Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə22/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   18   19   20   21   22   23   24   25   ...   200

47

Musiqi.Opera.Balet

65 

illiyi

Eldar Mansurov 

1952

FEVRAL

Eldar Bəhram oğlu Mansurov 1952-ci 

il fevral ayının 28-də Bakıda, İçərişəhərdə 

məşhur tarzən Bəhram Mansurovun 

ailəsində anadan olmuşdur. 

1968-1972-ci illərdə Asəf Zeynallı 

adına orta ixtisas musiqi məktəbinin for-

tepiano sinfində, 1974-1979-cu illərdə 

Üzeyir Hacıbəyov adına Azərbaycan 

Dövlət Konservatoriyasının bəstəkarlıq 

fakültəsində professor Cövdət Hacıye-

vin sinfində təhsil almışdır. 

Kiçik fortepiano prelüdiyaları ilə 

yaradıcılığa başlayan Eldar Mansurov 

çoxjanrlı  əsərlər: fortepiano pyesləri, 

xor üçün müxtəlif janrlı musiqilər, ins-

trumental  əsərlər, simfoniyalar, marş, 

kantatalar yazmağa başlamışdır. Bu janr 

müxtəlifliyi bəstəkarın inkişafına böyük 

zəmin yaratmışdır.

Muğam mövzusu bəstəkarın yaradı-

cılığında önəmli yer tutur. Atasının əziz 

xatirəsinə həsr etdiyi “Bəhramnamə”  sim-

foniya yaradıcılığında növbəti mərhələ 

oldu. Bir zamanlar Bəhram Mansurovun 

ifa etdiyi muğamlardan istifadə edərək, 

bəstəkar yeni janr-“sinforokmuğam” 

yaratdı. Bu yenilik tək ölkəmizdə deyil, 

həm də dünyanın bir çox ölkələrində 

musiqisevərləri heyran etdi.

Eldar Mansurov klassik janra da 

müraciət etmiş və bir çox əsərlər yarat-

mışdır. Belə ki, bəstəkar “Kleopatra”, 

“Olimp” rok-baletlərinin, “Yeddi gözəl” 

rok-operasının, 5 simfoniya, 2 simfonik 

poema, violin və orkestr üçün konsert, 

“Mahur-hindi” simfonik muğamının, 

kamera  instrumental və xor əsərlərinin, 

həmçinin xeyli sayda filmlərə  və te-

atr tamaşalarına yazılmış musiqilərin 

müəllifidir.

Bəstəkarın daha bir uğuru “Bayatılar” 

mahnısıdır. Onlarla ölkədə, onlarla ifaçı 

tərəfindən, müxtəlif dillərdə  səslənən 

bu mahnı ona dünya şöhrəti gətirmişdir. 

Yaradıcılığının əsas hissəsini təşkil edən 

mahnılar : “Halımı sorma”, “İstəmirəm”, 

“Oyna gözəl”, “Yarı məndə, yarı səndə”, 

“Ay yalançı”, “Karvan”, “Xan qızı”, 

“Uzaqlıq”, “Bu sevgi”, “Gecələr keçir”, 

“Mən aydan gəlmişəm”, “Sən harda-

san”, “Namə yaz göndər”, “Qara göz-

lüm” və yüzlərcə bu kimi əsərlər xalqı-

mız tərəfindən yüksək qiymətləndirilmiş 

və sevə-sevə dinlənilmişdir.

 19


81-ci ildən SSRİ və Azərbaycanın 

Bəstəkarlar, 1999-cu ildən Azərbaycan 

Kinematoqra

fçılar  İttifaqlarının üzvü-

dür. 

2007-2012-ci illərdə Azərbaycan 



Bəstəkarlar  İttifaqının  İdarə Heyətinin 

katibi vəzifəsində işləyib. 

Azərbaycan mədəniyyətinin inkişa-

fındakı xidmətlərinə görə 2005-ci ildə 

“Əməkdar incəsənət xadimi”, 2012-ci 

ildə “Xalq artisti” fəxri adlarına layiq 

görülmüşdür. Azərbaycan Respublikası 

Prezidentinin fərdi təqaüdçüsüdür. 

Eldar Mansurov həm də elmi 

fəaliyyətlə  məşğul olmuşdur. Bir 

tədqiqatşı kimi  muğamların tarixi ilə 

maraqlanmış, 1987-ci ildə  Səmərqənd 

şəhərində keçirilən Beynəlxalq Muğam 

simpoziumunda “Muğam adlarının ya-

ranma tarixi” adlı elmi məqaləsi ilə çıxış 

etmişdir. Sonralar bu yazıların bir çoxu 

müəllifin “Muğam düşüncələrim” adlı 

kitabında toplu şəklində çap olunmuş-

dur. 

Ə d ə b i y y a t 

Eldar Mansurov 60 

[Səsyazma]: CD albom 

/E.Mansurov.- Bakı: [s. 

n.], 2012.- 12 elektron 

opt. disk (CD) futlyarda: 

19 sm. + Qoşma sənəd 

(26 s., şəkilli; 17 x 12 

sm.)

Freskalar [Notlar]: 

kamera orkestri üçün 

/E.Mansurov.- Bakı: 

2004.-20 s.

Mansurov, M.S.                   

Xatirələr 

/M.S.Mansurov; tərt. 

ed. E.Mansurov; red. 

İ.Dadaşov.- Bakı: EQ, 

2005.- 139 s.

Sonatina [Notlar]: 

fortepiano üçün 

/E.Mansurov.- Bakı: 

Səda, 2003.- 19 s.

Bədəlov, N. Əgər tale 

gətirsə... /N.Bədəlov      

//El.- 2006.- № 45. - 

S.4-21.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/Eldar_Mansurov

Bəstəkar

28



48

Teatr. Kino

105  

illiyi

Məhərrəm Haşımov 

1912-1969 

FEVRAL

Məhərrəm Kazım oğlu Haşımov 

1912-ci il fevral ayının 2-də Bakıda ana-

dan olmuşdur.  

1936-cı ildə A.V.Lunaçarski adına 

Moskva Dövlət Teatr Sənəti İnstitutunu 

bitirmişdir. 1944-cü ilə qədər Azərbaycan 

Dövlət Gənc Tamaşaçılar Teatrında re-

jissor və baş rejissor işləmişdir. 1937-

ci ilin repressiyaları dövründə yaradı-

cılıqla məşğul olmaq min bir əzabla 

başa gəlirdi. O, bu teatrın səhnəsində 

Şillerin “Qaçaqlar”, Cəfər Cabbarlı-

nın “Aydın” kimi tamaşalarına quruluş 

vermişdir.  Əlbəttə, dövrün küləkləri 

onun da həyatından izsiz keçməmişdir. 

Müxtəlif təzyiqlərə, iradlara, hətta 

xəbərdarlıqlara tuş  gəlsə  də, öz həyat 

həqiqətinə, sənət prinsiplərinə sadiq çıx-

mışdır. 1948-ci ildən 1951-ci ilə  qədər 

Azərbaycan Dövlət Rus Dram Teatrın-

da baş rejissor və direktor vəzifələrində 

çalışmışdır. Məhərrəm Kazım oğlu Ha-

şımovun Azərbaycan Dövlət Rus Dram 

Teatrında rejissorluq fəaliyyətinin  əsas 

məğzində müasir fəlsəfi-realist teatr 

yaratmaq məqsədi dururdu. Əsas işləri 

“Döngədə ev” (Tur qardaşları. 1949), 

“Xəzər üzərində şəfəqlər” (İmran Qası-

mov. 1950), “Balıqçı oğlu” (Vilis Latsis. 

1953), “Dəniz cəsurları sevir” (İmran 

Qasımov və  Həsən Seyidbəyli. 1954), 

“Kino çəkilir...” (Edvard Radzinski. 

1966), “Teleqramla hekayət” (V.Osipov. 

1966), “Milyonçu qadın” (Bernard Şou. 

1966), “İntervensiya” (Lev Slavin. 

1967), “Ənənəvi toplanış” (Viktor Ro-

zov. 1968) tamaşalarına verdiyi quruluş-

lardır.

1951-1956-cı illərdə Azərbaycan 



Dövlət Opera və Balet Teatrında 

işləmişdir. 1956-cı ildən 1960-cı ilə kimi  

yenidən Rus Dram Teatrına göndərilərək  

kollektivin baş rejissorluğu ona tapşırıl-

mışdır. Bu vəzifədə coşğun həvəslə, cid-

di yaradıcılıq ehtirası ilə çalışmışdır.

1960-1965-ci illərdə “Azərbay-

canfilm” kinostudiyasında direktor 

işləmişdir. Həmin illər Məhərrəm Ha-

şımovun rəhbərliyi ilə istehsal olunan 

bədii  filmlər: “Koroğlu”, “Səhər”, “Bi-

zim küçə”, “Telefonçu qız”, “Əhməd 

haradadır?”, “Möcüzələr adası”, “Ro-

meo mənim qonşumdur”, “Sehrli xalat”, 

“Ulduz”, “Su ərizəsi”, “Arşın mal alan” 

(ikinci dəfə) və s. bu gün də tamaşaçıla-

rın  sevə-sevə izlədikləri filmlərdir.

1966-cı ildə Rus Dram Teatrına  

yenidən qayıdaraq kollektivə baş rejissor 

kimi rəhbərlik etmişdir. O, fasilələrlə 20 

ildən artıq işlədiyi bu mədəniyyət oca-

ğında direktor, baş rejissor kimi fəaliyyət 

göstərərək, sənətkarlıq məharətinin 

hərtərəfli diqqət çəkməsi, inkişaf etməsi 

üçün bir zaman qazandı. 

İmran Qasımovun “Xəzər üzərində 

şəfəqlər” pyesinə verdiyi quruluşa görə 

Məhərrəm Haşımov və tamaşanın bir 

qrup yaradıcı heyəti 1951-ci ildə SSRİ 

Dövlət mükafatına layiq görülmüşlər. 

1969-cu ildə isə “Damokl

 

qılıncı” (Na-



zim Hikmət), “Maskarad”, (Mixail Ler-

montov) və “Kino çəkilir...” (Edvard 

Radzinski) tamaşalarına verdiyi monu-

mental quruluşlara görə rejissor Mirzə 

Fətəli Axundzadə adına Respublika mü-

kafatına təqdim olunub.

Uzun illər Azərbaycan Dövlət Teatr 

İnstitutunda pedaqoji fəaliyyətlə məşğul 

olmuş, tələbələrə rejissor və aktyor 

sənətinin sirlərini öyrətmişdir.

Məhərrəm Haşımov 1969-cu ildə, 57 

yaşında vəfat etmişdir.



Ə d ə b i y y a t 

Ömrün səhifələri = 

Страницы жизни = Pa-

ges of Life /Azərbaycan 

Teatr Xadimləri 

İttifaqı; rus dilinə 

tərc. S.Məmmədzadə; 

ing. dilinə tərc. 

L.Məmmədova; tərt.: 

Ç.Ələsgərli, K.Cəfərzadə, 

A.Qafarova; mətnin 

müəl. Ç.Ələsgərli; red. 

K.Cəfərzadə.- Bakı: 

Elm və Təhsil, 2013.-79 

s. - Azərbaycan Respub-

likasının Xalq artisti 

Məhərrəm Haşımovun 

100 illiyinə həsr olunur. 

Xəlilzadə, F.  Xalqa və 

sənətə xidmət missiya-

sı: Məhərrəm Haşı-

mov - 100 /F.Xəlilzadə                     

//Azərbaycan.- 2012.- 3 

fevral.- S.7.

Rəhimli, İ. Məhərrəm 

Haşımov //Rəhimli İ. 

Azərbaycan teatr tarixi.- 

Bakı, 2005.- S.354.

Zeynalov, P. Əbədi 

sənət üçün /P.Zeynalov            

//Mədəni həyat.- 2012.- 

№ 2.- S.60-61.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/Məhərrəm_Haşımov

Rejissor

2


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə