Teqvim-2017. pdf


Mədəniyyət.Maarif.Təhsil FEVRAL



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə30/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   26   27   28   29   30   31   32   33   ...   200

63

Mədəniyyət.Maarif.Təhsil

FEVRAL

Əmirxan Məhərrəm oğlu Xəlilov 

1937-ci il fevral ayının 23-də Gürcüs-

tan Respublikasının Marneuli (Sarvan) 

şəhərində anadan olmuşdur.

Orta məktəbi Marneuli (Sarvan) 

şəhərində bitirmiş, 1956-1961-ci illərdə 

BDU-da təhsil almışdır. 1965-ci ildə 

Nizami adına  Ədəbiyyat  İnstitutunun 

aspiranturasına daxil olmuş  və 1968-

ci ildə bitirmiş, elmi işçi vəzifəsində 

işləmişdir. 

1968-ci ildə “Cəfər Cabbarlının 

ədəbi-tənqidi görüşləri” mövzusunda 

namizədlik, 1987-ci ildə “Azərbaycan-

rus  ədəbi  əlaqələrinin inkişaf 

mərhələləri (1920-1980)” mövzusunda 

doktorluq dissertasiyalarını müdafiə et-

mişdir.

1971-ci ildən dosent, 1988-ci ildən 



etibarən professor elmi adlarını almış-

dır.


Ə.M.Xəlilov 1970-ci ildən Bakı 

Dövlət Universitetində pedaqoji 

fəaliyyətlə məşğuldur.  Moskva, Riqa, 

Daşkənd  şəhərlərində  və Beynəlxalq  

konfranslarda mühazirələrlə  çıxış et-

miş, Azərbaycan  ədəbiyyatının fəal 

təbliğatçılarından biri olmuşdur. 1975-

1976-cı illərdə bir neçə  dəfə Daşkənd 

Universitetində mühazirələr oxumuş-

dur.  


Uzun illərdir dünya və şərqi slavyan 

ədəbiyyatından mühazirələr oxuyan 

professor Əmirxan Xəlilov ali məktəb 

tələbələri üçün yazılmış “Rus sovet 

ədəbiyyatı tarixi” (1976), “XX əsr rus 

ədəbiyyatı tarixi” (1992) dərsliklərinin 

əsas müəlliflərindən biridir. Habelə 

“Aleksandr Blok” (1980), “Sergey 

Yesenin: Mərdəkanın payızı  və yazı” 

(1996) və s. kitabların, bir-birinin 

ardınca nəşr olunan “Günəşi içirik, 

günəşlənirik” (2001), “Məmməd Araz 

dühası” (2002), “Ə.Kürçaylı” (2003), 

“Olimpə gedən yolda” (2005) kitab-

monoqrafiyaların müəllifidir. 

Professor  Ə.Xəlilov universitetdə 

işlədiyi müddətdə 15 kitab və 200-dən 

çox elmi-ədəbi məqalə çap etdirmiş-

dir. 2011-

ci ildə onun yeni dərs vəsaiti 

“Dünya  ədəbiyyatı” (I cild, 450 səh.) 

tələbələrin istifadəsinə verilmişdir. 3 

elmlər namizədi yetişdirmişdir.

O, ədəbi fəaliyyətinə görə Məmməd 

Araz adına “İti qələm”, “Qızıl qələm” 

və “Məmməd Araz” mükafatlarını al-

mışdır. 

Əmirxan Xəlilov yüksəkixtisaslı 

kadrların hazırlanması sahəsində 

uzunmüddətli səmərəli elmi-pedaqoji 

fəaliyyətinə görə və anadan olmasının 

75 illiyi münasibətilə  Təhsil Nazirli-

yinin “Azərbaycan Respublikası qa-

baqcıl təhsil işçisi” döş nişanı ilə təltif 

edilmişdir. 

Ə d ə b i y y a t

Həyata müdrik baxış: 

şair-təbib - Mirəfsəl Təbib 

/Ə.M.Xəlilov.- Bakı: 

Mütərcim, 2009.- 208 s.

Dünya ədəbiyyatı: 

mühazirələr, ədəbi 

portretlər: dərs vəsaiti 

/Ə.M.Xəlilov; rəy. 

N.Q.Cəfərov [et al.]; elmi 

red. B.Ə.Nəbiyev.- Bakı: 

Araz, 2011.- C.I : Antik 

dövr.- 458 s.; C.II: İntibah 

dövrü və XVII-XVIII əsr 

dünya ədəbiyyatı.- 2013.-

536 s.; C.III: XIX əsr 

dünya ədəbiyyatı.- 2014.-

552 s.; C.IV.- 2012.- 566 

s.; C.V.-2012.- 616 s.; 

C.VI.- 2013.- 528 s.; 

C.VII.-2013.- 472 s.

 

İ n t e r n e t d ə

www.anl.az/down/

eqale/.../2013/.../300357.

ht...

23

80 

illiyi

Alim

Əmirxan  Xəlilov 

1937   



64

105 

illiyi

Ə d ə b i y y a t

Ədədlər nəzəriyyəsinin 

əsasları: dərslik 

/İ.İbrahimov; red. 

R.Sultanov.- Bakı: 

Azərnəşr, 1955.- 379 s. 

Riyazi analiz kursu: ali 

məktəblər üçün dərslik 

/İ.İbrahimov.- Bakı: Azər-

tədrisnəşr, 1962.- 869 s.

Riyaziyyata həsr olunmuş 

ömür /İ.İ.İbrahimov; tərt. 

ed. və red. S. İbrahimova; 

red. A. Məmmədov.-Bakı: 

Elm, 2002.- 328 s.

Sıralar nəzəriyyəsinin 

əsasları /İ.İ.İbrahimov; 

[red. R.Sultanov].- Bakı: 

Azərnəşr, 1957.- 501 s. 

İ.İ.İbrahimov: Biblioqrafi-

ya /

 

tərt. Ç.H.Əhmədova; 

red. Z.V.Mustafayeva; 

Azərbaycan SSR EA 

Mərkəzi Elmi Kitabxana.-

Bakı: Elm, 1984.-103 s.

Hacıyev, A. Dünya 

şöhrətli alim /A.Hacıyev 

//Respublika.-2012.- 28 

fevral.- S.10.

İ n t e r n e t d ə

azertag.az/.../AMEA_da_

akademik_Ibrahim_Ib..

mechmath.bsu.edu.az/.../

akademik_brahim_bi_...

https://ru.wikipedia.

org/wiki/Ибрагимов,_

Ибрагим_Ибишевич

İbrahim  İbiş  oğlu  İbrahimov 1912-

ci il fevral ayının 28-də Qaryagin 

qəzasının (indiki Füzuli rayonu) Qarğa-

bazar kəndində anadan olmuşdur. 

Orta təhsilini Gəncədə tamamlayan 

İ.İbrahimov Azərbaycan Pedaqoji İns-

titutunun  fizika-riyaziyyat fakültəsinə 

daxil olmuş, 1935-ci ildə institutu 

fərqlənmə diplomu ilə bitirmişdir. O, 

Azərbaycan Dövlət Universitetində as-

piranturaya daxil olmuş, sonradan isə 

M.Lomonosov adına Moskva Dövlət 

Universitetində  təhsilini davam etdir-

mişdir.

İ.İbrahimov 1939-cu ildə  məşhur 



sovet riyaziyyatçısı A.Qelfondun elmi 

rəhbərliyi ilə namizədlik, 1946-cı ildə 

isə doktorluq dissertasiyasını müdafiə 

etmişdir. Azərbaycanda ilk dəfə olaraq 

riyaziyyat sahəsində elmlər namizədi 

adını almış azərbaycanlı alimdir. 1968-

ci ildən Azərbaycan SSR EA-nın akade-

miki seçilmişdir.

İ.İ.İbrahimov analitik funksiya 

vasitəsilə düzələn bəzi sistemlərin 

tamlığını  tədqiq edərək riyazi analiz 

sahəsində klassik nəticələr  əldə etmiş-

dir. Elmi fəaliyyətini davam etdirən alim 

funksiyaların konstruktiv nəzəriyyəsi 

sahəsində görkəmli riyaziyyatçılar 

M.Keldış, S.Bernşteyn, S.Nikolski, 

A.Qelfond, M.Lavrentyev və başqala-

rı ilə yaxından  əlaqə saxlamış, onlarla 

birgə işləmişdir.

Akademik  İ.İ.İbrahimov 170-dən 

çox elmi əsərin, bir sıra monoqrafi-

ya və  dərsliklərin müəllifidir. Onun 

Azərbaycanın ali məktəblərində ali riya-

ziyyatın tədrisi və təşkili sahəsində böyük 

xidmətləri var. İ.İ.İbrahimovun 1955-ci 

ildə  “Ədədlər nəzəriyyəsinin  əsasları”, 

1957-ci ildə “Sıralar nəzəriyyəsinin 

əsasları” və 1962-ci ildə “Riyazi analiz 

kursu” dərslikləri çap edilmişdir. 1950-

1952-ci illərdə K.Rosse və  İ.Privalov 

tərəfindən ali məktəblər üçün yazılmış 

“Diferensial hesabı” və “İnteqral hesa-

bı” kimi iki hissədən ibarət olan kitabla-

rı Azərbaycan dilinə tərcümə etmişdir.

İ.İbrahimov Azərbaycan Elmlər 

Akademiyasının Riyaziyyat və Mexa-

nika İnstitutunun direktoru, Azərbaycan 

Riyaziyyat Cəmiyyətinin prezidenti ol-

muşdur.

Akademik  İ.İ.İbrahimov riyazi ana-



lizin müxtəlif sahələrində və riyaziyya-

tın tədrisi metodikası üzrə 40-dan çox 

elmlər namizədi və 4 nəfər elmlər dok-

toru hazırlamışdır.

Akademik İ.İ.İbrahimovun xidmətləri 

yüksək qiymətləndirilmiş, o, “Əməkdar 

elm xadimi” fəxri adına və Dövlət mü-

kafatına layiq görülmüşdür.

Görkəmli akademik İbrahim  İbrahi-

mov 1994-cü il noyabr ayının 6-da vəfat 

etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.

İbrahim İbrahimov  

1912-1994  

Riyaziyyat. Fizika. Astronomiya

Akademik

FEVRAL

28



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə