 km², əhalisi-31499)

Laçının işğal tarixi - 17 may 1992-ci il (ərazisi – 1835 km², əhalisi 72 228 )

Xocavəndin işğal tarixi - 2 oktyabr 1992-ci il (ərazisi - 1458 km² , əhalisi-41 725)

Kəlbəcərin işğal tarixi - 2 aprel 1993-cü il (ərazisi - 3054 km², əhalisi-85 228)

Ağdərənin işğal tarixi - 7 iyul 1993-cü il (ərazisi - 1705 km², əhalisi-14000)

Ağdamın işğal tarixi - 23 iyul 1993-cü il (ərazisi - 1 154 km², əhalisi-175400)

Cəbrayılın işğal tarixi - 23 avqust 1993-cü il (ərazisi - 1049 km², əhalisi-54430)

Füzulinin işğal tarixi - 23 avqust 1993-cü il (ərazisi - 1386 km² , əhalisi-105000)

Qubadlının işğal tarixi - 31 avqust 1993-cü il (ərazisi - 802 km², əhalisi-37 400)

Zəngilanın işğal tarixi - 29 oktyabr 1993-cü il (ərazisi - 707 km², əhalisi-33900)





Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   200


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə