Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə4/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   2   3   4   5   6   7   8   9   ...   200

10

Milli ədəbiyyat

90 

illiyi

Vidаdi Bаbаnlı 

1927 

Y

ANV

AR

Vidadi Yusif oğlu Babanlı 1927-ci 

il yanvar ayının 5-də Qazax rayonunun 

Şıxlı (indiki Muğanlı) kəndində, müəllim 

ailəsində doğulmuşdur. Kənddə orta 

məktəbi bitirdikdən sonra 1944-1949-cu 

illərdə ADU-nun fılologiya fakültəsində 

təhsil almışdır. Bir il Sabirabad şəhər 

orta məktəbində müəllim işləmiş, Ba-

kıya köçdükdən sonra “Azərbaycan 

müəllimi” qəzeti redaksiyasında  ədəbi 

işçi vəzifəsində çalışmışdır.

Moskvada M.Qorki adına Ədəbiyyat 

İnstitutunda təhsil almağa göndərilmiş

aspiranturaya daxil olsa da, səhhəti 

üzündən təhsilini yarımçıq qoyaraq Ba-

kıya qayıtmalı olmuşdur. 

1954-1960-cı illərdə  “Ədəbiyyat 

qəzeti” redaksiyasında ədəbi işçi, sonra 

isə şöbə müdiri vəzifəsində işləmişdir. 

1961-1968-ci illərdə “Azərbaycan” 

jurnalı redaksiyasında Nəsr  şöbəsinə 

başçılıq etmiş, 1974-1976-cı illərdə 

C.Cabbarlı adına “Azərbaycanfılm” ki-

nostudiyasının Dublyaj şöbəsində baş 

redaktor  əvəzi, 1978-1981-ci illərdə 

“Yazıçı” nəşriyyatında baş redaktor mü-

avini olmuşdur. 

Ədəbi fəaliyyətə 1947-ci ildə 

“Azərbaycan gəncləri” qəzetində  dərc 

edilmiş “Anam sən oldun” şeiri ilə baş-

lamışdır. “Dönüş”, “Təbrizdə bir gecə” 

poemaları dövri mətbuatda “Vidadi Şıx-

lı” təxəllüsü ilə çap olunmuşdur. 

1954-cü ildən Azərbaycan Yazıçılar 

Birliyinin üzvüdür.

 1954-cü ildə  nəşr edilən  “Gəlin” 

povesti ilə nəsr yaradıcılığına başlamış, 

roman, povest, hekayə, oçerk, publi-

sistik məqalələr, kinossenarilər qələmə 

almışdır. “Vicdan susanda” romanı ona 

böyük şöhrət gətirmişdir. 

Əsərləri SSRİ və xarici ölkə xalqla-

rının dillərinə tərcümə edilmişdir. 2003-

cü ildə “Öz evində qonaq” pyesi tama-

şaya qoyulmuşdur. 

Şeirləri dövri mətbuatda müntəzəm 

çap olunur. 2002-ci ildə “Kişilik haq-

qında himn” şeirlər toplusu “Xəzər” 

nəşriyyatında kütləvi tirajla nəşr edil-

mişdir. “Dərd məni dilləndirir” (2003) 

publisistik  əsərlər toplusu, “Mənim 

gizlinlərim” (2002-2003) avtobioqrafik 

romanı, “Ana intiqamı” (1995) povesti 

rəğbətlə qarşılanıb. 

Yazıçı eyni zamanda tərcüməçiliklə 

də  məşğul olmuş Valentin Rasputinin  

“Mariyaya pul lazım idi”, “Sonuncu 

şöhrət”  əsərlərini rus dilindən dilimizə 

tərcümə etmişdir.

İspaniya, Fransa, İtaliya, Almani-

ya, Polşa və bir sıra xarici ölkələrdə 

ezamiyyələrdə, yaradıcı  səfərlərdə ol-

muşdur. 


Vidadi Babanlı 1977-ci ildə 

Azərbaycan Ali Soveti Rəyasət 

Heyətinin Fəxri Fərmanı ilə  təltif edil-

miş, 1986-cı ildə Azərbaycan Respub-

likasının “Əməkdar incəsənət xadimi” 

fəxri adına layiq görülmüşdür. 2002-ci 

ildən Prezident təqaüdçüsüdür. 

Ə d ə b i y y a t

Bulanlıq dünya: roman 

/V.Babanlı.- Bakı: Şərq-

Qərb, 2011.- 347 s.

Qəribə eşq: roman 

/V.Babanlı.-Bakı: Çinar-

Çap, 2007.-220 s.

Seçimli şeirlər /V.Babanlı; 

Rəyçi və ön sözün müəllifi 

N.Cəfərov.- Bakı: Pedaqo-

gika, 2007.-160 s.

Vicdan susanda: roman 

/V.Babanlı.- Bakı: Çaşıoğ-

lu, 2009.- 629 s.

Vidadi Babanlı //Əhmədov 

T. Azərbaycan yazıçıları 

(XX-XXI yüzillikdə): En-

siklopedik məlumat kitabı.- 

Bakı, 2011.- S.919.

Vidadi Babanlı //Qazaxda-

dır: Qazax şair, yazıçı və 

aşıqları /red. T.Əhmədov.- 

Bakı, 2007.- S.130-135.

İ n t e r n e t d ə

haqqinda.az/

Şairlər.../3307-

Vidadi+Babanlı.htm...

http://ek.anl.local:8080/

search/query?term_1=ba

banl%C4%B1+v&theme=

e-kataloq

https://az.wikipedia.org/

wiki/Vidadi_Babanlı

5

Yazıçı



11

Milli ədəbiyyat

Seyid Hüseyn  

1887-1938

Y

ANV

AR

Seyid Hüseyn  (Hüseyn Mir Ka-

zım oğlu Sadıqzadə) 1887-ci il yan-

var ayının 25-də Bakı  şəhərində, 

dənizçi ailəsində anadan olmuşdur. 

Beş yaşında atasını itirən Seyid, baba-

sı Mirsadiq Mirhəsənin himayəsində 

böyüyüb tərbiyə almışdır.  Əvvəl mol-

laxanada, sonra dövrünün görkəmli 

maarif xadimlərindən olan Mahmud 

bəy Mahmudbəyovun açdığı “Rus-

tatar” məktəbində dörd ilə yaxın təhsil 

alaraq, Azərbaycan, rus, fars dillərini 

mükəmməl öyrənmişdir.

1904-cü ildə – babasının vəfatından 

sonra ailənin qayğısı S.Hüseynin 

üzərinə düşdüyündən, o, XX əsrin  

əvvəllərində “Kaspi” və “Tazə  həyat” 

qəzetlərinin mətbəələrində mürəttiblik 

etmişdir. “Bəhlul”, “Kəlniyyət” jur-

nallarının naşiri, 1913-1914-cü illərdə 

“İqbal” qəzetinin baş redaktoru olmuş-

dur.

Azərbaycanda Sovet hakimiyyəti 



qurulduqdan sonra Seyid Hüseyn ib-

tidai və orta məktəblərdə, texnikum-

larda  Azərbaycan dili və  ədəbiyyatı 

fənnlərini tədris etmiş, həmçinin “Kom-

munist” qəzeti, “Şərq qadını” jurnalı-

nın redaksiyalarında və Azərbaycan 

Dövlət Nəşriyyatında Bədii  ədəbiyyat 

şöbəsinin redaktoru vəzifələrində 

işləmişdir. 

Seyid Hüseyn bədii yaradıcılığa 

1907-ci ildə yazdığı “Ata və  oğul” 

hekayəsi ilə başlamışdır. XX əsrin 

əvvəllərində,  əsasən tənqidçi kimi 

fəaliyyət göstərən  ədib 1920-ci ildən 

sonra daha çox nəsr  əsərləri yazma-

ğa başlamış, qəzet və jurnallarda 

məqalə və felyetonları ilə çıxış etmiş-

dir. Mətbuatda “Kazımoğlu”, “Hüseyn 

Sadiq”, “Seyid Hüseyn Sadıqzadə”, 

“Mühərrir” və b. imzalarla fəaliyyət 

göstərmişdir. Onun “Gələcək həyat yol-

larında”, “Şirinnaz”, “İki həyat arasın-

da”, “Yatmış  kəndin qış gecələrində”, 

“Gilan qızı” povest və hekayələri oxu-

cular tərəfindən rəğbətlə qarşılanır. 

“Altun”, “Yalan”, “Gözəllik nədir?” və 

s. məqalələri isə öz aktual mövzuları ilə 

oxucuların diqqətini cəlb edir. Müəllifin 

müxtəlif illərdə: “Ağ valideyn, yaxud 

zavallı  Məşədi Zaman” (1911), “Qa-

çaq oğul, yaxud ata məhəbbəti” (1915), 

“Yeni həyat yollarında” (1928) və s. ki-

tabları nəşr edilmişdir.

1934-cü ildən Azərbaycan Yazıçılar 

Birliyinin üzvü olmuşdur. 

Azərbaycan  ədəbiyyatının bir çox 

görkəmli xadimləri kimi repressiya 

dalğası ondan və ailəsindən də yan 

keçməmişdir. 1936-cı ildə Seyid Hü-

seyn Yazıçılar İttifaqının üzvlüyündən 

çıxarılmış, əsərləri kəskin tənqid oluna-

raq, onlara siyasi rəng verilmiş, adına 

“xalq düşməni” damğası vurulmuşdur. 

1937-ci ildə  “Əksinqilabçı milliyyətçi 

fəaliyyətinə görə” həbs olunmuş  və 

üzücü istintaqlardan  sonra SSRİ Ali 

məhkəməsi Hərbi Kollegiyasının qərarı 

ilə 1938-ci ildə güllələnmişdir.



Ə d ə b i y y a t

Hekayələr  /S.Hüseyn; 

[red. M.Zeynalova].-Bakı: 

Gənclik, 1977.- 182  s.

Həzin bir xatirə: hekayələr 

/S.Hüseyn.-Bakı: Gənclik, 

1973.-76 s.

İki həyat arasında 

/S.Hüseyn.- Bakı: Gənclik, 

1987.- 124 s.

Kənan, A. Bir ailənin 

faciəsi //Kənan A. XX 

əsrdə repressiyaya məruz 

qalanlar /red. və ön sözün 

müəl. N.Şəmsizadə.- Bakı, 

2011.- S.142-151.

Nəhmətova, K. Seyid 

Hüseyn: Arzular, ümidlər, 

iztirablar //Nəhmətova K. 

Bir ömrün qəlpələri: Seyid 

Hüseynin qardaşı Mir 

Paşa /elmi red. L.Əlizadə.-

Bakı, 2015.- S.63-72.

Seyid Hüseyn //Azərbaycan 

nəsri antologiyası: 5 cilddə 

/tərt. ed. Z.Əsgərli.- Bakı, 

2006.- C.III.- S.37-53.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/Seyid_Hüseyn_Sadiq

www.azadliq.info/8087.

html

http://ek.anl.local:8080/

search/query?term_1=seyi

d+h%C3%BCseyn&theme

=e-kataloq

25

130 

illiyi

Yazıçı


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə