80
Milli ədəbiyyat
80
illiyi
Fərmаn Kərimzаdə
1937-1989
MART
Fərman İsmayıl oğlu Kərimov
(Fərman Kərimzadə) 1937-ci il mart ayı-
nın 3-də Ermənistanın Vedi rayonunun
Böyük Vedi kəndində anadan olmuşdur.
1944-1951-ci illərdə ibtidai
təhsilini kənddə almış, 1949-cu ildə
doğma kəndindən zorla çıxarılaraq,
Azərbaycanın Beyləqan (keçmiş Jdanov)
rayonuna deportasiya olunmuşdur. 1954-
ci ildən orta məktəbin yuxarı siniflərini
Beyləqan rayonunun Şahsevən kəndində
bitirmişdir. 1955-1960-cı illərdə Əzim
Əzimzadə adına Azərbaycan Dövlət
Rəssamlıq Məktəbində təhsil almışdır.
1962-1965-ci illərdə İsmayıllı və
Beyləqan rayonlarında orta məktəb
müəllimi kimi fəaliyyət göstərmiş,
1962-1965-ci illərdə “Yüksəliş” rayon
qəzeti redaksiyasında ədəbi işçi, şöbə
müdiri, məsul katib işləmişdir.
1965-1967-ci illərdə Moskvada
Ümumittifaq Kinematoqrafiya İnstitutu-
nun ssenari fakültəsinin
ikinci kursunu
bitirmişdir.
1966-1970-ci illərdə Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri
Komitəsində tərcüməçi, böyük redaktor,
“Abşeron”, “Ədəbiyyat və incəsənət”
qəzetlərinin redaksiyasında şöbə mü-
diri, ədəbi işçi, 1970-1977-ci illərdə
C.Cabbarlı adına “Azərbaycanfilm” ki-
nostudiyasında kollegiya üzvü, 1977-
1980-ci illərdə “Ədəbiyyat və incəsənət”
qəzetinin xüsusi müxbiri olmuşdur.
1980-1981-ci illərdə Şüvəlan Yaradı-
cılıq Evinin direktoru işləmişdir.
1958-ci ildə qələmə aldığı “41 nömrəli
ayaqqabı” hekayəsi ilk təcrübə olsa da,
müharibənin fəlakət dolu nəticələrini
təsirli bir dil ilə oxucuya çatdıra bil-
mişdir. “Son eksponat”, “Toy toğlusu”
hekayələri də müharibə mövzusunda
olub onun ağrı-acılarından bəhs edir.
60-cı illərdən etibarən kitabları nəşr
olunmağa başlamışdır. Yaradıcılığında
əsas yeri tarixi mövzular tutur. Bəlkə
də Fərman Kərimzadənin yaşadığı
dəhşətli, ağrılı-acılı həyat onu bir yazıçı
kimi klassikləşdirdi, bir şəxsiyyət kimi
erkən müdrikləşdirdi, insan kimi erkən
qocaltdı. “Qarlı aşırım“ı çap etdirəndə
30 yaşı vardı, bu əsərin əsasında “Axı-
rıncı aşırım” bədii filmi ekranlara çıxan-
da - 33. Fərman Kərimzadə tariximizin
qaranlıq səhifələrini vərəqləyir, milli
dəyərlərimizi ədəbiyyata gəirir, millətə öz
böyüklüyünü ,əzəmətini tarixi hadisələr
fonunda əyani şəkildə göstərərək onu
bu təcrübədən nəticə çıxarmağa,özünü,
dostunu və düşmənini tanımağa çağırır-
dı. Hər biri ədəbiyyatımızda hadisə olan
biri-birindən dəyəli tarixi romanları -
“Xudafərin körpüsü” (1981), “Çaldıran
döyüşü” (1984-1985), “Qarlı aşırım”
2-ci variantı (1986-1987), “Təbriz na-
musu”, “Vedinin yanı dağlar”, “Qoca
qartalın ölümü” (1988) qələmə almış-
dır.
Fərman Kərimzadə 1989-cu
il mart
ayının 17-də, 52 yaşında vəfat etmişdir.
3
Yazıçı
Ə d ə b i y y a t
Seçilmiş əsərləri: 5
cilddə /F.Kərimzadə;
tərt. ed. Q.Kərimzadə.-
Bakı: Ağrıdağ, 2002.- C.
1: Xudafərin körpüsü:
roman.-390 s.; C.2: Çal-
dıran döyüşü: roman.-
326 s.; C.IV: Təbriz
namusu roman.- 320 s.
Xudafərin körpüsü:
roman /F. Kərimzadə.-
[Bakı]: [Qanun],
[2012].-479 s.
İsmayıl. Fərman
Kərimzadənin Vətən
sevgisi...: Tariximizi bu
əsərlərində əks etdirən
yazıçı, azərbaycançılığın
ədəbi sütunlarını yaradıb
/İsmayıl //Şərq.- 2014.-
22 iyul.- S.11.
Mədətoğlu, Ə. Axırın-
cıdan əvvəlki aşırım:
Ruhun şad olsun,
Fərman Kərimzadə!
/Ə.Mədətoğlu //Ədalət.-
2014.- 25 oktyabr.- S.6.
İ n t e r n e t d ə
http://www.anl.az/down/
meqale/adalet/2014/
oktyabr/398885.htm
anl.az/down/meqale/
sherq/
81
Ə d ə b i y y a t
Əsərləri: uşaqlar üçün
şeirlər /Zahid Xəlil; tərt.
ed. Ş.Xəlil; ön söz müəl.
F.Əsgərli; red. V.Əliyev.-
Bakı: [s.n.], 2008.- I cild.-
387, [1] s.
Seçilmiş əsərləri: kiçik
nağıllar və hekayələr
/Zahid Xəlil; tərt. ed. və
ön sözün müəl. Ş.Xəlil;
red. V.Əliyev.- Bakı: [s.n.],
2008.- C.II.- 411, [3] s.
Dünyanın ən balaca na-
ğılları /Zahid Xəlil.- Bakı:
Nağıl evi, 2002.- 152 s.
Zahid Xəlil: biblioqra-
fik göstərici /tərt.-müəl.
B.Ələsgərov; elmi red.
F.Əsgərli; red. F.Quliyeva;
F.Köçərli ad. Resp. Uşaq
Kitabxanası.- Bakı: [Pe-
daqoji Universitet], 2012.-
249, [1] s.
Xələfov, A. Görkəmli
uşaq şairi və tədqiqatçısı
haqqında biblioqrafiya
/A.Xələfov //İqtisadiyyat.-
2012.- 17-30 avqust.- S.4.
Seyidzadə, H.T.
Qələmin iti olsun, Zahid
müəllim!: Zahid Xəlil-70
/H.T.Seyidzadə //Azad
Azərbaycan.- 2012.- 10
aprel.- S.7.
İ n t e r n e t d ə
http://web.anl.az/el/
Kitab/2013/2011-1890.pdf
Yazıçı
Zahid Xəlilov
1942
Zаhid Аbdullа оğlu Хəlilоv 1942-ci
il mаrt ayının 20-də Yеvlах şəhərində
аnаdаn оlmuşdur. Ortа təhsilini Yеvlах
şəhərindəki M.Ə.Sаbir аdınа 2 nömrəli
məktəbdə аlmışdır.
1959-cu ildə “Yeni Yevlax” qəzetində
“Vətənim” adlı ilk şeiri nəşr olunmuş-
dur. 1960-1965-ci illərdə Azərbaycan
Dövlət Universitetinin filologiya
fakültəsinin jurnalistika şöbəsində qi-
yabi təhsil almış, müхtəlif mətbuаt
оrqаnlаrındа ədəbi işçi, məsul kаtib,
rеdаktоr vəzifələrində çаlışmışdır.
1969-cu ildə “Uçаn çırаqlаr” аdlı ilk
şеirlər kitаbı çаp оlunmuşdur. 1970-ci
ildə Pedaqoji İnstitutunun Azərbaycan
ədəbiyyatı tarixi” kafedrasında
müəllim işləmişdir. 1971-ci ildə “Qa-
rışqalar” adlı kitabı Azərbaycan və fars
dillərində nəşr olunmuşdur. 1974-cü
ildə nаmizədlik dissеrtаsiyаsı müdаfiə
еtmişdir. 1977-ci ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür. 1990-
ci ildə filologiya elmləri doktoru elmi
dərəcəsini, 1991-ci ildə professor elmi
rütbəsini almışdır. 1981-ci ildə “Ballı-
ca” adlı ilk nəsr kitabı nəşr olunmuşdur.
1982-ci ildə “Literaturnaya qazeta”da
dərc olunan “Kölgələr” və “Limonad
içməyin” hekayələrinə görə redaksiya-
nın “Zolotoy telyonok” mükafatına la-
yiq görülmüşdür. Mоskvаnın “Dеtskаyа
litеrаturа” nəşriyyаtındа çаp оlunmuş
“Dеtskаya litеrаturа Аzеrbаydjаnа”
(tərcümə еdəni İ.Mоtyаşоvdur) аdlı
mоnоqrаfiyаsı (1987) Lоmоnоsоv аdınа
Mоskvа Dövlət Univеrsitеtində dərslik
kimi qəbul оlunmuşdur. Onun “Göydən
üç аlmа düşdü” (1974), “Tоrаğаylаr
охuyur” (1979), “Çırаq nənənin nаğıl-
lаrı” (1983), “Cırtdаnlа Аzmаnın yеni
sərgüzəştləri” (1986), “Dünyаnın ən
bаlаcа nаğıllаrı” (2002), “Оrхаn və
dоstlаrı” (2004), “Qızlаr şеir охuyur
sеvgi yаşındа” (2007) və sаir əsərləri
işıq üzü görmüşdür. Keçmiş SSRİ
Dövlətnəşrkomun və SSRİ Yazıçılar İt-
tifaqının uşaq ədəbiyyatı şuralarına üzv
seçilmişdir. 2002-ci ildə Azərbaycan
Jurnalistlər Birliyinin “Qızıl qələm”
mükafatına layiq görülmüş, 2006-cı ildə
“Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2008-2010-cu illərdə 6 cildlik “Seçil-
mış əsərləri” nəşr olunmuşdur. 2009-cu
ildə II sinif şagirdləri üçün “Azərbaycan
dili” dərsliyi (həmmüəllif), 2011-ci ildə
ali məktəblər üçün yenidən işlənmiş
“Uşaq ədəbiyyatı” dərsliyi (F.Əsgərli
ilə birlikdə), 2011-ci ildə isə “Yumru
Yumaq və Qumru” kitabı nəşr olun-
muşdur.
2010-cu ildə Ankaranın Hacıtəpə
Universitetində keçirilən Beynəlxalq
simpoziumunda “Uşaqlar nə üçün
oxumaq istəmir” və həmin ildə
YUNESKO-nun Moskva Şəhər Pe-
daqoji Universitetində keçirilən
Beynəlxalq konqresində “Azərbaycanda
məktəbəqədər təhsilin problemləri”
mövzularında məruzələr etmişdir.
2010-cu ildə yaradıcılığı haqqında
Füzuli Əsgərlinin “Ömrün sözü, sözün
ömrü” monoqrafiyası çapdan çıxmış-
dır.
75
illiyi
Milli ədəbiyyat
20
MART