Teqvim-2017. pdf


Mədəniyyət.Maarif.Təhsil 85



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə29/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   25   26   27   28   29   30   31   32   ...   200

61

Mədəniyyət.Maarif.Təhsil

85 

illiyi

Аğаmusа Ахundоv 

1932-2015 

FEVRAL

Ağamusa Ağası  oğlu Axundov 

1932-ci il fevral ayının 2-də Kürdəmir 

şəhərində anadan olmuşdur. Orta 

məktəbi bitirdikdən sonra 1950-1955-

ci illərdə Azərbaycan Dövlət Universi-

tetinin filologiya fakültəsində ali təhsil 

almış, 1955-1958-ci illərdə isə univer-

sitetin aspiranturasında təhsilini davam 

etdirmişdir.

Əmək fəaliyyətinə 1958-ci ildən 

etibarən Azərbaycan Dövlət Univer-

sitetinin  filologiya fakültəsində başla-

yan Ağamusa Axundov 1990-cı ilədək 

müəllim, baş müəllim, dosent, profes-

sor, kafedra müdiri və dekan vəzifələrini 

tutmuşdur. Universitetdə çalışmaqla ya-

naşı o, 1959-1965-ci illərdə Azərbaycan 

Dövlət Dillər  İnstitutunda ikinci ali 

təhsil almışdır.

Ağamusa Axundov 1990-cı ildən 

2011-ci ilədək Azərbaycan Milli Elmlər 

Akademiyası  Nəsimi adına Dilçilik 

İnstitutunun direktoru və eyni zaman-

da 2001-2011-ci illərdə Azərbaycan 

Milli Elmlər Akademiyasının Huma-

nitar və  İctimai Elmlər Bölməsinin 

akademik-katibi işləmişdir. O, 2011-ci 

ildən ömrünün sonunadək Azərbaycan 

Milli Elmlər Akademiyasının müşaviri 

olmuşdur.

Ağamusa Axundov 1958-ci ildə filo-

logiya elmləri üzrə namizədlik, 1964-

cü ildə doktorluq dissertasiyalarını 

müdafiə etmiş, 1967-ci ildə professor 

elmi rütbəsini almışdır. 2001-ci ildə 

Azərbaycan Milli Elmlər Akademi-

yasının müxbir üzvü, 2007-ci ildə isə 

həqiqi üzvü seçilmişdir. 1981-ci ildən 

Azərbaycan Yazıçılar Birliyinin üzvü-

dür. 

Türk dillərinin səs quruluşu və 



təbiətindən irəli gələn bəzi səciyyəvi 

qanunauyğunluqların üzə  çıxarılma-

sı  Ağamusa Axundovun əsas elmi 

nailiyyətləri sırasındadır. Onun iyirmi 

ildən artıq baş redaktor olduğu dövrdə 

beynəlxalq “Türkologiya” jurnalı öz 

nüfuzunu daha da artırmışdır.

Ağamusa Axundov bu illər 

ərzində Bakı Dövlət Universitetində 

yüksəkixtisaslı kadrların hazırlanması-

na böyük qüvvə  sərf etmişdir. Alimin 

yetirmələri bu gün ölkənin elmi-mədəni 

həyatında uğurla çalışırlar.

Ağamusa Axundovun çoxillik axta-

rışlarının nəticələri ölkədə və onun hü-

dudlarından kənarda 500-dən çox elmi 

əsərdə, 30-dan artıq kitabda, monoqrafi-

ya və dərsliklərdə əksini tapmışdır. Ali-

min rəhbərliyi ilə 40-dək fəlsəfə dok-

toru və elmlər doktoru hazırlanmışdır. 

İştirakçısı olduğu mötəbər beynəlxalq 

simpozium, konfrans və forumlarda 

konseptual xarakterli çıxışları ilə Ağa-

musa Axundov Azərbaycan elminə 

şöhrət qazandırmışdır. O, 1965-1966-cı 

illərdə Misirə ezam edilərək Qahirənin 

Eyn-Şəms Universitetində Azərbaycan 

dili və ədəbiyyatından mühazirələr oxu-

muşdur.

Akademik Ağamusa Axundovun 



Azərbaycan dilçiliyi sahəsində mühüm 

xidmətləri və  səmərəli elmi-pedaqoji 

fəaliyyəti yüksək qiymətləndirilmişdir. 

O, 1986-cı ildə “Azərbaycan dilinin fo-

netikası” əsərinə görə Dövlət Mükafatına 

layiq görülmüş, 1990-cı ildə “Əməkdar 

elm xadimi” fəxri adını almışdır. 2000-

ci ildə müstəqil Azərbaycan Respubli-

kasının ali mükafatlarından “Şöhrət” 

ordeni ilə təltif edilmişdir.

Ağamusa Ağası oğlu Axundov 2015-

ci il sentyabr ayının 5-də  vəfat etmiş, 

Bakıda II Fəxri Xiyabanda dəfn edil-

mişdir.


Ə d ə b i y y a t 

Azərbaycan dilinin 

izahlı lüğəti: bircild-

lik /A.Axundov; red. 

E.Abdullayeva.-Bakı: 

Elm, 2005.- 452 s.

Dil və ədəbiyyat: 2 cilddə 

/A.Axundov.-Bakı: [s. n.], 

2003.- C.I.-660 s.;C.II.- 

2003.- 438 s.

Ümumi dilçilik: Dilçi-

liyin tarixi, nəzəriyyəsi 

və metodları: ali məktəb 

tələbələri üçün dərslik 

/A.Axundov.- Bakı: Şərq-

Qərb, 2006.- 280 s.

Böyük insan, vətənpərvər 

alim və ictimai xadim: 

[akademik Cəlal Əliyev 

haqqında] /A.Axundov 

//Elm.- 2013.- 30 may.- 

S.10.

Ağamusa Ağası oğlu 

Axundov: biblioqrafik 

göstərici = Агамуса 

Агаси оглы Ахундов: 

библиографический 

указатель /AMEA 

Mərkəzi Elmi Kitabxana; 

tərt. Ə.Əfəndiyev; red. 

Z.Əliyeva.- Bakı: Elm, 

2002.- 160 s.

İ n t e r n e t d ə

http://www.anl.az/

down/meqale/elm/2013/

may/314027.htm

static.bsu.az/w8/

Folklorwunasliq/.../140-

143.pd...

Akademik

2


62

90 

illiyi

Cahangir Vahid oğlu Qəhrəmanov 

1927-ci il fevral ayının 10-da Qəbələ 

bölgəsində doğulmuşdur. 1945-ci ildə 

Bakı şəhəri 132 saylı orta məktəbi bitir-

mişdir. 1945-1950-ci illərdə ADU-nun 

(indiki BDU) şərqşünaslıq fakültəsində 

təhsil almışdır. 1951-1955-ci illərdə 

M.V.Lomonosov adına Moskva Dövlət 

Universitetinin aspirantı olmuşdur. 1955-

ci ildə “Azərbaycan ədəbi dilində fəlsəfə 

terminləri” mövzusunda namizədlik dis-

sertasiyası müdafiə etmişdir. 

1955-1960-cı illərdə M.F.Axundov 

adına Azərbaycan Pedaqoji Rus 

dili və  Ədəbiyyatı  İnstitutunda baş 

müəllim, dosent, 1960-1967-ci illərdə 

Azərbaycan Elmlər Akademiyası Res-

publika Əlyazmalar Fondunun baş elmi 

isçisi işləmişdir. 1962-1963-cü illərdə 

Daşkənd, Moskva və Bakıda mətnşünas 

və kataloqşünasların Ümumittifaq 

müşavirələrində  məruzələrlə  çıxış et-

mişdir. 1967-1972-ci illərdə Respublika 

Əlyazmalar Fondunun Yazılı abidələrin 

tədqiqi və nəşri şöbəsinin müdiri olmuş-

dur. 1969-cu ildə doktorluq dissertasiya-

sını müdafiə etmişdir. 1970-ci ildə SSRİ 

Ali Soveti Rəyasət Heyətinin Fər

manı 


ilə “Fədakar  əməyə görə” yubiley me-

dalı ilə  təltif edilmişdir. 1971-1972-ci 

illərdə Azərbaycan Elmlər Akademi-

yası Respublika Əlyazmalar Fondunun 

direktor müavini, 1972-1995-ci illərdə 

(1986-cı ildən  Əlyazmalar  İnstitutu) 

direktoru olmuşdur. 1974-cü ildə ona 

Ali Attestasiya Komissiyası  tərəfindən 

professor elmi rütbəsi verilmişdir. 

İmadəddin Nəsiminin əsərlərinin tənqidi 

mətnini hazırladığına gorə SSRİ Xalq 

Təsərrüfatı Nailiyyətləri Sərgisinin bü-

rünc medalını almışdır. 1975-1995-ci 

illərdə Azərbaycan Elmlər Akademiyası 

Şərqşünaslıq, Dilçilik, Ədəbiyyat ins-

titutlarında  filologiya elmləri namizədi 

və doktoru alimlik dərəcələri verən ixti-

saslaşdırılmış müdafiə şuralarının üzvü, 

Əlyazmalar  İnstitutunda mətnşünaslıq 

ixtisası üzrə mudafiə şurasının sədri, ila-

hiyyat elmləri namizədi alimlik dərəcəsi 

verən müdafiə şurasının üzvü olmuşdur. 

SSRİ Elmlər Akademiyasının 

“Памятники  письменности  Востока” 

seriyasından nəşrlərinin, “Cоветская 

тюркология” jurnalı, “Ədəbiyyat 

və incəsənət” qəzeti, “Архивы 

Aзербайджана” jurnalı  və Azərbaycan 

Elmlər Akademiyası  İctimai Elmlər 

uzrə Elmi İnformasiya Mərkəzinin re-

ferativ xarici ədəbiyyat məcmuəsi  fi-

lologiya və incəsənət seriyasının re-

daksiya heyətlərinin üzvü, Azərbaycan 

Elmlər Akademiyası  Əlyazmalar  İns-

titutu kataloqlarının, “Əlyazmalar 

xəzinəsində” elmi əsərlər toplusunun və 

“Keçmişimizdən gələn səslər” büllete-

ninin baş redaktoru olmuşdur. 

1982-ci ildə  Azərb

aycan SSR Ali 

Soveti Rəyasət Heyətinin Fərmanı ilə 

ona Azərbaycan SSR-in “Əməkdar elm 

xadimi” fəxri adı verilmişdir. “Sərəf ni-

şanı” ordeni, “Əmək veteranı” medalı 

ilə təltif olunmuşdur. 

Cahangir Qəhrəmanov 1995-ci il 

iyun ayının 26-da Bakı şəhərində vəfat 

etmişdir.



Cahangir Qəhrəmanov  

1927-1995 

Mədəniyyət.Maarif.Təhsil 

Ədəbiyyatşünas

FEVRAL

10

Ə d ə b i y y a t 

Azərbaycan tarix və 

mədəniyyət abidələrini 

mühafizə cəmiyyəti              

/mətnin müəl. və tərt. 

C.Qəhrəmanov.- Bakı: 

İşıq, 1991.-35 s.

Nəsimi divanının leksi-

kası /C.Qəhrəmanov; 

red.: C.Əfəndiyev, 

Ə.Xanbabayeva; 

AzSSR EA, Respublika 

Əlyazmaları Fondu.- Bakı: 

Elm, 1970.-564, [4] s.

Praktiki transfoneliterasi-

ya işləri /C.Qəhrəmanov;  

AMEA, M.Füzuli adına 

Əlyazmalar İn-tu.- Bakı: 

Nurlan, 2007.- 284 s.

Yusif Məddah. “Vərqa 

və Gülşah”: XIV əsr 

Azərbaycan yazılı abidəsi. 

Mətn və qrammatik 

oçerk /C.Qəhrəmanov, 

Z.T.Hacıyeva; AzSSR EA 

Əlyazmalar İn-tu.-Bakı: 

Elm, 1988.- 184 s.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/.../

Cahangir_Qəhrəman...

www.elyazmalarinstitutu.

com/.../cahangir_qahr...


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə