Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə193/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   189   190   191   192   193   194   195   196   ...   200

Azərbaycan Demokratik Respublikası dövründə 

yerli almanlar ilk koloniyanın salınmasının 100 il-

liyini təntənə ilə qeyd etdilər. 1941-ci ildə Sovet 

hakimiyyətinin əmrilə 22.841 alman Azərbaycandan 

çıxarılıb SSRİ-nin Asiya bölgələrinə sürgün edil-

mişdi.  Şimali Qafqaz və Gürcüstandakı kimi, 

bütün alman mənşəli  şəhər və  kənd adları rus və 

Azərbaycan adları ilə  əvəz edilmişdi. Gürcüstan 

və Azərbaycandan fərqli olaraq alman mühacirləri 

indiki Ermənistan  ərazisində yaşayış  məntəqə 

qurmamışdılar.  Əsasən Sovet dövründə  İrəvanda 

məskunlaşırdılar. Tarix boyu bu ölkədə onların sayı 

500-dən artıq olmayıb. 1941-ci ildə buradan 212 

alman köçürülmüşdü. 1878-1918 illərdə Rusiya 

tərkibində olan Qarsda aktiv mühacirət prosesləri 

baş verirdi. Mühacirlərin  əksəriyyəti tərk etmiş 

müsəlmanların yerini alan və hakimiyyət dəstəyi 

ilə  məskən salan məsihilər: ermənilər, ruslar, ay-

sorlar, yunanlar,polyaklar və almanlar idi. 1891-ci 

ildə burada Petrovka adlı ilk alman kəndi yarandı. 

Birinci dünya müharibəsindən bir az əvvəl daha 

iki kənd Vladikars və Estonka salınmışdı. Bura-

da baş verən hərbi əməliyyatlardan və təhlükədən 

canlarını qurtaran almanlar müharibənin sonundan 

öncə Azərbaycana qaçıb, oradakı Ayxenfeld ko-

loniyasında məskunlaşdılar. Azərbaycanda sovet 

hakimiyyəti qurulandan sonra bolşevik rejiminin 

bütün qaydaları: dinə qarşı təbliğat, repressiyalar və 

bu kimi hallar alman koloniyalarına da qarşı tətbiq 

edilirdi. Arxivdə AK(b)P təşviqat və təbliğat şöbəsi 

nəzdində alman seksiyasının hesabatları, yazışma-

ları, protokolları da saxlanılır. Arxivdə alman kolo-

niyalarında aparılan kollektivləşdirilmə haqqında 

sənədlər və Elenendorf Kənd Sovetinın fəaliyyəti 

haqqında sənədli məlumatlar, habelə AK(b)P ka-

tibi – M.C.Bağırovun Telman adına kolxozun 

komsomol katibi – R.Kriqer ilə 17 fevral 1936-cı 

il müsahibəsinin qeydləri də mövcuddur. Təhsil 

sahəsinə ciddi fikir verən alman kolonistləri yaşa-

dığı ərazilərdə öz övladları üçün məktəblər tikmiş 

və sovet dövründə burada orta ixtisas təhsil ocağı 

da açılmışdı. Ali təhsil almaq istəyənlər isə res-

publikanın paytaxtında yerləşən təhsil ocaqlarına 

üz tuturdular. Arxiv sənədləri arasında Azərbaycan 

SSR-nın alman koloniyalarında təhsil sahəsində 

olan vəziyyət haqqında sənədlər saxlanılır. Alman-

lar məskən saldıqları yerlərdə  mədəni mərkəzlər, 

qəzetlər və klublar da açırdılar. Almanların yerli 

əhali ilə sıx mədəni əlaqələrinə baxmayaraq, onlar 

öz etnik xüsusiyyətlərini qoruyub saxlamışdılar. 

Arxivdə bu mövzuya dair bir sıra sənədlər saxlanı-

lır: alman fəhlə klublarının fəaliyyəti haqqında, al-

man koloniyalarıda yaşıyan alman gəncləri arasın-

da aparılan iş haqqında (1936). Ancaq almanların 

Azərbaycanda və ümumiyyətlə SSRİ-nin mərkəzi 

ərazilərində  məskunlaşdıqları yerlərdə onların 

sabit həyat tərzinə 1941-ci ildə başlayan Böyük 

Vətən müharibəsi son qoydu. 11 oktyabr 1941-ci 

ildə SSRİ Daxili İşlər Xalq Komissarı L.Beriyanın 

imzası ilə 001487 saylı sərəncama əsasən Gürcüs-

tan, Azərbaycan və Ermənistan SSR-də yaşayan 

almanların deportasiyasına başlandı. Bu sərəncama 

əsasən güc strukturları almanları Qazaxıstan və 

Sibirə sürgün etdilər. Deportasiya zamanı  sərt 

həyat şəraiti bir çox almanların həyatına son qoy-

du. Qeyd olunan tarixi faktlar arxivdə mühafizə 

olunan sənədlərdə öz əksini tapıb.

Ə d ə b i y y a t

Almanların Azərbaycanda məskunlaşmasının 190 illiyinə həsr olunmuş “Almanların Azərbaycanda” Beynəlxalq elmi praktik konfransın 

materialları: [6-7 aprel 2009, Bakı: 12 aprel, Göygöl rayonu] /Bakı Slavyan Universiteti; Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi; 

Alman-Azərbaycan Cəmiyyəti.-Bakı: BSU, 2009.- 99 s.

İbrahimov, N.Azərbaycan tarixinin alman səhifələri  /N.A.İbrahimov; elmi red. M.İsmayıl; red. N.Əliyev.- Bakı: Azərbaycan, 1997.-336 s.

Müseyibli, N. Azərbaycan arxeologiya elmində almanlar: Yakov Hummel /N.Müseyibli //Xalq qəzeti.- 2016.- 18 sentyabr.- S.10.

Uğur. Almanlar Azərbaycanda /Uğur //Xalq cəbhəsi.- 2016.- 4 mart.- S.13.

İ n t e r n e t d ə

http://www.anl.az/down/meqale/xalqcebhesi/2016/mart/480232.htm



402

Tarixdə bu gün

190 

illiyi

Şəkidə ilk İpək Emalı Fabriki

1827

2017

Azərbaycanda ipəkçilik  ən qədim və mü-

hüm təsərrüfat sahəsi olmuşdur.  İpəkçilik V 

əsrdə Azərbaycanda geniş yayılmağa başlamış-

dır.  İpəkçiliyin və ipək toxuculuğunun tarixini 

öyrənmək üçün arxeoloji qazıntılar zamanı  əldə 

edilən materiallardan görünür ki, əhali bizim era-

mızdan əvvəl hələ III minillikdə toxuculuq sahəsi 

ilə  məşğul olmağa başlamışdır. Azərbaycanın 

kənd təsərrüfatı tarixinin inqilabaqədərki 

tədqiqatçıları sübut etmişlər ki, Azərbaycanda 

ipəkçiliyin inkişafı daha qədim dövrlərə  təsadüf 

edir. IX-X əsrlərdə Azərbaycanda ipəkqurdunun 

bəslənməsi geniş yayılmış, Şamaxı, Bərdə, Şəki, 

Gəncə  və bir sıra digər vilayətlərdə bilavasitə 

ipəkçiliklə  məşğul olurdular. Həmin müddətdə 

Azərbaycanın  şəhərlərində toxuculuq sənəti get-

gedə inkişaf edirdi. Gəncə ipəyi öz gözəlliyinə 

görə başqa ölkələrin ipəyindən üstün idi. İpəkçilik 

Azərbaycanın bütün əyalətlərində, o cümlədən 

Şamaxıda,  Şəkidə, Culfada, Ordubadda və sair 

bölgələrdə getdikcə inkişaf edir və  əhalinin  əsas 

məşğuliyyətlərindən birinə çevrilmişdi. XIX əsrə 

qədər ipəkçilik və xam ipək tədarükü Azərbaycan 

əhalisinin iqtisadiyyatında  əsas yerlərdən birini 

tuturdu. 1827-ci ildə səhmdarlar cəmiyyəti yara-

dıldı. Cəmiyyət Şəki (Nuxa) şəhərini özünün dai-

mi yaşayış məskəni seçdi. Ən qədim zamanlardan 

başlayaraq bu günədək  Şəki rayonunda yaşayan 

əhalinin əsas peşələrindən biri kümdarlıq olmuş-

dur. Qədim zamanlarda insanlar öz ehtiyaclarını 

ödəmək üçün ipəkdən cürbəcür  əşyalar hazırla-

yırdılar.  Şəki, Zaqatala, Balakən, Qax rayonları 

qədim zamanlardan kümçülük peşəsinin vətəni 

hesab olunurdu. İqtisadi cəhətdən  Şəki  şəhəri 

Azərbaycanda (bəlkə də bütün Qafqazda) birinci 

ticarət mərkəzi idi. 1929-cu ildə Şəkidə işə salın-

mış ipəksarıma fabriki manufaktura tipli idi. XIX 

əsrdə bütün Cənubi Qafqazdan ixrac olunan bara-

ma və həmçinin ipəyin üçdə iki hissəsini Nuxa ve-

rirdi. 1852-ci ildə Şəkidə istehsal edilən ipək sapın 

Londonda ən yüksək qiymətə satıldığı qeyd olunur. 

Fransa tacirləri təkcə bir ildə Şəkidən gümüş pul-

la 250 min manatlıq ipək almışdılar. “Azərbaycan 

Lionu” adlandırılan  Şəkinin ipək fabriklərinin 

əksəriyyəti texnikanın son nailiyyətləri  əsasında 

qurulmuşdu. İpək istehsalında elektrik enerjisi ilk 

dəfə Nuxada tətbiq edilmişdir. Təsadüfi deyildir 

ki, hökumət ipəkçiliklə əlaqədar tədbirləri Şəkidə 

keçirirdi. 1909-cu ildə Şəkidə ipəkçilik üzrə sərgi-

müsabiqəsi təşkil olunmuşdur. 

Ümummilli liderimiz Heydər  Əliyev ikinci 

dəfə hakimiyyətə qayıtdıqdan sonra ipək sənayesi 

yenidən bərpa olundu. Hazırda “Şəki-İpək” 

ASC-nin rəhbərliyi tərəfindən müəssisə texniki 

cəhətdən yenidən qurulmuş, xaricdən baramaaçan 

avadanlıqları alınaraq quraşdırılmış və istifadəyə 

verilmişdir.  İpəkçiliyin inkişafı ilə  əlaqədar 

“Şəki-İpək” ASC-nin mütəxəssisləri tərəfindən 

“Azərbaycan Respublikasında ipəkçiliyin inki-

şafı konsepsiyası” hazırlanmış,  İqtisadiyyat və 

Sənaye Nazirliyinə təqdim edilmişdir. İpəkçiliyin 

yenidən inkişaf etdirilməsi tariximizin və 

mədəniyyətimizin qorunub saxlanması, gələcək 

nəsillərə çatdırılması yolunda atılan mühüm bir 

addım kimi qiymətləndirilməlidir.



Ə d ə b i y y a t

Pənahov, İ. Şəki ipəyi - mədəni irsimizin maddi daşıyıcısı /İlham 

Pənahov //Respublika.-2015.- 5 aprel.- S.5

İ n t e r n e t d ə

http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/region/

item/8112-shaeki-ipaeyi-maedaeni-irsimizin-maddi-dash-y-dz-s


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə