Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə23/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   19   20   21   22   23   24   25   26   ...   200

49

49

Teatr. Kino

90 

illiyi

Lütfi Məmmədbəyli 

1927-2004           

FEVRAL

Lütfi  Şahbaz oğlu Məmmədbəyov 

(Məmmədbəyli) 1927-ci il fevral ayının 

6-da Ağdaş rayonunda anadan olmuşdur. 

1943-1947-ci illərdə Teatr Texniku-

munda təhsil almışdır. 1947-ci ildə ora-

nı bitirdikdən sonra bir müddət Musiqili 

Komediya Teatrında fəaliyyət göstərmiş, 

40-cı illərin sonunda teatr müvəqqəti 

olaraq bağlandığından Gənc Tamaşaçı-

lar Teatrının truppasına daxil olmuşdur. 

Burada çalışarkən Bakıda o vaxtkı 26-lar 

Mədəniyyət Sarayında dram dərnəyinə 

rəhbərlik etmişdir. 30 ildən sonra 1961-ci 

ildə Xalq Teatrı statusu alan bu dərnəkdə 

Azərbaycan aktyorlarının bir neçə nəslini 

yetirmişdir. 1961-1966-cı illərdə Mirza-

ğa  Əliyev adına  İncəsənət  İnstitutunun 

rejissorluq fakültəsində  təhsilini davam 

etdirmişdir. 

Lütfi  Məmmədbəyli 1961-ci ildə 

Azərbaycan Dövlət Akademik Milli 

Dram Teatrına dəvət olunmuş  və ömrü-

nün sonunadək burada çalışmışdır. Bu 

teatrın səhnəsində bir neçə tamaşanın qu-

ruluşçu rejissoru da olmuşdur. 

L.Məmmədbəylinin teatrla yanaşı, 

Azərbaycan televiziyasında və kino-

dakı  fəaliyyəti də  uğurlu olmuşdur. O, 

60-dan çox televiziya tamaşasının, o 

cümlədən “Göz həkimi”, “Yağışdan son-

ra”, “Səninlə  sənsiz”, “Yad qızı” kimi 

əsərlərin rejissoru olmuşdur. 

L.Məmmədbəylinin kinoda oyna-

dığı iri və kiçik rollar da yaddaqalan-

dır. Onun çəkildiyi “Bəxtiyar”, “Qız-

mar günəş altında”, “O olmasın, bu 

olsun”, “Səhər” kinofilmlərində yaratdı-

ğı obrazlar özünəməxsus yer tutur. Lütfi 

Məmmədbəyli respublikamızda televizi-

ya serialları çəkən ilk rejissordur. 1993-cü 

ildə tanınmış yazıçı Əlibala Hacızadənin 

“İtkin gəlin”  əsəri  əsasında 12 seriyalı 

filmə quruluş vermişdir. Bundan sonra 6 

seriyalı “Dodaqdan qəlbə” (1998), yenə 

də 6 seriyalı “Yağışdan sonra” (1998) se-

riallarını  çəkmiş, tamaşaçılarının ixtiya-

rına təqdim etmişdir.

O, Azərbaycan Dövlət Mədəniyyət və 

İncəsənət Universitetinin professoru kimi 

pedaqoji fəaliyyət göstərmişdir.

Lütfi  Məmmədbəyli 1953-1976-cı 

illərdə filmlərin Azərbaycan dilinə dubl-

yaj olunmasında bir aktyor kimi də çox 

məhsuldar iştirak etmişdir. Eyni zaman-

da, respublika teleradio yayımlarında 

kamera, mikrofon qarşısında mahir apa-

rıcılardan biri olmuşdur. Dövrün məşhur 

televiziya verilişləri - “Səhər” musiqili 

informasiya proqramı, “Teatr görüşləri”, 

“Sənətkar və zaman”, “Aktyorlar, rollar” 

məhz L.Məmmədbəylinin səyi, istedadı, 

aparıcılığı sayəsində illərlə ekran ömrü 

yaşamış, tamaşaçı alqışı, sevgisi qazan-

mışdır. 

Lütfi 


Məmmədbəylinin mil-

li mədəniyyətin inkişafı sahəsindəki 

xidmətləri yüksək qiymətləndirilmişdir. 

O, müxtəlif illərdə bir sıra mükafatlara 

(“Qızıl Dərviş” mükafatı) və 1991-ci ildə 

“Xalq artisti” fəxri adına layiq görülmüş, 

1997-ci ildə müstəqil Azərbaycanın ali 

mükafatı olan “Şöhrət” ordeni ilə  təltif 

edilmişdir.

Lütfi  Şahbaz oğlu Məmmədbəyli 

2004-cü il fevral ayının 1-də vəfat etmiş-

dir.


Ə d ə b i y y a t

Kazımzadə, A. 

Özünə əbədilik 

qazanmış sənətkar 

/A.Kazımzadə             

//Kaspi.- 2013.- 29 

iyun-1 iyul.- S.23.

Mükərrəmoğlu, M. 

Qayğıkeş insan, pe-

daqoq, görkəmli rejis-

sor /M.Mükərrəmoğlu 

//Xalq qəzeti.- 2012.- 

12 fevral.- S.5.

İ n t e r n e t d ə

www.anl.az/down/me-

qale/xalqqazeti/2012/

fevral/231115.htm

azertag.az/.../lutfi_

sahbaz_oglu_mam...

https://az.wikipedia.

org/wiki/Lütfi_

Məmmədbəyli

6

       Rejissor


50

Milli Qəhrəmanlar

65 

illiyi

Akif Əkbərov 

1952-1992

FEVRAL

Akif Abbas oğlu Əkbərov 1952-ci il 

fevral ayının 2-də Cəbrayıl rayonunun 

Balyand kəndində anadan olmuşdur. 

1969-cu ildə 1 saylı Beyləqan  şəhər 

orta məktəbini bitirmişdir.

1970-ci ildə ordu sıralarına çağırıl-

mış, 1972-ci ildə ordudan tərxis olun-

muşdur. 

1974-cü ildə Beyləqan rayon Da-

xili işlər  şöbəsində polis nəfəri kimi 

fəaliyyətinə başlamışdır. Sonuncu iş 

yeri polis şöbəsinin dövlət avtomo-

bil müfəttişliyi bölməsi olmuşdur. 

Akif  Əkbərov həmin bölmədə yol-

patrul xidməti müfəttişi vəzifəsində 

işləmişdir.

1991-ci il avqust ayının 5-də 

Beyləqan rayon Polis Şöbəsinin bir 

qrup  əməkdaşı  Kəlbəcər rayonu-

nun “Sarı yer” yaylağındakı mülki 

şəxslərin təhlükəsizliyini təmin etmək 

üçün ezam olunan polislərin arasında 

Akif  Əkbərov da olmuşdur. Erməni 

quldurları tez-tez yaylaqlara qəfil bas-

qınlar etdiyindən, polislərimiz hər za-

man sayıq olmağa çalışırdılar.

Avqust ayının 12-i ermənilər Cer-

muq şəhəri tərəfdən “Sarı yer” yayla-

ğına hücuma keçirlər.  Əhalini qoru-

maq üçün polis işçiləri döyüşə girirlər. 

Akif elə döyüş mövqeyi tutmuşdu ki, 

ermənilər başlarını qaldırmağa belə 

macal tapmırdılar. Təxminən 6 saat 

davam edən bu döyüşdə Akif Əkbərov 

xüsusilə  fərqlənmişdir. Düşmənin 

xeyli canlı qüvvəsi məhv edilsə  də 

qəfil düşmən gülləsi Akifdən də yan 

keçməmişdir. O, qəhrəmancasına həlak 

olmuşdur.

Azərbaycan Respublikası Preziden-

tinin 8 oktyabr 1992-ci il tarixli 264 

saylı Fərmanı ilə Əkbərov Akif Abbas 

oğlu ölümündən sonra “ Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adına layiq gö-

rülmüşdür.

Beyləqan rayonunda dəfn edilmiş-

dir. Orada büstü qoyulmuşdur.

Beyləqan rayonundakı küçələrdən 

biri onun adını daşıyır.



Ə d ə b i y y a t

Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Əkbərov Akif Abbas oğlu – yol keşik xidməti müfəttişi – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasın-

da, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin 

Fərmanı, 8 oktyabr 1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra).

Əkbərov Akif Abbas oğlu //Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.M.Həmidova.- 

Bakı, 2008.- S.53.

Əsgərov, V. Əkbərov Akif Abbas oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.73.

Seyidzadə, M. Əkbərov Akif Abbas oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.50.

https://az.wikipedia.org/wiki/Akif_Əkbərov

veten-ugrunda.az/.../220-kbrov-akf-abbas-olu...

2

Milli Qəhrəman


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə