Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə32/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   28   29   30   31   32   33   34   35   ...   200

67

67

60 

illiyi

Ə d ə b i y y a t

Elmi-texniki kitab-

xana şəbəkələrində 

mütəxəssislərə kitabxana-

informasiya xidmətinin 

təşkili: dərs vəsaiti 

/M.Məmmədov.- Bakı, 

2009.- 115 s.

Kitabxana-informasiya 

fəaliyyətinin marketinq və 

menecmenti: dərs vəsaiti 

/M.Məmmədov, A.Qurbanov, 

P.Kazımi.- Bakı: Mütərcim, 

2012.- 207 s.

Sənəd-informasiya da-

şıyıcıları: elmi-metodiki 

vəsait /M.Məmmədov, 

Ə.Rüstəmov.- Bakı: Unip-

rint, 2010.- 283 s.

Kitabxanaların idarə 

edilməsində marketin-

qin rolu /M.Məmmədov             

//Kitabxanaşünaslıq və 

biblioqrafiya.-2009.- № 1.- 

S. 47-54.

Kitabxanaların 

maliyyələşdirilməsində 

beynəlxalq təşkilatların rolu 

/M.Məmmədov //Kitabxa-

naşünaslıq və informasiya.-

2012.- № 1.- S. 94-105.

Məmmədov Mehmanəli 

Əkbər oğlu //Azərbaycan 

Kitabxana Ensiklopediyası.-

Bakı, 2015.- S.417-418.

Məmmədov Mehmanəli Əkbər oğlu 

1957-ci il fevral ayının 18-də Astara 

rayonunun Artupa kəndində anadan 

olmuşdur. 1974-cü ildə Səncərədi kənd 

orta məktəbini bitirmiş, 1975-1977-ci 

illərdə ordu sıralarında xidmət etmiş-

dir. 1977-1978-ci illərdə Bakı  şəhəri 

Sahil qəsəbəsində  Dəniz Kəşfiyyat 

İdarəsində qazmaçı köməkçisi 

işləmişdir.

1979-cu ildə Bakı Dövlət Univer-

sitetinin Kitabxanaçılıq-informasiya 

fakültəsinə daxil olmuş, 1984-cü ildə 

oranı  fərqlənmə diplomu ilə bitirmiş-

dir. Tələbəlik illərində fakültə komso-

mol təşkilatının katibi kimi dəfələrlə 

tələbə inşaat dəstəsinin komandiri ol-

muş  və ictimai fəaliyyətinə görə keç-

miş Ümumittifaq Lenin Kommunist 

Gənclər  İttifaqı  Mərkəzi Komitəsinin 

fəxri fərmanı ilə təltif edilmişdir.

1984-1986-cı illərdə Azərittifaqın 

“Azkoopkitab ticarət birliyi”ndə 

əmtəəşünas və baş  əmtəəşünas 

vəzifələrində işləmişdir. 1987-ci ildən 

BDU-nun Kitabxanaşünaslıq kafed-

rasında baş laborant və laboratoriya 

müdiri, 1993-cü ildə Kitabşünaslıq və 

Nəşriyyat işi kafedrasında baş müəllim 

kimi fəaliyyət göstərmişdir. 2003-cü 

ildən Kitabxanaşünaslıq kafedrasının 

dosentidir.

1990-1994-cü illərdə BDU-nun 

Kitabxanaşünaslıq kafedrasının qi-

yabi aspirantı olmuş, 2000-ci ildə 

“Azərbaycan Respublikası kitabxana-

larında kitabxanalararası abonement 

sistemi” mövzusunda dissertasiya işini 

Əməkdar elm xadimi, tarix elmləri dok-

toru, professor A. Xələfovun rəhbərliyi 

ilə müdafiə edərək pedaqogika üzrə 

fəlsəfə doktoru alimlik dərəcəsi almış-

dır.


“Kitabxana işinin təşkili və idarə 

edilməsi”, “Kitabxanaların elmi-

metodik təminatı”, “Kitabxana işinin 

iqtisadiyyatı”, “Texniki kitabxanalarda 

mütəxəssislərə kitabxana-informasiya 

xidmətinin təşkili” və s. fənləri tədris 

edir. “Respublika Elmi Texniki ki-

tabxanasında KAA təşkili” (1994), 

“Kitab çeşidi işinin nəzəriyyəsi və 

metodikası” (2005), “Elmi-texniki ki-

tabxana  şəbəkələrində mütəxəssislərə 

kitabxana informasiya xidməti” 

(2009), “Sənəd-informasiya daşıyıcı-

ları” (2010), “Kitabxana-informasiya 

fəaliyyətinin menecmenti və marke-

tinqi” (2007) və s. adlı 8 monoqrafiya 

və  dərs vəsaitinin, 100-dən çox elmi 

məqalənin müəllifidir. 

Mehmanəli Məmmədov səmərəli 

elmi fəaliyyət ilə yanaşı, həm də 

təşkilatçılıq və idarəçilik keyfiyyətinə 

də malikdir. O, 1994-2004-cü illərdə 

Kitabxanaçılıq-informasiya fakültəsi 

həmkarlar bürosunun sədri olmuş, 

2004-cü ildən isə fakültədə bakalavi-

atura üzrə dekan müavini vəzifəsində 

çalışır. 

Hazırda M.Məmmədovun  əsas 

tədqiqat obyekti Respublika Elmi 

Texniki kitabxalarında mütəxəssislərə 

kitabxana-informasiya xidmətinin 

təşkili, fondun komplektləşdirilməsi, 

onun tematik-tipoloji tərkibinin 

öyrənilməsi, optimallaşdırılması  və 

digər problemlərdir.

Azərbaycan Respublikası Təhsil Na-

zirliyi Mehmanəli Məmmədovu elmi-

pedaqoji və yüksəkixtisaslı kadrların 

hazırlanmasında səmərəli fəaliyyətinə 

görə 2009-cu və 2012-ci illərdə Fəxri 

Fərmanla təltif etmişdir.

Mehmanəli Məmmədov

1957 

Kitabxanaşünaslıq.Biblioqrafiya

Alim

FEVRAL

18



68

Tarixdə bu gün

Gənclər Günü 

1997 

FEVRAL

2 feval gününün Gənclər Günü 

kimi elan olunması ulu öndər Heydər 

Əliyevin adı ilə bağlıdır. Məhz o, 

hakimiyyətə ikinci dəfə qayıdışın-

dan sonra, gənclərin dövlətin və 

cəmiyyətin sosial-iqtisadi, ictimai-

siyasi və mədəni həyatında iştirakının 

təmin edilməsini vacib məsələlərdən 

biri kimi gündəmə  gətirmişdir. Bu 

məqsədlə 1994-cü ildə Gənclər, İdman 

və Turizm Nazirliyinin yaradılması 

barədə fərman imzalamış, 1995-ci ildə 

isə Azərbaycan gənclərinin forumu-

nun keçirilməsi təçəbbüsünü irəli sür-

müşdür. 2 fevral 1996-cı il tarixində 

müstəqil Azərbaycan gənclərinin ilk 

forumu, növbəti dəfə II Forum - 1999, 

III Forum - 2003, IV Forum - 2005, V 

Forum - 2008, VI Forum - 2011, VII 

Forum - 2014-cü ildə keçirilmişdir. 1 

fevral 1997-ci ildə forumun ildönü-

mü münasibətilə bir qrup gənci qəbul 

edən ulu öndər “2 fevral - Azərbaycan 

Gəncləri Gününün elan edilməsi haq-

qında” Sərəncam imzalamışdır.   

Əsası ulu öndər Heydər  Əliyev 

tərəfindən qoyulan siyasi kurs bu 

gün ölkə Prezidenti cənab  İlham 

Əliyev tərəfindən uğurla davam et-

dirilr.  Prezident 2005-ci il avqustun 

30-da “Azərbaycan Gəncliyi Dövlət 

Proqramının (2005-2009-cu illər) 

təsdiq edilməsi haqqında” Sərəncam 

imzalamışdır. Proqram çərçivəsində 

görülən işlər gənclərin potensialından 

ölkənin mənafeyi naminə tam və düz-

gün istifadə olunması, onların fay-

dalı  məşğulluğunun təmin edilməsi, 

dövlət idarəçiliyi sistemində iştirakı-

nın gerçəkləşdirilməsi yönündə ciddi 

irəliləyişə  gətirib çıxarmışdır. Prezi-

dent  İlham  Əliyevin bu sahəyə olan 

diqqəti özünü ayrıca bir ilin (2007-

ci il) “Gənclər ili” elan edilməsində 

də göstərmişdir. 2007-ci ildə  cənab 

Prezident İlham Əliyev “2007-2015-

ci illərdə Azərbaycan gənclərinin 

xarici ölkələrdə  təhsili üzrə Dövlət 

Proqramı”nın təsdiq edilməsi barədə 

Sərəncam imzalamışdır. Proqram 

çərçivəsində 5000 gəncin dünyanın 

nüfuzlu ali məktəblərində  təhsil al-

mağa göndərilməsi nəzərdə tutul-

muşdur. 2011-ci ilin 6 aprel tarixində 

Prezident İlham Əliyev “Azərbaycan 

gəncliyi  2011-2015-ci illərdə” Dövlət 

Proqramı haqqında sərəncamının 

əsas məqsədi ölkəmizdə  gənclər 

siyasətini daha da inkişaf etdirmək, 

gənclərin menecment sahəsində 

fəal iştirakına  şərait yaratmaq, gənc 

mütəxəssislərin işlə təminatı və digər 

sosial-iqtisadi problemlərinin həllini 

təmin etməkdir. Gənclərin hərtərəfli 

inkişafını, cəmiyyətin həyatında fəal 

iştirakını bir qədər də stimullaşdır-

maq məqsədi ilə Prezident İlham 

Əliyev 19 dekabr 2011-ci il tarixində 

Azərbaycan Respublikasının Prezi-

denti yanında Gənclər Fondunun ya-

radılması barədə sərəncam vermişdir. 

Fondun qarşısında gənclər siyasəti 

ilə bağlı elm, təhsil, mədəniyyət və 

digər sosial sahələrə yönəlmiş ictimai 

və sosial əhəmiyyətli, o cümlədən 

beynəlxalq səviyyədə həyata keçirilən 

layihə  və proqramları qrant şəklində 

maliyyələşdirmək məqsədi qoyuldu. 

Prezident  İlham  Əliyevin gənclərə 

dəstək yönündə verdiyi mühüm və 

əlamətdar qərarlardan biri də ölkədə 

ilk dəfə “Gənclər üçün Prezident 

Mükafatı”nın təsis edilməsidir.



2

Ə d ə b i y y a t

Baxşəliyev, R. Gənclər 

cəmiyyətin avanqard 

qüvvəsinə çevrilib: 2 

fevral Gənclər Günüdür 

/R.Baxşəliyev //Azərbaycan.-

2014.- 2 fevral.- S.4.

Cavanşir. Gənclər siyasətində 

Azərbaycan modeli: 

Azərbaycan gənclərinin so-

sial və siyasi sferada fəallığı 

günü-gündən artmaqdadır                                            

/Cavanşir //Azad 

Azərbaycan.- 2015.- 26 

aprel.- S.5. 

Hacıyev, F. Gənclər 

cəmiyyətin avanqard 

qüvvəsidir. 2 fevral - 

Azərbaycan Gəncləri Günü 

/F.Hacıyev; söhbətləşdi 

Ə.Hüseynzadə //Təhsil.- 

2014.- №2.- S.42-44.

Sarıyeva, İ. Gənclər bayra-

mı gəncliyin milli şüurunun 

formalaşmasında necə rol 

oynayır? /İ. Sarıyeva //Bakı 

xəbər.-2014.- 3 fevral.- S.12.

İ n t e r n e t d ə

az.trend.az › Cəmiyyət 

lib.aliyevheritage.org/

az/9476535.html 

www.anl.az/down/

meqale//.../105754.htm


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə