Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə21/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   17   18   19   20   21   22   23   24   ...   200

45

FEVRAL

22

Milli ədəbiyyat

65

illiyi

Akif Əli 

1952 

Akif  Əli oğlu  Əli (Akif Əli) 1952-ci 

il fevral ayının 22-də  Şuşa  şəhərində, 

hüquqşünas ailəsində anadan olmuşdur. 

Orta məktəbi Bakıda bitirmişdir. 1974-

cü ildə M.F.Axundov adına Azərbaycan 

Dövlət Pedaqoji Rus dili və  Ədəbiyyatı 

İnstitutunda (indiki Bakı Slavyan Uni-

versiteti) ali təhsilini başa vurmuşdur. 

1978-1987-ci illərdə Azərbaycan 

Dövlət Televiziya və Radio Verilişləri 

Komitəsində radionun Satira və yumor 

şöbəsində kiçik redaktor, redaktor və şöbə 

müdiri, televiziyanın isə  Gənclər üçün 

proqramlar Baş redaksiyasının Baş redak-

toru vəzifələrində çalışmışdır. Çoxlu say-

da elmi və bədii-publisistik məqalələrin, 

kino-tele-radio ssenarilərinin, kitabların, 

“Mozalan” kino-süjetlərinin və  tərcümə 

əsərlərinin müəllifidir.

1989-cu ildə Bakı Ali Partiya 

Məktəbinin  əyani kursunu bitirmişdir. 

1990-cı ildə “Vətən səsi” qəzetinin ya-

radılmasında iştirak etmiş, 1991-1993-

cü illərdə  həmin qəzetin baş redaktoru 

vəzifəsində çalışmışdır. Elmi-pedaqoji 

fəaliyyətlə  məşğul olmuş, Bakı Sosial 

İdarəetmə  və Politologiya İnstitutunda 

(indiki Dövlət  İdarəçilik Akademiyası) 

baş müəllim, dosent, Mədəniyyətşünaslıq 

kafedrasının müdiri (1992-1994) 

işləmişdir. 1988-ci ildə filologiya elmləri 

üzrə  fəlsəfə doktoru elmi dərəcəsini al-

mış, 2000-ci ildə dosent elmi rütbəsinə 

yiyələnmişdir.

1974-1978-ci illərdə “Azərbaycan 

film”, “Tacikfilm”, “Lenfilm” kinostu-

diyalarında  filmlərə  çəkilmişdir. “Uzun 

müharibədə qısa görüşlər” (“Tacikfilm”) 

filmində Rüstəm, “Tütək səsi”  filmində 

Tapdıq, “Arxadan vurulan zərbə” filmində 

(“Azərbaycanfilm”) Fazil və başqa ob-

razları yaratmışdır. 

Akif  Əli məhsuldar  ədəbi fəaliyyət 

göstərmiş - “Gözəlliyin qədrini bilək” 

(1984), “Azərbaycanın müasir kinoakt-

yorları” (1984), “Unudulmaz yollar” 

(1985), “Məhəbbət təranələri” (1989), 

“Qaragöz oyunu” (1999), “M.Ə.Sabirin 

satira sənətkarlığı” (1999, 2012), 

“Öncə – vətəndir” (2003), “Böyük öm-

rün anları” (2004), “İdrak” (2007), 

“Vətən mücadiləsi” (2011), “Azman” 

(2013) kitabları çap olunmuşdur. Bun-

lardan başqa A.Qessenin “Olmuşlar, 

düşüncələr”, V.Mayakovskinin “Tax-

tabiti”, M.Zoşşenkonun “Nəhs günü”, 

J.B.Molyerin “Meşşanın zadəganlığı”, 

A.Soljenitsinin “Matryonanın ocağı”, A. 

Çexovun “Hekayələr”, Qrimm qardaşla-

rının “Bremen musiqiçiləri”, M.Takaxasi 

“Kəpənək mövsümü”, M.Qelprin “Şam 

yanırdı” və s. əsərləri tərcümə etmişdir. 

“Qızıl qələm” mükafatı laureatı, 

“Məmməd Araz” (“Kaspi” qəzeti) və 

“Dəfnə” (Azərbaycan Tərcümə Mərkəzi) 

ədəbi müsabiqələrinin qalibidir. 2013-

cü ildə “Dövlət qulluğunda fərqlənməyə 

görə” medalı ilə  təltif edilmiş, 2015-ci 

ildə  “Əməkdar jurnalist” fəxri adına la-

yiq görülmüşdür.

1994-cü ildən Nazirlər Kabinetinin 

Mətbuat xidmətinin rəhbəri vəzifəsində 

çalışır. II dərəcəli Dövlət müşaviridir.

AzTv-nin “Mədəniyyət” kanalında 

“Zaman və məkan”, İTV-də isə “Vətənin 

səsi” televiziya proqramlarının müəllifi 

və aparıcısıdır.



Ə d ə b i y y a t 

Böyük ömrün anla-

rı: Mustafa Kamal 

Atatürkün və Heydər 

Əliyevin şərəfli ömür 

yolundan bəhs edən 

fəlsəfi-publisistik 

foto-illüstrativ esse               

/Akif Əli.- Bakı: Təhsil, 

2004.- 220 s.

Mirzə Ələkbər Sabirin 

satira sənətkarlığı         

/Akif Əli; Azərb. Resp. 

Mədəniyyət və Turizm 

Nazirliyi.- Bakı: Təhsil, 

2012.- 253, [3] s. 

“Açıq kitabxana” və ya 

oxunan və oxunmayan 

kitablar /Akif Əli //İki 

sahil.-2016.- 20 iyul.- 

S.14.

Odlar Yurdunun 

mədəniyyəti: Publisistik 

düşüncələr /Akif Əli      

//İki sahil.-2016.- 28 

sentyabr.- S.22.

İ n t e r n e t d ə

www.akifali.com

https://az.wikipedia.

org/wiki/Akif_Əli

news.lent.az/

news/110002

Yazıçı-publisist


46

105 

illiyi

Ə d ə b i y y a t

Daşdəmirli, Ə. 

Azərbaycan Memarlıq və 

İnşaat Universitetində 

professor Ənvər 

Qasımzadənin 100 

illik yubileyinə həsr 

olunmuş konfrans 

keçirilib  /Ə.Daşdəmirli                

//Azərbaycan müəllimi.- 

2012.- 20 aprel.- S.2.

Ələsgərov, A. Milli me-

marlığımızın görkəmli 

nümayəndəsi /Abbas 

Ələsgərov //Xalq qəzeti.- 

2012.- 12 fevral.- S.8.

Дадашев. Усейнов 

/Э.А.Касим-заде, 

Ю.С.Яралов; [ред. 

А.З.Гимпельсон; 

худож. И.И.Фомина].-

[Москва]: Гос. 

изд-во лит. по 

строительству и 

архитектуре, 1951.- 

129, [3] с., [2] л. 

Мастера советской 

архитектуры.

Касимзаде 

Энвер Али оглы                                 

//Большая советская 

энциклопедия.- М., 

1973.- Т.XI.- С.496.

İ n t e r n e t d ə

www.anl.az/down/me-

qale/az_muellimi/2012/

aprel/246794.htm

Ənvər Əli oğlu Qasımzadə 1912-ci il 

fevral ayının 12-də Bakı quberniyasının 

Salyan  şəhərində anadan olmuşdur.  İlk 

təhsilini Bakı Müəllimlər Seminariyası-

nın nümunəvi məktəbində almış, 1930-

cu ilin dekabrında N.Nərimanov  adına 

Azərbaycan Sənaye Texnikumunun in-

şaat  şöbəsini bitirmiş  və M.Əzizbəyov 

adına Azərbaycan Sənaye  İnstitutuna 

göndərilmişdir. 1936-cı ildə burada ali 

təhsilini bitirmiş  və mühəndis-memar 

ixtisasına yiyələnmişdir. 

1934-cü ildən əmək fəaliyyətinə baş-

lamış, “Azəridövlətlayihə” təşkilatında 

çalışmışdır. Həmin dövrdə  həmçinin 

Bakı  İnşaat Texnikumunda dərs demiş-

dir. 1941-ci ildə Azərbaycan SSR Kom-

munal Təsərrüfatı Xalq Komissarlığı ya-

nında Mənzil Kommunal Baş İdarəsinin 

rəisi və eyni zamanda, Bakı İnşaat Tex-

nikumunun direktoru vəzifələrinə  təyin 

edilmişdir. 

1946-cı ilin iyununda Azərbaycan 

hökümətinin müraciəti  əsasında hərbi 

xidmətdən geri çağırılmışdır. 1947-ci 

ildən Azərbaycan SSR Nazirlər Sove-

tinin Memarlıq  İşləri üzrə  İdarəsinin 

rəisi, 1951-1953-cü illərdə Bakı  Şəhər 

Soveti İcraiyyə Komitəsi sədrinin I mü-

avini, 1953-1955-ci illərdə Tikinti nazi-

ri, 1955-1957-ci illərdə Dövlət Tikinti 

Komitəsinin sədri, 1957-1959-cu illərdə 

nazir - Dövlət Plan Komitəsi sədrinin I 

müavini vəzifələrində çalışmışdır. O ça-

lışırdı ki, müasir Azərbaycan memarlı-

ğında  toplanmış tarixi irsimiz, milli ça-

larlarımız, ornamentlərimiz geniş  tətbiq 

olunsun, özünəməxsusluğunu itirməsin. 

Ə.Qasımzadə 1959-cu  ildə  

Azərbaycan Memarlar İttifaqına rəhbərlik 

etmiş, 1962-ci ildə Azərbaycan Politex-

nik İnstitutuna rektor təyin olunmuşdur. 

Onun rektorluğu dövründə Azərbaycan 

Politexnik İnstitutunun Gəncə şəhərində 

filialı açılmış, avtomatika, sintetik mate-

rialların texnologiyası, metallurgiya və 

poliqrafiya fakültələri təşkil edilmişdir. 

Ənvər Qasımzadə 1964-cü ildə me-

marlıq doktoru elmi adını almış, 1966-cı 

ildə professor, 1968-ci ildə Azərbaycan 

Elmlər Akademiyasının müxbir üzvü se-

çilmişdir. Onun layihələri əsasında Bakı-

da, Gəncədə, Daşkəsəndə, Xankəndində 

onlarca yaşayış evi və ictimai binalar 

ucaldılmışdır. 

Bunlardan Bakının Azərbaycan 

prospektindəki (keçmiş Hüsü Hacıyev 

küçəsi), İnşaatçılar prospektindəki, keç-

miş  Şimali Sovet meydanındakı, Ağa 

Nemətulla küçəsindəki evləri, hazırda 

Gömrük Komitəsi və Maliyyə Nazir-

liyinin inzibatı binalarını, Bakıxanov 

küçəsindəki Azərbaycan Tibb Univer-

sitetinin  əsas korpuslarını, metronun 

“Ulduz” stansiyasını  və başqalarını 

yada salmaq kifayətdir.  Ənvər müəllim 

60-dan çox elmi məqalənin və 7 mo-

noqrafiyanın müəllifidir. Dəfələrlə Bakı 

Şəhər Sovetinə və Azərbaycan SSR Ali 

Sovetinə deputat, Azərbaycan Kommu-

nist Partiyasının Bakı Şəhər Komitəsinə 

və Azərbaycan KP Mərkəzi Komitəsinə 

üzv seçilmişdir. 

“Qırmızı Bayraq”, “Qırmızı Ulduz”, I 

və II dərəcəli “Böyük Vətən müharibəsi” 

ordenləri ilə  və altı medalla təltif edil-

mişdir. “Əməkdar inşaatçı” fəxri adına 

layiq görülmüşdür.

Ə.Qasımzadə 1969-cu il mart ayı-

nın 12-də, 57 yaşında vəfat etmiş  və 

Fəxri Xiyabanda dəfn edilmişdir. Bakı 

şəhərində və Salyandakı küçələrdən biri 

onun adını daşıyır.



Ənvər Qasımzadə

1912-1969  

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

Memar

FEVRAL

12


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə