Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə31/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   27   28   29   30   31   32   33   34   ...   200

65

90 

illiyi

Ə d ə b i y y a t

Нефтяные и 

синтетические 

сульфонатные 

присадки к моторным 

маслам /К.И.Садыхов; 

ред. В.М.Фарзалиев.-

Баку: Элм, 2006.- 180 с.

Присадки к смазочным 

маслам: история 

науки /В.М.Фарзалиев, 

Н.Д.Исмайлова, 

М.Э.Мусаева; гл. ред. 

К.И.Садыхов.- Баку: 

Элм, 2009.- 230 с.

Fərzəliyev, V.  Aş-

qarlar kimyası 

sahəsində görkəmli 

alim /V.Fərzəliyev                   

//Azərbaycan.- 2012.- 4 

mart, № 52.- S.6. 

Seyidov, N. Neft kimyası 

və neft emalı sahəsində 

görkəmli alim  Akade-

mik Kamil Sadıxov - 85 

/N.Seyidov //Elm.-2012.- 

24 fevral.- S.26.

İ n t e r n e t d ə

https://ru.wikipedia.org/

wiki/Садыхов,_Камиль_

Исмаил_оглы

www.science.gov.az/

forms/deystvitelnyie.../65

www.anl.az/down/meqa-

le/.../mart/237445.htm

arxiv.az/az/azerbaijan-

news.az/2078640

Kamil İsmayıl oğlu Sadı

xov 1927-ci 

il fevral ayının 27-də Şimalı Qafqazda 

anadan olmuşdur. Azərbaycan Dövlət 

Universitetinin (indiki BDU) kimya 

fakültəsində təhsil almışdır. 

Əmək fəaliyyətinə 1948-ci ildə, 

V.Kuybışev adına AzETNİ-də başlamış, 

sonralar onun bazasında yaradılan Neft-

Kimya Prosesləri  İnstitutunda (NKPİ) 

və 1965-ci ildən Aşqarlar Kimyası İns-

titutunda (AKİ) çalışmışdır.

K.Sadıxov 1956-cı ildə namizədlik, 

1967-ci ildə doktorluq dissertasiyaları-

nı müdafiə edərək 1957-ci ildə kimya 

elmləri namizədi, 1968-ci ildə texnika 

elmləri doktoru alimlik dərəcəsi, 1969-

cu ildə kimya və neft kimyası ixtisa-

sı üzrə professor elmi adını almışdır. 

1980-ci ildə Azərbaycan EA-nın müx-

bir üzvü, 1996-cı ildə Nyu-York EA-

nın həqiqi üzvü, 2001-ci ildə  AMEA-

nın həqiqi üzvü seçilmişdir.

Alim 1965-1988-ci illərdə “Mühərrik 

yağlarına sulfonat aşqarlarının sintezi 

və YSM-lər” laboratoriyasına, sonra-

kı 10 il ərzində “Mühərrik yağlarına 

aşqarlar və YSM-lər”  şöbəsinə, 1998-

ci ildə  şöbələr ləğv edildikdə 2000-ci 

ilə kimi “YSM-lərə  aşqarlar” labora-

toriyasına rəhbərlik etmişdir. 2001-ci 

ildən baş elmi işçi vəzifəsində fəaliyyət 

göstərmişdir.

Professor K.Sadıxov aşqarlar 

sahəsindəki işlərinə görə 1970-ci ildə 

elm və texnika sahəsində Azərbaycan 

Dövlət mükafatına layiq görülmüşdür.

Uğurlu işlərinə görə K.Sadıxov 

dəfələrlə SSRİ Xalq Təsərrüfatı 

Nailiyyətləri Sərgisinin medalları, 

D.İ.Mendeleyev adına Ümumittifaq 

Kimya Cəmiyyətinin diplomları  və 

fəxri fərmanları ilə, “SSRİ ixtiraçısı” 

döş nişanı ilə mükafatlandırılmışdır.

Akademikin uzun illər ərzində apar-

dığı dəyərli tədqiqat işləri 400-dən çox 

elmi əsərində, o cümlədən 100-dən çox 

müəlliflik şəhadətnaməsi və patentdə öz 

əksini tapmışdır. Bu ixtiralardan yalnız 

16-nın nəticələrinin sənayedə  tətbiqi 

xalq təsərrüfatına milyonlarla manat iq-

tisadi səmərə vermişdir.

Alim mütəxəssislər tərəfindən ge-

niş istifadə olunan 4 kitabın “Almaz 

və cilalayıcı alətlər üçün yağlayıcı  və 

soyuducu mayelər” (1978), “Sürtkü 

yağlarına sulfonat aşqarları” (1982) 

və  tək yazdığı “Motor yağlarına neft 

və sintetik sulfonat aşqarları” (2006), 

“K.İ.Sadıxovun elmi əsərlərinin külli-

yatı” (2006) müəllifidir.

O, Neft kimyası  və neft emalı Ko-

ordinasiya  Şurasının, doktorluq və 

namizədlik dissertasiyalarının müdafiəsi 

üzrə ixtisaslaşdırılmış elmi şuraların üz-

vüdür. 1989-2000-ci illər ərzində AEA 

Kimya Bölməsinin büro üzvü, dəfələrlə 

BDU-da və Azərbaycan Dövlət Neft 

Akademiyasında buraxılış imtahanları 

üzrə dövlət komissiyalarının sədri ol-

muşdur.


K.Sadıxovun xidmətləri layiqincə 

qiymətləndirilmişdir. 1970-ci ildə 

Azərbaycan SSR Dövlət mükafatı lau-

reatı olmuş,1987-ci ildə “Şərəf nişanı”, 

2004-cü ildə “Şöhrət” ordenləri ilə təltif 

edilmişdir.



Kamil Sadıxov 

1927

Kimya.Biologiya.Tibb

Akademik

FEVRAL

27


66

75 

illiyi

Ə d ə b i y y a t

Avtomatik idarəetmə 

nəzəriyyəsi: ali 

məktəblər üçün dərslik 

/R.Ə.Əliyev, R.R.Əliyev.- 

Bакı: Çaşıoğlu, 2007.- 

639 s.

İnformatika və he-

sablama texnikasının 

əsasları: Ümumtəhsil 

məktəblərinin 10-11-ci 

sinifləri üçün dərslik 

/R.Əliyev, T.Əliyev, 

M.Salahlı.- Bакı: Maa-

rif, 2003.- 236 s.

Robotlardan avtomat-

zavodlaradək /R.Əliyev; 

Azərbaycan SSR EA, 

Kibernetika İn-tu.- Bаkı: 

Elm, 1989.- 98, [3] s.

Soft Kompütinq 

(nəzəriyyə, texno-

logiya və praktika) 

[Ali məktəblərin 

“İnformasiya ema-

lı və idarəetmənin 

avtomatlaşdırılmış 

sistemləri” ixtisası üçün 

dərs vəsaiti] /R.Əliyev, 

R.R.Əliyev.- Bakı: Çaşı-

oğlu, 2004.-624 s.

İ n t e r n e t d ə

https://az.wikipedia.

org/.../Rafiq_Əliyev_

(profe..

science.ab.az/forms/

hlenyikorrespondentyi/79

https://rafiqaliyev.word-

press.com/page/9/

Rafiq Əziz oğlu Əliyev 1942-ci il fev-

ral ayının 10-da Ağdam rayonunun Nov-

ruzlu kəndində anadan olmuşdur. 1948-

1958-ci illərdə Ağdamda orta məktəbdə 

təhsil almış, məktəbi qızıl medalla bitir-

mişdir. 

1958-1963-cü illərdə M.Əzizbəyov 

adına Azərbaycan Neft və Kimya İns-

titutunda oxumuş,  İnstitutu fərqlənmə 

diplomu ilə başa vurmuşdur. 

1964-1967-ci illərdə Moskvada 

SSRİ Elmlər Akademiyası  İdarəetmə 

Problemləri  İnstitutunun aspirantı ol-

muşdur. 1967-ci ildə texnika elmləri 

namizədi, 1975-ci ildə texnika elmləri 

doktoru alimlik dərəcəsi almışdır. 1976-

cı ildən professordur. 

1967-1969-cu illərdə Neftkimyaavto-

mat Elmi-Tədqiqat və Layihə İnstitutun-

da (ETLİ) elmi-tədqiqat laboratoriyası-

nın müdiri vəzifəsində çalışmışdır.

1989-cu ildə Azərbaycan Milli Elmlər 

Akademiyasının müxbir üzvü seçilmiş-

dir. 

1989-cu ildən 2011-ci ilə kimi 



Azərbaycan Dövlət Neft Akademiyasının 

Avtomatlaşdırılmış idarəetmə sistemləri 

kafedrasının müdiri olub. 1998-ci ildən 

indiyə kimi Azərbaycan Dövlət Neft 

Akademiyası və Corciya Dövlət Univer-

sitetinin (Atlanta, ABŞ) MBA proqram 

direktoru, 2001-ci ildən indiyə kimi isə 

bu universitetlərin BBA proqram direk-

torudur. 

İnformatika və idarəetmə nəzəriyyəsi 

sahəsində nüfuzlu elmi məktəbin yaradı-

cısı olan Rafiq Əliyev dünyanın bir çox 

universitetinin Corciya Dövlət Univer-

siteti (ABŞ), Təbriz Universiteti (İran), 

Zigen Universiteti (Almaniya), Yaxın 

Doğu Universiteti (Şimali Kipr) pro-

fessorudur.  İnformatika və idarəetmə, 

süni intellekt, qeyri-səlis məntiq və Soft 

Kompütingə  həsr olunmuş 70-ə yaxın 

kitabın, 350-dən çox elmi məqalənin 

müəllifidir.

Nəşr edilən kitablarından 48-i xarici 

ölkələrdə çap olunub, “Soft kompüting” 

və “Soft komputing its aplications” 

bestseller-kitabları dünyanın bir - çox 

ölkələrində dərsliklərə salınıb. 

Azərbaycan və bir sıra xarici ölkələrdə 

informatika və idarəetmə sahəsində 

elmi-tədqiqat işlərinin təşkilində böyük 

rolu olmuşdur. Azərbaycanda, Rusiya-

da, Almaniyada və  İranda 150-dan çox 

elmlər namizədi, 30 elmlər doktoru ha-

zırlamışdır. Tələbələri hazırda təkcə 

Azərbaycanın elm mərkəzlərində deyil, 

digər ölkələrdə  də (ABŞ, Almaniya

Türkiyə, Rusiya, İran və s.) fəaliyyət 

göstərirlər.

Bilavasitə  rəhbərliyi və  iştirakı ilə 

1994-cü ildən başlayaraq hər iki ildən bir 

Avropanın bir sıra ölkələrində “Qeyri-

səlis sistemlərin tətbiqi”, 2000-ci ildən 

hər iki ildən bir Özbəkistan Respubli-

kasının Daşkənd  şəhərində “Qeyri-səlis 

sistemlərin tətbiqi və Soft Kompütinq”, 

2000-ci ildən hər iki ildən bir Türkiyənin 

Antalya  şəhərində “Sistem təhlilində, 

qərarqəbuletmə  və idarəetmədə sözlə 

işləyən kompüter və Soft Kompütinq” 

üzrə beynəlxalq elmi konfranslar keçi-

rilir.


Rafiq Əliyev

1942 

Texnika.Mühəndis işi

Alim

FEVRAL

10


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə