Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə34/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   30   31   32   33   34   35   36   37   ...   200

71

17

17

17

19

Tarixdə bu gün

FEVRAL

21

2

22

2

20

20

8

 

23

Bеynəlxalq Ana Dili Günü

 1999 

21

Dil yalnız ünsiyyət yaratmır, mədəniyyətləri, 

xasiyyətləri, tarixi, insani keyfiyyətləri və soykö-

kü təyin edir. YUNESKO 1999-cu ildə fevralın 

21-ni Beynəlxalq Ana Dili Günü kimi təsis edib. 

Bu günün qeyd olunmasında məqsəd ana dilinin 

təbliği, inkişafı və öyrənilməsinin bütün formaları-

nı müdafiə etməkdən ibarətdir.

Hər bir dil ayrılıqda dünya haqqında bilik, 

dünyanı görmək və anlamaq üçün vasitədir. Hər 

millətin özünəməxsus ana dili onun mənəvi diri-

liyidir. Əbəs yerə deyilmir ki, bir millətin malını, 

dövlətini və hətta vətənini işğal etsən, ölüb-itməz, 

amma dilini alsan, məhv olar və ondan nişan qal-

maz. Ana dili insan şəxsiyyətinin inkişafının əsasını 

təşkil edir. Yəni hər bir kəs ömrünün axırınadək 

dilinə arxalanır. 

Bu günün yaranma tarixi isə bir qədər də əvvələ 

gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal 

dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən 

aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi 

nəticəsində 4 nəfər şəhid olub.

Banqladeş nümayəndələri fevralın 21-ni məhz 

həmin  şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi 

Ana Dili Günü adlandırılması haqqında müraciət 

ediblər.


YUNESKO-nun Baş Konfransında 21 fevral 

Beynəlxalq Ana Dili Günü elan olunub və üzv 

ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, 

universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı 

tədbirlər, konfranslar, seminarlar keçirilsin.

Azərbaycan dili də dünyanın  ən zəngin dilləri 

sırasındadır. Bu gün dünyanın müxtəlif ölkələrində 

50 milyondan çox azərbaycanlı yaşayır və 

Azərbaycan dilində danışır. Ana dilimiz Altay 

dilləri ailəsinin türk qoluna daxildir. 

Millətin dilinin dövlət statusuna yüksəlməsi tari-

xi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. 

Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki 

dilin dövlət dili statusuna yüksəlməsi millətin öz 

taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq 

qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin 

sübutudur. Bu mənada dilin dövlət dili statusu qa-

zanması  həqiqətən qürur gətirən tarixi hadisədir. 

Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır. Bu 

gün dilimizin dövlət statuslu dillər arasında olma-

sına, onun mənəvi dirilik atributuna çevrilməsi 

yolunda böyük fədakarlıqlar göstərdiyinə görə 

ümummilli lider Heydər  Əliyevə minnətdar ol-

malıyıq. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişa-

fı, beynəlxalq münasibətlər sisteminə yol tapması 

Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər 

Heydər  Əliyevin dilimizin qorunmasına yönələn 

düşünülmüş siyasətinin nəticəsidir. 2002-ci il 

sentyabrın 30-da “Azərbaycan Respublikasında 

dövlət dili haqqında” Qanunun qəbul edilməsi 

Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, 

onun tətbiqi, qorunması  və inkişaf etdirilməsi 

dünya azərbaycanlılarının Azərbaycan dili ilə 

bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının 

ödənilməsi istiqamətində daha bir addım olmuş-

dur. Bu sənəd ümummilli lider Heydər  Əliyevin 

xalqımıza və onun dilinə tükənməz məhəbbətinin

qayğısının parlaq nümunələrindən biridir. Hazır-

da bu ənənələri Prezident İlham  Əliyev uğurla 

davam etdirməkdədir. Dövlətimizin başçısının 

“Azərbaycan dilində latın qrafikası ilə kütləvi 

nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü 

il 12 yanvar tarixli Sərəncamı  və bu istiqamətdə 

görülən digər işlər dilimizin inkişafına böyük qay-

ğının təzahürüdür.

Ana dilimizi qorumaq, inkişaf etdirmək hamı-

mızın müqəddəs borcudur.



72

Tarixdə bu gün

Xоcalı sоyqırımının 25-ci ildönümü

1992

FEVRAL

Ötən  əsrin 1992-ci ilinin fevralında tarixdə 

görünməmiş  qətliam baş verdi. Türkləri 

özlərinin  əbədi düşməni hesab edən ermənilər 

məskunlaşdıqları türk torpaqlarında insanlığa xas 

olmayan vəhşiliklər törətməklə, Xocalı adlı bir 

yurd yerini yer üzündən sildilər – insanları aman-

sızlıqla qətlə yetirildilər,  əsir götürüldülər,  şəhər 

isə oda qalandı. Bu, Qarabağ müharibəsinin  ən 

qəddar səhifəsi idi. 1992-ci il fevralın 25-dən 26-

na keçən gecə isə erməni-daşnak silahlı qüvvələri 

və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya 

divan tutdu, ən dəhşətli soyqırım törədildi. Buna 

qədər isə Xocalı erməni-daşnaklar tərəfindən tam 

mühasirəyə alınmışdı. Yollar tamam kəsilmiş, Xo-

calı taleyin ümidinə buraxılmışdı. Halbuki xoca-

lılar ermənidaşnak hərbi qüvvələrinə  mərdliklə 

müqavimət göstərir,  şəhəri çətinliklə  də olsa qo-

ruyub saxlayırdılar. Düşmən elə buna görə də Xo-

calı sakinlərini vəhşiliklə, qəddarlıqla və kütləvi 

surətdə qətlə yetirdi. Faciənin miqyası son dərəcə 

böyük və dəhşətli idi. Ermənilər qadınlara və uşaq-

lara, qocalara və xəstələrə rəhm etmədən hamını 

güllələyərək süngüdən keçirmişdilər. 

Xocalı soyqırımına siyasi qiymət verən və bu 

barədə dünyanın ən yüksək tribunalarından danı-

şan ümummili lider Heydər Əliyev Xocalı sakinləri 

ilə görüşündə demişdir: “biz toplaşıb Xocalı 

faciəsinin cavabını verək, şəhidlərin qanının yerdə 

qalmaması gününü görək. Azərbaycanın  ərazi 

bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın 

hüdudlarını tamamilə  bərpa edək.  İnanıram ki, 

Azərbaycan xalqı belə qüdrətə malikdir”. Xocalı 

soyqırımının 25 ili tamam olur. Bu faciə zamanı 

böyük bir yaşayış məntəqəsi yer üzündən silinib, 

azərbaycanlılara qarşı amansız soyqırımı törədilib: 

613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb. 

Qanunsuz erməni silahlı qüvvələri mühasirədən 

çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları 

milli mənsubiyyətlərinə görə yollarda, keçidlərdə, 

meşələrdə  təqib edərək vəhşicəsinə öldürüblər. 

Habelə azğınlaşmış erməni hərbçiləri əsir və girov 

götürdükləri azərbaycanlıları xüsusi amansızlıq-

la, işgəncə verərək qətlə yetiriblər. Mühasirədən 

çıxıb qaçmağa müvəffəq olan sakinlər təqib 

edilərək Kətik meşəsində, Naxçıvanik yolunda, 

Qaraqaya  ətrafında, Dəhraz kəndi yaxınlığında, 

Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı 

kilometrliyində  və digər  ərazilərdə amansızlıqla 

qətlə yetiriliblər.  Əsir götürülənlərdən 18 nəfəri 

Əsgəran rayon Daxili işlər  şöbəsində  işgəncə 

verilməklə öldürülüb. Hücum zamanı dinc əhaliyə 

qarşı  ağlasığmaz vəhşiliklər törədilib, dözülməz 

işgəncələr verilib, insanların başlarının dərisi so-

yulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb. 

Xocalıya hücum edən erməni dəstələri ölkə iq-

tisadiyyatına 170 milyon dollardan artıq ziyan vu-

rub. Şəhərin toxuculuq fabriki, onlarla ictimai iaşə 

obyekti dağıdılıb. 200 nəfərdən çox insan müxtəlif 

dərəcəli əlilə çevrilib. Ermənilər buna görə cavab 

verməlidirlər.  Əgər bunu edə bilməsək, gələcək 

nəsillər bizi heç vaxt bağışlamayacaqdır! 

Azərbaycan Milli Məclisi (Parlamenti) hər il 

fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmiş-

dir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan 

xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini 

bir dəqiqəlık sükutla  yad edir. 

26

Ərazisi: 936 km² 

• 

Əhalisi: 25332 nəfər

• 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə