Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə25/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   21   22   23   24   25   26   27   28   ...   200

53

Ə d ə b i y y a t

“Azərbaycan Hava Yolları” Dövlət Konserninin əməkdaşlarına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Mahmudov 

Ərəstun İsfəndi oğlu – Mİ-8 vertolyotunun mexaniki – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, 

dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin 

Fərmanı, 25 noyabr 1992-ci il //Azərbaycan Respublikası Ali Sov Sovetinin Məlumatı.- 1992.- № 22.- S.68.-(Ölümündən sonra).

Əsgərov, V. Mahmudov Ərəstun İspəndi oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.-

S.128.

Mahmudov Ərəstun İspəndi oğlu //Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. 

H.M.Həmidova.- Bakı, 2008.- S.193.

Seyidzadə, M. Mahmudov Ərəstun İspəndi oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.135. 

http://www.milliqahramanlar.az/hero/130

https://az.wikipedia.org/.../Ərəstun_Mahmudov raufmardiyev.com/tag/ərəstun-mahmudov/ -

https://www.facebook.com/.../9999904566913... 

Milli Qəhrəmanlar

60 

illiyi

Ərəstun Mahmudov 

1957-1992 

FEVRAL

Ərəstun  İspəndi oğlu Mahmudov 

 

1957-ci il fevral ayının 23-də  İsmayıl-



lı rayonunun Pirəbilqasım kəndində 

doğulmuşdur. Ailəsi ilə birlikdə Bakı 

şəhərinə köçmüş, 1974-cü ildə Bakı-

nın Nizami rayonundakı 220 saylı orta 

məktəbi bitirmişdir. 1975-ci ildə Le-

ninqrad vilayətinin Vıborq  şəhərində 

yerləşən Mülki Aviasiya Məktəbinə da-

xil olmuşdur. 

1978-ci ildə  təhsilini başa vurub, 

Azərbaycan Hava Yollarının Zabrat Avi-

asiya  Şirkətində texnik-mexanik kimi 

AN-2 təyyarəsində  əmək fəaliyyətinə 

başlamışdır. O, idmanın ağır atletika 

növü ilə məşğul olurdu. Azərbaycanda, 

keçmiş SSRİ məkanında və eləcə də bir 

sıra xarici ölkələrdə keçirilən mötəbər 

yarışların iştirakçısı olmuş, müxtəlif 

mükafatlara layiq görülmüşdür.

1990-cı ildə Ukraynanın Kremen-

çuq  şəhərində ixtisasartırma kursuna 

göndərilmişdir. Kursu bitirdikdən  sonra   

Mİ-8 vertolyotunun bort-mexaniki təyin 

edilmişdir. Bir müddətdən sonra Dağlıq 

Qarabağ  və Ermənistanla həmsərhəd 

olan rayonlarda döyüş  əməliyyatı 

keçirən ekipajın tərkibinə daxil edilmiş-

dir.

Ərəstun Mİ-8 vertolyotunun heyəti 



ilə  dəfələrlə döyüş bölgələrinə ezam 

edilmiş, dinc əhalinin köçürülməsində, 

döyüş bölgələrinə  ərzaq və müəyyən 

ləvazimatın çatdırılmasında iştirak et-

mişdir. Cəbhə bölgələrinə son uçuşu 

28 yanvar 1992-ci ildə olur. Ağdam 

və  Şuşa marşrutu üzrə yerli əhalini 

daşıyarkən Mİ-8 vertolyotu erməni ya-

raqlıları tərəfindən raketlə vurulur. Bü-

tün heyətlə birlikdə Ərəstun Mahmudov 

da qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası Prezidenti-

nin 25 noyabr 1992-ci il tarixli 337 saylı 

Fərmanı ilə Mahmudov Ərəstun İspəndi 

oğluna ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər Xiyabanında 

dəfn edilmişdir.

Oxuduğu 220 saylı orta məktəb 

qəhrəmanın adını daşıyır. Yaşadığı bina-

nın önünə xatirə lövhəsi vurulmuşdur.

23

Milli Qəhrəman



54

Ə d ə b i y y a t

Azərbaycan Respublikası Da-

xili işlər orqanlarının bir qrup 

əməkdaşına “Azərbaycanın 

Milli Qəhrəmanı” adı verilməsi 

haqqında: [İsmalılov İnqılab 

Ələkbər oğlu – polis nəfəri – 

Azərbaycan Respublikasının 

suverenliyi və ərazi bütövlü-

yünün qorunmasında, dinc 

əhalinin təhlükəsizliyinin təmin 

edilməsində göstərdiyi şəxsi igid-

lik və şücaətə görə]: Azərbaycan 

Respublikası Prezidentinin 

Fərmanı, 8 oktyabr 1992-ci il     

//Azərbaycan.- 1992.- 9 oktyabr.- 

S.1-(Ölümündən sonra).

Əsgərov, V. İsmayılov İnqi-

lab Ələkbər oğlu /Əsgərov 

V. Azərbaycanın Milli 

Qəhrəmanları.- Yenidən işlənmiş 

II nəşr.- Bakı, 2010.- S.145-146.

İsmayılov İnqilab Ələkbər 

oğlu //Azərbaycanın Milli 

Qəhrəmanları: Biblioqrafiya       

/Azərbaycan Milli Kitabxanası; 

tərt. ed. H.M.Həmidova.- Bakı, 

2008.- S.108.

Seyidzadə, M. İsmayılov İnqilab 

Ələkbər oğlu //Seyidzadə M. 

Milli qəhrəmanlar zirvəsi.- Bakı, 

2010.- S.111.

https://az.wikipedia.org/wiki/

İnqilab_İsmayılov 

veten-ugrunda.az/.../110-

smayilov-nqlab-lkbr-... 

www.muallim.edu.az/www.old/

arxiv/.../

Milli Qəhrəmanlar

55 

illiyi

İnqilab İsmayılov  

1962-1992 

FEVRAL

İnqilab  Ələkbər oğlu  İsmayılov  

1962-ci il fevral ayının 24-də Qaraba-

ğın dilbər guşəsi olan Xocalıda ana-

dan olmuşdur. Orta məktəbi 1979-cu 

ildə bitirmişdir. 

1981-ci ildə ordu sıralarına çağı-

rılmış  və daxili qoşunlarda xidmətə 

başlamışdır. Hərbi xidmətdə oldu-

ğu vaxtda Xarkov şəhərində gizirlik 

məktəbini bitirmişdir. 

1984-cü ildə doğma Xocalıya qa-

yıdır və sovxozda traktorçu işləyir. 

1988-ci ildən başlayaraq Dağlıq Qara-

bağda vəziyyət gərginləşirdi. Erməni 

quldurları azərbaycanlılara qarşı 

tez-tez təxribatlar törədir, hər vəchlə 

onları yurd-yuvalarından sıxışdırıb 

çıxarmağa çalışırdılar. Gənclər gecə-

gündüz Xocalının keşiyini çəkirdilər. 

İnqilab da onların sırasında idi. O, 

1990-cı ildə Xocalı polis şöbəsində işə 

düzəlir. Bu vaxtlar hücumların ardı- 

arası  kəsilmirdi. Hər gün ermənilər 

şəhərə raket zərbəsi endirirdilər. 

Partlayışlar nəticəsində evlər dağılır, 

ailələr faciəli surətdə həlak olurdular. 

Vəziyyət get-gedə  gərginləşirdi. Xo-

calı hər tərəfdən mühasirəyə alınmış-

dı. Tezliklə buradan uşaqları, qadın-

ları  və qocaları  çıxarmaq lazım idi. 

İnqilab bu işdə camaata öz köməyini 

əsirgəmirdi. 

1992-ci il fevralın 25-dən 26-na 

keçən gecə Xocalıda erməni quldurla-

rı ilə Rusiyanın 366-cı motoatıcı alayı 

birləşərək tarixdə misli görünməmiş 

soyqırımı törətdilər.  İnqilab yol-

daşları ilə birlikdə vuruşa-vuruşa 

sağ qalmış camaatın bir hissəsini 

düşmən mühasirəsindən çıxara bildi. 

O,  əhalinin çoxunu Oğuz rayonunda 

yerləşdirib, yenidən cəbhə  xəttinə 

döndü. Fəaliyyətini isə Ağdam rayon 

Polis  Şöbəsinin post-patrul xidməti 

alayında davam etdirməli oldu. 

İ.İsmayılovun xidmət etdiyi post-

patrul alayı Daşbaşı yüksəkliyini 

göz bəbəyi kimi qoruyurdu. Erməni 

silahlı birləşmələri bu yüksəkliyi 

ələ keçirmək üçün dəfələrlə hücu-

ma keçir, lakin ağır itki verərək geri 

çəkilirdi.

Düşmən 1992-ci ilin 12 iyununda 

böyük qüvvə ilə Daşbaşı yüksəkliyinə 

yenidən hücum etdi. Cəsur döyüşçülər 

bu dəfə  də hücumun qarşısını 

məharətlə aldılar və düşmənin 6 pos-

tunu sıradan çıxardılar.  İnqilab bu 

döyüşdə  qələbəni öz qanıyla yazdı. 

Cəbhə dostları nə qədər cəhd etsələr 

də, onun cəsədini döyüş meydanın-

dan çıxara bilmədilər.

Azərbaycan Respublikası Prezi-

dentinin 8 oktyabr 1992-ci il tarixli 

264 saylı Fərmanı ilə İsmayılov İnqi-

lab  Ələkbər oğluna ölümündən son-

ra “Azərbaycanın Milli Qəhrəmanı” 

fəxri adı verilmişdir.

Bakının Xətai rayonundakı 

küçələrdən biri onun adını daşıyır. 

Həmin küçədə xatirə lövhəsi vuru-

lub.

24

Milli Qəhrəman



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə