Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.

səhifə27/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
1   ...   23   24   25   26   27   28   29   30   ...   200

57

285 

illiyi

Ə d ə b i y y a t

Bayramov, B.Corc 

Vaşinqton /B.Bayramov, 

R.İsmayılov.- [Bakı]: 

[Altun kitab MMC], 

[2015].- 15 s. 

Orucov, T. ABŞ: beşikdən 

zirvəyə gedən yol 

/T.X.Orucov.- Bakı: Adi-

loğlu, 2008.- C.I.- 526 s. 

ABŞ-ın ilk prezidenti: 

Corc Vaşinqton kim idi? 

(1789-1799) //Azadlıq.- 

2012.- 11-12 noyabr.- 

S.10.

Яковлев, Н.Н.  

Джордж Вашингтон: 

все о первом 

президенте США 

/Н.Н.Яковлев.- Москва: 

Эксмо : Алгоритм, 

2003.- 410, [6] с.

İ n t e r n e t d ə

www.anl.az/down/

meqale/azadliq/2012/

noyabr/276486.htm

Corc Vaşinqton 1732-ci il fevral ayı-

nın 22-də (bəzi mənbələrdə 11-də) Virci-

niyada, varlı plantator Avqustin Vaşinq-

tonun ailəsində anadan olmuşdur.  

1748-ci ildə Corc yerölçən kimi 

fəaliyyətə başlamışdır.

1752-ci ildə o, mayor rütbəsinə 

yüksəlmişdir. Çox keçmir ki, 22 yaşlı 

Corc polkovnik rütbəsində fransız-hindu 

müharibəsinə cəlb edilmiş, özünü baca-

rıqlı  hərbçi kimi göstərmişdir. 1759-cu 

ildə istefaya getmişdir.

C.Vaşinqtonun 1759-1775-ci illərdəki 

həyat və fəaliyyəti Amerika plantatorla-

rının hüquqlarının qorunması  uğrunda 

mübarizə ilə bağlı olub. Vəziyyətdən 

çıxış yolunu öz plantasiyalarında aqrar 

islahatlar aparmaqda görən Vaşinqton 

1763-cü ildən etibarən taxıl yetişdirməyə 

başlamışdır. Böyük dəyirman tikdirməklə 

60-cı illərin sonuna yaxın un ixracında 

uğurlar qazanmışdır. 

1763-cü ildə  İngiltərə  və Fransa 

arasında yeddi illik müharibə sonun-

cunun  Şimali Amerikadakı  əsas torpaq 

sahələrini itirməsi ilə başa çatmışdır.  

1773-cü ildə çay yüklənmiş bir neçə 

gəminin Boston limanında batırılması 

etirazların kulminasiyası olmuşdur. 10 

may 1775-ci ildə Filadelfiyada  İkinci 

Kontinental Konqresində Corc Vaşinq-

ton Şimali Amerika Hərbi qüvvələrinin 

Ali Baş Komandanı seçilmişdir.  

1776-cı il iyulun 4-də Filadelfiyada 

Konqres “İstiqlaliyyət bəyannaməsi” 

qəbul edilmişdir. Müharibə başa çat-

dıqdan sonra 1787-ci ilin mayında yeni 

kontitusiya hazırlanması üçün Konsti-

tusiya Konventi yaradılmışdır. Xüsusən 

A.Hamilton və C.Medisonun təkidi ilə 

Vaşinqton Konventə  sədr seçilmişdir. 

Yeni hazırlanmış konstitusiya özündə 

federal dövlət quruluşunu  əks etdirirdi. 

Uzun müzakirələrdən sonra Konstitusi-

ya qəbul edilmişdir. 

1789-cu il fevral ayının 4-də keçirilən 

prezident seçkilərində Corc Vaşinq-

ton ABŞ-ın ilk prezidenti seçilmişdir.   

Cəmiyyətdəki nüfuzuna baxmayaraq, o, 

ikinci dəfə prezident seçilmək istəmirdi. 

Maunt Vernona qayıdıb sakit həyat 

sürmək onun başlıca arzusu idi. Lakin 

nazirlər arasındakı hərc-mərclik onu çox 

narahat edirdi. 1792-ci il seçkilərində 

ikinci dəfə ABŞ-ın prezidenti seçilmiş-

dir.  

İstefaya çıxdığı 15 mart 1797-



ci il tarixindən sonra Maunt Vernon 

malikanəsində yaşamağa başlamışdır. 

Təsərrüfatla məşğul olan Vaşinqton 

gündəlik yazmışdır. Bu gündəlikdəki 

sonuncu qeyd 13 dekabr 1799-cu ildə 

edilmişdir. Corc Vaşinqton vəsiyyətna-

məsində ona məxsus olan bütün qulların 

azad edilməsini yazmışdır. O, Müstəqillik 

haqqında Bəyənnaməsinin prinsiplərini 

əsas tutaraq quldarlığı qəbul etmir, lakin 

quldarlığın tam şəkildə  ləğv edilməsini 

də o dövr üçün qeyri-mümkün hesab 

edirdi. Onun vəs

iyyəti Marta Vaşinqton 

tərəfindən həyata keçirilmişdir.

Corc Vaşinqton 

1732-1799

Siyasət.Hüquq.Hərbi iş

Siyasi və hərbi xadim

FEVRAL

22



58

100 

illiyi

Ə d ə b i y y a t

Bəşarət. Nəsillərə 

nümunə /Bəşarət            

//Gələrsən-görərsən.- 

2008.- № 3.- S.58-59. 

Həmidov Məmmədşərif 

//Azərbaycan Sovet 

Ensiklopediyası: 10 

cilddə.- Bakı, 1987.- 

Cild X.- S.196-197.

İ n t e r n e t d ə

www.anl.az/down/

meqale/azadliq/2012/

noyabr/276486.htm

Məmmədşərif Həbibulla oğlu 

Həmidov 1917-ci il fevral ayının 23-də 

Şəki şəhərində anadan olmuşdur. 

1929-cu ildə ibtidai məktəbi 

bitirdikdən sonra ailə  vəziyyətləri ağır 

olduğundan uşaq yaşlarından yer-

li ipəksarıma müəssisəsində  işləməyə 

məcbur olmuşdur. Eyni zamanda ipəkçi 

ixtisasına yiyələnmək məqsədilə texni-

ki peşə  məktəbində oxumuşdur. 1936-

cı ildə Moskvada Toxuculuq İnstitutuna 

daxil olmuşdur. Lakin səhhətinə görə bir 

ildən sonra təhsilini yarımçıq qoymaq 

məcburiyyətində qalmış, 1937-ci ildə 

Nuxaya qayıdıb,  əvvəlcə rayon kom-

somol, sonra isə partiya komitələrində 

işləmişdir. 1940-cı ildə o, ordu sırala-

rına səfərbər edilmişdir. Birinci Mosk-

va – proletar atıcı diviziyasının sıravi 

topoqraf-hesablayıcı  Məmmədşərif Fin-

landiya müharibəsinin ilk günlərində 

özünü igid bir döyüşçü kimi göstərmişdir. 

Böyük Vətən müharibəsində 1941-1945-

ci illərdə vzvod komandirinin köməkçisi, 

batalyon qərargahının rəisi, diviziya 

qərargah  əməliyyatının bölmə  rəisinin 

köməkçisi olmuşdur. 1942-ci ildə Mosk-

vanın müdafiəsində  iştirak etmişdir. 

1943-cü ildə batalyon qərargahına rəis 

təyin olunmuşdur. 1944-cü ilin iyulun-

dan 1945-ci ilin martına kimi Üçüncü 

Belarusiya cəbhəsində döyüşən atıcı di-

viziyalarından birinə başçılıq etmiş  və 

şərqi Prussiyanın Geniqsberqin (indiki 

Kalininqrad) alınmasında iştirak etmiş-

dir. 

1945-ci ildə Ali zabitlər məktəbini, 



1960-cı ildə Azərbaycan Dövlət Univer-

sitetinin tarix fakültəsini bitirmişdir. 

1941-1945-ci illər Böyük Vətən 

müharibəsi başa çatdıqdan sonra da 

M.Həmidov hərbi xidmətdən ayrılma-

mış, gənc döyüşçülərin təlim-tərbiyəsi 

ilə  məşğul olmuşdur. O, 1946-1949-cu 

illərdə Xaçmaz rayon Hərbi Komissarı, 

1949-1956-cı illərdə Azərbaycan SSR 

Hərbi Komisarlığında  şöbə  rəisi, 1956-

1960-cı illərdə Bakı şəhəri Hərbi Komis-

sarı, 1960-1969-cu illərdə Azərbaycan 

Hərbi Komissarı vəzifələrində çalışmış-

dır. 1962-ci ildə Sovet hərbi xadimi adı-

na, general mayor rütbəsinə layiq görül-

müşdür. 2-ci dərəcəli Vətən müharibəsi 

ordeni, 2 Qırmızı Ulduz ordeni və me-

dallarla təltif edilmişdir. 

1969-cu il fevral ayının 12-dən 14-

dək Gəncə  şəhərində ezamiyyətdə ol-

muş, fevralın 14-də geri qayıdarkən 

minik avtomaşınının qəzaya uğraması 

nəticəsində M.Həmidov həlak olmuşdur. 

Bakı  şəhərində, Fəxri Xiyabanda dəfn 

edilmişdir. 

Anadan olduğu evə xatirə lövhəsi vu-

rulmuş, 1969-cu ildə  Şəki  Şəhər Soveti 

İcraiyyə Komitəsinin qərarı ilə “Texnik” 

küçəsi Məmmədşərif Həmidov küçəsi 

adlandırılmış, o vaxtki Toxuculuq tex-

nikumuna isə general M.Həmidovun 

adının verilməsi haqqında  əlaqədar 

təşkilatlar qarşısında məsələ qaldırıl-

mışdır. Həmçinin, 1990-cı ildə rayon-

da fəaliyyət göstərən kənd təsərrüfatı 

müəssisələrindən birinə general 

M.Həmidovun adı verilmişdir.

Məmmədşərif Həmidov 

1917-1969 

Siyasət.Hüquq.Hərbi iş

İctimai xadim

FEVRAL

23





Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   200


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə