Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə35/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   31   32   33   34   35   36   37   38   ...   200

73

Doğma yurdlarından didərgin düşmüş  və 

Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı 

sakinləri Dağlıq Qarabağ münaqişəsinin  ədalətli 

həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün 

dəf edilməsi, ölkənin  ərazi bütövlüyünün bərpa 

edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalq-

larına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq 

ədaləti və  həqiqəti müdafiə etmək, Xocalıda 

törədilmiş terrorizm, etnik təmizləmə faktlarını 

pisləmək barədə müraciətlər edirlər. 

Heydər Əliyev Fondu ötən illər ərzində Xoca-

lı soyqırımının dünya ictimaiyyətinə, beynəlxalq 

aləmə çatdırılması istiqamətində böyük işlər gö-

rüb. Dünyanın, Avropanın onlarla ölkəsində Xocalı 

soyqırımının ildönümlərində tədbirlərin, sərgilərin 

keçirilməsi,  filmlərin nümayiş olunması  və sair 

bu qəbildəndir. Xocalı soyqırımına dair müxtəlif 

dillərdə Fond tərəfindən filmlər hazırlanıb, həmin 

filmlərin təqdimatı keçirilib. Həmçinin Xocalı soy-

qırımı ilə bağlı fotosərgilərin təqdimatı dünyanın 

onlarla ölkəsində düzənlənib. Xocalı soyqırımı 

ilə bağlı xarici kütləvi informasiya vasitələrinin 

əməkdaşlarının qələmə aldıqları  məqalələrin 

sərgisi keçirilib. Bununla yanaşı, “Xocalı uşaqla-

rın gözü ilə” rəsm sərgisi və sair böyük tədbirlər 

təşkil olunub. Bunlar hamısı Fondun və ələlxüsus 

Mehriban xanımın Xocalı soyqırımının tanıdıl-

ması istiqamətində çox böyük xidmətləridir. Özü 

də nəinki Xocalı soyqırımının, ümumilikdə bütün 

Azərbaycan həqiqətlərinin təbliği istiqamətində 

bu xidmətlər ölçüyəgəlməzdir. Eyni zaman-

da Leyla xanım  Əliyeva dünya ictimaiyyətinin 

diqqətini erməni işğalçılarının Azərbaycan xal-

qına qarşı törətdikləri dəhşətli cinayətlər haqqın-

da obyektiv məlumatlara cəlb etmək, sözügedən 

faciələrə beynəlxalq səviyyədə siyasi-hüquqi 

qiymət vermək, eyni zamanda, Azərbaycanın Qa-

rabağ münaqişəsində milli maraqlarının müdafiə 

olunması məqsədilə “Xocalıya ədalət – Qarabağa 

azadlıq” (“Justice for Khojaly, Freedom for Ka-

rabakh”) devizi altında beynəlxalq kampaniyanın 

keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. “Xocalıya 

ədalət!” - artıq dünyada bu kampaniyaya qoşulan 

insanların sayı günü-gündən çoxalmaqdadır. Bu 

kampaniya daha da genişlənməkdədir. Bu baxım-

dan çox güman ki, bu kampaniya və  təbii ki, bu 

istiqamətdə görülən işlər bundan sonra da davam 

edəcək. Amma söhbət ondan gedir ki, bizim hər bi-

rimiz bu kampaniyalara dəstək verməliyik. Hara-

da yaşamağından asılı olmayaraq – Azərbaycanda 

da, Azərbaycandan kənarda da. Hərənin gücü 

nəyə çatırsa, Azərbaycan həqiqətlərinin, Xoca-

lı  həqiqətlərinin təbliğ edilməsi, bütövlükdə Qa-

rabağ savaşında  şəhid,  əlil olmuş, yaralanmış 

qəhrəmanlarımızın, ümumən Azərbaycan xal-

qının başına gətirilən bütün müsibətlərin təbliğ 

edilməsi, erməni yalanlarının qarşısının alınması 

istiqamətində öz fəaliyyətini ortaya qoymalıdır. 

Tarix heç nəyi unutmur! 

Allah bütün şəhidlərə rəhmət eləsin!

Ə d ə b i y y a t

Abdullayev, Ə. Keçmişini unudan-gələcəyini itirər: (əsər Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmişdir): [monoqrafiya] 

/Ə.Abdullayev; elmi red. H.Cəfərov; [baş red. İ.Səfərov; red. İ. Hüseynova]; Azərb. Resp. Təhsil Naz., Azərb. Döv. İqtisad Un-ti.-Bakı: 

[İqtisad Universiteti], 2015.-157 s.

Xocalı - 1992 /Heydər Əliyev İrsini Araşdırma Mərkəzi; yaradıcı heyətinin rəhbəri F. Babayev; elmi məsləhətçi E. Süleymanov; red. G. 

Xocalı soyqırımı /[Qarabağ Azadlıq Təşkilatı]; red. hey. A.Nağı [və b.]; [naşir N. Həbibov].-Bakı: [s. n.], 2014.-36 s.

Xocalı soyqırımı - 20: biblioqrafiya /Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundov ad. Azərb. Milli Kitabxanası; tərt. ed. 

Xocalı soyqırımı: 24 il sonra.- Bakı: 2016.- 28 s.

M.Məmmədova; burax. məs. və ixt. red. K.Tahirov; red. G.Səfərəliyeva.- Bakı, 2012.- 313 s.

Leyla Əliyeva: “Xocalıya Ədalət!”: Beynəlxalq erməni terroruna qarşı yeni strateji model: üç cilddə /V.Səmədov, R.Vəlizadə; ön sözün 

müəl. R.Hüseynov; baş elmi məsl. A.Mustafayeva; elmi red. İ.Quliyev, C.Bəhramov; red. İ.Məmmədova, S.Sadıxqızı; Azərb. MEA, İnsan 

Hüquqları İn-tu; “Xocalıya Ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası; “Kaspian İzvestiya” Beynəlxalq İnforma-

siya Agentliyi.-Bakı: [s. n.], 2014.- C.1.- 341 s.; C.2.- 373 s.; C.3.- 476 s.

Nəsibov, İ. Muxtarova; dilçi-red. M. Babayeva; dizayner F.Əliyev.-Bakı: [s.n.], 2012.- 211, [1] s.,

Khojaly genocide /Embassy of the Republic of Azerbaijan Jakarta.- Jakarta: [s.n.], 2015.- 44, [44] р.

İ n t e r n e t d ə

http://web.anl.az/el/Download/02.2014/Ar2011-1999.pdf

http://www.anl.az/el/m/ms_xs.pdf

www.azhistorymuseum.az/index.php?mod=5...\

http://xocali-ih.gov.az



74

MART

 

C.A. 



C. 

Ş. 


B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş.

B.

B.E.


Ç.A. 

Ç. 


C.A.

C. 


Ş.

 







10 



11 

12 


13 

14 


15 

16 


17 

18 


19 

20 


21 

22 


23 

24 


25 

26 


27 

28

29



30 

31

Bеynəlxalq Qadınlar Günü (08.03.1910)

• 

Milli Tеatr Günü (10.03.1873) 

• 

Beynəlxalq Novruz Günü (21.03.2010)

• 

Azərbaycanlıların sоyqırımı günü (31.03.1918)

• 

Ulu öndər Heydər Əliyev klassik ədəbiyyatı dərindən bilən və qiymətləndirən bö-

yük şəxsiyyət idi. O, ədəbi irsin qorunmasına qayğı göstərərək Azərbaycanın klassik 

şair və ədiblərinin ev-muzeylərinin yaradılması, xatirələrinin əbədiləşdirilməsi üçün 

böyük işlər görmüşdür. Azərbaycanda üç məşhur şairin məzarı üstündə məqbərə ti-

kilib: Nizami Gəncəvi, Molla Pənah Vaqif və Hüseyn Cavid. Maraqlıdır ki, son iki 

məqbərənin ucaldılması ümummilli liderin adı ilə bağlıdır. Hakimiyyətə gəldikdən 

dərhal sonra, Azərbaycan KP MK bürosunun 1969-cu il 12 avqust tarixli iclasın-

da Qazaxda Molla Pənah Vaqifin ev-muzeyini yaratmaq barədə qərar qəbul edildi. 

Doğulduğu rayonda Vaqifin xatirə muzeyi yaradıldı.  Ulu öndər  1982-ci ilin yanvar 

ayında yağan güclü qarın altında, soyuqda, Şuşada görkəmli Azərbaycan şairi, Ağa 

Məhəmməd şah Qacarın yürüşü zamanı Qarabağ xanının xarici məsələlərə baxan 

vəziri işləmiş, Molla Pənah Vaqifin məqbərəsini böyük təntənə ilə açdı. Onun Vaqifə 

bu münasibəti bir tərəfdən, milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər tərəfdən, 

diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi. Hələ 

1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmişdi. 

Lakin axtarsalar da, məzarı tapa bilməmişdilər. Onun xahişindən sonra məzarı tap-

mışdılar. Ulu Öndər dağılmış, bərbad halda olan məzarı ziyarət etmişdi. Sonralar 

o, nitqlərinin birində deyirdi ki, gördüyü bu məzar Vaqifə layiq deyildi. O, məzarın 

Vaqifə layiq tikilməsi qərarına gəlsə də, respublikanın birinci şəxsi olmadığı üçün 

istəyini reallaşdıra bilməmişdi. Heydər Əliyev bu barədəki düşüncələrini yalnız 70-ci 

illərdə həyata keçirməyə başladı. Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, 

türbə tikildi. Əslində bu, eyni zamanda gözəl memarlıq abidəsi idi.

19 fevral- 

20 mart

Balıq bürcünün 



Nişanı sudur. 

Yupiter və 

Neptunun 

himayəsindədir. 

Günəşin Balıqlar 

bürcündən keçdiyi 

dövrdə doğulanlar 

incə intuisiyalı 

olmaqla yanaşı, 

daim bir narahatlıq 

hissi də keçirirlər.

300 il

1717-1797

Molla Pənah Vaqif



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə