Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə39/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   35   36   37   38   39   40   41   42   ...   200

82

Milli ədəbiyyat

95 

illiyi

Fəthi Xoşginabi

1922-1989   

MART

Fəthi Həmzə Əli oğlu (Fəthi Xoş-

ginabi) 1922-ci il mart ayının 22-

də  Cənubi Azərbaycanın Xoşginab 

kəndində, kəndli ailəsində dünyaya 

gəlmişdir.  İlk təhsilini mədrəsədə al-

mışdır. Məktəbdə cəmi bir il təhsil al-

dıqdan sonra yarımçıq qoyub işləmək 

üçün  İranın bəzi  şəhər və  kəndlərinə 

getmiş, orada fəhləlik etmişdir. Elə bu 

illərdə də qürbətin nə demək olduğu-

nu öyrənmişdir.

Ədəbi fəaliyyətə 15 yaşında ikən 

miniatür  şeirlər və  nəsr  əsərləri yaz-

maqla başlamışdır. Onun əsərləri 

Cənubi Azərbaycan həyatından bəhs 

edir. 1941-ci ildən etibarən  şeir, 

hekayə  və  məqalələri müntəzəm ola-

raq mətbuat orqanlarında işıq üzü gör-

müşdür. 


XX  əsrin 40-cı illərində siyasi 

hərəkata qoşulmuşdur. 1945-1946-

cı illərdəki Milli demokratik hərəkat 

Xoşginabinin də yaradıcılığında yeni 

bir mərhələnin başlanğıcı olmuş-

dur. Kəskin siyasi, ictimai mövzu-

lu məqalələri, satirik şeir və yazıları 

“Zeynəb”, “Züleyxa”, “Məsum və 

Məsumə”, “Mehri”, “İbrahim” kimi 

hekayələri, ilk irihəcmli  əsəri olan 

“Eşq və müharibə” povesti də bu 

illərin yeni tərz, realist və demokratik 

ruhlu bədii nəsrinin və ədəbi-populist 

nəsrin təməlini təşkil etmişdir. 

Siyasi mühacirətdə olduğu zaman 

Xoşginabi yazıçı kimi fəaliyyətinə 

Quzey Azərbaycanda davam etmiş-

dir. “Ata”, “İki qardaş” romanları 

və çox sayda hekayələri bu dövrün 

məhsuludur. 

Mühacirət illərində Xoşgina-

bi dram əsərlərinin müəllifi kimi də 

şöhrət tapmışdır. Onun farsca yazdı-

ğı “Siyavuş”, “Bijen və Menijə” adlı 

pyesləri Tacikistanda Düşənbə teatr-

larının səhnələrində müvəffəqiyyətlə 

səhnələşdirilmişdir.

1946-cı il dekabrın 12-də siyasi 

mühacir kimi Sovet İttifaqına gəlmiş, 

burada “Azərbaycan” qəzeti redaksi-

yasında ədəbi işçi, məsul redaktor, Ta-

cikistan Maarif Nazirliyində  məmur, 

SSRİ EA Şərqşünaslıq  İnstitutunda 

böyük elmi işçi vəzifələrində çalış-

mışdır. Sonralar 1958-ci ildə Mosk-

vada ali ədəbiyyat kursunu və 1967-ci 

ildə  İctimai Elmlər Akademiyasının 

aspiranturasını bitirmişdir. 1979-cu 

il  İran inqilabından sonra Təbrizə 

köçərək, orada Azərbaycann şairlər və 

yazıçılar cəmiyyətini yaratmış, onun 

sədri seçilmişdir.

Fəthi Xoşginabi 1989-cu ildə 

Moskvada vəfat etmiş, nəşi Bakıya 

gətirilərək  dəfn edilmişdir.

Ə d ə b i y y a t

Ata. İki qardaş: romanlar 

/H.F.Xoşginabi.- Bakı: 

Yazıçı, 1989.-    388 s.

Hekayələr /F.H.Xoşginabi; 

[red. İ. Şəms].- Bakı: 

Azərnəşr, 1956.- 110, 

[2] s.

Marağayi, Z. İbrahim 

bəyin səyahətnaməsi və 

ya təəssübkeşliyin bəlası 

/Z.Marağayi; farscadan 

tərc. ed. və ön sözün 

müəl. H.Məmmədzadə; 

farscadan tərc. red. 

H.Xoşginabi.- Bakı: Avra-

siya Press, 2006.- 456 s.

Fəthi Xoşginabi                 

//Azərbaycan nəsri antolo-

giyası: beş cilddə.- Bakı, 

2006.- Cild IV.- S.198.

Polad, Ə. Fəthi Xoş-

ginabi //Polad Ə. 

Mədəniyyətlərin beşiyi: 

Təbriz.- İstanbul, 2015.- 

S.732.

İ n t e r n e t d ə

ekitap.kulturturizm.gov.r

/.../11166,fethixosginabip

df.pdf?0

https://az.wikipedia.org/i/

Cənubi_Azərbaycan_

ədəbiyyatı

22

Yazıçı



83

Milli ədəbiyyat 

145 

illiyi

Məmməd Səid Оrdubаdi 

1872-1950

MART

Məmməd Səid Hacağa oğlu Orduba-

di 1872-ci il mart ayının 24-də Naxçı-

vanın Ordubad şəhərində, şair Fəqir Or-

dubadinin ailəsində dünyaya gəlmişdir.   

Ordubadda mollaxanada və Məhəmməd 

Tağı Sidqinin “Əxtər” məktəbində təhsil 

almışdır.

Ordubad ipək fabriklərində (1886-

1904) fəhlə, Culfa gömrük xidmətində 

çalışmışdır. Birinci rus inqilabının (1905-

1907) təsiri altında siyasi mübarizələrə 

qoşulmuş, “Hümmət” sosial-demokrat 

təşkilatının tərkibində  İran Məşrutə 

hərəkatına kömək edən qrupun fəal 

üzvlərindən olmuşdur. 1915-ci ildə si-

yasi fəaliyyətinə görə Saritsına sürgün 

edilmiş, Fevral inqilabından (1917) son-

ra Dağıstana gəlmiş, Rusiya Kommunist 

(bolşeviklər) Partiyası  sıralarına daxil 

olaraq, siyasi fəaliyyətini davam etdir-

mişdir. 


1918-ci ildə  Nəriman Nərimanovun 

dəvətilə Həştərxana gedərək, “Hümmət” 

qəzetinin redaksiyasında çalışmış-

dır. 1920-ci ildə XI Qırmızı Ordunun 

tərkibində Dağıstana gəlmiş, Temirxan-

Şura  şəhərində “Qırmızı Dağıstan” 

qəzetinin nəşrini təşkil etmişdir. 

1920-ci il mayın 2-də Bakıya gələn Or-

dubadi “Əxbar” qəzetinin redaktor müa-

vini vəzifəsinə təyin edilmiş, “Əxbar” və 

“Kommunist” qəzetləri birləşdirildikdən 

sonra onun redaksiya heyətinin üzvü və 

redaktor müavini, 1920-ci ilin sentyab-

rından isə “Füqəra füyuzatı” jurnalının 

redaktoru olmuşdur. Ordubadi ədəbi 

fəaliyyətə XIX əsrin 90-cı illərində baş-

lamışdır. İlk şeirləri 1903-cü ildə “Şərqi-

Rus” qəzetində  dərc olunmuş, “Qəflət” 

(1906), “Vətən və hürriyyət” (1907) adlı 

şeir kitablarını nəşr etdirmişdir. 

“Qanlı sənələr” (1911) kitabı, “İki co-

cuğun Avropa səyahəti” (1908), “Baği-

şah, yaxud Tehran faciəsi” (1910), 

“Əndəlisin son günləri, yaxud Qrena-

danın təslimi” (1914) tarixi pyesləri, 

“Bədbəxt milyonçu, yaxud Rzaqulu 

xan Firəngi-məab” (1914) romanlarıı 

nəşr olunmuşdur. Ordubadi Azərbaycan 

ədəbiyyatında tarixi roman janrının ba-

nisidir. XX əsrin  əvvəllərində  Cənubi 

Azərbaycanda milli azadlıq mübarizəsinə 

həsr olunmuş dördcildlik “Duman-

lı  Təbriz” (1933-1948) epopeyasının, 

Nizami Gəncəvi dövründən bəhs edən 

“Qılınc və qələm” (1946-1948), inqilabi 

mövzuda “Döyüşən şəhər” (1936), “Giz-

li Bakı” (1940) romanlarının müəllifidir. 

M.S.Ordubadinin  əsərləri dünyanın 

bir sıra dillərinə  tərcümə olunmuşdur.  

Şeirlərinə F.Əmirov və S.Rüstəmov 

mahnı və romanslar yazmışlar. Əsərləri 

müxtəlif dillərə tərcümə edilmişdir. 

Xidmətləri yüksək qiymətləndiril-

mişdir.  “Lenin” və “Şərəf nişanı” orde-

ni,  fəxri fərmanlarla mükafatlandırılmış, 

1938-ci ildə Azərbaycanın “Əməkdar 

incəsənət xadimi” fəxri adına layiq gö-

rülmüşdür. 

Məmməd Səid Ordubadi 1950-ci il 

may ayının 1-də vəfat etmiş, Fəxri Xiya-

banda dəfn edilmişdir. 

Ordubadda ev-muzeyi yaradılmış, 

Ordubadda və Naxçıvanda büstləri qo-

yulmuşdur.



24

Yazıçı

Ə d ə b i y y a t

Dumanlı Təbriz: roman 

/M.S.Ordubadi; Azərb. 

Resp. Mədəniyyət və 

Turizm Nazirliyi.- Bakı: 

Təhsil, 2012.- K.I: I-II 

Hissə.-375s.; Kitab II: 

III-IV Hissə.-Bakı: Təhsil, 

2012.-720 s.

Həyatım və mühitim   

/M.S.Ordubadi; [Miniatür 

Kitab Muzeyi].- Bakı: 

[s.n.], 2015.- 262 s.

Qanlı illər: 1905-1906-

ci illərdə Qafqazda baş 

verən erməni-müsəlman 

davasının tarixi: sənədli 

povest /M.S.Ordubadi; 

ərəb əlifb. çev., sadələş. 

çapa haz. Ə.Bağırov; 

Qafqazın Strateji 

Tədqiqatlar İn-tu.- Bakı: 

Elm və təhsil, 2012.-118 s.

Qılınc və qələm: roman 

/M.S.Ordubadi.-Bakı: 

Qanun:Əli və Nino, 

2013.- Hissə 1, 2.- 614 s.

Məmməd Səid Ordubadi 

arxivinin izahlı təsviri      

/AMEA, M.Füzuli ad. 

Əlyazmalar İn-tu; 

təsvir ed.: Ə.Cəfərzadə, 

M.Paşayeva, 

M.Məmmədova; elmi. 

red. və ön söz müəl. 

İ.Həbibbəyli; çapa haz. 

M.Məmmədova.- Bakı: 

Elm və təhsil, 2015.-370 

s.


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə