Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə41/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   37   38   39   40   41   42   43   44   ...   200

86

Folklor

145 

illiyi

Aşıq Mirzə Bilal

1872-1937 

MART

Mirzə Bilal Mustafa oğlu Mikayı-

lov 1872-ci il mart ayının 12-də  Şir-

van qəzasının Qəşəd kəndində anadan 

olmuşdur. Həmyerlisi Molla Xasının 

məktəbində oxumuş, sonra Şamaxıda 

böyük maarifçi Seyid Əzim Şirvaninin 

məktəbində  təhsilini davam etdirmiş-

dir. Burada o, ərəb-fars dillərini kamil 

öyrənmiş, klassik poeziyaya dərindən 

bələd olmuşdur.

Şamaxı ədəbi mühiti – “Beytüs-səfa” 

və mesenat Mahmud Ağa  Əhməd Ağa 

oğlunun musiqi-şeir məclisi onu sənət 

dünyasına bağlamışdır. Mahmud Ağa 

məclisində Əngəxaranlı Aşıq İbrahimlə 

tanışlığı onun uşaqlıqdan qəlbini ovsun-

layan aşıq sənətinə məhəbbətini coşdur-

muşdur. Ustadının məsləhəti ilə o, mu-

ğamlarımızın sirlərini “Şirvan bülbülü” 

Mirzə Məhəmmədhəsəndən mükəmməl 

şəkildə  mənimsəmiş, el məclislərinə 

ayaq açmışdır.

Az zaman içərisində o, təkcə  Şir-

vanda deyil, Azərbaycanın bir çox 

bölgələri, eləcə də İran, Dağıstan, Orta 

Asiya, Gürcüstan və  İrəvanda məşhur 

olur. Yaradıcı sənətkar olan Aşıq Mirzə 

Bilal Azərbaycan xalq dastanları ilə ya-

naşı, Şirvanın klassik – “Aşıq Saleh və 

Maral”, “Barıtday Soltan və Kövsər”, 

“Koroğlunun  Şirvan səfəri”, “Şirvan-

lı  Qəhrəman  şah”, “Şahzadə Qasım”, 

“Miskin Baba və Nigar xanım”, “Aşıq 

Ağaməmməd və Məryəm”, “Küçə Rza”, 

“Mustafa və  Sənəm xanım”, “Adgözəl 

və Aslan şah”, “Zəncanlı Qurban”, 

“Kərəmin Beşdaş  səfəri” dastanlarını 

dəqiq bildiyi kimi, ustalıqla da ifa et-

mişdir.


“Səfiyyə  və Ziyad”, “Aşıq Bilal və 

Soltan xanım”, “Yetim Soltan”, “Mus-

tafa xan”, “Asıq  İbrahim və  Pəri”, 

“Aşıq Bilal və Sənəm”, “Həzrət Baba” 

adlı dastanlar bağlayan ustad sənətkar

altmışdan artıq klassik saz havalarını 

bacarıqla ifa etmiş və özü də on beşdən 

artıq saz havası bəstələmişdir. Bu hava-

catların bir qismi unudulsa da, çoxusu 

bu gün Şirvan aşıqlarının repertuarını 

bəzəməkdədir. 

Aşıq Bilal şeirləri, habelə bəstələdiyi 

mahnıları ilə  də tanınmışdır. Onun 

“Görünməz oldu”, “Ala gözlər” kimi 

mahnıları, deyişmələri dillər  əzbəri ol-

muşdur. Təsadüfi deyildir ki, o dövrdə 

Azərbaycanda “Mirzə” titulunu qaza-

nan 8 ziyalıdan məhz biri də Aşıq Bilal 

olmuşdur. 

Azərbaycan Aşıqlarının I qurultayının 

iştirakçısı olan Aşı

q Bilal , Ü.Hacıbəyov, 

C.Qaryağdıoğlu, S.Şuşinski

,  Aşıq 


Sənəm, Aşıq Mirzə, Aşıq Əsəd, Aşıq İs-

lam, Aşıq Məhəmməd və başqaları ilə 

dost olmuşdur. O, qırx ilə yaxın Şirvan-

da bu sənəti yaşatmış və onlarla şagird 

yetişdirmişdir.

Şirvanlı Aşıq Mirzə Bilal 1937-ci il 

iyun ayının 17-də həbs edilmiş, həmin 

ilin noyabr ayının 26-da “xalq düşməni” 

adı altında güllələnmişdir. 

Azərbaycan Respublikası prokuror-

luğunun 28 oktyabr 1993-cü il tarixli 

qərarı ilə Bilal Mustafa oğlu bəraət al-

mışdır.

Ə d ə b i y y a t

Bir vaxt şam-çıraqla 

gəzərlər məni /Şirvanlı 

Aşıq Mirzə Bilal; topl., 

tərt. ed., qeyd və izahların 

müəl. S. Qəniyev; red. E. 

Məmmədli; Azərb. Milli 

EA, Folklor in-tu -Bakı: 

Elm və təhsil, 2012.-103 s. 

Ağalaroğlu, E. Bizim 

nəsil: [xatirələr, şeirlər, 

hekayələr. Aşıq Mirzə 

Bilalın şəcərə kitabı] 

/E.Ağalaroğlu; red. və ön 

söz müəl. R.Fərəcov.-Bakı: 

Yazıçı, 2014.-160 s.

Qəniyev, S. Şirvanlı Aşıq 

Mirzə Bilal /Seyfəddin 

Qəniyev; АМЕА, Folklor 

İnstitutu.- Bakı: Nurlan, 

2003.- 308 s.

Sayılov, Q. Aşıqlar atası 

Bilal /Q.Ə.Sayılov; red. 

A.Nəbiyev; AMEA, Folklor 

İn-tu.-Bakı: Elm və təhsil, 

2011.-111 s.

Nərimanoğlu, M. Haqqı 

alınan haqq aşığı: Mirzə 

Bilal da represiya qurba-

nı olub /M.Nərimanoğlu                 

//Azərbaycan.-2012.- 29 

dekabr.- S.7.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/azerbaycan/2012/

dekabr/286857.htm 

www.shamaxi-ih.gov.az/

news/39.html 

https://mikayilliagalar.

ress.com/.../asiq-mi...

12

Aşıq, şair 



87

Musiqi.Opera.Balet

70 

illiyi

Şəfiqə Eyvazova 

1947     

MART

Şəfiqə Alxas qızı  Eyvazova 1947-ci 

il mart ayının 9-da Bakı şəhərində ana-

dan olmuşdur.  İlk musiqi təhsilini al-

dıqdan sonra, 1962-ci ildə Asəf Zeynal-

lı adına Musiqi məktəbinə daxil olmuş, 

görkəmli bəstəkarlardan dərs almış-

dır. Kamança üçün işlənmiş  ən yaxşı 

əsərləri çalmış, muğam və xalq mahnı-

ları ilə yanaşı, Avropa bəstəkarlarının 

əsərlərini öyrənmişdir.

1963-cü  ildə 16 yaşlı  Şəfiqə Ey-

vazova Azərbaycan Radiosunun Xalq 

Çalğı Alətləri Orkestrinə dəvət edilmiş-

dir. Elə həmin il məşhur tarzən Əhsən 

Dadaşov Xalq Çalğı Alətləri  ansamb-

lını yaratmış  və  Ş.Eyvazovanı yeni 

kollektivə solist qəbul etmişdir.

1965-ci ildən solo konsertlərlə çıxış 

etməyə başlamışdır. Kamanda ifa etdiyi 

“Rast”, “Çahargah”, “Rahab”, “Şüştər”, 

“Şur” və s. muğamlar musiqisevərlər 

tərəfindən rəğbətlə qarşılanmışdır. 

Müxtəlif musiqi kollektivlərində çalı-

şan ifaçı, eyni zamanda təhsilini davam 

etdirmiş, Azərbaycan Dövlət Konserva-

toriyasında təhsil almışdır. 1971-ci ildə 

həmin təhsil ocağının kamança sinfini 

bitirmişdir.

1970-ci ildə Voronej şəhərində, 

1973-cü ildə Berlində keçirilən festi-

valların qalibi olmuşdur. SSRİ xalqları-

nın folklor musiqisi festivalında (1978, 

Bişkek; 1979, Moskva ), musiqişünasla-

rın Beynəlxalq simpoziumunda (1987, 

Səmərqənd), eləcə də YUNESKO xətti 

ilə ABŞ-da keçirilən “Şərq xalqlarının 

musiqi folkloru” festivalında (1988, 

Alim Qasımov və Ramiz Quliyevlə 

birgə) iştirak etmişdir. 

Musiqi sahəsindəki göstərdiyi bö-

yük xidmətlərlə yanaşı, 1974-cü ildən 

Azərbaycan Dövlət Konservatoriya-

sında çalışan Şəfiqə Eyvazova həm də 

pedaqoji fəaliyyətlə  məşğuldur. (in-

diki Bakı Musiqi Akademiyası).  Hal-

hazırda Azərbaycan Milli Konservato-

riyasının professorudur.  

Şəfiqə Eyvazova 20-dən çox xarici 

ölkədə, eləcə  də ABŞ,  İsveçrə, Alma-

niya, Fransa, Polşa, Belçika, İtaliya, 

Əfqanıstan və s. ölkələrdə qastrolda 

olmuş, Azərbaycan musiqisini yüksək 

səviyyədə təmsil etmişdir. 

Dövlət müstəqilliyimizin bərpasın-

dan sonra bu kaman ustadının yaradıcı-

lıq coğrafiyası daha da genişlənmişdir. 

Bu gün fəxrlə deyə bilərik ki, Şəfiqə 

Eyvazova 2003-cü ildən Türkiyənin 

“Tekşen-Kara Dəniz” Simfonik Orkest-

rinin solisti kimi çalışır.

Onun ifasında yeni zirvə tapan “Şur”, 

“Şüştər”, “Rahab” və bir çox digər mu-

ğamlar Azərbaycan Radiosu və Televi-

ziyasının Qızıl Fondunda qorunur.

Şəfiqə Eyvazova 2000-ci ildə 

Azərbaycan Respublikasının “Xalq ar-

tisti” fəxri adına layiq görülmüşdür. 



Ə d ə b i y y a t

Əhsən Dadaşovun 

rəngləri: metodik 

vəsaiti /BMA; tərt. 

ed. A.Əsədullayev; 

red. Ş.Eyvazova; rəy.: 

O.Rəcəbov [və b.].- Bakı: 

[s. n.], [2014].- 28, [1] s.

Kamana 5-ci sim la-

zımdırmı? /Ş.Eyvazova               

//Ekspress.-2009.-2-4 

may.- S. 31.

Xəlilzadə, F. Simlərdən 

süzülən duyğular /Flora 

Xəlilzadə //Azərbaycan.-

2013.- 10 mart.- S.6.

Şəfiqə Eyvazova                

//Dəyişikliklərə cəsarəti 

çatan örnək xanımlar /

Rasional İnkişaf uğrunda 

Qadınlar Cəm-ti; müəl. 

M.Vəzir; layih. müəl. və 

rəhb. Ş.İsmayılova; red.: 

B.Əhmədov, S.İsmayılova; 

tərc. F.Axundov.- Bakı, 

2008.- S.97-98.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/Şəfiqə_Eyvazova 

http://www.anl.az/down/

meqale/azerbaycan/2013/

mart/297956.htm 

anl.az/down/meqale/

azerbaycan/.../297956.htm

http://web.anl.az/el/

Kitab/2015/2003-1659.pdf

9

Kamança ifaçısı


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə