Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə191/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   187   188   189   190   191   192   193   194   ...   200

397

Ə d ə b i y y a t

Ayasofiya //Azərbaycan Milli Ensiklopediyası.- Bakı, 2010.- C.2.- 

S.423.

Tarixdə bu gün

1485 

illiyi

Ayasofiya – Müqəddəs Sofiya Məbədi

532-537

2017

Dünyanın ən gözəl şəhərlərindən biri İstanbu-

lun göz-bəbəyi olan Ayasofiya bu şəhərə  gələn 

turistlərin  ən çox ziyarət etdikləri yerlərdəndir. 

Hər il minlərlə insan bu möhtəşəm tikilini ziyarət 

edir. Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl 

provoslav kilsəsi, daha sonra məscid, hal-hazırda 

isə muzey olan məbəd bizans dövrünə aid olan 

Ayasofiya Bizansın “qızıl  əsrinin” simvoludur. 

532-537-ci ildə  İmperator Yustinianın dövründə 

Konstantinopolda Trallı Anfimi və Miletli İsi-

dor tərəfindən tikilmişdir. Gündə min usta və on 

min işçinin çalışması ilə 5 il 11 ay 10 günə inşa-

at başa çatmışdır. Ayasofiyanın tarixinə onlarla 

əfsanə  sığdırılıb. Bütün bu əfsanələr “Ayasofiya 

əfsanələri” adlı kitabda toplanılıb. Kitabda yer 

alan məlumata görə, məbədin təməli 70 metrdir. 

Binanın təməlinin möhkəm olması üçün qızıl və 

gümüş doldurulub. Sarayla Ayasofiya arasında 

gizli keçid olub. Dalğaların binanı  aşındırmama-

sı üçün bina sütunlar üzərində qurulub. Ayasofi-

yanın ümumilikdə 361 qapısı var. Bunların 101-i 

böyük və tilsimlidir. Bəzi qapılar iddiaya görə, 

Nuhun gəmisinin taxtalarındandır. Kitabda yer 

alan məlumata görə, latın kapitan Henrikus Dan-

dolistan İstanbulu işğal etmək istəyirdi. 80 yaşında 

o bu istəyinə çatmadan öldü. Gəlib-keçənin onun 

məzarını tapdalaması üçün Ayasofiyada basdırı-

lıb. Digər bir məluma görə Peyğəmbər (s.ə.s) do-

ğulanda məbədin qübbəsi çöküb. Uzun müddət 

təmir edilməyib. Xızır  əleyhisəllam “Həzrəti 

Məhəmmədin tüpürcəyindən alıb, zəmzəm suyu 

ilə qatıb təmir edin” deyib. 

Başqa bir rəvayətdə yazılır ki, “Fateh Sultan 

Mehməd  İstanbulu mühasirəyə alsada hələ tuta 

bilməmişdi. Bir gün o məbədin qübbəsində nur 

gürdü. Bu əsgərləri çox sevindirdi və bir neçə 

gün sonra İstanbul alındı. 1453-cü ildə Türklər 

şəhəri fəth etdikdən sonra II Sultan Mehməd Fa-

teh qələbənin rəmzi kimi kilsəni cameyə çevirərək 

Ayasofiya adlandırmışdır. Fateh Sultan daha son-

ra “bu qübbə peyğəmbərin ağız suyu ilə dayanır” 

deyərək içəriyə böyük qızıl top asdırıb”.

Minarələri memar Sənan təmir etdirib. Memar 

Sənanın layihəsinə görə, 3 nəfər birlikdə minarənin 

içi ilə bir birini görmədən gəzə bilər. Ayasofiya 

məcsidə çevriləndən sonra içinə bir çox İslam 

motivi yerləşdirildi.  İçəridə Allah, Məhəmməd, 

Əbubəkr, Ömər, Osman, Əli yazılan 7,5 metrlik 

iri lövhələr asıldı. Bu lövhələr 1935-ci ildə bura 

muzeyə çevriləndə söküldü. Lakin onları zama-

nında məscidin içərisində yığdıqları və çox iri ol-

duqları üçün qapıdan çıxarmaq mümkün olmadı.

Yarımgünbəzlərin və parusların ritmik “uçu-

şu”, günbəzin oturacağında açılmış 40 pəncərədən 

süzülən işıq nəhəng günbəzin səmada sərbəst 

pərvaz etməsi effektini yaradır. Ayasofiyanın mo-

numental xarici görünüşü dəyişdirilmiş,  əlavə 

tikililərlə (minarələr və s.) zənginləşdirilmişdir. 

Ayasofiyanın 1935-ci ildən muzeydir, 10 fev-

ral 1991-ci ildən qismən came kimi də  fəaliyyət 

göstərir.




398

Tarixdə bu gün

990 

illiyi

Xudafərin körpüsü  

1027

2017

Xudafərin Azərbaycan memarlıq sənətində 

möhtəşəm tarixi abidələrimizdəndir. Araz çayı 

üzərində salınan iki Xudafərin körpüsü bizə 

məlumdur. Böyük Xudafərin körpüsünün dayaq-

ları çay yatağında sıralanan təbii qayalar üstündə 

tikildiyindən onun tağ aşırımları müxtəlif ölçülü-

dür. Körpülərdən birincisi “Baş Xudafərin körpü-

sü” adlanır, uzunluğu 130 m., eni 6m., hündürlüyü 

isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaq-

la uzunluğu 200 m., eni 4,5 metr, hündürlüyü 10 

metrdir. Salamat qalmış üç tağ aşırımlardan yalnız 

orta tağda sivrilik hiss olunur.   

Azərbaycanın memarlıq sənətində bu əzəmətli 

abidələr haqqında dünyanın bir çox alimləri 

qiymətli  fikirlər söyləsələr də, körpülərin nə 

vaxt inşa edilməsi haqqında tarixdə yekdil fikrə 

rast gəlinmir. Baş Xudafərin körpüsünün daha 

qədim olması ehtimal edilir. Belə ki, bu körpünün 

Əhəməni imperiyası zamanında ağacdan tikilməsi 

və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə 

üzləndiyi güman edilir. Bəzi mənbələrdə isə ikinci 

körpünün e.ə. 558-529-cu ildə ağacdan müvəqqəti 

qurğu kimi inşa edilməsi, Elxanilər dövləti zama-

nında 13-cü yüzildə isə daş və kərpiclə üzlənməsi 

haqqında mülahizələr yürüdülür. Xudafərin 

körpüsü haqqında  İran tarixçisi və coğrafiyaçı 

Həmdullah Qəzvini  əsərlərində körpülərin adını 

“Xuda-Afərin” kimi yazır ki, bu da farsca “Al-

lah tərəfindən yaradılmış”, “Allaha Mərhəba” 

mənalarını verir. Qəzvini yazır : Zəngilan yaxın-

lığında Araz çayı üzərində Xudəfərin körpüsü var 

ki, onu hicri 15-ci ildə (miladı 636) Məhəmməd 

peyğəmbərin (s.a.s) silahdaşlarından biri olmuş 

Əbu Bəkr ibn Abdullah tikdirmişdir. Araşdırmaçı-

ların çoxunun fikrincə, hər iki körpünün dayaqları 

çayın ortasında olan təbii sal daşlar üzərində qurul-

duğundan onlara “Xudafərin” adı verilib. Hələlik 

Xudafərin körpüləri sirlərini açmayıb. 

XIX  əsr tarixçisi A.Bakıxanov da “Gülüstani-

İrəm”  əsərində hicri 22 (miladi 644)-ci il 

hadisələrindən bəhs edərkən mənbə göstərmədən 

bildirmişdir ki, Muğan vilayətlərini işğal edən za-

man Bukayr ibn Abdullah Araz üzərində Xudəfərin 

körpüsünü tikdirdi. Araşdırıcılar  Ə.Salamzadə, 

K.Məmmədzadə bu tarixi məlumatlara əsaslanaraq 

VII əsrdə ərəblərin Xudafərin dərəsində ordunun 

sürətli keçişini təmin etmək üçün müvəqqəti kör-

pü quraşdırdıqlarını və ya mövcud uçuq körpünü 

təmir etdiklərini güman edirlər.

XVII əsrin osmanlı-türk alimi Münəccimbaşıya 

görə, Azərbaycan  Şəddadi hökmdarı 1-ci Fəzl 

1027-ci ildə Araz çayı üzərində böyük və möhkəm 

bir körpü tikdirmişdir. Münəccimbaşının “Əsəri 

Əzim” (böyük əsər) adlandırdığı bu körpünü ta-

rixçi V.Minorski onbeş aşırımlı Xudafərin körpüsü 

hesab edir. Tarixçi A.Bakıxanovun yazdığına görə 

“Ağa Məhəmməd xan Qacar 1795-ci ildə Qaraba-

ğı  fəth etmək istəyəndə qarabağlı  İbrahim xanın 

uçurtduğu Xudafərin körpüsünün tikintisini bərpa 

etdi”, İran tarixşisi Z.Mənsuri də təsdiq edir ki, Qa-

rabağ xanı İbrahim Xəlil Cavanşir gözlənilən hü-

cum zamanı Ağa Məhəmməd xan Qacarın ordusu-

nun qarşısını almaq məqsədi ilə böyük Xudafərin 

körpüsünü dağıtmışdır.  Xudafərin körpüləri 1797-

ci ildə Ağa Məhəmməd xanın Qafqaza ikinci hərbi 

yürüşündə də dağıdılmışdır. 

   


Ə d ə b i y y a t

Qaliboğlu, E. Azərbaycanı birləşdirən rəmzi abidə: Xudafərin 

körpüləri həm də ayrılıq simvoludur /E.Qaliboğlu //P.S. Elm, təhsil 

və həyat.- 2010.-15 yanvar.- S.3.

Qiyasi, C. Dərdi dərin Xudafərin /Cəfər Qiyasi //Yeni Mədəni-

maarif.- 2009.- №4.- S.26-29.


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə