Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə194/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   190   191   192   193   194   195   196   197   ...   200

403

Tarixdə bu gün

105

 illiyi

Əjdər bəy məscidi  

1912 

2017

Əsrin 


əvvəllərində 

dövrünün tanınmış 

xeyriyyəçilərindən sayılan  Əjdər bəy Aşurbəyov 

Bakıda daha bir ibadət yeri tikmək  fikrinə düş-

müş, 



m dini, həm də nadir memarlıq abidəsi 



kimi tanınan Əjdər bəy məscidi 1912-ci ildə inşa 

olunmuşdur. Əjdər bəy Aşurbəyov Qədim zadəgan 

nəslin – Aşurbəyovların nümayəndəsi idi. O, “Neft 

sahəsindəki canlanma” dövründə tanınmış neft 

sənayeçisinə çevrilmiş, 5 böyük neft mədəninin 

sahibi olmuşdur. Onun hər bir mədənində ildə 1 

mln. pud neft istehsal olunurdu. İcarəyə verdi-

yi quyulardan çıxarılan neftin dörddə bir hissəsi 

ona çatırdı ki, bu da 1 mln. pud neft təşkil edirdi. 

Kommersiya və sahibkarlıq işlərində  Əjdər bəy 

Aşurbəyovun  firması  hədsiz inam qazanmış, özü 

isə 10 ildən çox Bakı Şəhər Dumasının üzvü seçil-

mişdir. Şahidlərin xatirələrinə əsasən, Əjdər bəyin 

bircə sözü istənilən vekseldən və ya iltizamdan 

daha sanballı tutuma malik imiş.

Məscidin tikilmə tarixi çox maraqlıdır. 

Deyilənlərə görə, Nabat xanım Xocabəy qızı 

Aşurbəyli-Rzayeva Təzəpir məscidini tikdirməyə 

başladıqda qardaşı  Əjdər bəy ona kömək təklif 

edir. Nabat xanım isə cavabında, “əgər belə imka-

nınız və hünəriniz varsa, gedin, özünüz bir məscid 

tikdirin” – deyir və köməkdən imtina edir. Belə 

olduqda  Əjdər bəy Aşurbəyov məscid tikdirmək 

qərarına gəlir və indiki Göy məscidin əsası qoyu-

lur. Beləliklə, məscidin tikilməsi maraqlı  təsadüf 

nəticəsində baş verir. Məscid indiki Səməd Vurğun 

küçəsində, o zaman Qanlı təpə adlanan ərazidə inşa 

edilir. Səxavətilə ad çıxaran Əjdər bəy Aşurbəyov 

tanınmış memar, Təzəpir və digər nadir memarlıq 

abidələrində iz qoyan Zivər bəy  Əhmədbəyova 

məscidin layihəsini sifariş verir. İstedadlı memar 

bu sifarişə  də yaradıcı yanaşır. Həm Məkkədəki 

müqəddəs Kəbə evinin, həm Kərbəla məscidinin, 

həm də Qüdsün elementlərini özündə əks etdirən 

bir layihə hazırlayır. Əjdər bəy bu maraqlı layihəni 

bəyənir və tikintiyə başlamaq barədə tapşırıq ve-

rir. Ötən  əsrin  əvvəllərini araşdıranlar üçün ən 

etibarlı  mənbələrdən sayılan “Kaspi” qəzetinin 

məlumatına görə təzə məscidin təməli 1912-ci ilin 

martında qoyulur. İnşaat işləri bir il müddətinə ye-

kunlaşır. Yenə “Kaspi”nin köməyi ilə öyrənirik ki, 

məscid 1913-cü ilin dekabrında dindarların ixtiya-

rına verilir.

Əjdər bəyi həmişə ehtiramla yad edən Bakı-

nın yaşlı sakinlərinin xatirələrinə görə, məsciddə 

məşhur xeyriyyəçinin ayrıca otağı olub. O, dini 

ayinləri ailə üzvləri ilə birlikdə həmin otaqda icra 

edərmiş. Həmin otaq sonrakı dövrlərdə sökülsə 

də  Əjdər bəy Aşurbəyovun məscidin girişindəki 

məzarını qorumaq mümkün olur.

Günbəzinin rənginə görə, tikili el arasında 

Göy məscid adı ilə çağırılır.  Əjdər bəy rəhmətə 

getdikdən sonra məscidə onun adı  əlavə olu-

nur. Bu nadir memarlıq nümunəsini Bakıya bəxş 

etmək üçün şəxsi vəsaitini xərcləyən  Əjdər bəy 

Aşurbəyovun xatirəsini yaşadan insanlar bura 

“Əjdər bəy məscidi” də deyirlər. 

Ə d ə b i y y a t

Nağıyeva, D. Əjdər bəy Aşurbəyov //Zamanın sorağında: milyon-

çu Ağa Musa Nağıyevin fəaliyyəti və xeyriyyəçiliyi haqda.- Bakı, 

2011.- S.22-23.

Əjdər bəy, Göy məscid və ya İttifaq məscidi //Mədəniyyət.- 2009.- 

25 sentyabr.- S.16.

İ n t e r n e t d ə

http://anl.az/down/meqale/medeniyyet/medeniyyet_

sentyabr2009/90335.htm



404

Tarixdə bu gün

Novruz bayramının ilk dəfə dövlət 

səviyyəsində keçirilməsi 

1967

2017

Novruzun üç min il yaşı var. 11-ci ordunun 

süngüləri üstündə Azərbaycana sovet hakimiyyəti 

gətiriləndən sonra bir çox bayramlar kimi Novruz 

da repressiyaya məruz qaldı. Rəsmi bayram olma-

sa da, bəzən qadağan edilsə də, bəzi hallarda qor-

xulu olsa da, xalq Novruzu qeyd edirdi. 1960-cı 

illərdə Azərbaycan Kommunist partiyası Mərkəzi 

Komitəsinin katibi Şıxəli Qurbanov Novruz bay-

ramına “bəraət” verilməsi, Novruzun rəsmi bay-

ram kimi qeyd edilməsi üçün mübarizəyə başladı. 

Təhlükəli təşəbbüs idi. Mərkəzi Komitənin I ka-

tibi Vəli Axundov da Şıxəli Qurbanovu təhlükəli 

iş gördüyü barədə xəbərdarlıq etmiş, amma o, geri 

çəkilməmişdi. 1967-ci ildə Novruz ilk dəfə rəsmi 

bayram kimi dövlət səviyyəsində qeyd edildi. 

1967-ci ilin Novruz tonqalları yalnız küçələri, mey-

danları yox, həm də ən başlıcası illərin dözülməz 

ağırlığı altında sıxılan, boğulan, mühitin qaranlıq-

larına bürünən ürəkləri, beyinləri işığa qərq etdi. 

Təhlükəli olsa da, Şıxəli Qurbanov uzunmüddətli 

fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk 

dəfə dövlət səviyyəsində Novruz bayramının 

keçirilməsinə müvəffəq oldu. Məqsədi Azərbaycan 

xalqının milli şüurunu oyatmaq idi. Həmin gün 

sanki bütün insanlar oyanmışdı, kim olduqlarını 

dərk etmişdilər. Qız qalasına doğru insanların axını 

dayanmırdı, hamının üzündə ürkək sevinc hissləri 

var idi. Şıxəli istəyinə nail olmuşdu, amma həyatı 

bahasına...

Düşünülmüş şəkildə tərtib olunmuş Novruz bay-

ramı  şənlikləri Azərbaycanın bütün bölgələrində, 

xüsusən Bakı  şəhərində ümumxalq şənliyi 

səviyyəsinə qaldırıldı. Möhtəşəm Qız qalasının 

ətrafı Novruz bayramının qeydolunma mərkəzinə 

çevrildi. Axın-axın insanların toplaşdığı  Qız qa-

lası qarşısında xalq oyun-tamaşaları böyük rəğbət 

hissi ilə qarşılandı. Həmin ilin Novruz bayramına 

Azərbaycan mətbuatı da xüsusi səhifələr ayırdı. O 

vaxt yeganə olan Azərbaycan Dövlət Televiziyası 

və Radiosu verlişlərini bilavasitə Novruz bayramı-

na həsr etdi. Vertolyotlardan “Yaz - Novruz bayra-

mınız mübarək!” yazılmış vərəqələr Bakının küçə-

meydanlarına səpələndi. Ağpaltarlı Bahar qızı 

(aktrisa Səfurə İbrahimova) keçdiyi yerlərdə hamı 

tərəfindən gül-çiçəklə qarşılandı. Dənizkənarı bul-

varda,  şəhər meydanlarında bayram yarmarkaları 

təşkil olundu. Bakı əhalisi Şıx çimərliyində Novruz 

bayramı - ağacəkmə bayramı iməciliyi keçirdi.

Azərbaycana Şıxəli Qurbanovun adına Novruz 

bayramının belə təntənəli keçirilməsi münasibətilə 

Özbəkistandan, Qırğızıstandan, hətta  İraqdan 

təbrik teleqramları  gəlmişdi. Təbii olaraq sonra-

kı illərdə sovet rejimi Novruz bayramının, eləcə 

də digər xalq ayin-mərasimlərinin qarşısına öz 

keçilməz sipərini çəkdi. Bununla belə,  Şıxəli 

Qurbanovun təşəbbüsü, cəsarəti ilə 1967-ci ildə 

böyük təntənə ilə qeyd olunmuş Novruz bayramı 

ürəklərdə kövrək iz qoydu.

Şıxəli Qurbanovun bu ümumxalq tədbirinin 

keçirilməsi üçün göstərdiyi şücaət yaddaşlara ya-

zılıb.


Ə d ə b i y y a t

Tahirqızı, Ü. Şıxəli Qurbanovun pasport aldığı Novruz... Moskvaya 

donos yazaraq Şıxəli Qurbanovu millətçilikdə, dini bayrama milli 

don geydirməkdə günahlandırmışdılar /Ü.Tahirqızı //Xalq cəbhəsi.- 

2014.- 20 mart.- S.13.

Uğur. 1967-ci ilin Novruz bayramı... Şıxəli Qurbanovun bu 

ümumxalq tədbirinin keçirilməsi üçün göstərdiyi şücaət yaddaşlara 

yazılıb /Uğur //Xalq cəbhəsi.- 2013.- 20 mart.- S.13.

http://www.anl.az/down/meqale/xalqcebhesi/2014/mart/358918.htm

50 

illiyi


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə