Teqvim-2017. pdf


Kitabxanaşünaslıq.Biblioqrafiyaşünaslıq 85



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə190/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   186   187   188   189   190   191   192   193   ...   200

395

Kitabxanaşünaslıq.Biblioqrafiyaşünaslıq

85 

illiyi

Şəmkir Rayon Mərkəzi Kitabxanası

1932

2017

Şəmkir Rayon Mərkəzi Kitabxana-

sının əsası 1932-ci ildə rayon ziyalıları 

Mirhəbib Seyidov, Məhərrəm  Əliyev 

və  Məhəmməd Həsənov tərəfindən 

qoyulmuşdur. Onlar kitabxananı iki il 

ictimai  əsaslarla idarə etmişlər. 1934-

cü ildə kitabxanaya yeni bina və iki 

nəfər  ştat vahidi verilmişdir. Həmin 

vaxtdan kitabxana rayon Mərkəzi Ki-

tabxanası kimi fəaliyyət göstərmişdir. 

Mərkəzləşdirilmiş Kitabxana Siste-

mi 1980-cı ildə  təşkil edilmişdir. Ha-

zırda Mərkəzləşdirilmiş Kitabxana 

Sistemi 1 Mərkəzi Kitabxananı, 71 

qəsəbə  və  kənd kitabxana filialını 

özündə birləşdirir. MKS-də 217 işçi 

çalışır. Mərkəzləşdirilmiş Kitabxana 

Sistemlərinin kitab fondunda 417 min 

nüsxədən çox kitab saxlanılır. 



Ə d ə b i y y a t

Şəmkir Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi //Azərbaycan Kitabxana Ensiklopediyası /AR Md TN; Azərb.Milli Kitabxanası; lay. 

rəh. Ə.Qarayev; baş red.K.Tahirov; elmi red.A. Xələfov və b..- Bakı, 2015.- S.574.

shamkir.cls.az.

İmişli Rayon Mərkəzi Kitabxanası

1947 

İmişli Rayon Mərkəzi Kitabxana-

sının əsası 1947-ci ildə  qoyulmuşdur. 

Mərkəzləşdirilmiş Kitabxana Sistemi 

1977-ci ildə  təşkil edilmişdir. Ha-

zırda Mərkəzləşdirilmiş Kitabxana 

sisteminə 49 kitabxana, o cümlədən 1 

Mərkəzi Kitabxana, 2 şəhər kitabxa-

nası, 46 kənd kitabxana filialı daxil-

dir. 2014-cü ildə MKS-in kitab fondu 

342 min nüsxədən çox olmuşdur. Ha-

zırda MKS-də 114 nəfər işçi çalışır. 



Ə d ə b i y y a t

İmişli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi //Azərbaycan Kitabxana Ensiklopediyası /AR Md TN; Azərb.Milli Kitabxanası; lay. 

rəh. Ə.Qarayev; baş red.K.Tahirov; elmi red.A. Xələfov və b..- Bakı, 2015.- S.273.

İ n t e r n e t d ə

imishli.cls.az

70 

illiyi


396

Kitabxanaşünaslıq.Biblioqrafiyaşünaslıq

70 

illiyi

BDU-nun Kitаbхаnаçılıq fаkültəsi

1947

2017

Kitabxanaçılıq-İnformasiya fakültəsi Bakı 

Dövlət Universitetində kitabxanaşünas-informasi-

oloq, kitabşünas və  nəşriyyat redaktoru ixti-

sasları üzrə kadr hazırlayan aparıcı humanitar 

fakültələrdən biridir. Fakültə Kitabxanaçılıq şöbəsi 

kimi 1947-1948-ci tədris ilində BDU-nun filologi-

ya fakültəsinin nəzdində  təşkil olunmuş, bununla 

da Azərbaycanda ali kitabxanaçılıq təhsilinin əsası 

qoyulmuşdur. Xalq yazıçısı Süleyman Rəhimov, 

təcrübəli kitabxana mütəxəssisləri  Əliheydər 

Qəhrəmanov, Hüseyn Tağıyev və  Məryəmxanım 

Səmədova  şöbənin ilk ixtisas müəllimləri kimi 

fəaliyyət göstərmişlər.  Şöbədə 1955-ci ildə qi-

yabi Azərbaycan, 1959-cu ildə isə qiyabi rus 

bölmələri açılmışdır. 1958-ci ildən Kitabxanaçılıq 

şöbəsi şərqşünaslıq fakültəsinin nəzdində fəaliyyət 

göstərmişdir. Kitabxanaçılıq  şöbəsi 1962-ci ilin 

oktyabr ayından öz fəaliyyətini ADU-nun müstəqil 

fakültəsi kimi davam etdirməyə başlamışdır. 

Fakültənin ilk dekanı  vəzifəsinə t.e.n. Abuzər 

Xələfov təyin edilmişdir. 1962-2012-ci illərdə 

kitabxanaçılıq-informasiya fakültəsinə 3 dekan 

1962-1970; 1979-1993-cü illərdə tarix elmləri 

doktoru, professor Abuzər Alı oğlu Xələfov; 1970-

1979-cu illərdə  Əməkdar mədəniyyət işçisi, pro-

fessor Zöhrab Hüseyn oğlu Əliyev; 1993-2012-ci 

illərdə tarix elmləri doktoru, professor Xəlil İsma-

yıl oğlu İsmayılov başçılıq etmişdir. 2012-ci ildən 

kitabxanaçılıq-informasiya fakültəsinin dekanı 

fizika-riyaziyyat elmləri namizədi, dosent Azad 

İsa oğlu Qurbanovdur. Fakültədə “Kitabxanaçılıq 

və informasiya”, “Kitabşünaslıq” ixtisasları üzrə 

bakalavr kadrları; “Kitabxanaşünaslıq”, “Biblioq-

rafiyaşünaslıq”, “Kitabxana fondlarının formalaş-

ması  və istifadəsi”, “Nəşriyyat işi redaktəetmə” 

ixtisaslaşmaları üzrə isə magistr kadrlar hazır-

lanır. Fakültənin maddi-texniki bazası, elmi-

pedaqoji potensialı  tədrisin dünya standartları 

səviyyəsində  təşkilinə imkan verir. Fakültədə 4 

kafedra: Kitabxanaşünaslıq; Biblioqrafiyaşünas-

lıq; Kitabxana resusları  və informasiya-axtarış 

sistemləri; Kitabşünaslıq və nəşriyyat işi kafedra-

ları fəaliyyət göstərir. 2003-cü ildə kitabxanaçılıq 

fakültəsinin adı  dəyişdirilərək “Kitabxanaçılıq-

informasiya fakültəsi” adlandırılmış, onun maddi-

texniki bazası yaxşılaşdırılmış  və kadr potensia-

lı gücləndirilmişdir. Fakültə ABŞ-ın  İllinoys və 

Urbana-Şampeyn universitetlərinin, Fransanın 

Nitsa Universitetinin Lion Ali məktəbinin, Belçi-

kanın Namur Ali Kitabxanaçılıq məktəbinin, eləcə 

də Rusiya ali məktəblərinin təcrübələrindən geniş 

istifadə edir və 2008/2009-cu tədris ilindən Bo-

loniya prosesinə qoşulmuşdur. Hazırda fakültədə 

bakalavr pilləsi üzrə 430, magistratura pilləsində 

isə 40 tələbə təhsil alır, 5 aspirant və 18 dissertant 

elmi axtarışlarını davam etdirir. Kitabxanaçılıq-

informasiya fakültəsi Azərbaycanda kitabxana-

şünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq 

təhsili üzrə elmi-tədqiqat mərkəzi kimi dissertasi-

ya işlərinin hazırlanması və müdafiəsi, monoqrafi-

yaların çap edilməsi, müvafiq sahələr üzrə tədris-

metodik nəşrlərin hazırlanması  və çap edilməsi, 

elmi və elmi-kütləvi xarakterli məqalələrin ya-

zılması  və  dərc edilməsi işlərinə  rəhbərlik edir. 

Fəaliyyəti dövründə fakültə əməkdaşlarının 3500-

dən çox elmi əsəri çap olunmuşdur. 

Ə d ə b i y y a t

Kitabxanaçılıq-İnformasiya Fakültəsi //Azərbaycan Kitabxana 

Ensiklopediyası /AR Md TN; Azərb.Milli Kitabxanası; lay. rəh. 

Ə.Qarayev; baş red.K.Tahirov; elmi red.A. Xələfov və b..- Bakı, 

2015.- S.361.



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə