Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə192/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   188   189   190   191   192   193   194   195   ...   200

399

Tarixdə bu gün

600 

ili

İmadəddin Nəsiminin vəfatı 

1369-1417

2017

Altı yüz ildir ki, böyük Azərbaycan 

şairi  İmadəddin Nəsiminin adı Yaxın 

Şərqdə  mərdlik, fədakarlıq və iradə 

rəmzi kimi hörmətlə  çəkilir. Altı yüz 

ildir ki, məsləki uğrunda dara çəkilib, 

dərisi soyulan, son nəfəsində belə öz 

sözündən dönməyən bu mərd insanın 

faciəli ölümü şairlərin  şeirində, aşıq-

ların sazında tərənnüm edilir. Nəsimi 

Azərbaycan dilində  şeirin ilk gözəl 

nümunələrini yaradan, öz mütərəqqi 

fikirlərini yüksək bədii dillə ifadə 

etməyi bacaran qüdrətli sənətkarlardan 

biri olmuşdur. Onun ana dilindən başqa 

ərəb və fars dillərində də yaratmış oldu-

ğu divanlar şairin adının öz vətənindən 

çox-çox uzaqlarda, bütün Yaxın Şərqdə 

şöhrətlənməsinə səbəb olmuşdur. 

Nəsimi 1369-cu ildə  Şamaxı-

da sənətkar ailəsində anadan olmuş, 

mükəmməl təhsil almış, fars və  ərəb 

dillərini öyrənmişdir.  Şairin Yulidəmu 

ləqəbli  Şah Xəndan adlı bir qarda-

şı da olmuşdur.  Şah Xəndan gözəl 

şeirlər yazmışdır. Təbii ki, bununda 

Nəsiminin bir şair kimi yetişməsində 

rolu az olmamışdır. X əsrdə yaşamış 

həllac Hüseyn Mənsurun sufi görüşləri 

Nəsimini özünə  cəlb etmiş  və onları 

yaymışdır. Təsadüfi deyildir ki, yara-

dıcılığının ilk dövrlərində “Hüseyni” 

təxəllüsü ilə şeirlər yazmışdır. Sonralar 

Fəzlullah Nəiminin hürufi görüşlərini 

mənimsəmiş, özünü onun müridi adlan-

dırmış və “Nəimi” sözü ilə həmqafiyə 

“Nəsimi” sözünü özünə təxəllüs götür-

müşdür. 


Nəiminin edamından sonra onun 

vəsiyyətinə uyğun olaraq əvvəl Təbrizə 

sonra Türkiyəyə, İraqa və Suriyaya get-

mişdir. Nəhayət Hələb  şəhərinə  gəlib 

orada məskən salmışdır. Nəsimi Hələb 

şəhərinə  gəldikdən sonra ətrafına 

tərəfdarlar toplayıb hürufi ideyalarını 

yaymağa başlamışdır. Az keçmədən 

şəhər ruhanilərinin məclisində Nəsimini 

mühakimə edib onu “kafir” adlandırmış 

və dinsizlikdə günahlandıraraq 1417-ci 

ildə vəhşicəsinə edam etmişlər. 

Nəsimi  şeirlərində  həyat sevgisi, 

dünyaya bağlılıq, ictimai quruluşdan

feodal ideologiyasından narazılıq və 

ona qarşı üsyan xüsusilə aydın görünür. 

Şair insanları azad, xoşbəxt görmək ar-

zusu ilə yanır, həyatın gözəlliklərindən 

zövq almağa çağırır. 

Şairin  şeirlərinin bir qismini dini-

fəlsəfi  əsərlər təşkil edir. Bu şeirlərin 

çoxunda o “Seyid”, “Hüseyni, “Seyyid 

Hüseyni” təxəllüslərini işlətmişdir.  

Nəsiminin  şeirləri hələ sağlığında 

İraqda, Suriyada, Kiçik Asiyada, Orta 

Asiyada, hətta Uzaq Şərqdə yaşayan 

uyğurlar arasında çox populyar olmuş-

dur. Onun əsərlərinin üzü köçürülərək 

insanlar arasında geniş yayılmışıdır. 

1546-cı ildə  Nəsimi haqqında ilk 

müfəssəl məlumat təzkirəçi Lətif 

Qəstəmoğlu tərəfindən verilmişdir. 

Görkəmli ədəbiyyatşünas Salman Müm-

taz 1926-cı ildə  Nəsimi divanını  ərəb 

əlifbası ilə nəşr etdirmişdir. İstanbulda 

“Təsviri-əfkar” mətbəəsində 1844-cü 

ildə Nəsiminin “Divanı” nəşr edilmiş-

dir. Nəsiminin divanı Azərbaycanda 

Həmid Məmmədzadə 

tərəfindən 

1972-ci ildə çap olunmuşdur. 1973-

cü ildə  bəstəkar Fikrət  Əmirov  şairə 

həsr etdiyi “Nəsimi dastanı” baletini, 

C.Cahangirov isə “Nəsimi” kantatası-

nı yazmışdır. Azərbaycan xalqı, eləcə 

də dünyanın bütün ədəbi ictimayyəti 

1973-cü ildə  Nəsiminin anadan olma-

sının 600 illiyini YUNESKO xətti ilə 

beynəlxalq miqyasda qeyd etmişdir. 

Ə d ə b i y y a t

“Cahana sığmayan şair”: 

biblioqrafik göstərici               

/Sumqayıt Şəhər Mərkəzi 

Kitabxanası; tərt. ed.: 

N.Cəfərova, N.Axundzadə, 

M.Əliyeva; red. 

Y.Əhmədova.- Sumqayıt, 

2014.- 50 s.

Əsgərova, T. Nəsimi 

dilinin frazeologiyası 

/T.M.Əsgərova; elmi red. 

S.Mehdiyeva; AMEA, 

Nəsimi ad. Dilçilik İn-tu.- 

Bakı: Elm və təhsil, 2015.- 

239, [1] s.

Həsənoğlu, Ə. İmadəddin 

Nəsiminin “İraq divanı”na 

şərhlər /Ə.Həsənoğlu.- 

Bakı: Mütərcim, 2015.- 

575, [1] s.

İmadəddin Nəsimi: bibli-

oqrafiya /AMEA, M. Füzuli 

ad. Əlyazmalar İn-tu; tərt. 

ed. A.C.Xəlilov, red. 

N.Göyüşov.- Bakı: Elm və 

təhsil, 2013.- 111, [1] s. 

Imadaddin Nasi-

mi, poet, 1369-1417                          

/Ministry of Culture 

and Tourism Republic 

of Azerbaijan; consul-

ting V.Bahmanli; editor: 

N.Jabbarli, J.Huseynov; 

design T.Farzi.- Baku: 

Khan, 2015.- 36, p.



400

Tarixdə bu gün

200 

illiyi

Cənubi Qafqazda alman yaşayış 

məntəqələrinin salınması

1817

2017

Tarixdə özünəməxsus yönü, xarakteri, 

mədəniyyəti olan alman xalqının Azərbaycanda 

da nümayəndələri yaşayır. Bunun maraqlı tarixi 

var. Almanlar Azərbaycanda ilk dəfə Yelizavet-

polda (Gəncə), sonra onun yaxınlığındakı Yele-

nendorfda (Göygöl), Hacıkənddə,  Şəmkirdə, Ba-

kıda və s. ərazilərdə  məskunlaşıblar, ölkəmizdə 

təhsili, həmçinin üzümçülüyü, şərabçılığı, 

tikinti-inşaat işlərini inkişaf etdiriblər. Böyük 

Vətən müharibəsindən sonra almanların yüksək 

inkişafını görən Sovet imperiyası onları Sibirə 

və Qazaxıstana sürgün edib. “Azərbaycan al-

manları” Azərbaycanda yaşamış alman icmasına 

verilən ümumi addır. 1817-ci ildə general Yer-

molov almanların ilk dəstələrinin Azərbaycana 

yerləşdirilməsi barədə göstəriş verib. Azərbaycana 

yerləşdirilmiş ilk almanların çoxu Vürtemburq 

krallığının sakinləri olmuşdular. 

Cənubi Qafqazın ilk alman koloniyası bugünkü 

Gürcüstan  ərazisində salınmışdı. 1818-ci il sent-

yabrın 21-də çar I Aleksandrın dəvətilə Qafqaza 

köçən Vürtemberq kəndliləri Tiflis yaxınlığında 

Marienbaum adında  şəhərcik saldılar. Növbəti il 

ərzində Avropadan köçən almanlar daha 5 koloniya 

qurmuşdu: Elizabettal, Yeni Tiflis, Aleksandrdorf, 

Petersdorf və Katarinenfeld (indiki Bolnisi).

Tiflis və onun ətrafları Cənubi Qafqaz almanla-

rının qeyri-rəsmi mədəni mərkəzi idi. 1906-1922-

ci illərdə burada alman dilində buraxılan “Ka-

ukasische Post” qəzeti çap edilirdi. O, Qafqazın 

yeganə alman qəzeti idi. 1918-ci ildə Gürcüstanda 

alman kəndlərinin sayı 20-dən yuxarı idi. 1941-ci 

ildə Sovet hakimiyyəti buradan 20423 etnik alma-

nı sürgün etmişdi.

1819-cu ilin yayında Tiflisdən Yelizavetpo-

la (Gəncəyə) köçən 194 alman ailəsi  Şamxor 

(Şəmkir) yaxınlığında Helenendorf və Annenfeld 

adlı iki koloniya salmışdı. Sovet vaxtı Helenen-

dorf inqilabçı Xanlar Səfərəliyevin şərəfinə Xan-

lar adlandırıldı, Annenfeld isə  Şəmkirlə birləşdi. 

Sonralar Gəncə və Qazax qəzalarında salınan ko-

loniyalar Georqsfeld (1888-ci il, indi Şəmkir ra-

yonunun Çinarlı qəsəbəsi), Alekseyevka (1902-ci 

il), Qrünfeld (1906-cı il, indi Ağstafa rayonunun 

Həsənsu kəndi), Ayxenfeld (1906-cı il, indi Şəmkir 

rayonunun  İrmaşlı  kəndi), Traubenfeld (1912-ci 

il, indi Tovuz şəhəri), Yelizavetinka (1914-cü il, 

indi Ağstafa şəhəri) və Marksovka (1920-ci illər, 

sonralar Ağstafa ilə birləşdi) idi. Onların  əhalisi 

ilk koloniyalar sakinlərinin nəslindən ibarət idi. 

Helenendorfda yerləşən almanlardan bir neçə 

ailə Goranboy rayonunun Todan kəndi yaxınlı-

ğında məskunlaşmışdılar. Hazırda da almanla-

rın yerləşdiyi həmin yerlər yerli əhali tərəfindən 

“Lemsə bağı”, “Lemsə bulağı” kimi tanınır. 1918-

ci ildə bütün Azərbaycandakı koloniyalarda ya-

şayan almanların sayı  cəmi 6 min nəfər idi. On-

ların  əsas peşəsi  əvvəllər  əkinçilik, sonralar isə 

şərabçılıq idi. Təkcə helenendorflu Forer və Hum-

mel qardaşları  tərəfindən buraxılan çaxır bütün 

Qafqaz bölgəsində istehsal edilən çaxırın 58%-ni 

təşkil edirdi.

Cənubi Qafqaz almanlarının əksəriyyəti etiraz-

çılığa (protestantlığa) etiqad edirdi. Azərbaycanın 

ilk etirazçı kilsəsi məhz Helenendorfda 1857-ci 

ildə tikilmişdi. Sonralar lüteran kilsələr Gədəbəydə 

1868-ci ildə, Şamaxıda 1869-cu ildə, Bakıda 1897-

ci ildə və Annenfelddə 1911-ci ildə də tikilmişdi. 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə