Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə24/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   20   21   22   23   24   25   26   27   ...   200

51

Ə d ə b i y y a t

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Şamoyev Firuddin İsa oğlu – sıravi –Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 

təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 iyun 

1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 13.- S.25.- (Ölümündən sonra).

Əsgərov, V. Şamoyev Firudin İsa oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.268.

Seyidzadə, M. Şamoyev Firudin İsa oğlu  //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.211.

Şamoyev Firudin İsa oğlu  //Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.M.Həmidova.- 

Bakı, 2008.- S.193.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/wiki/Firudin_Şamoyev

www.e-qanun.az/framework/7468

www.muallim.edu.az/www.old/arxiv/.../

Milli Qəhrəmanlar

55 

illiyi

Firudin Şamoyev  

1962-1992 

FEVRAL

Firudin  İsa oğlu  Şamoyev 1962-ci 

il fevral ayının 7-də Qazax rayonunda 

anadan olmuşdur. Orta təhsilini doğ-

ma rayonunda almış, 1981-ci ildə hərbi 

xidmətə çağırılmışdır. 

1983-cü ildə ordudan tərxis olunaraq 

Qazax rayonuna qayıtmış və Təmir Ti-

kinti  İdarəsində çilingər işləməyə baş-

lamışdır. 

Firudin 1991-ci il iyul ayının 8-də 

könüllülərdən ibarət dəstəyə yazılmış, 

707 nömrəli hərbi hissədə minaatan 

bölüyünün  komandiri vəzifəsinə təyin 

olunmuşdur. Qazax rayonunun Bağa-

nıs Ayrım, Məzəm, Quşçu Ayrım və 

digər kəndlərinin erməni faşistlərindən 

müdafiəsi zamanı xüsusi qəhrəmanlıq 

nümayiş etdirmişdir. Öz qayğıkeş-

liyi, mehribanlığı  və  cəsarəti ilə 

komandirlərinin və cəbhə yoldaşlarının 

hörmət və məhəbbətini qazanmışdır.

F.Şamoyev 1992-ci il aprel ayının 

13-də Quşçu Ayrım kəndi  ətrafında 

gedən agır döyüşlərdə qəhrəmancasına 

həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidenti-

nin 7 iyun 1992-ci il tarixli 833 nömrəli 

Fərmanı ilə  Şamoyev Firudin İsa oğlu 

ölümündən sonra “Azərbaycanın Mil-

li Qəhrəmanı” fəxri adına layiq görül-

müşdür.


Qazax rayonundakı  Şəhidlər Xiya-

banında dəfn olunmuş, rayondakı orta 

məktəblərdən birinə  qəhrəmanın adı 

verilmişdir. 



7

Milli Qəhrəman


52

Ə d ə b i y y a t

Azərbaycan Respublikasının 

Müdafiə Nazirliyinin hərbi 

qulluqçularına “Azərbaycanın 

Milli Qəhrəmanı” adı verilməsi 

haqqında: [Hüseynov Rövşən 

Şəmil oğlu – sıravi – Azərbaycan 

Respublikasının suverenli-

yinin və ərazi bütövlüyünün 

qorunmasında, Vətənimizin 

torpaqlarının erməni işğalçı-

larından müdafiə edilməsində 

gedən döyüşlərdə qəhrəmanlıqla 

vuruşaraq göstərdiyi şəxsi igidlik 

və şücaətə, öz müqəddəs əsgəri 

və xidməti borcunu şərəflə yerinə 

yetirilməsində göstərdiyi misilsiz 

xidmətlərinə görə]: Azərbaycan 

Respublikası Prezidentinin 

Fərmanı, 16 sentyabr 1994-cü 

il //Azərbaycan.- 1994.- 21 sent-

yabr.- S.1.-(Ölümündən sonra).

Əsgərov, V. Hüseynov 

Rövşən Şəmil oğlu //Əsgərov 

V. Azərbaycanın Milli 

Qəhrəmanları.- Yenidən işlənmiş 

II nəşr.- Bakı, 2010.-S.124-125.

Hüseynov Rövşən Şəmil 

oğlu //Azərbaycanın Milli 

Qəhrəmanları: Biblioqrafiya         

/Azərb. Milli Kitab-sı; tərt. ed. 

H.Həmidova.- Bakı, 2008.- S.90.

Seyidzadə, M. Hüseynov Rövşən 

Şəmil oğlu //Seyidzadə M. 

Milli qəhrəmanlar zirvəsi.- Bakı, 

2010.- S.96.

http://veten-ugrunda.az/

milliqehremanlar/88-hseynov

-

rvn-ml-olu.html 

https://az.wikipedia.org/.../

Rövşən_Hüseynov_(...

Milli Qəhrəmanlar

50 

illiyi

Rövşən Hüseynov  

1967-1992 

FEVRAL

Rövşən  Şəmil oğlu Hüseynov 

1967-ci il fevral ayının 22-də Ağdam 

rayonunun Quzanlı  kəndində doğul-

muşdur. 1984-cü ildə burada orta 

məktəbi bitirdikdən sonra Ağdam ra-

yon Mədəniyyət Evində işləmişdir.

1985-ci ildə Bakı Dövlət Universi-

tetinin fızika fakültəsinə daxil olmuş, 

lakin ordu sıralarında hərbi xidmətə 

çağırılmışdır. 1985-1987-ci illərdə 

hərbi xidmətdə olmuş, qayıtdıqdan 

sonra təhsilini davam etdirmişdir.

Ölkəmizə erməni təcavüzkarlarının 

hücumu başlayanda, Rövşənin 

təşəbbüsü ilə 1992-ci ildə Bakı Dövlət 

Universitetinin iyirmi tələbəsi dövlət 

imtahanlarının başlanmasına üç ay 

qalmış, təhsillərini yarımçıq qoyaraq 

iki ay hərbi hazırlıq keçirlər. Son-

ra onlar ən qaynar döyüş nöqtəsinə 

- Goranboya yollanırlar. Tələbə ta-

qımı 703 saylı  hərbi hissəyə  təhkim 

olunmuşdu.  Ən ağır sınaq saatı Ho-

landağ yüksəkliyi uğrunda gedən 

döyüşlərdə olmuşdur. Holandağdan 

Ergəc, Mənəşli, Buzluq və Şaumyana 

(Ağcakənd) nəzarət etmək mümkün 

idi. Düşmənin 300-dən artıq  əsgər 

və zabiti müasir hərbi texnika ilə si-

lahlanaraq Holandağa hücuma keç-

mişdi. 1992-ci il aprel ayının 28-də 

ilk hücumun qarşısı  məharətlə alın-

mışdı. Tələbə taqımı qarşısındakı bu 

məğlubiyyətdən qəzəblənən düşmən 

dörd gündən sonra daha böyük 

qüvvə toplayaraq hücuma keçmişdi. 

Rövşənin taqımı düşmənin iki zirehli 

texnikasını və onlarla canlı qüvvəsini 

məhv etmişdi. Düşmənin Holandağı 

alıb Çaykəndə  çıxmaq planı alt-üst 

edilmişdi.

1992-ci il mayın 11-də gedən 

döyüşdə Mingəçevir bölüyünün 27 

döyüşçüsü mühasirəyə düşmüşdü. 

Briqada komandiri onları mühasirədən 

qurtarmaq üçün tələbə döyüşçülərə 

müraciət etmiş  və Mingəçevir bölü-

yünü mühasirədən çıxarartsalar da, 

özləri mühasirəyə düşmüşlər. Bu 

qeyri-bərabər döyüşdə  tələbələrdən 

ikisi həlak olmuş, bir neçəsi yaralan-

mışdı. Rövşən vəziyyəti ani olaraq 

qiymətləndirmiş və döyüş dostlarının 

əsir düşəcəyini görüb, atəş nöqtəsini 

öz üzərinə götürmüşdü. Onun pulem-

yotu düşmənin başına od ələyirdi. 

Cəsur komandirin əmrilə döyüş 

dostları mühasirədən çıxmış, özü isə 

qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Prezi-

dentinin 16 noyabr 1994-cü il tarix-

li 202 saylı  Fərmanı ilə Hüseynov 

Rövşən Şəmil oğluna ölümündən son-

ra “Azərbaycanın Milli Qəhrəmanı” 

fəxri adı verilmişdir.

Ağdam rayonunun Quzanlı 

kəndində  dəfn edilmiş, Bakı Dövlət 

Universitetində büstü qoyulmuşdur.

22

Milli Qəhrəman



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə