Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə26/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   22   23   24   25   26   27   28   29   ...   200

55

Ə d ə b i y y a t

Azərbaycan Respublikasının 

bir qrup hərbi qulluqçusuna və 

polis işçilərinə “Azərbaycanın 

Milli Qəhrəmanı” adı verilməsi 

haqqında: [Hüseynov Elman 

Süleyman oğlu –mayor – 

Azərbaycan Respublikasının su-

verenliyi və ərazi bütövlüyünün 

qorunmasında, Vətənimizin tor-

paqlarının erməni işğalçıların-

dan müdafiə edilməsində gedən 

döyüşlərdə qəhrəmanlıqla vu-

ruşaraq göstərdiyi şəxsi igidlik 

və şücaətə, öz müqəddəs əsgəri 

və xidməti borcunu şərəflə 

yerinə yetirilməsindəki misilsiz 

xidmətlərinə görə]: Azərbaycan 

Respublikası Prezidentinin 

Fərmanı, 15 yanvar 1995-ci il 

//Azərbaycan.- 1995.- 17 yan-

var.- S.1.-(Ölümündən sonra).

Əsgərov, V. Hüseynov 

Elman Süleyman oğlu                          

//Əsgərov V. Azərbaycanın 

Milli Qəhrəmanları.- Yenidən 

işlənmiş II nəşr.- Bakı, 2010.-

S.120.

Hüseynov Elman Süleyman 

oğlu //Azərbaycanın Milli 

Qəhrəmanları: Biblioqrafi-

ya     /Azərb. Milli Kitabxanası; 

tərt. ed. H.M.Həmidova.- Bakı, 

2008.- S.86.

Seyidzadə, M. Hüseynov Elman 

Süleyman oğlu //Seyidzadə M. 

Milli qəhrəmanlar zirvəsi.-

Bakı, 2010.-S.92.

https://az.wikipedia.org/wiki/

Elman_Hüseynov 

arxiv.az/az/news.lent.az/146430

Milli Qəhrəmanlar

65 

illiyi

Elman Hüseynov  

1952-1993 

FEVRAL

Elman Süleyman oğlu Hüsey-

nov  1952-ci il fevral ayının 28-də 

Tərtər rayonunun Azadqaraqoyunlu 

kəndində anadan olmuşdur. 1958-

1968-ci illərdə Azadqaraqoyunlu kənd 

orta məktəbində  təhsil, 1968-1973-cü 

illərdə Azərbaycan Politexnik İnstitu-

tunda mühəndis ixtisası üzrə ali təhsil 

almışdır.

1973-1975-ci illərdə Gürcüstanın 

Axalkalaki  şəhərində leytenant, baş 

leytenant rütbəsində zabit kimi xidmət 

etmişdir. 

1980-1982-ci illərdə Bakı Ali Parti-

ya Məktəbində təhsil almışdır.

1982-1985-ci illərdə  Tərtər ra-

yon Xalq Nəzarəti Komitəsinin sədri, 

1985-1988-ci illərdə Tərtər rayon Xalq 

Deputatları İcraiyyə Komitəsi sədrinin 

müavini, rayon Partiya Komitəsində 

məsul vəzifələrdə çalışmışdır. Nazirlər 

Kabineti nəzdində Xalq Təsərüffatını 

İdarəetmə  İnstitutunu fərqlənmə dip-

lomu ilə bitirmişdir.

Dövlət idarəetmə orqanlarında mü-

hüm vəzifədə  işləməsinə baxmaya-

raq, Qarabağda baş verən hadilələrlə 

əlaqədar 1991-ci ildə könüllü olaraq 

Tərtərin müdafiəsi üçün tabor yara-

dılması ilə bağlı Müdafiə Nazirliyinə 

müraciət etmiş, 1991-ci ilin sentyabrın-

da Tərtər özünümüdafiə  qərərgahının 

rəisi təyin olunmuşdur. 

12 noyabr 1991-ci ildə Müdafiə Na-

zirinin müvafiq  əmri ilə  təşkilatçılığı 

ilə yaradılan Tərtər ərazi özünümüdafiə 

batalyonunun (813 saylı  əlahiddə 

hərbi hissənin) komandiri təyin olun-

muşdur. Qısa zaman ərzində  Tərtər 

rayonunun və ətraf sərhəd kəndlərinin 

müdafiəsi üzrə mühüm strateji postla-

rın yaradılmasını təşkil etmiş, sonralar 

Ağdərə rayonunun və  ətraf yaşayış 

məntəqələrinin düşməndən azad olun-

masında fəal iştirakı, şəxsi şücaəti və 

rəhbərliyi altında keçirilmiş döyüş 

əməliyyatları  nəticəsində düşmənin 

xeyli canlı qüvvəsi və texnikası məhv 

edilmişdir. Döyüşlərdə iki dəfə yara-

lanmışdır.

1993-cü il yanvarın 15-də  Vəng 

yüksəkliyi uğrunda gedən döyüşdə 

qəhrəmancasına şəhid olmuşdur. 1995-

ci il yanvar ayının 15-də Azər

baycan 


Respublikasının Prezidentinin 262 

saylı Fərmanı ilə mayor Hüseynov El-

man Süleyman oğlu ölümündən sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adına layiq görülmüşdür.

E.Hüseynov Tərtər rayonunun Qa-

raqoyunlu kəndində  dəfn edilmiş, 

Tərtər rayonundakı küçələrdən birinə 

onun adı verilmişdir. Tərtər şəhərində 

qəhrəmanın büstü ucaldılmışdır.



28

Milli Qəhrəman


56

75 

illiyi

Ə d ə b i y y a t

V.C.Axundovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 9 fevral 2012-ci il            

//Azərbaycan.- 2012.- 10 fevral.- S.1.

Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı /burax. məs. V.Axundov; tərt. ed. 

T.Əhmədov; Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi.-Bakı: [Nurlar], 2009.-183 s.

Axundov Vahid Cümşüd oğlu  //Azərbaycanda kim kimdir: ensiklopedik sorğu kitabı /T.Cahangir; red. Ə.Cəfərov; [ing. dilinə çevirən 

X.Hüseynova; dizayner R.Səttarov].- Bakı, 2010.- S.11.

İ n t e r n e t d ə

www.anl.az/down/meqale/azerbaycan/2012/fevral/232531.htm

www.president.az/.../vahid_akhundov?locale=a...

report.az/ru/персона/вахид-ахундов/

Vahid Cümşüd oğlu Axundov 1942-

ci il fevral ayının 9-da Bakı  şəhərində 

anadan olmuşdur. 

1964-cü ildə Azərbaycan Neft və 

Kimya  İnstitutunu (Azərbaycan Dövlət 

Neft və Sənaye Universiteti) bitirmişdir. 

Mühəndis-iqtisadçıdır. 

Vahid Axundov 1970-ci ildə iqtisad 

elmləri üzrə namizədlik, 1980-cı ildə 

doktorluq dissertasiyalarını müdafiə et-

miş, 1987-ci ildə professor elmi rütbəsini 

almışdır.

150 elmi əsərin müəllifidir.

1959-1960-cı illərdə Bakı Dəri Qalan-

tereya fabrikində çilingər, 1964-cü ildə 

Avtomobil Ehtiyatları zavodunda mü-

hasib, 1965-1966-cı illərdə Azərbaycan 

SSR Dövlət Plan Komitəsində iqtisadçı, 

1966-1970-ci illərdə Azərbaycan SSR 

Elmlər Akademiyasının  İqtisadiyyat 

İnstitutunda mühəndis-iqtisadçı, 1970-

1987-ci illərdə Azərbaycan SSR Dövlət 

Plan Komitəsinin Elmi Tədqiqat İqtisa-

diyyat İnstitutunda şöbə müdiri, 1976-cı  

ildən direktorun elmi işlər üzrə müavini, 

1981-ci ildən direktor işləmişdir.

1987-1991-ci illərdə Azərbaycan 

SSR Nazirlər Soveti yanında Xalq 

Təsərrüfatını  İdarəetmə  İnstitutunun  

elmi işlər üzrə prorektoru, 1991-ci 

ildən Azərbaycan Respublikasının  İq-

tisadi siyasət üzrə Dövlət müşaviri, 

1993-cü ildən Azərbaycan Respublikası 

Nazirlər Kabinetinin İqtisadi siyasət və 

beynəlxalq əməkdaşlıq üzrə Mərkəzinin 

direktoru – Baş nazirin baş iqtisadi mü-

şaviri


 

vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidenti-

nin 19 iyul 2005-ci il tarixli Sərəncamı 

ilə Azərbaycan Respublikasının İqtisadi 

siyasət məsələləri üzrə Dövlət müşaviri 

təyin edilmişdir.

2012-ci ildə Azərbaycan iqtisadiy-

yatının inkişafındakı xidmətlərinə görə 

Vahid Cümşüd oğlu Axundov “Şərəf” 

ordeni ilə təltif edilmişdir.

Vahid Axundov 

1942 

Siyasət.Hüquq.Hərbi iş

Dövlət müşaviri

FEVRAL

9



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə